“Qanun”. 2015.№2(244). S. 28-35. İNsan hüquqlari sahəSİNDƏ beynəlxalq



Yüklə 329,56 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü329,56 Kb.
#65863


“Qanun”.-2015.-№ 2(244).-S.28-35. 

 

İNSAN HÜQUQLARI SAHƏSİNDƏ BEYNƏLXALQ 

HÜQUQ NORMALARININ REALİZƏSİ ÜZRƏ 

BEYNƏLXALQ VƏ DÖVLƏTDAXİLİ HÜQUQUN 

QARŞILIQLI ƏLAQƏSİ PROBLEMİ 

 

Əliyev Sübhan Fərmayıl oğlu, 



hüquq  üzrə  fəlsəfə  doktoru  Bakı  Dövlət  Universitetinin  “Konstitusiya  hüququ  ”  kafedrasının  dosenti 

aliyev_subhan@yahoo.com 

 

Açar sözlər: beynəlxalq və dövlətdaxili hüquq, dövlət idarəetməsi, insan hüquqları, hüquqi müdafiə, hüquqi 



təminat, hakimiyyət, realizə. 

Ключевые слова: международное и национальное право, государственное управление, права человека, 

правовая защита, правовое обеспечение, правительство, реализация. 

Keywords:  international  and  national  law,  public  administration,  human  rights,  legal  protection,  legal 

support, governments, realization. 

 

Beynəlxalq  hüquq  normalarının  milli  qanunvericilikdə  realizəsi  prosesi  implementasiya  anlayışı  ilə  ifadə 



olunur.  Bu  söz  ingilis  mənşəli  implementation  sözündən  olub  icra  etmə,  yerinə  yetirmə  mənalarını  ifadə  edir. 

Etimoloji  baxımdan  implementasiya  termini  latın  dilində  olan  “impleo”  sözündən  götürülüb,  mənası  icra  etmək 

deməkdir. Bu termin beynəlxalq hüquq praktikasında geniş tətbiq olunur. BMT Baş Məclisi və digər orqanlarının 

qərarlarında, eləcə də başqa beynəlxalq təşkilatların qərarlarında bu terminə rast gəlmək olur. 

İmplementasiya  anlayışı,  metodları,  mərhələləri,  mexanizmi  haqqında  hüquq  ədəbiyyatlarında  müəlliflər 

arasında  vahid  fıkir  yoxdur.  Hüquq  lüğətlərində  implementasiya  geniş  mənada  beynəlxalq  hüquq  normalarının 

icrası üzrə beynəlxalq-hüquqi və dövlətdaxili normaların həyata keçirilməsi, həmçinin belə həyata keçirilmə üçün 

beynəlxalq və dövlətdaxili səviyyədə şəraitin yaradılmasıdır [11, s. 133]. 

İmplementasiya  prosesinin  başlanğıcı  obyektiv  və  subyektiv  səbəblərlə  şərtlənir.  Obyektiv  səbəblərə 

cəmiyyətin və dövlətin tarixi inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsi aiddirsə, subyektiv səbəblərə siyasi 

hakimiyyət subyektlərinin fəaliyyəti, onların bu və ya digər ideallara bağlılığı aiddir. 

Tarixən  implementasiyanın  iki  müxtəlif,  lakin  qarşılıqlı  əlaqədə  olan  forması:  beynəlxalq  və  milli  hüquq 

formalaşmışdır.  Həm  beynəlxalq,  həm  də  milli  hüquq  cəmiyyətin  inkişafının  müəyyən  mərhələsində  onun 

məhsuludur. Beynəlxalq hüquq beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi zərurətindən meydana çıxmışdır 

[10,  s.  18].  Beynəlxalq  hüquq  sistemi  tarixən  formalaşmışdır.  Beynəlxalq  hüququn  bəzi  institut  və  sahələri  hələ 

qədimdən formalaşsa da, bəziləri hələ formalaşma mərhələsindədir. 

[səh. 28-29]

 

Hələ  qədim  dövrlərdən  başlayaraq  beynəlxalq  əlaqələr  əsasən  ayrıca  regionlar  çərçivəsində  inkişaf  edir  və 



fraqmental  xarakter  daşıyırdı.  Əsasən  Aralıq  dənizi  ətrafı,  Yaxın  Şərq,  Tropik  Afrika  istiqamətində  beynəlxalq 

münasibətlər  formalaşmağa  başlayırdı.  Müxtəlif  regionlarda  beynəlxalq  və  dövlətdaxili  hüquq  arasında  yaranan 

əlaqələr vahid prinsiplərin formalaşmasına gətirib çıxarırdı [9, s. 7]. 

Orta əsrlərdə dövlət sərhədləri, beynəlxalq ticarət kimi məsələləri tənzimləyən beynəlxalq müqavilələrin sayı 

artmağa  başladı.  Bu  dövrdən  başlayaraq  beynəlxalq  hüquq  müstəqil  hüquq  sistemi  kimi  formalaşmağa  başladı. 

Beynəlxalq  iqtisadi  və  ticarət  əlaqələrinin  intensiv  şəkildə  genişlənməsi  beynəlxalq  dəniz  hüququnu  yaratdı. 

Beynəlxalq  və  milli  hüquq  arasında  münasibətlər  dərinləşdikcə,  yeni  tənzimetmə  mexanizmlərinin  işlənib- 

hazırlanması zərurəti də yaranırdı. 

İnsan hüquqları sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə implementasiyasının 

tədqiqi  zamanı  növbəti  məsələlərin  araşdırılması  məqsədəuyğun  hesab  edilir:  beynəlxalq-hüquqi  normaların 

implementasiyasının tarixi aspektləri, implementasiyanın anlayışı və fəaliyyət prosesi, milli və beynəlxalq-hüquqi 

implementasiya  və  nəhayət,  milli  qanunvericiliyimizdə  beynəlxalq-hüquqi  normaların,  xüsusilə  də  insan 

hüquqlarının  müdafiəsi  üzrə  beynəlxalq  hüquq  norma-  larının  implementasiya  xüsusiyyətlərinin  araşdırılması 

xüsusi əhəmiyyət kəsb edir. 




Bir  tərəfdən  qloballaşma  və  inteqrasiya  prosesləri,  xalqlar  və  dövlətlər  arasında  qarşılıqlı  münasibətlərin 

genişlənməsi və mürəkkəbləşməsi, digər tərəfdən də beynəlxalq münasibətlərdə hüququn rolunun güclənməsi ona 

gətirib  çıxarmışdır  ki,  müasir  dünyada  heç  bir  dövlət beynəlxalq  sistemlə  aktiv  şəkildə  qarşılıqlı  təsirdə  olmadan 

mövcud ola bilmir. Beynəlxalq arenada fəallıq və konkret beynəlxalq problemlərin həllində iştirak dövlətləri bir-

birləri  ilə  siyasi  və  digər  münasibətlərə  daxil  olmağa,  beynəlxalq  müqavilələr  bağlamağa  sövq  edir.  Belə 

münasibətlərdə  dövlətlər  nəinki  öz  milli  maraqlarını  nəzərə  alır,  həmçinin  beynəlxalq  hüququn  norma  və 

prinsiplərinə də riayət edirlər. 

Belə  olan  halda  dövlətlər  beynəlxalq-hüquqi  qaydalara  zidd  olmayan  dövlətdaxili  hüquq  sisteminə  malik 

olmalıdır.  Beynəlxalq  və  milli  hüququn  qarşılıqlı  əlaqəsindən  müvaflq  dövlətin  daxili  hüquq  sisteminin  effektiv 

fəaliyyəti  asılıdır.  Daxili  hüququn  zamanın  tələblərindən  geri  qalması  ciddi  beynəlxalq  nəticələrə  gətirib  çıxara 

bilər [5, s. 10] 

Ayrı-ayrı  dövlətlərin  hüquq  sistemləri  sadəcə  mövcud  olmur.  Öz  ölkəsinin  sosial  münasibətlərini 

tənzimləyərkən onlar bir-birləri ilə müəyyən ünsiyyətə daxil olurlar. Bu ünsiyyətin forma və xarakteri müxtəlifdir. 

Ümumilikdə müasir beynəlxalq münasibətlər üçün milli hüquq sistemlərinin beynəlxalq mövcudluğu xarakterikdir. 

Beynəlxalq hüququn daxili hüquqda realizəsinin iki  əsas üsulu mövcuddur: inkorporasiya və transformasiya. 

İnkorporasiya  zamanı  beynəlxalq-hüquqi  normalar  dövlət  tərəfindən  müvafıq  qaydada  tanındıqdan  sonra  ayrıca 

dövlətdaxili hüquqi akt olmadan birbaşa milli hüquqa daxil edilir. Transformasiya zamanı isə beynəlxalq-hüquqi 

normalar milli hüquqa ayrıca aktın qəbul edilməsi yolu ilə daxil edilir. 

Son dövrlər beynəlxalq hüququn daxili hüquqda realizəsinin yeni formaları meydana çıxmışdır. İlk növbədə, 

bu, dövlətlərin iqtisadi həyatının intensivləşməsiylə bağlıdır. Məsələ ondadır ki, implementasiya uzun müddətli və 

bir  sıra  rəsmi  prosedurların  keçməsini  tələb  edən  prosesdir,  buna  görə  beynəlxalq  müqaviləyə  qoşulan  dövlət, 

implementasiya prosesinin tamamlanmasına qədər öz daxili subyektlərini istənilən 

[səh. 29-30]

 fəaliyyətin həyata 

keçirilməsi  prosesində  bu  müqavilənin  normalarına  tərəfdar  olmağa  qeyri-rəsmi  şəkildə  məcbur  edə  bilər.  Digər 

tərəfdən, dövlət hər hansı beynəlxalq razılaşmaya qoşulmaq niyyətində olur, ancaq bu və ya başqa səbəblərə görə 

bunu  etmir,  amma  belə  müqavilənin  qaydalarına tərəfdardır.  Həm  birinci,  həm  də  ikınci  halda təcrübədə  belə  bir 

vəziyyət  yaranır  ki,  hətta  milli  hüququn  normalarına  onların  transformasiyasının  yoxluğunda  belə  dövlətdaxili 

subyektlər  faktiki  olaraq  beynəlxalq  normaları  icra  etməyə  başlayırlar.  Əgər  subyektlərin  belə  fəaliyyəti  uzun 

müddətli  xarakter  daşıyırsa,  nəticədə  hüquqi  nizama  salmada  boşluq  yaranır  ki,  bu  da  zamanla  daxili  norma 

vasitəsilə həyata keçirilir. 

Beləcə,  burada  beynəlxalq  hüququn  dövlətdaxili  hüquqa  təsiri  aşkardır,  lakin  bu  təsir  transformasiya  yolu 

deyil. Təcrübə göstərir ki, artıq belə təsirin tendensiyaları haqqında yox, beynəlxalq hüquq xarakterli real şəkildə 

yaradılan daxili normalar haqqında danışmaq olar. Həmin normalar bilavasitə təsir normalarıdır ki, bunlara daxili 

hüquqa  transformasiyanın  konsepsiyasını  tətbiq  etmək  çətindir.  Bu  prosesin  inkişafı  beynəlxalq  hüququn 

realizəsinin  daha  bir  üsulunu  müəyyən  etməyə  imkan  verir.  Bu  üsul  harmonizasiya  və  dövlətlərin  hüquq 

sistemlərinin  unifikasiyası  prosesiylə  ümumi  xüsusiyyətlərə  malik  olan,  lakin  dövlətlər  tərəfindən  sərbəst  şəkildə 

həyata keçirilən birtərəfli xarakter daşıyır [2, s.125] 

Mövzudan kənarlaşmadan qeyd edək ki, implementasiya ilə bağlı ilk anlayış R.A. Müllerson tərəfindən irəli 

sürülmüşdür. Müəllif milli-hüquqi implementasiya terminindən istifadə etməklə, ona belə bir anlayış vermişdir ki, 

beynəlxalq  hüquq  normalarının  milli-hüquqi  implementasiyası  beynəlxalq  hüququn  tələblərinin  milli  hüquq 

normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Milli-hüquqi implementasiya beynəlxalq 

hüquq  normalarının  faktiki  implementasiya  mərhələsidir  və  beynəlxalq  hüquq  üçün  zəruri  hüquqi  göstərişlər 

yaradır.  Anlayışdan  da  göründüyü  kimi,  implementasiya  üçün  beynəlxalq  müqavilələrin  ratifikasiyasına  mütləq 

şəkildə ehtiyac yoxdur. implementasiya prosesində beynəlxalq və milli hüququn asılılığı və milli qanunvericiliyin 

transformasiyası baş verir [6, s. 9]. Bu halda qanunverici orqanın əsas vəzifəsi hüquq sistemini daha təbii şəkildə 

yeniləməkdi, milli hüquqa nisbətdə daha da zənginləşdirməkdir. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  implementasiyanın  beynəlxalq  və  milli  hüquqi  mexanizmləri  mövcuddur. 

Beynəlxalq hüquq normalarının implementasiya mexanizmi beynəlxalq hüququn subyektləri tərəfindən beynəlxalq 

hüquq  normalarının  realizəsi  məqsədilə  beynəlxalq  və  milli  səviyyələrdə  istifadə  olunan  hüquqi  və  təşkilati 

vasitələrin  müəyyən  məcmusunu  təşkil  edir.  Bununla  belə,  beynəlxalq  və  milli  səviyyələrdə  beynəlxalq-hüquqi 

normaların  implementasiyası  məqsədilə  qəbul  edilən  hüquqi  xarakterli  tədbirlər  təşkilati-icraedici  xarakterli 

tədbirlər kompleksinin həyata keçirilməsi ilə müşayiət olunur [4, s. 122]. 



Beynəlxalq  hüquq  normalarının  implementasiya  sistemi  özünəməxsus  struktur  elementlərinə  malik  olan 

beynəlxalq  və  milli  sistemləri  özündə  cəmləşdirir.  İmplementasiyanın  beynəlxalq-hüquqi  mexanizmi  beynəlxalq-

hüquqi  normaların  realizəsini  təmin  edən  beynəlxalq  vasitələrin  məcmusundan  ibarətdir.  Həmin  mexanizmlər 

universal,  regional,  lokal  beynəlxalq  təşkilatların,  ixtisaslaşmış  təsisatların,  və  onların  köməkçi  orqanlarının 

müvafıq sferada həyata keçirdiyi tədbirlərdən ibarətdir. 

Beynəlxalq  və  milli  mexanizmlərin  qarşılıqlı əlaqəsi beynəlxalq  və  milli hüquq sistemi  arasındakı real  əlaqə 

ilə şərtlənir. Bununla belə, beynəlxalq hüquq norma- 

[səh. 30-31]

 larının ətraflı şəkildə izahı, konkretləşdirilməsi, 

dövlətlər  arası  əməkdaşlıq  orqanlarının  yaradılması,  dövlətlərin  ümumi  marağında  olan  problemlərin  həlli  üzrə 

mövqe və səylərinin birləşdirilməsi zamanı əvvəlcə beynəlxalq mexanizm işə salınır, sonra isə ondan impuls alan 

dövlətdaxili sistem işə düşür [7, s. 49]. 

İmplementasiyanın  dövlətdaxili  mexanizmi  beynəlxalq  hüquq  normalarının  implementasiyası  üçün  istifadə 

olunan  milli-hüquqi  vasitələrin  və  dövlətin  beynəlxalq  öhdəliklərinin  realizəsi  üçün  səlahiyyətli  olan  dövlət 

orqanlarının  məcmusudur.  Dövlətdaxili  mexanizm  hər  bir  dövlətdə  mövcuddur.  Ancaq  bu  mexanizmə  bütün 

dövlətlər  üçün  ümumi,  həm  də  spesifik  əlamətlər  məxsusdur.  Bu  əlamətlər,  hər  şeydən,  əvvəl  konkret  dövlətin 

hüquq  sisteminin  xüsusiyyətlərindən  asılıdır.  Bu  əlamətlər  konkret  dövlətin  hüquq  sisteminin  özəlliklərindən 

asılıdır. 

Beynəlxalq hüquq normalarının implementasiyasının dövlətdaxili mexanizminin istənilən dövlətə məxsus əsas 

elementləri  bunlardır:  beynəlxalq  hüququn  realizəsi  üçün  istifadə  edilən  milli  hüquqi  vasitələr;  beynəlxalq 

hüquqdan irəli gələn öhdəliklərin realizəsinə səlahiyyət verilmiş dövlət orqanlarının sistemi. 

Beynəlxalq hüququn realizəsi üçün istifadə olunan milli-hüquqi vasitələrə daxildir: beynəlxalq və dövlətdaxili 

hüququn  əlaqəsini,  beynəlxalq  müqavilələrin  bağlanması,  icrası  və  ləğvini  tənzimləyən,  həmçinin,  beynəlxalq 

hüququn implementasiyası  sahəsində  dövlət  orqanlarının  səlahiyyətini  müəyyən  edən  ümumi  xarakterli  normativ 

hüquq aktlar; konkret beynəlxalq müqavilələrdən irəli gələn beynəlxalq öhdəliklərin realizəsinin təmini məqsədilə 

qəbul edilən milli hüquq aktları (implementasion hüquqi aktlar); beynəlxalq hüququn normalarında müəyyən edilən 

göstərişlərin dövlətdaxili səviyyəsində implementasiyası ilə bağlı dövlət orqanlarının hüquq təmini fəaliyyəti; milli 

hüquq tətbiqi təcrübəsi. 

İndi  isə  insan  hüquqları  sahəsində  beynəlxalq  hüquq  normalarının  Azərbaycan  qanunvericiliyinə 

implementasiyasının nəzəri və praktiki xüsusiyyətləri ilə bağlı məsələyə diqqət yetirək. İnsan hüquq və azadlıqları 

sahəsində  beynəlxalq  hüququn  normalarının  Azərbaycan  qanunvericiliyinə  güclənən  təsir  prosesi  obyektiv 

xarakterə  malikdır.  Göstərilən  prosesin  obyektivliyi,  ilk  növbədə,  qloballaşma  ilə  bağlıdır.  Elmi  ədəbiyyatlarda 

qloballaşma bəşəriyyətin çox hissəsinin telekommunikasiyanın və informasiya texnologiyalarının ən yeni vasitələri 

əsasında maliyyə-iqtisadi, ictimai-siyasi və mədəni əlaqələrin vahid sistemində birləşdirilməsi kimi izah edilir. 

Buna görə də, beynəlxalq terrorizmlə mübarizənin effektivliyinin artırılması da daxil olmaqla müasir şəraitdə 

bir  sıra  qlobal  problemlərin  həlli,  geniş  beynəlxalq  əməkdaşlıq  əsasında  mümkündür,  bu  isə  beynəlxalq  sistem 

tərəfindən idarəetmə səviyyəsinin artırılmasına zərurət yaradır [8, s.3]. 

Müasir  beynəlxalq  münasibətlərdə  və  beynəlxalq  hüquqda  təsdiq  edilmiş  insan  hüquqlarına  hörmət  prinsipi 

hər  bir  dövlətin  bu  sahədə  fəaliyyətinin  genişləndirilməsini  və  insan  hüquqlarının  müdafıəsi  üzrə  effektiv 

tədbirlərin gücləndirilməsini tələb edir [12, s.53]. 

İnsan hüquqları haqqında beynəlxalq aktları yaradarkən, dövlətlər əvvəlcə implementasion normaların xüsusi 

blokunu  onların  tərkibinə  daxil  etməyə  üstünlük  vermişdir.  Həmin  normaların  məqsədi  müxtəlif  dövlətlərdə 

mövcud  olan  fərqli  realizə  tədbirlərinin  unifıkasiyası  idi.  İmplementasiyanın  belə  hüquqi  vasitələrinin  dövlətlər 

tərəfındən  istifadəsi  insan  hüquqları  haqqında  aktların  məzmun  və  mahiyyətinin  vahid  anlamının  və  dövlətdaxili 

səviyyədə .həyata keçirilməsinə nail olmaqdan ibarət idi.

 [səh. 31-32]

 

Hazırda  insan  hüquqlarının  müdafiəsi  sferasında  praltiki  olaraq  bütün  beynəlxalq  müqavilələr  dövlətlərin 



müvafiq münasibətlər üzrə öhdəliklərini tənzimləyən normaları özündə təsbit edir [1, s. 220]. 

Əlbəttə,  insan  hüquqları  haqqında  beynəlxalq  aktların  həyata  keçirilməsi  üçün  dövlətdaxili  orqanlar  və 

təşkilatlar,  mexanizmlər  və  prosedurlar  ilkin  əhəmiyyətə  malikdir.  Amma  burada  beynəlxalq  hüquq  normalarının 

implementasiyası  mexanizmlərinin  əhəmiyyətli  rolunu  heç  cür  qiymətləndirməmək  olmaz.  İmplementasion 

normaları formalaşdırmaqla dövlətlər yalnız özü üçün insan hüquqları haqqında müqavilələrin praktik realizəsini 

yüngülləşdirmir,  həm  də  bu  fəaliyyətin  qanunauyğunluğunun  təminatının  əlavə  hüquq  zəmanətlərini  yaradır. 

Beynəlxalq  müqavilələrdə  müvafıq  normaların  mövcudluğu  qərarların  qəbul  olunmasının  və  onların  icrasının 

arasında məsafəni azaldır. 




Azərbaycan  hüquq  sistemində  “insan  hüquq  və  azadlıqları”  və  “insanın  hüquq  və  əsas  azadlıqları”  eyni 

anlayışlar  kimi  istifadə  olunur.  Ümumiyyətlə,  mütəxəssislərin  fıkrincə  [3,  s.  141],  “insan  hüquq  və  azadlıqları” 

dedikdə, hər bir insana vətəndaşlığından asılı olmayaraq məxsus olan təbii, ayrılmaz hüquq və azadlıqlar nəzərdə 

tutulur. 

“İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi sahəsində standartlar”a insan hüquqlarına hörmət prinsipini 

inkişaf etdirən və konkretləşdirən və dövlətlə insan arasında münasibətləri nizama salan qaydalar aid edilir. Burada 

faktiki  olaraq  insan  hüquqlarının  və  əsas  azadlıqların  müdafıəsi  sferasında  dövlətlərin  beynəlxalq  hüquq 

öhdəliklərini implementasiya edən dövlətdaxili hüquq normaları haqqında söhbət gedir. 

İnsan  hüquqları  həm  beynəlxalq,  həm  də  milli  hüquqda  nəzərdə  tutulur.  Beynəlxalq  hüquqda  insan 

hüquqlarının müdafiəsi sahəsində əsas sənədlərə aiddir: 1945-ci il BMTN nizamnaməsi, 1948-ci il İnsan hüquqları 

haqqında Ümumi Bəyannamə, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, 

sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Pakt.  Respublikamız  bu  sənədlərdə  müəyyən  edilən  müddəalara 

riayət edir. 

İnsan  hüquqları  sferasında  bütün  beynəlxalq  müqavilələr  onu  imzalayan  dövlətlərin  həmin  müqavilə  üzrə 

öhdəliklərinin  icrası  üzrə  müddəaları  müəyyən  edir.  Həmin  müddəalar  elə  müvafıq  müqavilələrin  müxtəlif 

maddələrində təsbit edilir. 

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  2.2-ei  maddəsində  qeyd  edilir  ki,  əgər  bu,  mövcud 

qanunvericilik  tədbirlərilə  və  yaxud  digər  tədbirlərlə  nəzərdə  tutulmayıbsa,  hazırkı  Paktda  iştirak  edən  hər  bir 

dövlət,  öz  konstitusion  prosedurlarına  və  hazırkı  Paktın  müddəalarına  uyğun  olaraq,  bu  Paktda  qəbul  edilən 

hüquqların  həyata  keçirilməsi  üçün  zəruri  ola  biləcək  belə  qanunvericilik  tədbirlərini  və  digər  tədbirləri  qəbul 

etməyi öhdəsinə götürür [13, s. 881]. 

Təhsil  sahəsində  ayri-seçkiliklə  mübarizə  haqqında,  İrqi  ayri-seçkiliyin  bütün  forma-  larının  aradan 

qaldırılması  haqqında,  Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  aradan  qaldırılması  haqqında 

konvensiyalarda  iştirakçı-dövlətlərin  yalnız  həmin  konvensiya  normalarının  realizəsi  üçün  lazımi  qanunverici  və 

digər  tədbirlər  qəbul  etməsi  ilə  bağlı  yox,  həm  də  müvafiq  konvensiyalara  zidd  olan  milli  normativ  aktları  ləğv 

etmək öhdəliyi ilə bağlı müddəalar təsbit edilmişdir [14, s.124]. 

Azərbaycanın  da  qoşulduğu  (1992-ci  ildə  ratifıkasiya  olunub)  [15,  s.  164]  Uşaq  hüquqları  haqqında 

Konvensiyanın  4-cü  maddəsində  qeyd  edilir  ki,  iştirakçı-dövlətlər  bu  Konvensiyada  tanınan  hüquqların  həyata 

keçirilməsi üçün bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri 

[səh. 32-33] 

görürlər. İştirakçı 

dövlətlər  iqtisadi,  sosial  və  mədəni  hüquqlar  barəsində  belə  tədbirləri  malik  olduqları  ehtiyatların  maksimum 

çərçivəsində və lazım gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər. 

Göründüyü  kimi,  qeyd  edilən  halda  dövlətlər  formaların  və  metodların  axtarışında,  həmçinin,  hüquq  və 

azadlıqların  realizəsi  müddətlərinin  təyini  vaxtı  məsələsində  geniş  azadlığa  malikdir,.  Göstərilən  müqavilələrin 

implementasion  normalarının  təsbitindəki  qeyri-müəyyənlik  iştirakçı-ölkələrin  öz  ərazisində  bu  aktların 

müddəalarının  real  şəkildə  həyata  keçirilməsi  üçün  imkanların  (iqtisadi  və  siyasi  inkişafının  müxtəlif  səviyyəsi) 

müxtəlifliyi ilə bağlıdır. 

İnsan  hüquqları  haqqında  beynəlxalq  müqavilələrə  onların  implementasiyası  ilə  bağlı  müddəaların  daxil 

edilməsi  daim  inkişaf  edir.  Fikrimizcə,  beynəlxalq-hüquqi  aktların  praktik  icrası  üçün  dövlətdaxili  orqanlar, 

müəyyən edilmiş mexanizmlər və onların prosedurları mühüm əhəmiyyət kəsb etməlidir. implementasion normaları 

formalaşdıraraq,  dövlətlər  yalnız  özü  üçün  insan  hüquqları  haqqında  razılaşmaların  praktik  realizəsini 

yüngülləşdirməməlidir,  həm  də  bu  fəaliyyətin  qanunauyğunluğunun  təminatının  əlavə  hüquqi  zəmanətlərini 

yaratmalıdır.  Müqavilələrdə  və  başqa  normativ  aktlarda  müvafıq  implementasion  normaların  mövcudluğu 

qərarların  qəbul  olunmasının  və  onların  icrası  arasındakı  məsafəni  azaldır.  Beləliklə,  beynəlxalq  hüquq 

sənədlərindəki  müddəaların  qanunvericilikdə  təsbit  edilməsi  beynəlxalq  hüquqla  müəyyən  edilmiş  minimal 

standartlardan daha səmərəli ola bilər. 

Müasir  dövrdə  təkcə  insan  hüquqlarının  müdafıəsi  sferasında  Azərbaycan  bir  çox  beynəlxalq  müqavilələri 

ratifikasiya  etmişdir.  Lakin  Azərbaycan  Respublikasının  milli  qanunvericiliyinə  beynəlxalq  müqavilələrin  təsiri 

artmaqdadır.  Beynəlxalq  müqavilələrə  qoşulma  prosesi  məcburi  surətdə  dövlətin  daxilində  norma  yaradıcılıq 

fəaliyyəti ilə müşayiət olunmalıdır. Buna görə də qanunverici və icra hakimiyyəti orqanlarının vəzifəsi bu prosesə 

kömək göstərməkdən ibarət olmalıdır, ancaq aparıcı rol yenə də milli məhkəmələrə məxsusdur. 

Beləliklə, beynəlxalq hüquq milli hüquqa və dövlətçiliyə pozitiv təsir göstərə bilər, bir şərtlə ki, bu təsir milli 

hüququn  vasitəsilə  həyata  keçirilsin.  Beynəlxalq  hüquq  öhdəliklərini  yerinə  yetirmək  üçün,  insan  hüquq  və 




azadlıqlarına riayət etməyə zəmanət vermək üçün, dövlətdaxili qanunvericilikdə onları təsbit etməlidir. Bu halda, 

hüquqi dövlətdə qanun hakimiyyətdən, hüquq isə siyasətdən yuxarıda dayanmalıdır. Əks halda, nəinki insan hüquq 

və azadlıqlarının təmini, həm də cəmiyyətin və iqtisadiyyatın da normal inkişafı mümkün deyil. 

İnsan  hüquqlarının  dövlətdaxili  təsbitinə  əsas  nümunə  AR  Konstitusiyasıdır.  Həmçinin,  insan  hüquq  və 

azadlıqları  sferasını  nizama  salan  normalar  AR  Konstitusiyasında  xüsusi  yer tutur.  AR  Konstitusiyasını  və  digər 

normativ-hüquqi  aktları  insan  hüquq  və  azadlıqları  üzrə  ən  əhəmiyyətli  universal  beynəlxalq  hüquqi  sənədlərlə 

müqayisə  etdikdə  əksər  müddəaların  oxşarlığını  aşkar  etmək  olar.  Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

Azərbaycan  Respublikası  insan  hüquqları  sahəsində  öz  beynəlxalq-hüquqi  öhdəliklərini  dövlətdaxili  hüquq 

yaradıcılığı mərhələsində lazımi qaydada implementasiya edir. 

Artıq qeyd etdiyimiz kimi, implementasiyanın inkorporasiya, transformasiya kimi mexanizmlərindən istifadə 

olunur. Azərbaycanda beynəlxalq hüquq normalarının implementasiyasının inkorporasiya mexanizmi tətbiq olunur. 

İnkorporasiya  zamanı  beynəlxalq-hüquqi  normalar  dövlətlər  tərəfındən  müəyyən  edilmiş  qaydada  tanındıqdan 

sonra (ratifikasiya) əlavə dövlətdaxili akt olmadan birbaşa dövlətdaxili hüquq sisteminə daxil edilir.

 [səh. 33-34]

 

 

İstifadə edilmiş mənbələr: 

1.

 



Артемова  B.H.,  Мариков  О.П.  Особенности  и  тенденции  развития  правотворческого  процесса  в  сфере 

прав человека // Правотворческая деятельность в Республике Беларусь. Минск: 1997 

2.

 

Кудрявцев В.Н. Курс международного права: в семи томах. Т. 3. М.: Наука, 1989 



3.

 

Лукашук И.И. Международное право в судах государств. Спб., 1993 



4.

 

Марочкин С.Ю. Проблема эффективности норм международного права. Иркутск, 1988 



5.

 

Международное  право.  Учебник  /  Отв.  ред.  Ю.М.  Колосов,  В.И.  Кузнецов.  М.:  Междунар.  отношения, 



1999 

6.

 



Мюллерсон  Р.А.  Соотношение  и  взаимодействие  международного  публичного,  международного 

частного и национального права: Автореф. дис.... доктора юрид. наук. М., 1985 

7.

 

Нешатаева  Т.Н.  К  вопросу  о  правовых  системах,  регулирующих  международные  отношения  // 



Российский ежегодник международного права. 1993, № 4 

8.

 



Тихомиров  Ю.А.  Глобализация:  взаимовлияние  внутреннего  и  международного  права  //  Журнал 

российского права. 2002, № 11 

9.

 

Тихомиров Ю.А. Право: национальное, международное, сравнительное.// Государство и право. 1999 № 8. 



10.

 

Усенко  Е.Т.  Соотношение  и  взаимодействие  международного  и  национального  права  и  Российская 



Конституция // Московский журнал международного права. 1995, № 2. 

11.


 

Черниченко С.В. Международное право: современные теоретические проблемы. М., 1993 

12.

 

Черниченко  С.В.  Теория  международного  права.  В  2-х  томах.  Том  1.  Современные  теоретические 



проблемы. М.: «НИМП», 1999 

13.


 

International  Human  Rights  and  Humanitarian  Law.  Treaties,  Cases  and  Analysis.  Martin  F.F.,  Schnably  S.J., 

Wilson R.J., Simon S J., Tushnet V.M. New-York, Cambridge University Press, 2006 

14.


 

Lauren  Paul  Gordan.  The  Evolution  of  International  Human  Rights.  Vision  Seen.  Third  Edition.  Philadelphia. 

University of Pennsylvania Press. 2011 

15.


 

http://www.unicef.az/?options=content&id=l64



 

Алиев Субхан Фармаил оглу 

ПРОБЛЕМА СОТРУДНИЧЕСТВА МЕЖДУНАРОДНОГО И  

НАЦИОНАЛЬНОГО ПРАВА В РЕАЛИЗАЦИИ 

МЕЖДУНАРОДНО-ПРОВОВЫХ НОРМ ЗАШИТЫ ПРАВ ЧЕЛОВЕКА 

РЕЗЮМЕ 

В  статье  определена  проблема  сотрудничества  международного  и  национального  права  в  реализации 

международно-правовых  норм  зашиты  прав  человека.  Наряду  с  универсальными  договорными  механизмами 

международно-правовых  норм  в  области  защиты  прав  человека,  существуют  также  региональные  договорные 

механизмы,  отражающие  в  себе  особенности  различных  регионов.  Специфичность  региональных  договорных 

механизмов заключается в том, что признак, характерный для одного региона, может отсутствовать в другом регионе. 

Например,  правила,  присущие  для  арабских  государств,  где  действуют  исламские  религиозные  правила,  могут  не 

встречаться в Африке или Америке.

 [səh. 34-35]

 

Aliyev Subhan Farmayil oglu 



PROBLEM OF COOPERATION OF THE INTERNATIONAL AND NATIONAL 

LAW IN REALIZATION OF INTERNATIONAL LEGAL NORMS IN 


PROTECTION OF HUMAN RIGHTS 

SUMMARY 

The article deals with the problem of cooperation of the international and national law in realization of international legal 

norms in protection of human rights. Along with universal contractual mechanisms of international legal norms in the field of 

protection of human rights, there are also regional contractual mechanisms reflecting in themselves features of various regions. 

Specificity of regional contractual mechanisms is that the sign, characteristic for one region, can be absent in other region. For 

example, the rule inherent for the Arab states where the Islamic religion rules, can-not met in Africa or America.

 [səh. 35]

 

 



Rəyçi: h. ü. f. d., dos. əvəzi N.H. Şükürov  

Təqdim edən: h. ü. e. d., prof. B.S. Zahidov  

Daxil olma tarixi: 04Л2.2014  

Təkrar işlənmə tarixi: 08.01.2014  



Çapa imzalanma tarixi: 03.02.2015 

Yüklə 329,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə