Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   2   3   4   5   6   7   8   9   ...   91


 
 
Ön söz 
Kliniki təbabətdə, xüsusən də cərrahiyyə və mamalıq təcrübəsində rastlaşan ən 
problemli məsələlərdən biri qanaxmalardır. Kəskin qanitirmələrin müalicəsi zamanı 
bir çox çətin və mürrəkkəb vəziyyətlər yaranır ki, binların vaxtında və düzgün həll 
olunmaması  hallarında  xəstənin  daha  da  ağırlaşmasına,  bir  çox  fəsadlaşmaların 
meydana çıxmasına və hətta ölümlə nəticələnməsinə səbəb olur. 
Qanitirmə  orqanizmdə  homeostazın  dərin  pozulmalarını  törədir  və  xəstələrdə 
böhranlı  vəziyyətləırin  inkişafının  ən  tez-tez  rastlaşan  səbəblərindən  biridir.  Qan 
orqanizmin daxilili mühitinin vacib tərkib hissəsi olduğu üçün qanaxmalar zamanı 
bütün  orqan  və  sistemlərdə  funksional  və  orqanik  pozulmalar  baş  verir.  Bu 
istiqamətdə külli sayda tədqiqatların aparılmasına baxmayaraq, kəskin qanitirmənin 
müalicəsi məsələlərinin bir çox sahələri öz həllini tapmamışdır. Çünki belə hallarda 
qan  itgisinə  məruz  qalmış  ağır  xəstələrin  vəziyyətdən  çıxarılması  və  müalicəsi 
çoxtərəfli aspektlərə malikdir: 

 
qanaxmanı  törədən  patologiyanın  qanaxmaya  qədər  dövrdə  müvafiq  risk 
qrupuna  daxil  olması  vaxtında  müəyyənləşdirilməsi  (qanaxmalar  çox  hallarda 
ikincili xarakterə malik olur); 

 
qanaxma baş verdikdə təxirəsalınmaz qaydada stasionarlaşdırılması; 

 
xüsusən  daxili  qanaxmaların  vaxtında  və  düzgün  diaqnostikası  (obyektiv  və 
instrumental-loborator müayinələr əsasında); 

 
xəstənin ağırlığının və qanitirmənin həcminin düzgün qiymətləndirrilməsi; 

 
həkimlərin peşəkarlıq səviyyəsi; 

 
təxirəsalınmaz  tədbirlərin  vaxtında  həyata  keçirilməsi  üçün  lazımi  şəraitin 
olması; 

 
infuzion-transfuzion  vasitələr  və  dərman  preparatları  ilə  təmin  edilmə 
imkanları və s. 
Bununla 
belə 
son 
dövrlərdə 
infuzion-transfuzion 
terapiyanın  son 
nailiyyətlərinin  qanitirmə  zamanı  kompleks  tədbirlərin  aparılması  üçün  kliniki 
praktikaya tətbiqi genişləndirilmişdir. 
Homeostaz pozulmalarının (hipovolemiya, qanın oksigen tutumunun azalması, 
reoloji  xassəsinin  və  laxtalanma  prosesinin  pozulmaları  və  s.)  meydana  çıxması 
müvafiq vasitələrlə bunların hər birinin spesifiki infuzion-transfuzion terapiyasının 
aparılması tələbini qoyur. 
Təəssüfləndirici  hal  odur  ki,  qanitirməyə  qarşı  tədbirlərin  həyata  keçirilməsi 
zamanı  həkimlər  çox  vaxt  şablon  xarakterli  müalicəyə  üstünlük  verirlər. 
Qanitirməni  törədən  patologiyaların  xüsusiyyətləri,  onların  fəsadlaşmaları, 
qanitirmə  zamanı  orqanizmin  orqan  və  sistemlərində  meydana  çıxan  dəyişiklilər, 
orqanizmin  qanitirməyə  və  müalicə  üçün  istifadə  edilən  hər  bir  preparata  qarşı 
reaksiyaları,  qanitirmənin  və  qanköçürmə  zamanı  baş  verə  biləcək  fəsadlaları  və 
buna  əvvəldən  hazırlığın  vacibliyi  çox  vaxt  nəzərə  alınmır.  Belə  yanaşmalar  çox 
vaxt ciddi ağır nəticələrə gətirib çıxarır. 
 
 
 



 
Fəsil I. 
Qan – daxili mühitin əsas komponenti kimi. 
Qan sisteminin fiziologiyası 
 
İnfuzion-transfuzion  terapiya  anestezioloq-reanimatoloqların  və  digər  ixtisas 
həkimlərinin gündəlik fəaliyyətləırində böyük rol oynayır. Qeyd etmək lazımdır ki, 
bir çox patoloji vəziyyətlərin korreksiyası və müalicəsi, eləcə də cərrahiyyənin əldə 
edilmiş  bu  günki  naliyyətləri  infuzion-transfuzion  teraspiyaya  dair  elmi-nəzəri 
biliklərlə,  tədbirlərinin  təkmilləşdirilməsi  və  inkişafı  ilə  sıx  bağlıdır.  Çox  mühüm 
məsələlərdən  biri  də  massiv  qanitirmələrin  və  DDL-sindromunun  müalicəsində 
infuzion-transfuzion  terapiyanın  adekvatlılığı  məsələsidir  və  bu  günki  paktiki 
təbabətin qarşısında öz aktuallığı ilə duran problemlərdəndir. Promlemlərin əsasını 
təşkil edən məsələlərdən başlıcası konkret hallarda infuzion-transfuzion terapiyanın 
adekvatlığı üçün vacib göstəricilərdəın olan maye və ya qan itgisinin həcmini dəqiq 
müəyyənləşdirmək  mümkün  olmur.  Belə  hallar  xüsusən  də  kəskin  qanaxmalar 
zamanı meydana çıxır. 
Infuzion-transfuzion  terapiyanın  tətbiqinin  maraqlı  tarixi  məqamları 
mövcuddur. 
Infuzion-transfuzion  mülascə  prinsip  etibarı  ilə  orqanizmin  bilavasitə  daxili 
mühitinə  müdaxilə  etməkdir.  Bundan  başqa  qanaxmalar  zamanı  daxili  mühitin 
mərkəsi həlqəsini təşkil edən qan sisteminin bütün parametrlərində dəyişikliklər baş 
verir ki, bunun nəticəsində orqanizmin bütün orqan və sistemlərində gərginliklər və 
hətta  böhranlı  vəziyyətlər  yaranır.  Bu  dəyişkənliklərin  və  böhranlı  vəziyyətlərin 
mahiyyətini,  meydana  çıxmış  patologiyaların  patogenetik  inkişaf  dinamikasını 
düzgün  qiymətləndirmək  və  bunun  əsasında  da  adekvat  müalicə  taktikasının 
seçmək  üçün  orqanizmin  daxili  mühiti,  qan  sistemi  onun  funksiyaları  və  fizioloji 
aspektləri haqqında məlumatlara malik olmaq lazımdır. 
 
ORQANİZMİN DAXİLİ MÜHİTİ. 
QAN SISTEMI 
 
Qan  sistemi  orqanizmin  daxili  mühitinin  mərkəzi  həlqəsini  təşkil  edir.  Bu 
sistemdə  meydana  çıxan  kəmiyyət  və  keyfiyyət  dəyişikliləri  orqanizmin  bütün 
orqan  və  sistemlərinin  həyati  proseslərinə  dərin  təsir  göstərir.  Bu  dəyişikliklər 
təsirlərindən orqanizmdə baş verən proseslərin kliniki əlamətləri həmin dəyişiklərin 
(patologiyaların)  dərinliyindən,  intensivliyindən,  təsir  müddətindən,  fon 
xəstəliklərdən,  eləcə  də  orqanizmin  uyğunlaşma-adaptasiya  imkanlarından  və 
prosesə  qarşı  orqanizmin  fərdi  reaksiyasından  çox  asılıdır.  Qanaxmalar  və 
qanitirmələr  zamanı  xəstənin  yaranmış  böhranlı  vəziyyətdən  çıxarmaq  və  tam 
sağalmasına nail olmaq üçün həmin məsələlərə ciddi yanaşmaq lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə