Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

23 
 
yığılması  əsasən  zülali  qidaların  istifadəsi  ilə  əlaqədardır  və  əksinə,  bitgi  mənşəli 
qidalarla qidalanan zaman qanın reaksiyası qələvi tərəfə dəyişir.  
Qanın pH-nın sabitliyinin saxlanılması prinsipial fizioloji məsələdir və qanın 
befer sistemi ilə təmin edilir. Bufer sisteminə hemoqlobin, karbonat, fosfat və zülal 
bufer sistemləri aiddir. 
Bufer  sistemi  qana  daxil  olan  turşuluğun  və  qələviliyin  xeyli  hissəsini 
neytrallaşdırır  və  bununla  da  qanın  fəal  reaksiyasının  patoloji  istiqamətdə 
dəyişkənliyinin  inkişafına  mane  olur.  Qeyd  edildiyi  kimi,  adi  fizioloji  vəziyyətdə 
qana daha çox turş xassəyə malik maddələr daxil olur. Buna görə də qanda qələvi 
reaksiyalı  maddələrin  ehtiyatı  turş  reaksiyalı  maddələrin  ehtiyatından  dəfələrlə 
çoxdur.  Bunu  qanın  qələvi  ehtiyatı  kimi  qiymətləndirirlər.  Hemoqlobin  bufer 
sistemi qanın bufer tutumunun 75%-ni təşkil edir. 
Bərpa  olunmuş  (oksigendən  azad  olunmuş)  hemoqlobinə  nisbətən 
oksihemoqlobin  daha  güclü  turşuluğa  malikdir.  Oksihemoqlobin  adətən  kalium 
duzu  şəklində  olur.  Toxuma  kapillyarlarında  qana  külli  miqdarda  parçalanmanın 
turş  məhsulları  daxil  olur.  Toxuma  kapillyarlarında  oksihemoqlobin  dərhal 
dissosiasiyaya  uğrayır;  nəticədə  oksigenin  ötürülməsi  baş  verir  və  hemoqlobinin 
tənzimləyici qələvi duzları çoxlu miqdarda əmələ gəlir. Sonuncular parçalanmanın 
turş  məhsulları  ilə,  məsələn  karbon  turşusu  ilə  qarşılıqlı  təsirdə  olur  və  nəticədə 
karbonatlar və bərpa olunmuş hemoqlobin alınır. 
Ağ  ciyər  kapillyarlarında  hemoqlobin  hidrogen  ionlarını  verərək,  oksigenlə 
birləşir  və  güclü  turşuya  çevrilir  ki,  bu  da  kalium  ionlarını  özünə  birləşdirir. 
Ayrılmış  hidrogen  ionları  karbon  turşusunun  əmələ  gəlməsində  istifadə  edilir, 
sonradan  bu  da    suya  (H
2
O)  və  karbon  qazına  (CO
2
)  parçalanaraq,  ağciyərlər 
vasitəsi ilə xaric olunur (Sxem). 
Karbonat  bufer  sistemi  öz  gücünə  görə  ikinci  yeri  tutur.  Bu  bufer  sistemi 
karbon  turşusundan  (Н
2
СО
3
)  və  natrium  yaxud  kalium  karbonat  duzlarından 
(NaНСО
3
,  КНСО
3
)  1/20  nisbətində  təmsil  olunmuşdur.  Əgər  qana  karbon 
turşusundan güclü turşu daxil olarsa, onda, məsələn natrium bikarbonat reaksiyaya 
girəcəkdir. Bu zaman neytral duz və zəif dissosasiya olunan karbon turşusu əmələ 
gələcəkdir (Sxem). Karbon turşusu eritrositlərdə olan karboanhidrataza fermentinin 
təsiri  ilə  suya  və  karbon  qazına  parçalanacaq  və  sonuncu  maddə  isə  ağ  ciyərlər 
vasitəsi  ilə  xaric  ediləcəkdir.  Əgər  qana  qələvi  daxil  olarsa,  onda  karbon  turşusu 
reaksiyaya  girəcək  və  natrium-hidrokarbonat  və  su  əmələ  gələcəkdir.  Natrium-
bikarbonatın  artıq  miqdarı  böyrəklərlə  xaric  olunacaq.  Bikarbonat  buferi 
orqanizmin turşu-qələvi vəziyyətinin pozulmalarına daha geniş cəlb edilir. 
Fosfat bufer sistemi fosfat turşusunun iki törəməsindən: natrium-dihidrofosfat 
(NаН
2
РО
4
)  və  natrium-hidrofosfat  (NаН
2
РО
4
)  duzlarından  təmsil  edilmişdir. 
Natrium-dihidrofosfat  (birəsaslı)  zəif  turşuluğa  malikdir  və  qana  keçmiş  qələvi 


24 
 
xassəli  məhsullarla  qarşılıqlı  təsirdə  olur.  Natrium-hidrofosfat  (ikiəsaslı)    zəif 
qələvili xassəyə malikdir və və daha güclü turşularla reaksiyaya daxil olur. 
Zülal  bufer  sistemi  amfoter  xüsusiyyətinə  görə  həm  turşuların  və  həm  də 
qələvilərin neytrallaşdırılmasını həyata keçirir; belə ki, plazma zülalları özünü turş 
mühitdə qələvi kimi, qələvi mühitdə isə turşu kimi aparır (zülalları təşkil edən amin 
turşuların  düzülüş  xusiyyətləri  ilə  əlaqədardır;  bu,  zülallarım  amfoterlik 
xüsusiyyətini müəyyənləşdirir). 
Bufer sistemi toxumalarda da vardır, lakin bu sistem toxumaların pH-nı daha 
dəyişməz səviyyədə saxlayır. Toxumaların başlıca bufer sistemi zülallar və fosfatlar 
təşkil edir. 
Orqanizmda  pH-ın  sabit  saxlanılmasında  ağ  ciyərlərin  və  böyrəklərin  də  rolu 
vardır.  Ağ  ciyərlər  vasitəsi ilə karbon qazının  artığı xaric edilir.  Böyrəklər  asidoz 
zamanı daha çox miqdarda turş xassəli birəsaslı natrium-fosfat, alkaloz zamanı isə 
daha  çox  qələvi  duzlar  –  iki  əsaslı  natrium-fozfat  və  natrium-bikarbonat  xaric 
edəcəkdir. 
 
QANIN TƏRKIBI 
 
Qan  duru  hissədən,  yəni  plazmadan  və  burada  asılqanlaşmış  qlobulyar 
hissədən,  yəni  formalı  elementlərdən  (eritrositlərdən,  leykositlərdən  və 
trombositlərdən) təşkil olunmuşdur. Həcm etibarı ilə qannın formalı elementləri 40-
45%,  plazma  hissəsi  isə  55-60%  təşkil  edir.  Bu  nisbət  hematokrit  nisbəıti  və  ya 
hematokrit  ədədi  adlandırılmışdır.  Əksər  hallarda  hematokrit  ədədi  dedikdə  yalnız 
qanın formalı elementləri hissəsini əks etdirən rəqəm götürülür. 
 
Qanın plazması 
Qan plazmasının tərkibi su (90-92%) və (8-10%) quru maddələrdən ibarətdir. 
Quru qalıq üzvü və qeyri-üzvi maddələrdən təşkil olunmuşdur. 
Qan  plazmasının  üzvi    maddələrinə  zülallar  (7-8%)  aiddir.  Bu  maddələr  isə 
əsasən  albumindən  (4.5%),  qlobulundən  (2-3,5%)  və  fibrinogendən  (0,2-0.4%) 
ibarətdir. 
Qan plazması orqanizmdə müxtəlif funksiyaları yetinə yetirir: 
1)
 
Kolloid-osmotik və akva hemostaz
2)
 
Qanın aqreqat halının təmin edilməsi; 
3)
 
Turşu-qələvi homeostazı; 
4)
 
Immun homeostazı; 
5)
 
Transport funksiyası; 
6)
 
Qidalandırıcı funksiya;  
7)
 
Qanın laxtalanması prosesində rolu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə