Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   2   3   4   5   6   7   8   9   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 

Hüseyn Xəlilovun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının 
sosial‐psixoloji  məsələləri”  kitabı  psixoanaliz  gözü  ilə  qiymətləndirmək 
istəyirəm: 
Şəxsiyyətin formalaşmasında uşaqlıq dövrünün önəmini hər bir əsərin‐
də vurğulayan Z. Freyd gənclərlə iş aparan pedaqoqlara da təsir etmişdir. 
O  dövrdə  gənclərlə  iş  aparan  pedaqoqlar,  gənclərin  normal  və  qeyri‐adi 
davranışları ilə necə bir şəxsiyyətə sahib olduqlarını başa düşməyə çalışır‐
dılar.  Hər  iki  metod  uşaq  və  gəncin  davranışlarının  başa  düşülməsində 
ictimaiyyət  və  klinikanın  birlikdə  işləməsinin  faydalı  olacağı  nəticəsinə 
gəlinmiş və bu istiqamətdə aparılan işlər getdikcə artmışdır. 
İnsanı anadan olandan başlayaraq uşaqlıq, həddi‐büluğ dövrünə, ora‐
dan  da  gənclik  dövrünə  uzanan  inkişafı  müddətində  fərqli  nöqtələrdən 
tədqiq edən psixoanaliz və təhsil psixologiyasının ortaq obyekti vardır ki, 
bu da insandır. 
Təhsil psixoloqları uşağın o andakı halı ilə məşğul olarkən, psixoanali‐
tiklər  şəxsiyyətin  davranışı  ilə  maraqlanırlar.  Z.Freyd  pedaqogika  ilə  psi‐
xoanalizin  bir‐birinə  təsir  etdiyindən  bəhs  edərək  pedaqoqların  işiylə  də 
maraqlanmış  və  1920‐ci  ildən  başlayaraq  psixoanaliz  və  mədəniyyət  ara‐
sında əlaqədən daha çox antropoloji bir düşüncə ilə  əlaqəsi istiqamətində 
inkişaf etdirmişdir.  
Bu  düşüncə  hər  iki  metodun  tətbiqinin  mümkün  olmadığını  irəli  sü‐
rənlərə də bir cavab olmuşdur. Şəxsiyyət fikri üzərində dayanan və bu isti‐
qamətdə bütün insanları ələ alan düşüncənin necə ortaq nöqtəsi ola bilər? 
Cavab isə çox sadədir: hər şagirdin bir‐birindən fərqli ruh dünyası və sinif 
xaricində fərqli davranışları vardır. Elə isə bu fərdlərə eyni tərzdə yanaşma 
və onlarla ünsiyyətqurma necə ola bilər? Əsas çətinlik buradan irəli gəlir. 
Hər  şagird  ayrı  bir  dünyadır,  amma  çətin  bir  vəziyyət  olduğunda:  məsə‐
lən, həddi‐buluğla gələn sıxıntı zamanı, ümumi səbəblərə sığınaraq davra‐
nışlarını  haqlı  göstərmək  istəyərlər.  Burada  təlimatçının  rolu  bir  mənada 
eyni  ilə  psixoanalitikin  roluna  oxşayır  ki,  hadisələrə  hakim  olsun,  ruhi 
davranışlarında  möhkəm  dayansın.  Pedaqoq  həm  ənənəvi  olanı  qoruma‐
ğa, həm də uşaq və gəncdəki yeni olanı kəşf etməyə çalışacaq, fərqli olana 
da zərər verməyəcək. Bax, bu iş psixoanalizin işinə oxşayır. Təlimatçıların 
valideyn və uşaq arasındakı bu vasitəçilik rolu psixoanalizin nəzəri yanaş‐
ma metodu ilə dəstəklənərsə, daha da faydalı olacağına inanırıq.  
Dos. Dr. Tevfika Tunaboylu‐İkiz 
İstanbul Universiteti Ədəbiyyat bölümü 
10 mart, 2009 


Kitab haqqında 
 
 

Sağlam cŠmiyyŠ yolu  
                                   sağlam uşaq böyütmŠkdŠn keçir…
 
Uşaqlar bir yandan şəxsiyyət olmaq üçün bütün potensiallarını ortaya 
çıxarmağa çalışarkən, bir yandan da içində yaşadıqları cəmiyyətin mənəvi 
dəyərlərini  və  ənənələrini  öyrənməkdədirlər.  Onların  göstərdikləri  fərdi 
inkişaf səyləri ilə ictimai tələblər arasında müxtəlif problemlərin meydana 
çıxdığı istisna deyil. Məhz bu baxımdan, başda valideynlər olmaq şərti ilə 
tərbiyəçilərin,  təlimatçıların  və  əlaqədar  təşkilatların  üzərinə  ciddi  bir 
məsuliyyətin düşdüyünü unutmamaq lazımdır. Bu məqamda bir Çin ata‐
lar sözünü  xatırlamaq  yerinə düşər: ʺUşağın təlim və tərbiyəsi doğumun‐
dan  20  il  əvvəl  başlayırʺ…  Bu  söz,  sağlam  uşaq  böyütmək  üçün  əvvəlcə 
valideynlərin  və  cəmiyyətin  şüurlandırılmasının  vacibliyini  vurğulayır. 
Həqiqətən  də,  uşaqların  keçirdikləri  yaş  dövrünə  uyğun  inkişaf  xüsusiy‐
yətlərini,  onların  ehtiyac  və  qabiliyyətlərini  bilən  həssas  valideyn  və 
təlimatçılar  olmalıdır ki, bir tərəfdən uşaqların  sağlam böyüməsinə, digər 
tərəfdən də sağlam bir cəmiyyətin formalaşmasına xidmət etsinlər.  
“Uşaq  və  yeniyetmələrin  inkişafının  sosial‐psixoloji  məsələləri”  kitabı 
tam bu məqsədə xidmət edəcək, uşaq və gənclərin inkişaf xüsusiyyətlərini, 
yaşadıqları  problemləri  və onların səbəblərini,  həlli yollarını ortaya qoya‐
caq və bu problemlərdən böyüklərin xəbərdar olmasını təmin edə biləcək 
səviyyədə hazırlanmış qiymətli bir materialdır. Bu kitabın başda valideyn‐
lər  və  təlimatçılar  olmaq  şərti  ilə,  mövzuyla  əlaqədar  bütün  təşkilatların 
uşaq və gəncləri başa düşmələrinə köməkçi olacağına inanıram.  
Hüseyn  Xəlilov  bu  mövzuda  yazılmış  bir  çox  mənbələrə  müraciət 
etmişdir. Onun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının sosial‐
psixoloji məsələləri” kitabı, eyni zamanda, təhsil sahəsində yetişən şagird 
və tələbələr üçün də əhatəli bir mənbə olacaq  və bu sahədə mövcud olan 
boşluğu  dolduracaqdır.  Hüseyn  Xəlilovu  göstərdiyi  bu  əvəzsiz  xidmətinə 
görə səmimi qəlbdən təbrik edirəm.  
Psixoloq Dos. Dr. Gül Şəndil 
İstanbul Universiteti, Psixologiya Fakültəsi, 
İnkişaf Psixologiyası Bölməsinin Rəhbəri, 
25 Yanvar, 2009 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
10 
«Bizim Hüseyn müŠllim!» 
Şərq  sosial‐fəlsəfə  təliminin  əsas  ümumiləşdirici  tezislərindən  birinə 
görə,  qeyri‐kamil  «mən»lərdən(şəxsiyyətsizlik!)  ibarət  kamil  cəmiyyətin 
mövcudluğuna,  hətta  ən  mükəmməl  sosial‐siyasi  və  hüquqi‐inzibati  təsi‐
satlar  vasitəsilə  belə  nail  olmaq  mümkün  deyil.  Çin  filosofu  An  Sinyanın 
«sənaye  cəmiyyəti»  kimi  xarakterizə  etdiyi  Qərb  sivililaziyasının  son  üç 
yüz illik inkişaf tarixi, başqa sözlə, sosial tərəqqinin Qərb modeli və onun 
meydana çıxardığı qlobal mənəviyyat böhranı bu tezisin doğruluğunu bir 
daha  sübut  etdi.  Daxili  insani  məzmundan  məhrum,  yalnız  maraqlardan 
ibarət  yeni  insan  tipinin  («fəlsəfi  zombi»)  yaranması  qorxusundan  indi 
yalnız  psixoloqlar  deyil,  filosoflar,  sosioloqlar  da  həyəcanla  bəhs  etmək‐
dədirlər. Bəşəriyyətin neçə min illik sosial tərəqqisinin nəticəsi kimi mey‐
dana  gəlmiş  unikal  «şəxsiyyət  fenomeni»  sözün  həqiqi  mənasında  tarixin 
arxivinə  gömülmək  təhlükəsi  ilə  üz‐üzədir.  Belə  bir  şəraitdə  müasir 
ictimai‐humanitar  elmi  düşüncənin  və  oun  ayrı‐ayrı  sahələrinin  üzərinə 
əvvəlki  dövrlərlə  müqayisə  olunmayacaq  xüsusi  bir  məsuliyyət  düşür: 
şəxsiyyəti  böhrandan  çıxartmaq!  Şəxiyyət  isə  heç  şübhəsiz,  müəyyən  mü‐
hitin,  sosial  sistemin,  nisbətən  lokal  çevrədə  isə  tərbiyə  siteminin  nəticəsi 
olaraq  formalaşır.  Onun  formalaşması  üçün  şəxsiyyətdən  cəmiyyətə,  cə‐
miyyətdən  şəxsiyyətə  mənəvi  dəyərlərin  ötürülməsini  təmin  edən  geniş 
mənada  götürülən  və  böyük  həriflə  yazılmağa  layiq  «Milli  Məktəb»  ol‐
malıdır.  Biz  Azərbaycan  ailəsində  doğulan  körpəni  kamil  bir  şəxsiyyətə, 
layiqli  Azərbaycan  vətəndaşına  çevirmək  üçün  lazımi  məktəbi  formalaş‐
dıra  bilmişikmi?  Genetik  kodunda  potensial  olaraq  etnik‐milli  dəyərləri 
daşıyan Azərbaycan uşağının həmin potensiyasının açılması, onun vətən‐
daş‐şəxsiyyətinin  mahiyyətini  təşkil  etməsi  üçün  ümummilli  səviyyədə 
funksional  sistem  yarada  bilmişikmi?  Təəssüf  ki,  bu  suallara  tam  olaraq 
müsbət cavab vermək mümkün deyil.  
Oxuculara  təqdim  olunan  bu  kitab  belə  bir  sistemin  yaradılması  mis‐
siyasının  həyata  keçirilməsi  istiqamətində  atılmış  bir  addım  olmaqla  xü‐
susi aktuallıq və mili əhəmiyyət kəsb edir. 
Araşdırmanın  qiymətləndirilməyə  layiq  cəhətlərindən  biri  müəllifin 
uşaq  və  yeniyetmələrin  tərbiyəsi  ilə  bağlı  müasir  dünya  psixologiyasında 
mövcud olan elmi yenilikləri, gəlinən nəticələri Azərbaycan elmi fikir döv‐
riyyəsinə daxil etməsidir. Burada vahid bir problem ətrafında dünyanın ən 
müxtəlif psixoloqlarının mülahizələri, nəzəri qənaətləri, praktiki nəticələri 
geniş əks olunmuşdur.  Müəllif fərqli fikir və mülahizələri  vahid bir pixo‐
loji problematika ətrafına sistemli olaraq toplamağa nail olmuşdur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə