Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
  1   2   3   4   5   6   7   8   9   ...   35


QAFQAZIN STRATEJİ TƏDQİQATLARI İNSTİTUTU
Oleq Kuznetsov
Mərkəzi Qafqaz:
 
sivilizasiyaların toqquşmasına retrospektiv baxış
 
 
“Qafqaz” Nəşriyyat Evi
Bakı
2013


Oleq Kuznetsov. Mərkəzi Qafqaz: sivilizasiyaların toqquş-
ma sına retrospektiv baxış  (məqalələr toplumu). Bakı, “Qafqaz” 
Nəşriyyat Evi, 2013, 120 səh.
ISBN 9952-432-48-8
Təqdim olunan məqalələrdə XVIII əsrin son qərinəsində – XX 
əsrin  əvvəlində Rusiyanın Qafqazda siyasətinin və  fəaliyyətinin tə-
ka  mü lü  təhlil olunur, Gülüstan müqavıləsinə yeni geosiyasi ya naş ma 
tək lif edilir və S.Hantinqton nəzəriyyəsi əsasında Dağlıq  Qa ra bağ mü-
na qi şəsinin kulturoloji mahiyyəti araşdırılır.
© Qafqazın Strateji Tədqiqatları İnstitutu 
(Bakı, Azərbaycan), 2013
© “Qafqaz” Nəşriyyat Evi, 2013


3
Mündəricat
Ön söz   . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və 
prioritetlərinin təkamülü . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10
Gülüstan müqaviləsi: 200 ildən sonra (1804 – 1813-cü 
illərin Rusiya – İran müharibəsi hadisələrinin və Gülüstan 
müqaviləsinin mahiyyətinin onun 200 illiyi konteksində tarixi 
qavranılması təcrübəsi)  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 39
Dağlıq Qarabağ münaqişəsi: «sivilizasiyaların 
toqquşması?» Samyuel Hantinqtonun nəzəriyyəsi
Dağlıq Qarabağ ətrafında münaqişənin kulturoloji 
mahiyyətini necə izah edir  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 86



5
Ön söz 
Coğrafi   vəziyyətinə görə  və taleyin hökmü ilə  həmişə 
geo si yasi oyunlar üçün meydan və ya şahmat taxtası rolunu 
oy na  mış  Mərkəzi Qafqazda (Zaqafqaziyada) müxtəlif si vi-
li za si ya ların təmasları, qarşılıqlı  fəaliyyəti və münaqişələri 
prob le ma tikasından bəhs edən məqalələrimin, – bu məqa-
lə lər  əv vəl lər «Кавказ  и  глобализация» jurnalında dərc 
edil mişdir, – top lu su barədə bir neçə söz deyərkən qeyd et-
mə li yəm ki, hə min  mə qalələrdə regiondakı çoxsaylı  si vi li za-
si ya la ra rası  kom mu ni ka siya  proseslərinin və antaqonizmlərin 
bü tün  məcmusunun tam və ya sistemli təhlil olunduğunu id-
dia etmirəm. Məqalələrin məz munu  XVIII  əsrin üçüncü qə ri-
nəsində – XX əsrin əv vəl lə rin də Böyük Qafqaz sıra dağ la rının 
hər iki tərəfi ndə  si vi li za si ya la rın, dövlətlərin, mə də niy yət lə rin 
yanaşı yaşaması və qarşı  dur ma sı tarixinin ay rı-ay rı  as pekt lə-
rinə müəllifi n subyektiv nöq te yi-nə zərini açıq la yır. 
Məqalələrdə  Mərkəzi Qafqaz tarixinin ayrı-ayrı  ha di sə-
lərinə  və aspektlərinə  «Şimaldan baxışı»  əks etdirilir və ola 
bilər ki, müasir tarix elminin bəzi nümayəndələri müəllifi n 
ba xışını bir mənalı anlamasınlar və qəbul etməsinlər. Bununla 
belə, ümid et mək istəyirəm ki, məqalələr Mərkəzi Qafqaz re-
gionu öl kə lə rinin  tarixi  ilə bağlı olan tam bir sıra ümdə mə-
sə lələr barəsində görüş  və düşüncələrin palitrasını  və dia pa-
zonunu genişləndirəcək,  in tel lektual  axtarışlarında  ta ma mi lə 


6
başqa sivilizasiya dəyərlərinə  və  mənəvi ideallara əsas la nan 
həm karlarıma tarixi prosesin ha mı mı za  məlum mən ti qi ni  on-
ların dünyabaxışına  xas  olmayan  möv  qe dən dərk et mək və 
qiy mət ləndirmək imkanı verəcəkdir.  Top  lu  da  ve ri lən üç mə-
qa lənin hər biri Rusiya imperiyasının və onun ta ri xi hüquqi 
va ris lərinin Cənub, konkret olaraq Qaf qaz istiqamətində xa-
ri ci  siyasətinin və  fəaliyyətinin məntiqi ba xım dan  təhlilinə 
həsr edilmişdir, həm də bu təhlil zamanı müa sir Ru siyaya ti-
po loji xas olan intellektual dəyərlər və ideal lar əsas  gö tü rül-
müşdür. Fikrimizcə bizə, toxunulan hər bir ta ri xi və ya siya si 
mövzunun məzmununa monoxrom qiymət  xa rak te ris ti  ka  la rı 
verilməsindən uzaq dayanmaq və mövzu çərçivəsində möv -
cud olan problematikanın kompleks təhlili səviyyəsinə yük -
səl  mək mümkün olmuşdur. Nəzərdən keçirilən elmi ax 
ta-
rış  və id rak problemləri  ətrafında diskussiya zamanı biz son 
həqiqəti söy lə diyimizi iddia etmirik, yalnız humanitar elm lə-
rin Mərkəzi Qaf qazda cərəyan edən sosial-siyasi proseslərin 
təd qi qi  ilə məş ğul olan nümayəndələrinin yeni dialoqa baş la-
ma sı na impuls vermək istəyirik. Məlum olduğu kimi, bə şə riy-
yə tin tarixi felin şərti for masını tanımır, tarix olduğu kimidir, 
baş qa heç bir şəkildə ola bilməz. Amma tarix bu və ya digər 
hadisənin nəyə görə baş ver diyini və bir dəfə reallaşmış mənfi  
ssenariyə bir daha yol ver mə mək üçün nə etməyin gərək ol-
du ğu nu  anlamağa imkan verir. Tarix elminin sivilizasiya mis-
si ya sı məhz bundan ibarətdir.
Toplu «Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının 
və prioritetlərinin təkamülü» məqaləsi ilə açılır.  İlk dəfə 
2012-ci ildə  «Кавказ  и  глобализация» jurnalında dərc 
edilmiş mə qa lədə XVIII əsrin son qərinəsində – XX əsrin əv-
vəllərində  Ru si yanın Qafqaza ekspansiyasının bu gün bəzi 
azər baycan,  erməni, gürcü və rusiya tarixçiləri tərəfi ndən tam 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə