Qanaxmalar zamanı infuzion-transfuzion terapiya


Daxili mühit haqqında anlayış



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   2   3   4   5   6   7   8   9   ...   91


 
Daxili mühit haqqında anlayış 
Orqanizmin  normal  fəaliyyəti  üçün  onun  daxili  mühitinin  sabitliyi  lazımdır. 
Orqanizmin  daxili  mühiti  haqqında  anlayışı  təbabətə  XIX  əsrdə  fransız  fizioloqu 
Klod Bernar gətirmişdir. 
Hal-hazırda  daxili  mühit  dedikdə  orqanizmin  maddələr  mübadiləsi 
proseslərində  iştirak  edən  və  orqanizmin  homeostazını  dəstəkliyən  maye 
mühitlərinin məcmusu (qan, limfa, toxuma mayesi, likvor və s.) nəzərdə tutulur. 
Orqanizmin  normal  həyat  fəaliyyəti  üçün  daxili  mühitin,  onun  fiziki-kimyəvi 
və  bioloji  xüsusiyyətlərinin  nisbi  sabitliyi  təmin  edilməlidir.  Daxili  mühitin 
tərkibinin və xassələrinin belə dinamiki nisbi sabitliyi və orqanizmin  əsas fizioloji 
funksiyalarının  (qan  dövranı,  tənəffüs  və  s.)  dayanıqlığı  ümumilikdə  homeostaz 
adlandırılıır. Homeostaz bir sıra bioloji konstantlarla səciyyələndirilir. 
Orqanizmin  orqan  və  toxumalarının  oyanıqlığı,  onların  qıcıqlara  qarşı 
həssaslığı,  ümumiyyətlə  həyat  fəaliyyətləridaxili  mühitinin  tərkibindən  və 
xassəsindən  asılı  olur.  Bundan  başqa  daxili  mühitinin  tərkibi  hüceyrələrin, 
orqanların və toxumaların qidalanmasına (trofikasına) təsirgöstərir. Beləliklə, daxili 
mühit orqanizmin bütün həyat fəaliyyətini, o cümlədən onun reflektoru fəaliyyətini 
müəyyənləşdirir. 
Orqanizmin daxili mühitinin tərkibinin və xassəsinin sabitliyi mütləq olmayıb 
nisbi xarakterə malikdir. Belə ki, həyat fəaliyyəti prosesində onun dəyişilməsi üçün 
şərait yaranır. Daxili mühitin tərkibinin və xassəsinin özünü tənzimlənməsini, yəni 
homeostazın dəstəklənməsini təmin edən xüsusi mexanizmlər mövcuddur. Buna bir 
sıra  orqanların  və  fizioloji  sistemlərin  fasiləsiz  baş  berən  fəaliyyətləri  ilə  nail 
olunur. 
Homeostazı  dəstəkləyən  mexanizmlərin  funksional  imkanları  sonsuz 
(sərhədsiz)  deyildir.  Orqanizmin  uzun  müddət  həyat  fəaliyyəti  üçün  əlverişsiz 
şəraitdə qalması və ya ağır patologiyalar zamanı homeostazın pozulması, bəzən isə 
həyatla uzlaşmayan vəziyyətin yaranması baş verir. 
Orqanizmin  homeostatik  reaksiyaları  şəraitə  görə  uyğunlaşma  xarakterinə 
malikdir. Məsələn, qanda qlükozanın qatılığı 4,45-6,65 mmol/l (80-120 mq%) təşkil 
edir. Onun miqdarının azalması və artması  zamanı homeostatik reaksiyaların təsiri 
ilə qlükozanın səviyyəsinin normallaşması təmin edilir. Beıə ki, qanda qlükozanın 
səviyyəsinin aşağı düşməsi böyrəküstü vəzin byin maddəsindən adrenalinin hasilatı 
stimullaşdırırlır. Qan cərəyanı ilə bu hormon qara ciyər hüceyrələrinə çatdırılır və 
burada qlikogeni qlükozaya parçalayan fermentlərin fəallığı yüksəlir. Əmələ gəlmiş 
qlükoza  qan  cərəyanına  keçir.  Eyni  zamanda  qana  bir  çox  hormonlar  (mədəaltı 
vəzdən  ifraz  olunan  qlükoqon,  böyrəküstü  vəzin  beyin  maddəsindən  hasil  olan 
qlükokortikoidlər,  hipofizdən  ifraz  edilən  somatotropin)  daxil  olur  ki,  onların 
təsirləri qanda qlükozanın səviyyəsinin normallaşdırılmasına yönəlmişdir. 



 
Orqanizmin  daxili  mühiti  (fransızca  “milieu  intérieur”,  latınca  “medium 
organismi  internum”)  –  orqanizmin  daxilində,  bir  qayda  olaraq  müəyyən 
rezervuarlarda (məsələn, damarlarda) yerləşən, təbii şəraitdə və normal vəziyyətdə 
xarici  mühitlə  təmasda  olmayan,  eyni  zamanda  orqanizmin  homeostazını  təmin 
edən  maye  mühitlərin  məcmusudur.  Bu  ifadəni  “orqanizmin  daxili  mühiti”  
təliminin müəllifi fransız fizioloqu Klod Bernar təklif etmişdir.  
Homeostaz  (yunanca “ὁμοιοστάσις”; “ὅμοιος”  –  eyni,  oxşar,  bənzər  və    
“στάσις”  –  vəziyyət,  hərəkətsizlik,  sabitlik  sözlərindən  yaranmışdır)  –özünü 
tənzimləmə,  yəni  dinamiki  müvazinətin  saxlanılmasına  yönəlmiş  koordinasiya 
reaksiyalarının köməyi ilə açıq sistemin  öz daxili vəziyyətinin sabitliyini  qoruyub 
saxlamaq  qabiliyyətidir.  Amerika  fizioloqu  Uolter  Kennon  (Walter  B.  Cannon) 
1932-ci ildə özünün “Bədənin  müdrikliyi” (“The Wisdom of the Body”) kitabında 
bu 
termini 
“orqanizmin 
əksər 
dayanıqlı 
vəziyyətini 
dəstəkləyən 
koordinasilaşdırılmış  fizioloji  prosesləri”  ifadə  etmək  üçün  təklif  etrmişdir. 
Sonradan bu termin istənilən açıq sistemin “özünün daxili vəziyyətinin sabitliyinin 
dinamiki  saxlamaq  qabiliyyətini”  ifadə  etmək  üçün  geniş  yayılmışdır.  Lakin 
“homeostaz”  təliminə  daha  çox  yaxın  olan  “daxili  mühitin  sabitliyi”  haqqında 
anlayışı  hələ  bundan  xeyli  əvvəl,  yəni  1878-ci  ildə  Klod  Bernar  tərəfindən 
formalaşdırılmışdır.  Burada  fərq  əsasən  “daxili  vəziyyət”  və  “daxili  mühit” 
ifadələrindən ibarət olmuşdur. 
Orqanizmin  kompleks  sistemlərinin  homeostaz  qabiliyyəti  olmalıdır  ki,  bu 
sistemlər  və  bütövlükdə  orqanizm  öz  fəaliyyətinin  sabitliyini  və  canlı  bir  varlıq 
kimi  mövcudluğunu  təmin  edə  bilsin.  Bunun  üçün  müxtəlif  daxili  və  xarici 
dəyişiliklərə  qarşı  təkamül  prosesində  orqanizmin  adaptasiya-uyğunlaşma 
mexanizmləri formalaşmışdır. 
Homeostaz sistemləri aşağıdakı ümumi xüsusiyyətlərə malikdir: 

 
Sistemin  qetri-sabitliyi:  yəni  sistem  müəyyən  dəyişkənliyə  malikdir,  lakin 
bu  dəyişkənlik  müəyyən  hədd  çərçivəsində  (yəni  fizioloji  hədd  çərçivəsində)  baş 
verir.  Həmin  hədd  çərçivəsindən  kənarlaşma  patologiya  kimi  qəbul  edilir  və 
homeostaz pozğunluğunun meydana çıxması hesab edilir. 

 
Sistemin  müvazinətliyini  saxlamağa  meyilliyi  (cəhd  etməsi):  orqanizmin 
müvafiq  bütün  daxili,  yeni  struktur  təşkilolunması  və  funksional  kompensator 
imkanları balansın saxlanılmasına yönəldlilr. 

 
Gözlənilməz  olması:  müəyyən  amillərin  təsirlərindən  alınan  yekun  effekt 
çox vaxt gözlənilən nəticələrlə üst-üstə düşmür.  
Orqanizmdə  müxtəlif  xarakterdə  və  müxtəlif  növ  homeostaz  sistemləri 
mövcuddur. Bunlara bir neçə misal göstərmək olar: 
1)
 
Damarlarda dövredən qanın həcminin tənzimlənməsi.  
2)
 
Hemodinamik göstəricilərin tənzimlənməsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə