Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   2   3   4   5   6   7   8   9   ...   91


 
3)
 
Teleosmorequlyasiyada  mikronutrientlərin  və  suyun  miqdarının 
tənzimlənməsi; əsasən böyrəklərlə həyata keçirilir. 
4)
 
Ifrazetmə  -  maddələr  mübadiləsi  prosesi  aşqarlarının  (tullantılarının) 
orqanizmdən çıxarılması; ekzokrin orqanlarla  (börəklərlə, ağ ciyərlərlə, 
tər vəzləri ilə, mədə-bağırsaq traktı ilə) həyata keçirilir. 
5)
 
Bədən  temperaturasının  tənzimlənməsi;  müxtəlif  termotənzimləyici 
reaksiyalarla,  konkret  olaraq  temperaturanın  aşağı  salınması  tərləmə 
vasitəsi ilə reallaşdırılır. 
6)
 
 Qanda  şəkərin  səviyyəsinin  tənzimlənməsi;  əsasən  qara  ciyərlə, 
mədəaltı vəzdən hasil olan insulin və qlükaqonla həyata keçirilir. 
7)
 
Qida rejimindən asılı olaraq əsas mübadilə səviyyəsinin tənzimlənməsi. 
 
Orqanizmdə  homeostazın  təmin  edilməsində  əks-əlaqə  mexanizmi  böyük  rol 
oynayır.  Belə  ki,  sistemdə  müəyyən  istiqamətdə  normadan  kənarlaşma  meydana 
çıxdıqda  əks-əlaqə  mexanizminin  işə  düşməsi  sayəsində  prosesdəki  dəyişikliklər 
əks istiqamətə yönəldilir və orqanizmin adaptasiya-uyğunlaşma imkanları daxilində 
müvazinətlənmiş olur və normallaşır. 
 
Bioloji homeostaz 
Orqanizmin  daxili  mühitinə  müxtəlif  maye  mühitləri  daxildir:  qan  plazması, 
limfa,  hüceyrələrarası  maye,  beyin-onurğa  beyni  maye  (likvor),  oynaq  daxili  və 
seroz boşluqlardakı maye. Bu mayelərin bütün parametrləri üzrə sabitliyin qorunub 
saxlanılması orqanizm üçün həyati vacibliyə malikdir.  
Istənilən  parametrlərinə  görə  orqanizmlər  konformasion  və  tənzimləyici 
canlılara bölünürlər.  Tənzimlənən orqanizmlər  yaşadığı mühitdən asılı olmayaraq, 
öz homeostaz parametrlərini dam sabit saxlayır. Konformasion orqanizmlərdə ətraf 
mühit  onun  parametrlərini  müəyyənləşdirir.  Məsələn,  istiqanlı  canlılar  öz  bədənin 
temperaturunu  sabit  saxladığı  halda,  soyuqqanlılar  geniş  diapazonda  temperatuq 
dəyişkənliyini nümayiş etdirir. 
Insan  orqanizmi  də  tənzimləyici  canlılara  aiddir  ki,  onun  bütün  homeostaz 
sistemləri,  o  cümlədən  daxili  mühiti  yüksək  səviyyədə  tənzimləyici  mexanizmlərə 
malikdir.  Lakin  bu  mexanizmlər  hüdudsuz  olmayıb,  müəyyən  fizioloji  hədd 
çərçivəsində parametrləri normal civarlarda saxlaya bilir.  
Orqanizmin  daxili  mühitini  təşkil  edən  toxuma  (interstisial)  mayesi,  limfa  və 
qan tərkibinə, xassələrinə və fuksiyalarına görə çox sıx surətdə bir-biri ilə bağlıdır. 
Lakin  orqanizmin  hüceyrələri  ilə  yalnız  birbaşa  əlaqədə  olduğu  üçün  toxuma 
(toxumalararası  və  ya  interstisial)  mayesi  orqanizmin  həqiqi  daxili  mühiti  hesab 
edilə bilər. Qan isə ancaq ürəyin endokard qişası və damarların endotel təbəqəsi ilə 
birbaşa təmasda olsa da, digər orqan və toxumalarda olduğu kimi onların da həyat 



 
fəaliyyətinin təminatında toxuma mayesi vasitəsi ilə iştirak edir. Qan cərəyanına isə 
damar divarlarından hormonlar və müxtəlif  bioloji fəal birləşmələr keçir. 
Toxuma  mayesi,  qan  və  limfanın  əsas  hissəsi  sudan  ibarətdir.  Insan 
orqanizmində suyun miqdarı bədən kütləsinin orta hesabla 60-75% qədəridir (yəni 
insan  orqanizminin  60-75%-ini  su  təşkil  edir).  Yaşdan,  cinsdən,  bədənin 
konstusional  quruluşundan,  məşğuliyyətindən  və  s.-dən  asılı  olaraq,  bu  rəqəm 
dəyişkəndir.  Məsələn,  körpə  bədənində  suyun  miqdarı  daha  çoxdur;  yaş  artdıqca 
suyun miqdarı azalır, əzələli adamlarda, qadınlara nisbətən kişilərdə, kök adamlara 
nisbətən  arıq  adamlarda,  idmanla  məşğul  olanlarda  suyun  miqdarı  çox  olur.  70 
yaşında orta yaşlı kişilərdə yuvarlaq olaraq 60% hesabı ilə suyun miqdarı 42 litrə 
bərabərdir (70x60:100% = 42 kq = 42 litr). Burada hüceyrədaxili (intraselüllyar) su 
40%  (28  litr)  və  hüceyrəxarici  (eksraselüllyar)  su  20%  (14  litr)  təşkil  edir. 
Hüceyrəxarici  su  damarxarici  -  damardaxili  (intravazal)  mayedən  (əsasən  qan 
plazması  4%  (2,8  litr)  və  ekstravazal  mayedən  (yəni  toxumalaraarası  və  ya 
interstisial  maye  və  limfa  mayesi:  15%  -  10,5  litr)  ibarətdir.  Cəmi  1%-ni 
transselülyar  (likvor,  sinovial  və  seroz  maye,  vəzlərin  axarlarında  olan  maye, 
böyrək  kanalcıqlarında  və  kasacıq-ləyəndə  olan  maye)  maye  təşkil  edir  (Sxemə 
bax). 
Sxem 1. Bədəndə suyun bölüşdürülməsi 
 
Qan  (əsasən  onun  plazması)  və  toxuma  mayesi  arasında  daim  maddələr 
mübadiləsi  və  suyun  transportu  baş  verir.  Su  ilə  birlikdə  burada  həll  olunmuş 
mübadilə məhsulları, hormonlar, qazlar, bioloji fəal birləşmələr daşınır. Buna görə 
də  orqanizmin  daxili  mühitini  ümumi  qan  dövranı  və  ardıcıl  zəncirdə  hərəkətdən  



 
ibarət vahid humoral transport sistemini təşkil edir; qan – toxuma mayesi – toxuma 
(hüceyrə) – toxuma mayesi – limfa – yenidən qan (dövredən həlqə yaranır) (Sxemə 
bax).  
Bu  sadə  sxemdən  görünür  ki,  qanın  tərkibi  yalnız  toxuma  mayesi  ilə  deyil, 
həm  də  limfa  ilə  sıx  əlaqəlidir.  Orqanizmdə  limfatik  sistem  vacib  rola  malikdir. 
Limfatik  sistemi  toxumaarası  sahədən  mənbələnən  və  bütün  toxuma  sahəsini 
drenajlayan  limfa  kapilyarlarından  və  bunların  axıb  töküldüyü  daha  iri  limfa 
damarlarından  təşkil  edilmişdir.  Limfatik  damarların  ətrafında  limfa  düyünləri 
yerləşir;  bunlardan  limfa  axıb  getdikcə  onun  tərkibi  dəyişir  və  limfositlərlə 
zənginləşir.  Toxuma  mayesi  kimi  limfanın  xüssusiyyətlərinə  onun  axdığı  orqana 
təsir göstərir. Qida qəbulundan sonra limfaya yağlar, karbohidratlar və hətta zülallar 
sorulduğundan onun tərkibi kəskin dəyişir. 
Sxem 
 
 
Onu qeyd etmək lazımdır ki, orqanizmin vahid daxili mühitini təşkil etməsinə 
baxmayaraq, hüceyrədaxili, qan plazması, toxuma mayesi və limfa müxtəlif tərkibə 
və  komponentlərə  malikdir  və  bu  müxtəlifliyi  yaradan  onlarda  gedən  su,  ion  və 
elektrolit  mübadiləsinin  intensivliyindən,  qan,  toxuma  mayesi  və  hüceyrələr 
arasında kationların, anionların və metabolizm məhsulların qatılıqlarından asılıdır. 
Hələ  1878-ci  ildə  K.Bernar  yazırdı  “...  sabitliyin  saxlanılması  bizim  daxili 
mühitimizdə ”. 
 
ORQANIZMIN VOLEMIK VƏZIYYƏTI 
Orqanizmdə  olan  bütün  qan  iki  əsas  sektor  arasında  bölüşdürülmüşdür: 
funksional və qeyri-funksional. 
Funksional  sektor dedikdə bu, dövredən qanın həcmi (DQH)  nəzərdə tutulu. 
Deməli,  DQH  -  ürək,  iri  və  xırda  arteriyalar  və  venalar,  habelə  kapilyar  sistemdə 
(ümumi kapilyar şəbəkənin 10%-i) hərəkət edən qanın həcmi hesab edilir. 
Qan
Toxuma 
mayesi
Toxuma 
(hüceyrə)
Toxuma 
mayesi
Limfa


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə