Hemolitik anemiya
Qanazlığı və yaxud anemiya təəssüflər olsun ki, çağımızın ən geniş yayılmış tibbi problemləri
sırasındadır. Qanazlığı, onun səbəbləri və nəticələri barədə əksəriyyətimiz az-çox xəbərdarıq, amma
nədənsə bu azara az önəm veririk, çox vaxt həkimə müraciət etməyə belə ehtiyac duymuruq.
Qanazlığı - qanın azlığı demək deyil. Anemiya qırmızı qan hücüyrələrinin sayının, hemoqlobin
konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin
toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə
təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman xəstə ümumi zəflik, yorğunluq hiss edir,
başı ağrıyır və ya fırlanır, dərisi ağırmış və quru olur. Anemiya müxtəlif səbəblərdən əmələ gələ bilir və
davametmə müddətinə görə fərqli olur. Amma bütün hallarda qan yaradılması prosesi pozulur, qanda
hemoqlobin və eritrositlər azalır. Qanın normal göstəriciləri:
- Eritrositlər - 4,5-6,3 milyon/mm3
- Hemoqlobin - 13-18 g/dl
- Hematokrit - 40-54%.
Qeyd edək ki, qanazlığı o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Bir
daha təkrarlayaq ki, qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və
eritrositlərin miqdarı azalmış olur. Bundan başqa, "anemiya" termin kimi konkret xəstəliyi ifadə etmir, o,
müxtəlif patoloji halların müxtəlif simptomlarından biridir. Və bu simptomun da öz simptomları var.
Simptomları. Anemiyanın əlamətləri və yaxud xəstənin şikayətləndiyi hallar:
- Taxikardiya