Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
  1   2   3   4   5   6   7   8   9   ...   21


 

 

 



 

 

 



 

 

Qanun nə deyir? 



 

 

 



Bunu hamı bilməlidir! 

 

 



 

 

 



 

 

 



 

“Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub 

 

Bakı, Azərbaycan Respublikası 

2012

 


 

 



Mündəricat 

 

 



Ön söz 

 

1. 

Məhkəməyə müraciət qaydaları 

 

2. 

Məhkəmə qərarlarını icrası 

 

3.  

Şəxsiyyət vəsiqəsinin alınması  

 

4. 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı  

 

5.   

Notariat və notariat xıdmətləri 

 

10 

6. 

Nigahın pozulması qaydaları  

 

18 

7.  

Əmək hüququ 

 

21 

8. 

Əmək pensiyası  

 

22 

9. 

Sosial müavinatlar 

 

25 

10.  

Ünvanlı sosial yardım  

 

26 

11.  

Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar 

 

27 

12. 

Qaz təhçizatı sahəsində yaranan suallar 

 

29 

13.  

Su təhçizatı sahəsində yaranan suallar 

 

30 

14. 

Bələdiyyələr  və onların vəzifələri 

 

30 

15.  

Hərbi xidmətə çağırış 

 

33 

16.  

Miqrasiya hidməti 

 

34 

17.  

Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi 

 

39 

18. 

Dövlət qulluğuna qəbul  

 

40 

19.  

Vərəsəlik hüququnun ümumi müddəaləri 

 

41 

20. 

Daşınmaz əmlakın qeydiyyətı ilə bağlı bəzi məlumatlar 

 

43 

 



 

 



Ön söz 

 

“Transparency  İnternational”  təşkilatının  milli  bölümü  olan  “Şəffaflıq  Azərbaycan”  korrupsiyaya  qarşı  mübarizə 



İctimai  Birliyi  USAİD-nin  maliyə  dəstəyi  ilə  ALAC  layihəsini  həyata  keçirir.  Layihə  çərçivəsində  təşkilatın 

hüquqşünasları tərəfindən əhaliyə pulsuz hüquqi yardım göstərilir. 

 

Bu kitabın məqsədi vətəndaşları ən çox müraciət edilən məsələlərlə bağlı məlumatlarla təmin etməkdir, burada ən 



çox  soruşulan  suallara  cavab  vermək  cəhdi  göstərilib.  Bu  kitabda  məhkəməyə  müraciət  qaydaları  izah  edilib, 

boşanma,  vərəsəlik,  məhkəmə  qərarlarının  icrası  ilə  bağlı  əsas  məqamlar,  pensiya  və  sosial  müavinatlar,  su  və 

elektrik təchizatına aid suallar və bir sıra digər məsələlər əhatə olunub. 

 

Ümid  edirik  ki,  verilən  məlumatlar  hər  bir  vətəndaş  üçün  faydalı  olacaq.  Şübhəsiz  ki,insanların  öz  hüquq  və 



vəzifələrini bilməsi korrupsiya ilə mübarizədə xeyli əhəmiyyət kəsb edir və bizim də məqsədimiz əhalinin hüquqi 

savadını artırmaqdır. 

 

Bütün  materialları  həmçinin  “Şəffaflıq  Azərbaycan”  təşkilatının  saytında  (www.transparency.az)  tanış  ola 



bilərsiniz.  

 

 



 

 

Bu kitabşanın tərtibində və məlumatın yığılmasında iştirak edən şəxslərin hər bir üzvünə xüsusi təşəkkürümüzü 



bildirmək istərdik: 

 

Sevinc Sersan 



Babək Həmidov 

Kənan Həsənov 

Ehtiram Fəttayev 

Könül Rəcəbova 

Eldar Kərimov 

Kamalə Məmmədova  

Nisə Hacıyeva 

Şəhla Hümbətova 

Zöhrab Hüseynov 

 

 



 

 

Tərtib etdi: 



 

Ceyhun Atayev 

Hüqüqi Məsləhətçi: 

Azər Talıbov 

Redaktor: 

 

Kanan Qasımov 



Dizayn:  

Zəminə Əliyeva 

 

 

 



Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika 

Birləşmiş  Ştatlarının  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID)  maliyyə  dəstəyi  ilə  həyata  keçirilən  “İctimai 

Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmun USAID 

və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər. 




 

 



1. Məhkəməyə müraciət qaydaları 

 

1.Azərbaycan Respublikasının Məhkəmə sistemi hansı Məhkəmələrdən ibarətdir? 

 Azərbaycan  Respublikasının  məhkəmə  sistemi  Azərbaycan  Respublikası  Ali  məhkəməsi,  Apellyasiya 

məhkəmələri,  ümumi  məhkəmələr  və  digər  ixtisaslaşmış  məhkəmələrdən  ibarətdir.  AR-da  Ədalət  mühakiməsini 

AR-ın  Məhkəmələri  Qanunun  Aliliyi  prinsipinə  uyğun  həyata  keçirir.  Azərbaycanda  üçpilləli  Məhkəmə  sistemi 

fəaliyyət göstərir: 

1)

 

Birinci İnstansiya Məhkəmələri 



2)

 

Apellyasiya İnstansiyası Məhkəmələri 



3)

 

Kassasiya İnstansiyası Məhkəməsi. 



 

2. Birinci İnstansiya Məhkəmələri hansılardır? 

Birinci  İnstansiya  məhkəmələri  İlkin  məhkəmə  orqanlarıdır.  Birinci  İnstansiya  məhkəmələrinə  Rayon  (  Şəhər) 

məhkəmələri,  hərbi  məhkəmələr,  yerli  iqtisad  məhkəmələri  və  ağır  cinayətlərə  dair  işlər  üzrə  məhkəmələr 

daxildirlər. 

 

3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir? 

Rayon  (şəhər)  məhkəmələri  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  onlara həvalə  edilmiş  Mülki  və  cinayət 

işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır. 

 

Mülki  məhkəmə  icraatı  qaydasında  mülki,  ailə,  əmək,  mənzil,    torpaq  münasibətləri,  təbii  ehtiyatlardan  istifadə 



olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxırlar.  

 

Belə  ki,  ilkin  olaraq  yuxarıda  göstərilən  sahələrə  aid  hüquqlarının  pozulması  onların  müdafiəsi  və  bərpası  üçün 



şəxs,  Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.   

 

4. Məhkəməyə müraciət qaydası necədir, İddia Ərizəsində nələr göstərilməlidir? 

Məhkəməyə  müraciət  etmək  istəyən  şəxs  “İddia  Ərizəsi”  yazmalı  və  İşin  hallarını  əsaslandırdığı  sübutları 

(sənədləri)  həmin  İddia  Ərizəsinə  əlavə  etməlidir.  Məhkəməyə  ya  sənədlərin  əsli,  ya  da  Notariat  qaydada  təsdiq 

olunmuş  surəti  təqdim  olunmalıdır.  İddia  Ərizəsi  formaca  Təsviri,  Əsaslandırıcı  və  Nəticə  (  Xahiş)  hissəsindən 

ibarət olmalıdır. Təsviri hissədə şəxs yaranmış hüquqi mübahisə barədə qısa, aydın formada yazılmış məlumatlar 

göstərilməlidir. Əsasladırıcı hissədə özünün əsas olaraq istinad etdiyi hüquqi normativ aktları, şəxsin əlində olan 

digər  sübutları  göstərməyi  tövsiyyə  olunur.  Nəticə  və  ya  Xahiş  hissəsində isə  Şəxsin Məhkəmə  tərəfindən  hansı 

hüququnun müdafiəsi, bərpası və ya tanınması ilə bağlı olan Xahiş yerləşdirilməlidir.  

 

Qeyd: İddia Ərzisində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir: 

1) Ərizənin verildiyi Məhkəmənin adı 

2) İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları 

3) İddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar 

4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı 

 

5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir? 

Azərbaycan  Respublikası  Qanunvericiliyinə  əsasən  Məhkəməyə  müraciət  etmək  üçün  ödənilməli  olan  Dövlət 

rüsumları İddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki, İddia Predmetinin dəyəri 110 manatdan artıq 

olduqda  müvafiq  məhkəmənin  hesabına  20  manat  məbləğində,  İddia  predmetinin  dəyəri  110  manatdan  aşağı 

olduqda və digər bütün hallarda isə 3 manat məbləğindədir. Alimentin tutulmasına (artırılmasına), əmək fəaliyyəti 

ilə bağlı məsələlərə, müəlliflik mübahisələri üzrə olan məsələlərdə, istehlakçı hüquqlarının pozulması ilə bağlı olan 

məsələlərə və digər məsələlərə dair olan məhkəmə mübahisələri üçün dövlət rüsumu ödənilmir.  

 

6. Məhkəmədə işə baxılma müddətləri, şikayət müddətləri nə qədərdir? 

İddia ərizisi, məhkəməyə onun daxil olmasından keçən 2 həftə ərzində qaytarmayıbsa və ya onu qəbul etməkdən 

imtina  etməyibsə  qəbul edilmiş  sayılır.  Ümumi  İddia icraatında  məhkəməyə  Ərizə  təqdim  edildikdən  sonra  3  ay 

müddətində  həmin  işə  məhkəmə  tərəfindən  baxılmalı,  aiddiyyatı  üzrə  Qətnamə  və  ya  Qərardad  çıxarılmalıdır. 

Qətnamə  açıq  məhkəmə  iclasında  tərəflərə  oxunur  və  Qətnamədən  Çıxarış  təqdim  olunur.  3  gün  ərzində  isə 

Qətnamə  tam  formada  tərəflərə  verilir.  Qətnaməni  almış  tərəflər  aldığı  gündən  sonrakı  1  ay  müddətində 

Apellyasiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər tərəflərdən heç biri 1 ay müddətində Apelyyasiya 

Şikayəti verməmişlərsə onda Qətnamə Qanunu Qüvvəyə minir və İcraata yönəlir. 

 

7. Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır və necə müraciət edilir



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə