Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə Əsas-Damaq Dəliyi Arasındakı Məsafənin Yaş Və Cinsi Dəyişkənliklərinin Xüsusiyyətləri



Yüklə 328,01 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü328,01 Kb.
#65156


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 95-99 (2017)

 

95 



Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə Əsas-Damaq Dəliyi 

Arasındakı Məsafənin Yaş Və Cinsi Dəyişkənliklərinin Xüsusiyyətləri 

 

V.B. Şadlinski, K.C. Quliyeva* 

 

Azərbaycan Tibb Universiteti, A.A. Bakıxanov küçəsi, 23, Bakı AZ1022, Azərbaycan; 

*E-mail: najafova1984@mail.ru 

 

Təqdim olunan məqalədə postnatal ontogenezin müxtəlif mərhələlərində kranioskopik, kraniometrik 



və variasion-statistik müayinə üsullarından istifadə etməklə insan kəllələrində qanadabənzər-əng yarı-

ğı (QƏY) ilə əsas-damaq dəliyi (ƏDD) arasındakı məsafənin fərdi, yaş və cinsi dəyişkənliklərinin xüsu-

siyyətləri öyrənilmişdir. Tədqiqatın nəticələrinə görə QƏY-in arxa divarının ortası ilə ƏDD arasındakı 

məsafənin orta qiyməti kişilərdə I yetkinlik dövründə sağtərəfli üstünlük təşkil edir. Kişilərdə qonşu 

yaş qruplarının eyniadlı tərəflərinin müqayisəsi II yetkinlik dövrünün parametrlərinin orta qiyməti-

nin I yetkinlik və ahıl dövrünün parametrlərinin orta qiymətinə nisbətən soltərəfli, qadınlarda isə iki-

tərəfli üstün olduğunu göstərmişdir. Həmin məsafənin cinsi dəyişkənliklərinin müqayisəli təhlili kişi-

lərdə  I  yetkinlik  dövründə,  qadınlarda  isə  II  yetkinlik  dövründə  sağtərəfli  üstün  olduğunu  aşkar 

etməyə imkan verdi.  

 

Açar sözlər: Qanadabənzər-əng yarığı, cins, yaş, kraniometriya, dimorfizm 

 

 

GİRİŞ 

 

QƏY  və  ona  qonşu  olan  anatomik  struktur-



ların,  xüsusilə  çətin  əldə  olunan  əsas-damaq  dəliyi 

və qanadabənzər kanalın ön dəliyinin variantları hə-

min  törəmələrdən  keçən  damar-sinir  dəstələri  üzə-

rində  aparılan  endoskopik  müdaxilələr  zamanı  kli-

nisistlər qarşısında bir sıra çətinliklər törədir (Гафа-

рова,  2002;    Полкокова,  2009;    Полев  и  др., 

2012).  Belə  ki,  ƏDD-nin  anatomo-topoqrafik  vari-

antları  haqqında  elmi  məlumatların  azlığı  arxa  bu-

run  qanaxmaları  zamanı  eyni  adlı  arteriyanın  koa-

qulyasiyası və xroniki rinitlər zamanı qanadabənzər 

kanalın ön dəliyi səviyyəsində  transnazal endosko-

pik  yolla  eyni  adlı  sinirin  neyrotomiyası  yeni  ana-

tomik  məlumatlar  tələb  edir  (Greenstone  et  al., 

1988;  Robinson  et al., 2012). Qeyd etmək lazımdır 

ki,  əng  arteriyasının,  əng  sinirinin,  qanadabənzər 

kanal  sinirinin,  əsas-damaq  arteriyasının  zədələn-

mələri və qanadabənzər-damaq düyününün xoşxas-

səli  şişləri  zamanı  rinoendoskopiyanın  yüksək  sə-

viyyədə həyata keçirilməsi üçün ontogenezin müx-

təlif  mərhələlərində  QƏY  və  ona  yaxın  strukturla-

rın,  o  cümlədən  əsas-damaq  dəliyinin  və  onunla 

QƏY-in  arxa  divarı  arasındakı  məsafənin  anato-

mo-topoqrafik variantlarının öyrənilməsi həm elmi, 

həm də praktik cəhətdən əhəmiyyət kəsb edir (Seno 

et  al.,  2009;  Tang  et  al.,  2009;  Jang  et  al.,  2010; 

George  et al., 2012; Kodama еt al., 2012). 

Əng arteriyasına edilən cərrahi müdaxilələr za-

manı  müəyyən  edilmişdir  ki,  adı  çəkilən  damarın 

zədələnmələri ən çox QƏY-dan və ƏDD-dən keçən 

yerdə  baş  verir  (Apinhasmit  et  al.,  2004).  Digər 

müəlliflərin qənaətinə görə  (Hosseini and Borghei, 

2005)  rinoserebral  infeksiyalar  ƏDD  vasitəsilə  qa-

nadabənzər-damaq  çuxuruna,  daha  sonra  QƏY  va-

sitəsilə  gicgahaltı  çuxura  və  üzün  yumşaq  toxum-

alarına keçə bilər. 

Lakin  yuxarıda  qeyd  olunanlara  baxmayaraq 

qanadabənzər-damaq  çuxurunda  yerləşən  damar-

sinir dəstələrinə edilən mövcud cərrahi müdaxilələr 

xəstəliklərin ağırlaşmasının və fəsadlarının qarşısını 

ala bilmir. Onu da qeyd etmək lazımdır ki, bu günə 

kimi anatomik, neyrocərrahi və otolarinqoloji dərs-

lik, monoqrafiya və elmi məqalələrdə postnatal on-

togenezin müxtəlif mərhələlərində QƏY və ona ya-

xın  sümük  strukturların  fərdi,  yaş  və  cinsi  dəyiş-

kənliklərinin  xüsusiyətləri  haqqında  geniş  praktik 

əhəmiyyəti  ola  biləcək  məlumat  demək  olar  ki, 

yoxdur.  Ona  görə  də  QƏY  və  ona  yaxın  olan  sü-

mük  strukturların  topoqrafo-anatomik  dəyişkənlik-

lərinin öyrənilməsi bu gün də aktual olaraq qalmaq-

dadır.   



İşin  məqsədi  postnatal  ontogenezin  müxtəlif 

mərhələlərində  insan  kəlləsində  qanadabənzər-əng 

yarığı  ilə  əsas-damaq  dəliyi  arasındakı  məsafənin 

fərdi, yaş və cinsi dəyişkənliklərinin xüsusiyətlərini 

öyrənməkdən ibarət olmuşdur.  

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqat  obyekti  kimi  ATU-nun  insan  anato-



miyası  kafedrasının  fundamental  muzeyində  saxla-

nılan pasportlaşdırılmış insan kəllələrindən istifadə 

olunmuşdur. İşin gedişi zamanı  müxtəlif yaş qrup-

larını  əhatə  edən  masserasiya  olunmuş  167  insan 

kəlləsi  tədqiq  edilmişdir.  Bu  zaman  keçmiş  SSRİ 



Şadlinski və Quliyeva 

 

96 



Pedaqoji EA-nın 1965-ci ildə yaş morfologiyası, fi-

ziologiyası  və  biokimyasının  problemlərinə  həsr 

olunmuş VII Ümumittifaq konfransında qəbul olun-

muş yaş dövrlərindən istifadə olunmuşdur.  

Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  krani-

oskopik,  kraniometrik  və  variasion-statistik  müayi-

nə üsullarından istifadə edilmişdir. Ölçüləri aparar-

kən  kraniologiyada  geniş  tətbiq  olunan  üsullara 

(Алексеев  и  Дебец,  1964;  Martin,  1928)  istinad 

olunmaq şərtilə, bir ucu düz və digər ucu əyri olan 

pərgardan  və  0,01  mm  bölgüləri  olan  ştangenpər-

gardan istifadə edilmişdir.   

Qanadabənzər-əng yarığının arxa divarı ilə əsas-

damaq  dəliyi  arasındakı  məsafəni  ölçmək  üçün  (yan 

görünüş) norma lateralis-dən istifadə edilmişdir.  

Alınmış  nəticələrin  təhlili  «Statistical»  (Stat-

soft,  1999)  və  Microsoft  Excel  Windows-7  tətbiqi 

proqramlar  paketindən  istifadə  etməklə  PC/AT 

«Pentum-IV»-də variasion statistika üsulu ilə işlən-

mişdir. Nümunələrin orta göstəriciləri (M), standart 

xətaları  (m),  sıraların  minimal  (min)  və  maksimal 

(max) göstəriciləri və variasiya əmsalı (CV) hesab-

lanmışdır (Реброва, 2002; Боровиков 2015).  

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Yuxarıda qeyd etdiyimiz kimi ƏDD nəinki nə-



zəri,  həm  də  klinik  əhəmiyyət  kəsb  edən  sümük 

strukturlardan olub qanadabənzər-damaq çuxuru ilə 

burun  boşluğu  arasında  yerləşir.  Kranioskopik  təd-

qiqatların  nəticələri  göstərdi  ki,  əsas-damaq  dəliyi 

78,4% (262 kəllə) halda damaq sümüyünün perpen-

dikulyar səfhəsinin içəri səthindəki xəlbir darağının 

arxa-yuxarı  tərəfində  yerləşir  və  dəlik  qanadabən-

zər-damaq çuxurunu yuxarı burun keçəcəyi ilə bir-

ləşdirir.  Lakin  morfoloji  tədqiqatların  nəticələri 

21,6%  halda  (72  kəllə)  ƏDD-nin  xəlbir  darağının 

arxa tərəfində, yəni yuxarı və aşağı burun keçəcək-

lərinin  sərhəddində  də  yerləşdiyini  aşkar  etməyə 

imkan  verdi.  Tədqiq  etdiyimiz  kəllələrin  28-də 

(8,4%) yuxarı burun keçəcəyinə proyeksiya olunan 

ƏDD-dən  başqa  orta  burun  keçəcəyinə  proyeksiya 

olunan  əlavə  əsas-damaq  dəliyi  (foramen  spheno-

palatinum  accesorium)  də  aşkar  olundu.  Tədqiqat 

zamanı  ƏDD-yə  xəlbir  darağının  ön-yuxarı  və  ön-

aşağı tərəflərində heç bir kəllədə rast gəlinmədi.  

Beləliklə,  əldə  etdiyimiz  kranioskopik  müayi-

nələrin nəticələri ƏDD-nin topoqrafik cəhətdən də-

yişkən olduğu fikrini irəli sürməyə imkan verdi. Bu 

isə həmin dəlikdən burun boşluğuna  keçən əsasda-

maq  arteriyasının  və  yuxarı-arxa  burun  sinirlərinin 

topoqrafiyasında  və  şaxələrin  sayında  dəyişkənlik-

lərin olması fikrini təsdiqləyir. Təqdim etdiyimiz fi-

kirlərin öz təsdiqini tapmasında damaq sümüyünün 

perpendikulyar  səfhəsinin  içəri  tərəfində  yerləşən 

xəlbir darağının çox böyük əhəmiyyəti vardır. Belə 

ki,  müayinə olunan kəllələrin hamısında xəlbir da-

rağını  müşahidə  etmək  mümkündür.  Ona  görə  də 

həmin daraqdan ƏDD və oradan keçən damar-sinir 

dəstəsinin topoqrafiyası, eləcə də rastgəlmə tezliyi-

nin aşkar olunmasında stabil anatomik oriyentir ki-

mi istifadə olunmasına əsas verir.  Bu isə əng arteri-

yası  və  onun  şaxələrinın  qanaxmaları,  qanadabən-

zər kanal siniri və qanadabənzər-damaq düyününün 

patologiyaları  zamanı  transnazal  videoendoskopik 

cərrahiyyənin  imkanlarının  artırılmasına  xidmət 

edəcək.  

Kişilərdə  (yeniyetmə,  gənclik  dövrü  və  yaşlı-

lar)  QƏY-in  arxa  divarının  ortası  ilə  ƏDD  arasın-

dakı  məsafənin  orta  qiymətinin  qarşı  tərəflər  ara-

sındakı müqayisəli təhlili I yetkinlik dövrünün gös-

təricilərinin sağtərəfli üstünlüyə malik olmasını aş-

kar etməyə imkan verdi (p<0,05). Belə ki, adı çəki-

lən məsafə sağ tərəfdə 5,0-17,5 mm, sol tərəfdə isə 

6,0-11,5 mm arasında tərəddüd edərək orta hesabla 

11,3±0,8  mm  və  8,8±0,4  mm  təşkil  edir.  Görün-

düyü  kimi  QƏY-in  arxa  divarının  ortası  ilə  ƏDD 

arasındakı  məsafənin  orta  qiyməti  sağ  tərəfdə  sol 

tərəfə  nisbətən  1,3  dəfə  və  ya  2,5mm  artıqdır.  II 

yetkinlik  dövrü,  ahıl  və  qocalıq  dövrünün  qarşı  tə-

rəflərinin eyniadlı göstəriciləri arasında statistik cə-

hətdən  əhəmiyyətli  fərq  aşkar  olunmadı  (p>0,05). 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  kişilərdə  QƏY-in 

arxa divarının ortası ilə ƏDD arasındakı məsafənin 

orta  qiyməti  I  yetkinlik  dövrünün  sağ  tərəfində  ən 

böyük  (11,3±0,8  mm),  qocalıq  dövrünün  sağ  tərə-

fində ən kiçik (8,0±0,4 mm) qiymətə malikdir. 

Apardığımız  tədqiqatlarla  müəyyən  olunmuş-

dur  ki,  QƏY-in  arxa  divarının  ortası  ilə  ƏDD 

arasındakı  məsafənin  variyasiya  əmsalı  (CV)  kişi-

lərdə  I  və  II  yetkinlik  dövrlərində  sağtərəfli,  yeni-

yetmə, gənclik və qocalıq dövrlərində isə soltərəfli 

üstünlük təşkil edir. Əldə olunan nəticələrə görə bu 

göstərici I yetkinlik dövründə sağ tərəfdə sol tərəfə 

nisbətən  1,7  dəfə  (33,5%  və  19,2%),  II  yetkinlik 

dövründə 1,2 dəfə (26,0% və 21,2%) artmışdır. Hə-

min  göstəricinin  variasiya  əmsalı  yeniyetmə  döv-

ründə  sol  tərəfdə  sağ  tərəfə  nisbətən  1,1  dəfə 

(27,6%  və  31,1%),  gənclik  dövründə  1,4  dəfə 

(23,9%  və  32,6%),  qocalıq  dövründə  1,3  dəfə 

(22,9% və 17,1%) artmışdır.   

Kişilərdə  QƏY-in  arxa  divarının  ortası  ilə 

ƏDD  arasındakı  məsafənin  orta  qiymətinin  qonşu 

yaş qruplarının eyniadlı tərəfləri arasındakı müqayi-

səli təhlili adı çəkilən göstəricinin II yetkinlik döv-

rünün  sol  tərəfində  I  yetkinlik  və  ahıl  dövrünün 

eyniadlı  tərəflərinə  nisbətən  əhəmiyyətli  dərəcədə 

artdığını aşkar etməyə imkan verdi (p<0,01). Tədqi-

qatın nəticələrinə görə QƏY-in arxa divarının ortası 

ilə  ƏDD  arasındakı  məsafə  II  yetkinlik  dövrünün 

sol  tərəfində  7,0-14,5  mm  arasında  dəyişərək  orta 

hesabla 10,6±0,4 mm, I yetkinlik dövründə isə 6,0-

11,5 mm arasında dəyişərək 8,8±0,4mm təşkil edir. 




Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə 

 

97 



Ahıl yaş dövrü ilə II yetkinlik dövrünün eyniadlı tə-

rəflərinin orta qiymətlərinin müqayisəsi II yetkinlik 

dövrünün adı çəkilən göstəricilərinin sol-tərəfli üs-

tünlük təşkil etdiyini göstərdi (p<0,01). Belə ki, ahıl 

yaş  dövrünün  sol  tərəfində  QƏY-in  arxa  divarının 

ortası ilə ƏDD arasındakı məsafə 6,0-11,7  mm in-

tervalında  tərəddüd  edərək  orta  he-sabla  8,8±0,4 

mm-ə  bərabər  olur.  Göründüyü  kimi  II  yetkinlik 

dövrünün  parametrlərinin  orta  qiyməti  həm  I  yet-

kinlik,  həm  də  ahıl  yaş  dövrünün  parametrlərinin 

orta  qiyməti  ilə  müqayisədə  soltərəfli  (hər  iki  yaş 

dövrü  üçün  uyğun  olaraq  1,2  dəfə  və  ya  1,8  mm) 

üstünlük təşkil edir.  

Qadınlarda  (yeniyetmə,  gənclik  dövrü  və  yaş-

lılar) QƏY-in arxa divarının ortası ilə ƏDD arasın-

dakı  məsafənin  orta  qiymətlərinin  ayrı-ayrı  yaş 

qruplarının  qarşı  tərəfləri  arasındakı  müqayisəli 

təhlili statistik cəhətdən əhəmiyyətli fərqin olmadı-

ğını göstərdi (p>0,05). Belə ki, I yetkinlik dövrün-

də adı çəkilən məsafənin orta qiyməti uyğun olaraq 

sağ tərəfdə 9,1±0,3 mm, sol tərəfdə 8,3±0,4 mm, II 

yetkinlik dövründə 11,9±0,5 mm və 10,7±0,5 mm, 

ahıl  yaş  dövründə  8,8±0,5  mm  və  9,0±0,5  mm, 

qocalıq  dövründə  isə  9,1±0,4  mm  və  8,5±0,4  mm 

təşkil edir.   

Yeniyetmə,  gənclik  dövrü  və  yaşlı  qadınlarda 

QƏY-in  arxa  divarının  ortası  ilə  ƏDD  arasındakı 

məsafənin variyasiya dəyişkənliklərinin öyrənilmə-

sinin  müqayisəli  təhlili  variasiya  əmsalının  yeni-

yetmə və I yetkinlik dövrlərində soltərəfli üstünlük 

təşkil etdiyini, gənclik, II yetkinlik, ahıl və qocalıq 

dövrlərində  isə  həmin  göstəricinin  hər  iki  tərəfdə 

demək  olar  ki,  bir-birinə  bərabər  olduğunu  (uyğun 

olaraq 30,2 və 30,5%; 22,3% və 23,0%;  20,4% və 

20,4%; 17,7% və 18,6%) aşkar etməyə imkan verdi. 

Tədqiqatın  nəticələrinə  görə  bu  göstərici  yeniyet-

mələrdə  sol  tərəfdə  sağ  tərəfə  nisbətən  1,1  dəfə 

(25,2%  və  28,0%),  I  yetkinlik  dövründə  1,5  dəfə 

(14,3% və 20,7%) artmışdır.  

Qadınlarda  QƏY-in  arxa  divarının  ortası  ilə 

ƏDD  arasındakı  məsafənin  orta  qiymətinin  qonşu 

yaş qruplarının eyniadlı tərəfləri arasındakı müqayi-

səli təhlili II yetkinlik dövrünün göstəricilərinin I yet-

kinlik  və  ahıl  dövrünə  nisbətən    ikitərəfli  üstünlük 

təşkil  etdiyini  aşkar  etməyə  imkan  verdi  (p<0,001, 

p<0,01). Belə ki, II yetkinlik dövründə QƏY-in ar-

xa  divarının  ortası  ilə  ƏDD  arasındakı  məsafənin 

göstəriciləri sağ tərəfdə 8,0-10,5 mm, sol tərəfdə isə 

7,0-14,5  mm  arasında  dəyişərək  orta  hesabla 

11,9±0,5  mm  və  10,7±0,5  mm  təşkil  edir.  Həmin 

göstəricilərin qiyməti I yetkinlik dövrünün sağ tərə-

fində  7,0-11,0  mm,  sol  tərəfində  isə  5,0-10,7  mm 

arasında  dəyişərək  orta  hesabla  9,1±0,3  mm  və 

8,3±0,4 mm-ə bərabər olur. Təqdim olunan nəticə-

lərdən  də  göründüyü  kimi  QƏY-in  arxa  divarının 

ortası  ilə  ƏDD  arasındakı  məsafənin  orta  qiyməti 

sağ  tərəfdə  sol  tərəfə  nisbətən  1,3  dəfə  və  ya  2,8 

mm, sol tərəfdə isə 1,3 dəfə və ya 2,4 mm artıqdır. 

Bu  halda  ahıl  dövrü  üçün  adı  çəkilən  məsafənin 

göstəriciləri sağ tərəfdə 6,3-11,5 mm, sol tərəfdə isə 

6,5-12,0  mm  hüdudunda  dəyişərək  orta  hesabla 

8,8±0,5 mm və 9,0±0,5 mm təşkil edir. II yetkinlik 

dövrünün göstəricilərinin ahıl dövrünün eyniadlı tə-

rəflərinin göstəriciləri ilə müqayisəsi təqdim olunan 

məsafənin  orta  qiymətinin  II  yetkinlik  dövründə 

sağda 1,4 dəfə və ya 3,1 mm, solda isə 1,2 dəfə və 

ya  2,4  mm  artıq  olduğunu  göstərdi  (p<0,01, 

p<0,05). Qocalıq dövrü ilə ahıl yaş dövrünün eyni-

adlı  tərəfləri  üçün  nəzərəçarpacaq  fərq  aşkar  olun-

madı (p>0,05).   

QƏY-in  arxa  divarının  ortası  ilə  ƏDD  arasın-

dakı məsafənin orta qiymətinin cinsi dəyişkənlikləri-

nin  xüsusiyyətlərinin  müqayisəli  təhlili  kişilərdə  I 

yetkinlik  dövrünün  göstəricilərinin  (11,3±0,8  mm) 

qadınlara nisbətən (9,1±0,3 mm) 1,2 dəfə və ya 2,2 

mm sağtərəfli üstün olduğunu göstərdi. Həmin  mə-

safənin orta qiymətinin müqayisəsi eyni zamanda II 

yetkinlik 

dövrünün  göstəricilərinin  qadınlarda 

(11,9±0,5  mm)  kişilərə  nisbətən  (10,1±0,5  mm)  1,2 

dəfə  və  ya  1,8  mm  sağtərəfli  üstün  olduğunu  aşkar 

etməyə imkan verdi (p<0,05). Ahıl dövrü ilə II yet-

kinlik  dövrü,  eləcə  də  qocalıq  və  ahıl  yaş  dövrləri 

arasında  aparılan  müqayisəli  təhlil  tədqiq  olunan 

məsafənin  orta  qiymətini  ifadə  edən  göstəricilər 

arasında heç bir fərq aşkar etməmişdir (p>0,05). 

Beləliklə,  ədəbiyyat  mənbələrinin  təhlili 

(Apinhasmit  et  al.,  2004;  Hosseini  and  Borghei, 

2005;  Полкокова,  2009;  Полев  и  др.,  2012)  və 

bizim nəticələrə  əsaslanaraq hesab edirik ki, QƏY-

in  arxa  divarının  ortası  ilə  ƏDD  arasındakı  məsa-

fənin  orta  qiyməti  kişilərdə  I  yetkinlik  dövrünün 

sağ  tərəfində  üstünlük  təşkil  etsə  də,  qadınlarda 

əhəmiyyətli fərq yoxdur. Kişilərdə qonşu yaş qrup-

larının eyniadlı tərəfləri arasında aparılan müqayisə 

II yetkinlik dövrünün parametrlərinin orta qiyməti-

nin I yetkinlik və ahıl dövrünün parametrlərinin or-

ta qiymətinə nisbətən soltərəfli, qadınlarda isə iki-

tərəfli  üstün  olduğunu  göstərdi.  Həmin  məsafənin 

orta qiymətinin cinsi dəyişkənliklərinin müqayisəli 

təhlili isə kişilərdə I yetkinlik dövründə, qadınlarda 

isə II yetkinlik dövründə sağtərəfli üstün olduğunu 

aşkar  etməyə  imkan  verdi.  Bu  isə  onu  göstərir  ki, 

tədqiq olunan məsafənin orta qiyməti fərdi, yaş və 

cinsi  dəyişkənliklərə  malikdir.  Bu  fərq  həm  birtə-

rəfli, həm də ikitərəfli ola bilər.  



 

 

 


Şadlinski və Quliyeva 

 

98 



ƏDƏBİYYAT 

 

Алексеев  В.П.,  Дебец  Г.Ф.  (1964)  Краниомет-

рия:  Методика  антропологических  исследова-

ний. М.: Наука, 128 с.   

Боровиков В.П. (2015) Популярное введение в 

современный  анализ  данных  в  системе 

STATISTICA. M.: Телеком, 288с. 

Гафарова Р.А. (2002) Морфологические и топо-

графо-анатомические  особенности  крылонеб-

ного  узла  в  различные  возрастные  периоды. 

Автореф. дисс. … канд. мед.наук, Баку: 22 с. 

Полев Г.А., Дайхес Н.А., Виноградов В.В., Ла-

базанова  М.А.  (2012)  Хирургические  аспекты 

эндоскопической  анатомии  клиновиднонебной 

артерии.  Российская  оториноларингология,  4: 

96-100. 


 Реброва О.Ю. (2002) Статистический анализ ме-

дицинских  данных.  Применение  пакета  прик-

ладных программ. М.: Медиа Сфера, 312 с. 

Apinhasmit  W.,  Methatrathip  D.,  Ploytubtim  S. 

et  al.  (2004)  Anatomical  study  of  the  maxillary 

artery at the pterigomaxillary fissure in a Thai po-

pulation:  its  relationship  to  maxillary  osteotomy. 

J. Med. Assoc. thai., 87(10): 1212-1227. 

George  A.,  Smatanova K.,  Joshi H.  et  al. (2012) 

Sphenopalatine, anterior ethmoid and internal ma-

xillary  artery  intervention  in  the  management  of 

refractory  epistaxis:  their  efficacy  in  25  patients.  



Clin. Otolaryngol., 37(4): 321-325.  

Greenstone M., Stanley P., Mackay I. (1988) The 

effect  of  vidian  neurectomy  on  nasal  mucociliary 

clearance. J. Laryngol. Otol., 102(10): 894-895. 

Hosseini,  S.,  Borghei  P.  (2005)  Rinocerebral  mu-

cormycosis:  pathways  of  spread.  Eur.  Arch.  Oto-



rhinolaryngol., 69-71. 

Martin  R.  (1928)  Kraniometrische  Technik:  A 

Kraniologie.  Lehrbuch der Anthropologie in sys-



tematischer Darstellung, 2: 579-991. 

Robinson S., Wormald P. (2006) Endoscopic vidi-

an neurectomy.  Am. J. Rhinol., 20(2): 197-202.  



Tan G., Ma Y., Li H. (2012) Long-term results of 

bilateral endoscopic vidian neurectomy in the ma-

nagement of moderate to severe persistent allergic 

rhinitis.  Arch Otolaryngol Head Neck Surg., 138 



(5): 492-497.  

Tang  I.,  Shashinder  S.,  Gopala  Krishnan  G.  et 

al.  (2009)  Juvenile  nasopharyngeal  angiofibroma 

in a tertiary centre: ten-year experience  Singapo-

re. Med. J., 50(3): 261-264. 

 

 

 

 

 

 

Возрастные И Половые Особенности Изменчивости Расстояния Между Серединой Стенки 

Крыловидно-Верхнечелюстной Щели И Крыловидно-Небным Отверстием   

 

В.Б. Шадлински, К.Дж. Гулиева 

 

Азербайджанский медицинский университет 

 

 Целью  работы  было  изучение  индивидуальных,  возрастных  и  половых  особенностей  изменчивости 

расстояния  между  крыловидно-верхнечелюстной  щелью  и  клиновидно-небным  отверстием  на  раз-

личных этапах постнатального онтогенеза человеческих черепов. В ходе работы были использованы 

краниоскопические,  краниометрические  и  вариационно-статистические  методы  исследования.  По 

данным  результатов  исследования  среднее  значение  расстояния  между  серединой  задней  стенки 

крыловидно-верхнечелюстной щели и клиновидно-небным отверстием у мужчин в I зрелом возрасте 

представлено  правосторонним  превосходством.  У  мужчин  сравнение  соседних  возрастных  групп 

указывает  на  левостороннее  превосходство  среднего  значения  параметров  II  зрелого  возраста  по 

отношению к параметрам I зрелого возраста и пожилого возраста; а у женщин наблюдается двусто-

роннее  превосходство.  Анализ  половых  особенностей  изменчивости  показал,  что  у  мужчин  в  I,  а  у 

женщин во II зрелом возрасте наблюдается правостороннее превосходство. 



 

Ключевые слова: Крыловидно-верхнечелюстная щель, пол, возраст, краниометрия, диморфизм 

 

 

 

 

 


Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə 

 

99 



The Age And Gender Peculıarıtıes Of The Dıstance Between The Mıddle Part  

Of Back Wall Of Pterygomaxıllary Fıssure And Sphenopalatıne Foramen  

 

V.B. Shadlinski, K.J. Guliyeva 

 

Azerbaijan Medical University 

 

The aim of the current work was to study individual, age and gender peculiarities of the distance between the 

middle  part  of  back  wall  of  pterygomaxillary  fissure  and  sphenopalatine  foramen  in  different  stages  of 

human  postnatal  ontogenesis.  Cranioscopic,  craniometric  and  variation-statistical  methods  were  used.  The 

results showed that the mean value of the distance between the middle part of back wall of pterygomaxillary 

fissure  and  sphenopalatine  foramen  in  males  dominated  on  the  right  side  in  the  I  adulthood  period.  The 

comparison of the same parts in similar age groups of males revealed that the parameters of the II adulthood 

period dominated on the left side compared to the I adulthood and elderly periods of age, but in females that 

dominated on both sides. The comparative analysis of gender peculiarities of that distance demonstrated its 

dominance on right side in the I and II adulthood periods in males and females, respectively.  

 

Keywords: Pterygomaxillary fissure, gender, age, craniometry, dimorphism 

  

 



 

 

 

 



Yüklə 328,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə