Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

21 
 
immuniteti), genetik yabançı maddələri zərərsizləşdirmək üçün limfositlərin antitei 
hasil etməsi (humoral immunitet). 
7.
 
Hemostatik  funksiyası  –  müxtəlif  səbəblərdən  baş  verən  qanaxmalar 
zamanı qanitirmənin qarşısının alınması üçün qanın laxtalanma qabiliyyəti (Əksinə, 
tromboembolik  fəsadlaşmaların  inkişafının  qarşısının  alınması  üçün  fibrinolitik 
fəallığın və əks-laxtalanma qabiliyyətinin olması. Bunları ümumiləşdirib ....terminlə 
ifadə etməli). 
8.
 
Tənzimləyici (humoral yolla)  funksiya–hormonların, peptidlərin, ionların 
və  bioloji  fəal  maddələrin  onların  sintez  olunan  yerdən  orqanizmin  hüceyrələrinə 
çatdırılması,  bununla  bir  çox  fizioloji  funksiyaların  həyata  keçirilməsinə  imkan 
yaradır. 
9.
 
Homeostatik  funksiya  –  orqanizmin  daxili  mühitinin  sabitliyinin 
saxlanılması (turşu-qələvi müvazinəti, su-elektrolit balansı və s.). 
10.
 
Mexaniki  funksiya  –  orqanlara  axıb  gəlməsi  ilə  orqanların  stromasını 
gərginləşdirib  turqorluğunu  artırır;  böyrək  nefronlarının  yumaqcıq  kapillyarlarında 
ultrafiltrasiyanı təmin edir. 
 
Qanın göstəriciləri və fiziki-kimyəvi xarakteristikası. 
Yaşlı insan orqanizmində ümumi qanın miqdarı orta hesabla bədən kütləsinin 
6-8%-ni,  yəni  5-6  litr  təşkil  edir.  Bu  miqdarın  göstərilən  həddən  çox  olması 
hipervolemiya, aza olması isə hipovolemiya adlanır. 
Qanın  nisbi  sıxlığı  –  1,050-1,060  civarında  olub,  başlıca  olaraq  eritrositlərin 
miqdarından asılıdır. Plazmanın nisbi sıxlığı isə nisbətən aşağıdır, yəni 1,025-1,034 
həddindədir; bu səviyyəni plazmada zülalların qatılığı müəyyənləşdirir. 
Qanın  özlülüyü  -5  nisbi  Vahidə,  plazmanınkı  isə  1,7-2,2  nisbi  Vahidə 
bərabərdir (suyun özlülüyu 1 Vahid qəbul edilmişdir). Bu göstəricilərin səviyyələri 
qanda  eritrositlərin  miqdarından  və  az  dərəcədə  plazma  zülallarının  qatılığından 
asılıdır. 
Qanın  osmotik  təzyiqi  –  həlledicinin  yarımkeçirici  membrandan  az  qatılıqlı 
məhluldan  daha  yüksək  qatılıqlı  məhlula  keçməsini  şərtləndirən  gücdür.  Qanın 
osmotik təzyiqi krioskopik üsulla, yəni qanın donma nöqtəsini (depressiyası) təyin 
etməklə  müəyyən  olunur;  belə  ki,  qanda  osmotik  təzyiqi  yaradan  maddələrin 
miqdarından  asılı  olaraq  qanın  donma  dərəcəsi  də  dəyişir.  Bu  göstərici  qan  üçün 
0,56-0,58ºC-ə  bərabərdir  (A.Q.:  dəqiqləşdirmək).  Qanın  osmotik  təzyiqi  normada 
orta  hesabla  7,6  atm-dır.  Bu  təzyiq  qanda  həll  olunmuş  osmotik  fəallığa  malik 
maddələrin,  başlıca  olaraq  qeyri-üzvi  elektrolitlərin,  daha  az  dərəcədə  zülalların 
qatılıqları  ilə  şərtlənir.  Osmotik  təzyiqin  60%-ə  qədər  hissəsi  natrium  duzları 
(NaCl) hesabına təmin edilir. 
Toxumalar  və  hüceyrələr  arasında  suyun  bölüşdürülməsi  osmotik  təzyiq  ilə 
əlaqələndirilir. Orqanizmdə hüceyrələrin funksiyaları yalnız osmotik təzyiqin nisbi 


22 
 
sabitliyinin qorunduğu şəraitdə həyata keçirilir. Məsələn, əgər eritrositləri osmotik 
təzyiqi qanla eyni olan duzlu məhlula yerləşdirdikdə, onlar öz həcmini və ölçülrini 
dəyişməyəcəkdir.  Belə  məhlul  izotonik  və  ya  fizioloji  məhlul  adlanır.  Natrium 
xlorid  duzunun  0,85%-li  məhlulu  qanın  osmotik  təzyiqinə  bərabər  təzyiq  yaradır, 
yəni bu məhlul izotonim və ya fizioloji məhlul hesab edilir. Osmotik təzyiqi qanın 
osmotik  təzyiqindən  yüksək  olan  məhlulda  eritrositlər  büzüşür  və  öz  həcmlərini 
çiçildirlər, belə ki, belə məhlulda eritrositlərin tərkibində olan su eritrositdən kənara 
çıxır.  Osmotik  təzyiqi  qanınkından  nisbətən  aşağı  olan  məhlulda  və  ya  distillə 
suyunda  eritrositlər  ətrafındakı  mühitdən  suyun  daxilə  keçməsi  ilə  əlaqədar 
şişkinləşir,  hətta onların partlamasına səıbəb olur.  Qanın  osmotik  təzyiqindən  çox 
olan  mayelər  hipertonik,  aşağı  olan  məhlullar  isə  hipotonik  məhlullar 
adlandırılmışdır. 
Qanın  onkotik  təzyiqi  –  osmotik  təzyiqin  çox  az  bir  hissəsi  olub,  plazma 
zülalları  sayəsində  yaradılır.  Bu  təzyiq  normada  25-30  mm  civə  sütununa,  yaxud 
0,03-0,04  atm.-ə  bərabərdir.  Qanda  osmotik  təzyiq  əsasən  albuminin  hesabına 
yaranır. Nəticədə kiçik ölçülərə və yüksək dərəcədə hidrofilliyə malik olması onun 
suyu  özünə  çəkmə  qabiyyəyini  mydana  çıxardır  və  suyun  damar  məcrasında 
saxlanmasını təmin edir.  
Qanda onkotik təzyiqin azalması zamanı damarlardan suyun interstisial sahəyə 
keçməsinə şərait yaradır və toxumaların ödemləşməsinə səbəb olur 
 
Qanın turşu-qələvi müvazinəti 
Qanın aktiv reaksiyası hidrogen (H
+
) və hidroksil (OH
+
) ionlarının nisbətindən 
asılıdır.  Qanın  aktiv  reaksiyasını  təyin  etmək  üçün  hidrogen  (pH)  göstəricisindən 
istifadə  edilir.    Bu  gıstərici  hidrogen  ionlarının  molyar  qatılığının  mənfi  1/10 
loqarifmi  ilə  ifadə  olunur.  Normada  qanın  reaksiyası  pH=7,36-ya  bərabərdir  (zəif 
qələvi reaksiya); arterial qan 7,4; venoz qan isə 7,35-ə malikdir. Müxtəlif fizioloji 
vəziyyətlərdə  qanın  pH  7,3  və  7,5  arasında  dəyişə  bilir.  Qanın  fəal  reaksiyası 
orqanizmin fermentativ fəaliyyətini təmin edən dəqiq konstantlığa malikdir. 
Qanın  pH-nın  həyatla  uzlaşa  bilən  kənar  həddləri  7,0-7,8  arasındadır. 
Reaksiyanın  turşuluq  tərəfə  meyillənməsi  qanda  hidrogen  ionlarının  artması  ilə 
əlaqədar  olub  asidoz  adlanır.  Reaksiyanın  qələvi  istiqamətində  dəyişməsi  alkaloz 
kimi qiymətləndirilir. Belə vəziyyət mühitdə hidroksil ionlarının qatılığının artması 
və hidrogen ionlarının miqdarının azalması ilə şərtlənir. 
Insan  orqanizmində  həmişə  qanın  fəal  reaksiyasının  asidoz  və  ya  da  alkaloz 
tərəfə  dəyişməsi  üçün  şərait  mövcuddur  ki,  bu  şərait  qanın  pH-nın  dəyişməsinə 
səbəb olur. Hüceyrələrdə fasiləsiz olaraq maddələr mübadiləsi getdiyi üçün daimə 
turş mübadilə məhsulları əmələ gəlir. Qanın reakaiyasının turş və ya qələvi tərəfə 
dəyişməsi toxumanın xarakterindən, mübadilə prosesinin intensivliyindən, qidaların 
xüsusiyyətindən və s. Asılıdır. Məsələn, turş xassəyə  malik kimyəvi birləşmələrin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə