Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

37 
 
 
Trombositlərin  əsas  funksiyası  hemostaz  prosesində  rolundan  ibarətdir. 
Trombisitlər  müxtəlif  vəziyyətlərə  görə  yabançı  səthlərə  yapışmaq  qabiliyyətinə  -
adheziya  -  malikdir,  həbelə  bir-birinə  yapışırlar  (aqreqasiya)  (Şəkil  ..). 
Trombositlər bioloji fəal maddələr (serotonin, adrenalin, noradrenalin) hasil edir və 
bunları  qan  cərəyanına  buraxır;  habelə  qanın  laxtalanmasının  lövhəcik  amilləri 
adlanan maddələrin mənbəyini təşkil edir. 
 
 
Şəkil 5. Endotel təbəqəsinin zədələnmiş zonasında aorta divarına yapışmış 
trombositlər. 
 
Trombositlər angiotrofik, adheziv-aqreqasion funksiyaları yerinə yetirir, qanın 
laxtalanma  proseslərində  və  fibrinolizdə  iştirak  edir,  qan  laxtasının  retraksiyasını 
təmin edir. 
Onlar  öz  membranlarında  dövredən  immun  kompleksləri,  laxtalanma 
amillərini  (məsələn,  fibrinogeni),  antikoaqulyantları,  bioloji  fəal  maddələri 
(serotonin) daşıyır, habelə damarların spazmını dəstəkləyir. 
Trombositlərin qranulalarında qanın laxtalanma amilləri, peroksidaza fermenti
serotonin,  Ca
2+
  ionları,  adenozindifosfat  (ADF),  Villebrand  amili,  trombositar 
fibrinogeni, trombositlərin boy amili yerləşir. 
Trombositlər  membranlarından  araxidin  turşusu  buraxır  və  onu  tromboksana 
çevirir;  sonuncu  maddə  öz  növbəsində  trombositlərin  aqreqasiya  fəallığını 
yüksəldir. Bu reaksiya tsiklooksigenaza fermentinin təsiri altında baş verir. 
Trombositlərin  tərkibində  çoxlu  miqdarda  serotonin  və  histamin  olur.  Bu 
bioloji fəal maddələr kapillyarların mənfəzinin ölçüsünə və keçiriciliyinə təsir edir 
və bununla da histamin baryerlərini müəyyənləşdirir. 
Trombositlər  qırmızı  sümük  ilyində  uluant  hüceyrələrdən  –  meqakariosit 
hüceyrələrin  parçalanmasından  əmələ  gəlir.  Trombositlərin  əmələ  gəlməsi 
trombositopoetin  vasitəsi  ilə  tənzimlənir.  Trombisitopoetin  isə  sümük  iliyində, 
dalaqda  və  qara  ciyərdə  sintez  olunur.  Bu  maddə  qısamüddətli  və  uzinmüddəli 
təsirlərinə 
görə 
bölünürlər. 
Birinci 
tip 
trombositopoetin 
trombositlərin 
meqakariositlərdən  qopmasını  gücləndirir  və  qana  daxil  olmasını  sürətləndirir. 
Ikinci tip trombositopoetin isə meqakariositlərin differensasiyasına və yetişməsiniə 
kömək  edir.  Trombisitopoetinin  fəallaşması  interleykinlərlə  (İL-6  və  İL-11) 


38 
 
tənzimlənir.  Trombositopoetinin  miqdarı  iltihabi  proseslər,  trombositlərin  dönməz 
aqreqasiyası zamanı artır. 
 
 
Şəkil... Üzərinə fibrin çökmüş trombositlər. 
 
Trombositlərin  sayı  günün,  həmçinin  ilin  vaxtına  görə  dəyişir;  belə  ki,  gecə 
vaxtlara  nisbətən  gündüzlər  çox  olur.  Qadınlarda  menstruasiya  vaxtı  və  hamiləlik 
zamanı  trombositlərin  miqdarının  fizioloji  azalması  (25-50%)  müşahidə  edilir. 
Fiziki  yüklənmələr  zamanı  isə  sayi  artır.  Bundan  başqa  ağrı  zamanı  və  stress 
vəziyyətlərində onların miqdarı çoxalır. Lakin fizioloji vəziyyətlərdə trombositlərin 
sayı  norma  həddindən  kənarlaşmır.Trombositopeniya,  bir  qayda  olaraq,  patoloji 
əlamətdir və bir çox xəstəliklərdə (şüa xəstəliyində, anadangəlmə və qazanılmış qan 
sistem 
xəstəliklərində, 
hamiləlik 
preeklamsiya-eklampsiyalarında, 
massiv 
qanitirmələrdə və s. halarda) müşahidə edilir. 
Trombositlərin  yaşama  müddəti  5-11  güdür. Qocalmış  trombositlər  makrofaq 
sisteminin hüceyrələri tərəfindən udulur və burada da parçalanmağa məruz qalırlar. 
(Dav.: C-2..) 
 
Qan deposu 
Sakit  vəziyyətdə  insanda  orqanizmin  ümumi  qanının  (bu,  dövredən  qanın 
həcmi  deyil!)  45-50%-i  qan  deposunda  (dalaqda,  qara  ciyərdə,  dərialtı  damar 
kələflərində, ağ ciyərlərdə, müsariqədə) yerləşir. Dalaq 500 ml-ə qədər qanı ümumi 
qan dövranından tamamilə çıxardaraq, özündə yerləşdirə bilir. 
 
Tutum damarlarının (iri venaların) depo funksiyası. 
Qeyd  edildiyi  kimi  DQH-nin  təxminən  70-80%-ə  qədəri  venalarda 
sirkulyasiya  edir.    Bu  damarlar  tonusunu  dəyişməklə  daxilindəki  qanın  həcmini 
dəyişə  bilir.  Tutum  damarlarında  olan  qan  DQH-nin  bir  hissəsi  olmasına 
baxmayaraq, müəyyən hallarda ümumi damar həcmini ümumi məcrada olan qanın 
həcminə uyğunlaşdırmaq üçün həcmini azaltmaqla, sanki depo rolunu oynayır. Belə 
ki,  kəkin  qanaxmalar  zamanı  qan  itgisi  müəyyən  həcmə  çatdıqda  qanda 
katexolaminlərin 
səviyyəsinin 
(damarların 
divarındakı 
baroreseptorların 
qıcıqlanması  sayəində  adrenosimpatik  sistemin  oyanması  ilə  əlaqədar)  ilkin 
yüksəlişi tutum damarların yığılmasına səbəb olur. Nəticədə həmin damarlarda olan 
qanın  həcmi  azalır  və  DQH-nin  defisiti  ilə  əlaqədar  arterial  təzyiqin  enməsinin 


39 
 
müəyən qədər qarşısını almış olur. Həm də qan itgisi baş verdikdə ilkin mərhələdə 
ürəyə venoz qayıtmanı və bununla da ürək atmasını (сердечный выброс) nisbətən 
yüksəltmiş  olur.  Yəni  kompensator  mexanizmin  işə  düşməsi  ümumi  damar 
məcrasının  tutumunu  ümumi  qan  damarlarında  olan  qanın  həcminə  uyğunlaşdırır. 
Bu zaman qanın mərkəzləşmənin “ilkin fazası” başlamış olur. Qanaxmalarda vena 
damarlarının  spazmı,  əsasən  səthi  venalardan  baçlayaraq,  dərin  venalarda 
tamamlanır.  Bunun  ilkin  kliniki  əlaməti  kimi  səthi  venaların  yaprıxması,  “itməsi” 
müşahidə edilir. 
 
Dalağın rezervuar (depo) funksiyası.  
Dalaq  bu  funksiyanı  özünün  damarlarının  xüsusi  struktura  malik  olması 
sayəsində həyata keçirir. Qan kapilyarlardan əvvəlcə qalağın venoz sinuslarına daxi 
olur  və  sonradan  venalara  keçir.  Sinusların  divarları  çox  elastkliyə  malikdir, 
asanlıqla  genəlir  və  burada  böyük  həcmdə  qan  yerləşə  bilir.  Buradan  da,  lazım 
gəldikdə qanı dalaq venasına qovulur və sonra da həmin qan ümumi qan cərəyanına 
qoşulur. 
Dalaq arteriyalarında və sinuslarda onların venalara açıldığı yerdə qanın axıb 
gəlməsini və getməsini tənzimləyən sfinktorlar vardır. Sinuslarla venalar arasındakı 
venoz  sfinktorlarının  yığılması  zamanı  qanın  axıb  getməsi  çətinləşir  və  qan 
sinuslarda  ləngiyib  qalır,  dalağın  ölçülərinin  böyüməsinə  səbəb  olur.  Bu  zaman 
həmin sfinktorlar yığılarkən damarların mənfəzini tamamilə bağlamır və burada çok 
kiçik  mənfəz  əmələ  gəlir ki, buradan  yalnız  qanın plazma  hissəsi keçə  bilir, qanın 
formalı  elementləri  isə  keçmir  və  ləngiyib  sinuslarda  qalır.  Arterial  sfinktorların 
açıq  qalması  zamanı  qanın  dalağa  axıb  gəlməsi  məhdudlaşmır  (dalağın 
elastikliyinin  olmasına  görə)  məhdudlaşmır;  nəticədə  onun  damarlarında  daxili 
təzyiq  artır  və  filtrasiya  təzyiqinin  səviyyəsi  yüksəlir.  Bunun  sayəsində  də  qan 
plazması  həmin  daralmış  sfinktorlardan  (eritrrositlər  buradan  keçə  bilmir)  venaya 
və  oradan  da  ümumi  qan  cərəyanına  axıb  gedir.  Bu  zamn  dalaqda  qalan  qan 
qatılaşmış  olur.  Dalağın  belə  xüsusiyyəti  sayəsində  orqanizmin  bütün  qanındakı 
eritrositlərin 20%-ə qədərini dalaq özündə yerləşdirə bilir. Buna baxmayaraq, yəni 
burada  qanının  qatılaşmasına  və  durğunlaşmasına  baxmayaraq,  dalaqda  qanın 
laxtalanma sistemində patoloji dəyişikliklər meydana çıxmır. 
Fiziki  və  emosional  gərginliyin  təsiri  zamanı  dalağa  gedən  simpatik  liflər, 
habelə böyrəküstü vəzin beyin maddəsindən qana ifraz olunan adrenalin bu orqanın 
kapsulasının,  trabekulalarının  (arakəsmələrinin),  damarlarının  saya  əzələlərinin 
yığılmasına  səbəb  olur.  Bu  zaman  venoz  sfinktorlar  açılır  və  dalaqda  depolaşmış 
qan ümumi qan cərəyanına atılır. Qan dövranına  əlavə böyük miqdarda eritrositlər 
daxil  olur.  Beləliklə,  dalaq  eritrositlərin  əsas  deposunu  təşkil  edir.  Fiziki  və 
emosional  gərginlik  zamanı  dövredən  qana  çoxlu  miqdarda  eritrositlərin  əlavə 
edilməsi qanın oksigen tutumunu xeyli dərəcədə yüksəltmiş olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə