Qaldırım kədər dağımı, qardaş



Yüklə 4,03 Kb.

tarix12.10.2018
ölçüsü4,03 Kb.
növüYazı

background image
Qaldırım kədər dağımı, qardaş 

 

Dilim də söz tutmur dərdimi yazım, 

Yenə də bir matəm çağımı, qardaş. 

Tökülən qanlarda qalıbdır gözüm... 

Hara yazım bu göz dağımı, qardaş. 

O qırğın, müsibət, yenəmi gəldi, 

Bu xalqa dönə-dönəmi gəldi? 

Dünyanın dərd-qəmi mənəmi gəldi? 

Nə qədər oxşayım, ağımı qardaş? 

Bir dönməz əsgərəm, el yolunda mən, 

Gəlmərəm dünyaya, bir də yenidən. 

Imkan ver, bu qanı götürüm yerdən, 

Qurtarım bağımı-bağçamı, qardaş. 

Verim lap sonuncu göz yağımı mən, 

Didim, parçalayım öz yağımı mən. 

Qoruyub Azəri torpağını mən, 

Qaldırım kədər dağımı, qardaş. 

 

 



Səlimoğlu M. Qaldırım kədər dağımı qardaş : şeir // Azərbaycan. - 1992. – 16 yanvar. 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə