Qanın xəncərə qalib gəlməsinə dair bəyanat


İmam üçün ən böyük mükafat



Yüklə 404,26 Kb.
səhifə5/12
tarix25.06.2018
ölçüsü404,26 Kb.
#51139
1   2   3   4   5   6   7   8   9   ...   12

İmam üçün ən böyük mükafat


İmamın bəyan etdiyi böyük amallar qlobal hegemonizmə qarşı mübarizədən, "nə şərqçi, nə qərbçi" xəttində qətiyyəti qorumaqdan, xalqın həqiqi və hərtərəfli müstəqilliyi, tam mənada özünü təmin etməsi üzərində çoxlu təkiddən, dini prinsipləri, şəriəti və İslam fiqhini qurmaq üçün sonsuz səydən, birlik yaratmaqdan, dünyanın müsəlman və məzlum xalqlarına qayğıdan, İslama və müsəlman xalqlara ucalıq bəxş etməkdən, qlobal güclər önündə qorxmamaqdan, İslam cəmiyyətində ədaləti bərqərar etməkdən, yoxsulları, məhrumları və cəmiyyətin aşağı təbəqələrini sonsuz həddə və daim himayə etməkdən, onlara qayğı göstərməkdən ibarət idi. Bizim hamımız şahid olduq ki, imam bu istiqamətdə hərəkətini israrla və gecikmədən davam etdirdi. Biz də onun yolunu, saleh əməllərini və müntəzəm hərəkətini davam etdirməliyik.

Əziz imamın ilahi rəhmətə qovuşduğu gecə həyəcan və heyrət içində Qurana müraciət etdim. Kəhf surəsinin bu şərafətli ayəsi gəldi: "İman gətirib yaxşı iş görənləri ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!"1 Gördüm ki, bu ayənin həqiqətən kamil nümunələrindən biri imamdır. İman və saleh əməl onun üçün ən yaxşı mükafatdır.

Ondan dəfələrlə eşitmisiniz ki, hamı məsuliyyət daşıyır və məsuliyyət bir yerdə mərkəzləşmir. Bütün xalqın, ölkəni idarə edənlərin, cəmiyyətin hidayət işini üzərinə götürənlərin, xüsusən də xalqın düşüncə və beyin məsələlərini idarə edənlərin üzərinə böyük vəzifələr düşür və bizim hamımız təxminən belələrindənik.

Baş nazirin və Nazirlər kabinetinin beyət mərasimində çıxışdan: 1989.



İmamın iksir olması


İmamın vəziyyətinin ağırlaşdığı gün mən Konstitusiyaya düzəliş şurasının üzvlərini çağırıb dedim ki, imamın halı yaxşı deyil, düzəlişləri bir qədər sürətləndirək, işin bitməsini xəstəxanada imama xəbər verək və o sevinsin. Mümkün hadisəyə görə çox qorxurdum. Səsim titrədi və sözümü bitirə bilmədim. Bəlkə ondan bir neçə saat sonra xəbər çatdı ki, bu ilahi əmanəti və dəyərli gövhəri əldən vermişik.

Bütün Peyğəmbər və övliyalar getdilər - başqa çarə yoxdur. Bizim qalmağımız məsləhət olubsa, çox acı olan bu hadisəyə özümüzdə dözüm də yaratmalıyıq. Allah Peyğəmbərinə (s) buyurdu ki, sən də öləcəksən, onlar da1. Belə acı hadisələrdən qaçış yoxdur. Amma sevinirik ki, onun irsi bizdədir. Bu irs İslam Respublikası və onun bu respublikada yaratdığı, daha doğrusu, bu respublikanı qurduğu dəyərlərdir. Biz mis idik, o bizi qızıl etdi. O, iksir idi. Biz adi həyat yaşayırdıq, o, potensialı aktuala çevirdi, hərəkətə gətirdi və insan yetişdirdi.

Sizin cəbhədəki dəyərli qələbələrinizdən biri münasibəti ilə müraciətində buyurdu ki, ən böyük zəfər belə insanlar və gənclər yetişdirməkdən ibarətdir. Əslində bu ən böyük zəfərin sahibi onun özü idi. Bu insanları yetişdirən, bu şəraiti yaradan, bu yolu açan, İslam dəyərlərini təcriddən çıxarıb yenidən dirçəldən o idi. Onun irsi bu dəyərlər və İslam Respublikasıdır. Bizim hər birimiz hansı vəzifədə olsaq, İslam dəyərlərini və İslam Respublikası quruluşunu qorumaqla və yaşatmaqla o əziz insana böyük sevgimizi bildirməliyik.

İslam İnqilabının Mühafizəçiləri Korpusunun komandirlərinin beyət mərasimində çıxışdan: 1989.



Son ana qədər zikr və namaz


O, həyatının son anlarına qədər zikri, namazı və duanı əldən vermədi. İmamın əziz övladı Hacı Əhməd ağa deyirdi ki, o, həyatının son günündə günortadan qabaq çarpayı üzərində daim namaz qılırdı. Bir müddət keçəndən sonra soruşdu ki, zöhr olubmu? Dedim ki, bəli. O da nafilələri ilə birgə zöhr və əsr namazlarını qılmağa başladı, namazı qurtarandan sonra zikr söyləməyə başladı. O, huşunu itirdiyi anlara qədər daim deyirdi: "Subhənallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər". Bu bizə dərsdir. Biz rəhbərimizi sevdiyimizə görə onun işlərinə və hisslərinə baxmalı, dərs götürməliyik.

İslam inqilabı komitələrinin komandirlərinin beyət mərasimində çıxışdan: 1989.



İmamın səbri, mətanəti və dözümü

Onun xüsusiyyətləri az adamda tapılır. Əgər bu xüsusiyyətlərin biri bir nəfərdə olsa, böyük adam sayılar, o isə bütün üstün xüsusiyyətləri özündə cəm etmişdi. İmam çox ağıllı, uzaqgörən, hikmətli, dəqiq, səbirli, mətanətli və gələcəyi düşünən insan idi. Bu xüsusiyyətlərin hər biri adamı zirvəyə çatdıra və hamının hörmətini qazana bilər. İmamın mətanəti, səbri və dözümlülüyü o qədər güclü idi ki, bir məclisdə yüz nəfər onun qəbul etmədiyi sözü desəydi də, lazım bilmədikcə danışmaz, sükut edərdi. Halbuki adi adamların yanında onların fikrinin əksinə bir söz deyilsə, qəlblərində tufan qopar və tez cavab vermək istəyərlər.

Sizin hamınız gördünüz ki, imam öz vəsiyyətnaməsində əvvəlcə sükut etdiyi bəzi məsələlərə işarə vurmuşdu. Mən Bəni-Sədrin vaxtında imamın yanına getdim. İmam deyirdi ki, onun mənim adımdan dediyi sözlərin hamısı həqiqətə ziddir. İmam deyilən hər sözə qarşı tez reaksiya vermir, təhrik olmur və cavab verməyə tələsmirdi. Bu mətanət, səbir, özünəhakimlik və dözümlülük kimdə olsa, onu böyük insana çevirər. Eyni zamanda imamda əsas amillər olan mənəviyyat, Allahla mənəvi əlaqə, Onun razılığı üçün çalışmaq, təqva və vəzifəni yerinə yetirmək hissi olmasaydı, nə inqilab qalib gələrdi, nə xalq ona bu qədər eşq bəsləyərdi, nə dünyada bu fırtınanı yarada bilərdi, nə də düşmənlərin təhdidi qarşısında dağ kimi dayanmağa qadir olardı.

İslam inqilabı komitələrinin komandirlərinin beyət mərasimində çıxışdan: 1989.




Ən çətin iş


Ən çətin iş xalqın canı kimi sevdiyi əziz imamın yoxluğu haqda danışmaqdır. Həqiqətən bizim hamımız yetim qaldıq. O, 10 il öncə ürək xəstəliyindən yatağa düşəndə çoxları bu gün şəhid olmuş və ilahi rəhmətə qovuşmuş bəzi dostlarla soyuq və qarlı havada özümüzü Quma çatdırdıq, inqilabın borclu olduğu bu əziz insanı Tehrana gətirib ürək xəstəxanasına yerləşdirdik. Necə ağır günlər keçdi və o zaman biz necə vəsfəgəlməz nigaranlıqlar yaşadıq!

O günlərdən imamın vəfatına qədər daim bu acı hadisədən nigaran idik. Allah-Taalaya deyirdik ki, bizim mömin və ixlaslı ümmətimizin Sənin dərgahından səmimi istəyi bu döyünən qəlbin salamatlığı və yaşamasıdır; Öz böyüklüyünlə bizim ümmətimizin duasını qəbul et! Bu böyük və əziz insanın yoxluğunu hər dəfə təsəvvür edəndə dünya həqiqətən mənasız və qaranlıq görünürdü. Bu gün biz belə böyük və ağır bir müsibət qarşısında qalmışıq. Həqiqətən ağrılı və inanılmaz hadisədir, başqa heç bir müsibətlə müqayisəolunası deyil.

İmamın şəxsiyyəti hətta düşmənləri üçün də parladı, on il zəhərli və çirkin təbliğatla bu Allah övliyasının işıqlı simasını ləkələməyə, dünyanın müsəlman və məzlumlarının qəlbində parlayan ümid işığını söndürməyə çalışdılar. Bu gün isə onların hamısının danışıq tonu dəyişib. Onların imam haqdakı tərifləri bu böyük şəxsiyyətin əzəmətinə dair etirafdır.

İslam inqilabın komitələrinin komandirlərinin beyət mərasimində çıxışdan: 1989.



İmamın xalqın fədakarlığından həyəcana gəlməsi

Xalqın və şəhid ailələrinin mənəviyyatı, cəbhələrdə döyüşənlərin ixlası imamı həyəcana gətirirdi. Mən bir neçə belə yerdə imamın ağlamasını görmüşəm. Hər dəfə imamla xalqın fədakarlığından danışanda həyəcanlanır və mütəəssir olurdu. Məsələn, imam xəstəxanada televiziyadan Tehranın cümə namazının qılındığı yerdə uşaqların cəbhəyə hədiyyə etdiyi daxılların açılmasını və yaranan pul təpəsini görəndə çox təsirləndi, mənə dedi ki, gördün bu uşaqlar nə etdilər?! Həmin anda imamın gözləri yaşla doldu və o ağladı.

İslam inqilabı komitələrinin komandirlərinin beyət mərasimində çıxışdan: 1989.

İslam hərəkatlarının rəhbərlərinin imamın vəfatından kədərlənmələri

Mən imamın aramızda olduğuna görə inqilabın qələbəsindən bugünədək ötən on ili müstəsna bir dövr bilirəm. Bu dövrdə inqilab, xalq, məqsədlər və bizə qarşı düşmənliklər də müstəsna olmuşdur. Lakin bunların hamısından müstəsna olan imamın özü idi. Təəssüf ki, bu nemətdən məhrum olduq. O, çox böyük bir nemət idi, təəssüf ki, əlimizdən çıxdı. Həm də İslam dünyası onun rəhbərliyinə, idarəçiliyinə, məzlum və məhrum insanlarda və dünyanın təhqir olunmuş xalqlarında yaratdığı şəxsiyyət hissinə ehtiyaclı idi.

Bu gün dünyanın məşhur və böyük İslam hərəkatlarının rəhbərlərindən olan bir qrup öz kədərlərini ifadə etmək üçün mənimlə görüşdülər. Kaş onların sözləri eynilə yazılıb xalqımıza çatdırılaydı, xalqımız o zəngin və misilsiz nur mənbəyindən dünya müsəlmanlarına, məzlum, məhrum və təhqir edilmiş insanlara saçan işığın necə can, ruh və qüdrət verdiyini, hücum və ədavət seli önündə dayana bildiklərini görəydilər. Livanın, Fələstinin, Əfqanıstanın və digər ölkələrin İslam hərəkatlarının məşhur şəxsiyyətləri mənə deyirdilər ki, biz yetim qaldıq. Həqiqətən bizim hamımız yetim qalmış və böyük itki vermişik.

İmamın ordudakı nümayəndəsinin, Müdafiə nazirinin və silahlı qüvvələrin komandirlərinin beyət mərasimində çıxışdan: 1989.





Yüklə 404,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə