Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   2   3   4   5   6   7   8   9   ...   91

13 
 
(DQH)  azalması  hesabına  DQH  də  azalır.  Plazmada  zülalların  (xüsusən  də 
albuminin) qatılığının yüksəlməsi zamanı isə qanunauyğun olaraq, DQH də çoxalır. 
Plazma zülalların miqdarının 50 q/l-dən az olması qanınnın onkotik təzyiqinin 
böhranlı  dərəcədə  dəyişməsinə  səbəb  olur.  Bu  zaman  damardaxili  mayenin 
interstisial sahəyə keçməsi sürətlənir və DPH-nin azalması ilə nəticələnir. 
Kapillyarlar səviyyəsində su-elektrolit mübadiləsi zülalların mübadiləsi ilə sıx 
əlaqəlidir.  Normal  vəziyyətlərdə  kapillyarların  keçirici  membranları  onlarda  olan 
dəliklərin  kiçik  olması  ilə  əlaqədar  (2-3  nm)  zülalları  keçirmir,  lakin  suyu,  sidik 
cövhərini,  qlükpozanı,  sidik  turşusunu  və  digər  kiçik  üzvi  molekulaları  asanlıqla 
keçirir. 
Damardaxili  mayedə  olan  zülallar  özünə  elektrik  əksyüklü  ionları  birləşdirir, 
zülallarla  eyni  elektrik  yüklü  kristalloid  ionları  isə  membrandan  damar  xaricinə, 
interstisial  sahəyə  keçir.  Bu  sektorlar  arasənda  elektrolitlərin  belə  bölüşdürülməsi 
membranın hər iki tərəfində elektrolit-ion müvazinətini yaradır. Lakin damardaxili 
mayedə  zülal  təbiətli  ionların  olması  qanın  onkotik  təzyiqinin  (osmoid-kolloid 
təzyiqin) yüksəlməsini təmin edir. Bununla da interstisiadan mayenin kapillyarların 
venoz şöbəsində damardaxili sahəyə keçməsi baş verir. 
Hipoproteinemiya və plazmanın onkotik təzyiqinin enməsi, habelə damardaxili 
hidrostatik  təzyiqin  (arterial  və  nenoz  təzyiqlərin)  enməsi  zamanı  damardaxili 
mayenin interstisial sahəyə keçməsi və müvafiq olaraq DPH-nin azalması başlayır. 
Deməli,  hidrostatik  və  onkotik  təzyiqlər  arasında  daimi  konkurentlik  - 
transkapillyar mübadilənin mexanizmini xarakterizə edir. 
Orqanizmin  volemik  tənzimlənməsində  qara  ciyər  və  böyrəklər  fəal  iştirak 
edur.  Qanaxmalarla  əlaqədar  meydana  çıxan hipovolemik  vəziyyətlərdə qara  ciyər 
bir  depo  kimi  DQH-nin  artmasında  xüsusi  rol  oynayır.  Bundan  başqa 
qanitirmələrdən  sonra,  zülal  itgisi  ilə  müşayiət  olunan  proseslər  zamanı  bu  orqan 
zülallar  sintez  etməklə  plazmanın  onkotik  təzyiqini  yüksəldərək,  qan  plazmasının 
həcmini  artrırır.  Qara  ciyər  həmçinin  DQH-nin  azalması  zamanı  aldosteronun  və 
antidiuretik hormonun fəallığını zəiflətməklə diuerezin tənzimində iştirak edir.  
Homeostazın  tənzimlənməsində  böyrəklərin  rolu  çoxtərəflidir.  Böyrəklər 
tərəfindən  orqanizmiin  volemik  dəstəklənməsi,  əsasən  orqanizmdən  natriumun  və 
suyun xaric olunmasının qarşısını almaqla həyata keçirilir. 
Hefron  kanalcıqlarından  natriumun  və  suyun  reabsorbsiyası  aldosteronun  və 
antidiuretrik  hormonun  sekresiyası vasitəsi ilə  reallaşdırılır və  bunların  hasilatının 
artırılması üçün işəsalıcı əsas siqnallar böyrək arteriolalarındakı baroreseptorlardan, 
qulaqcıqlarda  və  korotid  sinuslarda  yerləşən  volyumoreseptorlardan  gələn 
qıcıqlardır (Зильбер А.П., 1977). 
Nefronların  yukstaqlomerulyar  aparatının  söykəndiyi  arteriolalarda  arterial 
təzyiqin  enməsi  (hipiovolemiya)  zamanı  renin  sekresiya  olunur  və  qana  ötürülür. 
Ferment  xassəsinə  malik  olan  renin  plazmanın  
2
-qlobilinini  fəallaşdırır  və  onu 


14 
 
angiotenzinə  çevirir;  sonuncu  böyrəküstü  vəzin  qabıq  maddəsindən  (ikinci  qatını 
təşkil edən dəstəli hüceyrələrdən) aldosteronun hasilatını artırır və qana keçməsini 
təmin  edir.  Məlum  olduğu  kimi,  aldosteron  kanalcıqlarda  natriumun  və  suyun 
reabsorbsiya  prosesini  gücləndirir.  Bundan  başqa  baro-  və  volyumoreseptorlardan 
çıxan  siqnallar  hipotalamusa  və  buradan  hipofizə  (arxa  payına  –  neyrohipofizə) 
çatdırılır.  Bu  qıcıqların  təsiri  nəticəsində  hipotalamusdan  adrenokortikotrop 
hormonu  (AKTH)  və  neyrohipofizdən  antidiuretik  hormon  (ADH)  ifraz  edilir. 
AKTH  aldosteronun  fəallığını,  ADH  isə  hialuroronidaza  fermentinin  fəallığını 
gücləndirir.  Bunların  təsirlərindən  nefronun  kanalcıqlarında  natriumun  və  suyun 
reabsorbsiyası  intensivləşir  və  orqanizmin  maye  itgisinin  həcmi  azalır.  Bu  isə 
DQH-nin artmasına şərait yaradır.  
DQH-nin  təyinetmə  üsulları.  Hipovolemiyalar,  xüsusən  də  qanitirmələr 
zamanı  DQH-nin  defisiti  və  ya  qan  itgisinin  həcmi  DQH-nin  faiz  nisbəti  ilə 
qiymətləndirilir.  Buna  görə  də  hal-hazırda  kliniki  olaraq  DQH-nin  təyini 
üsullarından istifadə edilir. Travmatik şoklar, kəskin qanitirmələr, intoksikasiyalar 
və  s.  zamanı  DQH-nin  vəziyyətindən  asılı  olaraq  infuzion-transfuzion  terapiyanın 
həcmi  və  komponemtləri  müəyyənləşdirirlir.  Tətbiq  edilən  bütün  üsullar  vasitəli 
(dolayısı)  üsullardır,  yəni  xəstənin  qanına  venadaxili  müxtəlif  udikatorların 
vurulması  ilə  həyata  keçirilir.  Üsulların  mahiyyəti  venadaxilinə  yeridilmiş  məlum 
həcmdə  və  qatılıqda olan indikatorun xəstənin qanında  durulaşma  dərəcəsini təyin 
etməkdən  ibarətdir.  Adətən  dövredən  plazmanın  həcmini  və  ya  dövredən 
eritrositlərin həcmini təyin edən preparatlardan istifadə olunur və sonra hematokrit 
göstəricisinin vasitəsiilə DQH hesablanır. 
DPH-nin  təyini  üçün  indikator  kimi  Evans-abısından  (göy  azorəng  T-1824) 
istifadə etmək olar. Bu maddə albuminlə sıx kontakda olaraq,  qanda uzun müddət 
dövr  edir.  Maddəni  vurduqdan  bir  müddət  sonra  spektrofotometriya  aparatının 
köməyiilə xəstənin qanında həmin maddənin qatılığı təyin edilir. Daha sonra məlum 
qatılıqlı  indikatorun  qanda  durulaşma  dərəcəsinə  görə  DQH-i  hesablanır.  Yəni 
qanda atılığın dərəcəsinə görə həlledicinin (yəni qanın) hansı həcmə malik olması 
müəyyən  edilir.  DPH-nin  təyinində  plazmanın  albumini  ilə  asanlıqla  birləşməyə 
daxil olan digər indikator kimi yodun radioaktiv izotopundan (
131
İ) da istifadı edilir. 
DEH-nin təyini üçün isə xromun radioaktiv izotopları (
51
Cr və 
52
Cr) tətbiq olunur. 
 
Mərkəzi hemodinamika 
Mərkəzi  hemodinamikanı,  inteqral  qaydada,  əsasən  ürəyin  nasos  funksiyası, 
damarların tonusu və dövredən qanın həcmi müəyyənləşdirir. 
Ürək  qanı  sol  mədəcikdən  damarlara  qovmaq  üçün  nasos  funksiyasını  yerinə 
yetririr  və  periferiyadan  gələn  qan  sağ  qulaqcığa  daxil  olur.  Beləliklə  də, 
makrosirkulyasiyanı  həyata  keçirir.  Qan,  damarları  doldurur  və  orqanizmdə 
maddələrin  (qazlar  -  O
2
  və  CO
2
,  zülallar,  yağlar,  karbohidratlar  və  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə