Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   2   3   4   5   6   7   8   9   ...   75

Müqəddimə 
 
 

haqqında  mühüm  məlumatlar  verilmiş,  uşaq  və  yeniyetmələrə  fərdi  ya‐
naşma tərzi konkret nümunələrlə göstərilmişdir. Kitabda əksini tapan uşaq‐
lıq  və  yeniyetməlik  dövrlərinə  aid  olan  psixoloji  aspekli  müxtəlif  baxışlar 
oxucunun  bu  mövzular  ətrafında  daha  geniş  məlumata  sahib  olmasına 
kömək edir. Bundan əlavə, yeniyetməlik dövrünə keçiddə baş verən psixo‐
loji  problemlər,  habelə  bu  sahədə  yaranmış  çatışmazlıqlar  haqqında  elmi 
əsərlər  yazmış  bir  çox  alimlərin  nəzəriyyələrindən,  tədqiqatlarından  bəh‐
rələnərək gəldiyim müəyyən qənaətlər də kitabda öz əksini tapmışdır. Uzun 
illər ərzində pedaqoji və psixoloji‐sosial sahədə fəaliyyətimdən və elmi araş‐
dırmalarımdan əldə etdiyim nəticələri də bu kitabda sizlərlə paylaşmışam. 
Həmcinin  insanların  psixi  sağlamlığının  formalaşdırılması,  qorunması 
və  möhkəmləndirilməsi,  müəyyən  psixi  xəstəliklərin  qarşısının  alınması 
yollarını da  kitabda qeyd etməyə çalışmışam. Təlim və tərbiyəyə ayrılmış 
fəsillər valideynlər və müəllimlər üçün xüsusilə faydalı ola bilər. Kitabın bu 
hissəsində ailə‐uşaq tərbiyəsində valideynin məsuliyyəti xüsusilə ön plana 
çəkilmişdir.  
Şərq və Qərb, eləcə də Azərbaycan psixoloq alimlərinin müxtəlif möv‐
zulardakı  fikirlərinin  müqayisəli  şəkildə  qeyd  olunması  ilə  kitab  daha  də‐
yərli hala gəlmişdir.  
Kitabın  hazırlanmasında  dünya  şöhrətli  müxtəlif  psixoloq  alimlərin 
kitablarından  da  istifadə  edilmişdir.  Türkiyənin  İstanbul  Universitetinin 
müəllimlərindən  dosent  Gül  Şendilin  “Çocuk,  Ergen  və  Anne  Baba”, 
dosent Tevfika Tunaboylu İkizin “Psikanaliz Konuşmaları”, İnönü Univer‐
sitetinin müəllimlərindən dosent Alim Kayanın “Eğitim Psikolojisi”  və Jean 
Piajenin “Child Conception of the World” kitablarından istifadə edilmişdir. 
Bu əsərdə, əsasən, Azərbaycan, Türkiyə və Qərb alimlərinin (Ş. Dədəyev, R. 
Əliyev,  M.  Həmzəyev,  Ə.  Ağayev,  S.  Seyidov,  Ə.  Əlizadə,  K.Kərimov,  Ə. 
Bayramov,  B.  Əliyev,  Ə.Qədirov,  İ.  E.  Özgüven,  M.  Bozdağ,  E.  Güngör,  J. 
Piaje, B. Rogers, S. E. Taylor, D. Sears, V. Quinn, P. Rice və s.) uşaq və ye‐
niyetmələrin  inkişaf  dövrləri  ilə  bağlı  apardıqları  araşdırmalara  istinad 
edilmişdir.  Onu  da  xatırladaq  ki,  kitabda  istifadə  olunan  qaynaqların  və 
ədəbiyyatların real həyatda olan psixoloji problemlərin həlli istiqamətində 
daha  dolğun  və  aydın,  eləcə  də  dəyərli  fikirlərin  formalaşmasındakı  rolu 
təkzibedilməzdir. 
Burada  yer  alan  mövzuların  qabaqcıl  ölkələrin  aparıcı  psixoloqlarının 
təcrübə  və  nəzəriyyələrinə  əsaslanması  ümid  etməyə  əsas  verir  ki,  kitab 
cəmiyyətimizdə gedən dünyaya inteqrasiya  prosesinə öz müsbət bəhrəsini 
verəcək və onun inkişaf etmiş cəmiyyətlər sırasına daxil olması üçün daha 
yaxından köməklik göstərəcəkdir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 

Bu vəsait valideynlər, tərbiyəçilər, psixoloqlar, ali məktəb tələbələri və 
ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli bir qaynaqdır. 
Kitab  həm  də  yeni  ailə  həyatı  quran,  yeni  övlad  sahibi  olan  gənclərə 
övlad  böyütməkdə  “Yol  xəritəsi”  olma  kimi  istiqamətləndirici  funksiyanı 
yerinə
 
yetirə bilər.
 
Kitabın ərsəyə gəlməsində dəyərli məsləhət və tövsiyələri ilə köməklik 
göstərən Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsinin mü‐
diri,  filologiya  elmləri  doktoru,  prof.  Akif  Hüseynliyə,  Təhsil  Problemləri 
İnstitutunun şöbə müdiri, psixologiya elmləri doktoru, prof. Ramiz Əliyevə, 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, ümumi psixologiya kafedrasının 
müdiri  prof.  Əbdül  Əlizadəyə,  psixologiya  elmləri  doktoru,  prof.  Kərim 
Kərimova, İstanbul Universiteti psixologiya fakultəsi, inkişaf psixologiyası 
bölməsinin  rəhbəri,  psixoloq  dos.  dr.  Gül  Şəndilə  və  İstanbul  Universiteti 
ədəbiyyat  bölməsi,  psixoloq  dos.  dr.  Tevfika  Tunaboyluya  təşəkkürlərimi 
bildirirəm.  Qafqaz  Universitetinin  müəllim  və  əməkdaşlarından  ‐  Rəfiqə 
Zeynalovaya, Nailə Əsgərə, Ceyhun Mikayılova, Sahib Kazımova, Heydər 
Abdullayevə,  Azadə  Həşimovaya,  Reyhanə  Səlimovaya,  Afər  İbrahimova 
və  aşağıda  adları  çəkilən  bir  qrup  tələbə  heyətinə  ‐  Anar  Məhərrəmliyə, 
Aytən    Əhmədovaya,  Ayaz  Əsədova,  Qafur  Abbasova,  Çingiz  İbrahimova, 
Bahar Mustafayevaya, Elçin İbrahimova, Nəzərli Turala, Azər Məhərrəmova, 
Əhməd  Əhmədova,  Qiyas  Hüseynova,  Fuad  Məmmədova,  Könül  Hacıye‐
vaya,  Nailə  Mehdiyevaya,  Şahnaz  Qocayevaya,  Tünzalə  Əliyevaya,  Xalid 
Nuriyevə,  Elvin  Rəhimova,  Xədicə  İsmayılovaya,  Kəmalə  Soltanovaya, 
Təranə  Nərimanovaya, Güllü  Bayramovaya,  Xəyyam Namazova, Yasəmən 
Səfərliyə və Qədir Zeynalova kitabın hazırlanması və tərtibatındakı yardım‐
larına  görə,  eləcə  də  kitabın  rəsm  işlərində  göstərdiyi  köməkliyə  görə 
Qafqaz  Universitetinin  tələbəsi  Zaur  Abbasova  öz  dərin  təşəkkürlərimi 
bildirirəm. 
 
Hüseyn Xəlilov 


 

 
 
Kitab haqqında ...  
 
 
 
 
 
Hər  şey  özümüzdən  asılıdır;  gələcəyimiz  bu  günümüzdən,  övladımız 
tərbiyəmizdən, şagird və tələbələrimiz təhsilimizdən. Bir sözlə, sabahın tə‐
məli bu günün necə qoyulmasından asılıdır. 
Bütün hallarda mərkəzdə sabahın qurucusu olan uşaq durur. Hər şey 
bu uşağın mənəviyyatını istiqamətləndirən psixologiyasından asılıdır. 
Çünki  bu  gün  yaxşı  tərbiyə  olunmuş  gənc  sabah  cəmiyyəti  qabağa 
aparan  liderdir.  Həmin  lideri  yetişdirməksə  birbaşa  psixologiya  elmi  ilə 
əlaqəlidir.  Bu  mənada  həmin  liderləri  yetişdirən  valideynlərin  üzərinə 
bilavasitə  məsuliyyət  düşür.  Əgər  valideynlər  sosial‐psixoloji  cəhətdən 
məlumatlı  olsalar,  uşaqlarla  fərdi  münasibət  asan  və  daha  faydalı  şəkildə 
həyata keçirilə bilər.  
“Uşaq  və  yeniyetmələrin  inkişafının  sosial‐psixoloji  məsələləri”  kitabı 
uşaq və yeniyetmələrin  psixoloji xüsusiyyətlərindən bəhs edir. Bu kitabın 
olduqca  çətin  bir  sahəni  əhatə  etdiyini  nəzərə  alsaq,  yazar  üçün  böyük 
fədakarlıq  tələb  olunduğu  aydın  olur.  Məhz  bu  məsuliyyətli  işi  üzərinə 
götürən,  onun  ərsəyə  gəlməsi  üçün  bir  çox  araşdırmalar  aparan  Hüseyn 
Xəlilov  yazılmış  kitabla  üzərinə  böyük  məsuliyyət  götürür.  Bu  mənada 
onun əməyini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm. 
Burada  yer  alan  mövzuların  qabaqcıl  ölkələrin  aparıcı  psixoloqların 
təcrübəsinə  və  nəzəriyyəsinə  əsaslanması  onu  göstərir  ki,  kitab  cəmiyyə‐
timizdə gedən inteqrasiya proseslərini daha da sürətləndirəcək və onun in‐
kişaf etmiş cəmiyyətlər  sırasına daxil olması üçün böyük köməklik göstə‐
rəcəkdir.  
Prof. Ə. Ə. Əlizadə 
Pedaqoji universitetin ümumi 
psixologiya kafedrasının müdiri 
23.11.2009
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə