Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

39 



11.  Azərbaycan  Respublikasının  vətəndaşlığına  mənsubiyyətin  müəyyən edilməsi  ilə  əlaqədar 

tələb olunan sənədlər hansılardır? 

 

 



Azərbaycan Respublikasında yaşayan şəxslərdən tələb olunan sənədlər: 

 

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı ölkə ərazisində yaşayan şəxslər 



tərəfindən doldurulan ərizə-anket – 1 ədəd;  

 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;  



 

tərcümeyi-hal;  

 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);  



 

yaşayış yeri üzrə qeydiyyatı barədə F-A kartının surəti (müvafiq icra hakimiyyətinin təsdiqi ilə);  

 

18 yaşnadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial 



qaydada təsdiqlənmiş);  

 

qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).  



 

Xarici ölkələrdə yaşayan şəxslərdən tələb olunan sənədlər:  

 

Azərbaycan  Respublikası  vətəndaşlığına  mənsubiyyət  ilə  bağlı  xarici  ölkələrdə  yaşayan  şəxslər 



tərəfindən elektron formada doldurulmalı olan ərizə-anket – 1 ədəd;  

 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;  



 

tərcümeyi-hal;  

 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);  



 

18  yaşınadək  uşaqların  valideynlərinin  şəxsiyyətlərini  təsdiq  edən  sənədlərinin  surətləri  (notarial 

qaydada təsdiqlənmiş);  

 

qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş). 



 

Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun 12-ci 

maddəsinin  tələblərinə  uyğun  olaraq  cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində 

tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək; cinayət törətdiyinə görə məhkum 

olunublarsa  —  cəza  çəkməkdən  azad  olunana,  yaxud  cəzanı  tam  çəkənədək;  məhkəmədə  onlara  qarşı 

mülki  iddia  verilibsə  —  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş  qaydada  mülki  iş  üzrə  qərar  qüvvəyə  minənədək  əcnəbilərin  Azərbaycan 

Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. 



 

“Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-cu 

maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  şəxsin  xarici  dövlətin  vətəndaşlığına 

mənsubiyyəti,  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrində  nəzərdə  tutulmuş  və  ya 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndinə  müvafiq  surətdə  həll 

edilmiş hallar istisna olmaqla tanınmır. 



 

Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması ilə əlaqədar 

əcnəbiyə  yaşayış  sahəsi  verən  şəxs  (ev  sahibi)  tərəfindən  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya 

Xidmətinin rəisinin  adına müraciət olunan müvafiq  ərizədə ev sahibinin və qediyyata düşən şəxsin adı, 

soyadı,  atasının  adı,  həmçinin  şəxsin  qeydiyyata  düşmək  istədiyi  ünvan  göstərilməklə,  əcnəbi  və  ya 

vətəndaşlığı  olmayan  şəxsə  müvəqqəti  və  ya  daimi  qeydiyyata  düşməsinə  etiraz  edilməməsi  barədə 

qeydlər öz əksini tapmalıdır. 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2000-ci  il  6  dekabr  tarixli  214  saylı  qərarı  ilə  təsdiq 



edilmiş  “Əcnəbinin  Azərbaycan  Respublikası  ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyətini  həyata 

keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları”nin 1.3-cü bəndinə əsasən, işəgötürən fərdi icazə almış 

əcnəbini  başqa  işəgötürənin  yanında  işə  keçirə  bilməz.  Belə  ki,  əcnəbini və  vətəndaşlığı  olmayan  şəxsi 

Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmək istəyən digər işəgötürən 




 

 

40 



yeni fərdi icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət 

etməlidir. 



 

-Birillik müvəqqəti  yaşama icazəsinə  görə 120 (yüz iyirmi), fərdi icazəyə  görə isə işəgötürən tərəfindən 

1000 (min) manat məbləğində dövlət rüsumu Kapital Bankın yerli filiallarından birinə ödənməlidir  

 

17. Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi 

 

1.Avtomobil alarkən onun rəsmləşdirilməsi üçün qaydalar və rüsumlar necə müəyyən olunur? 

Avtomobil alarkən daha çox istifadə olunan iki qayda mövcuddur: 

 

Ümumi etibarnamə ilə (Generalnı) 



 

Alqı-satqı yolu ilə 

 

2. Avtomobilin etibarnamə yolu ilə alınmasının qaydaları nədir?    

Etibarnamə ilə avtomobil alarkən sadəcə avtomobi satan şəxs həmin avtomobil üzərində bütün hüquqları 

müəyyən  olunmuş  müddətə  etibar  edir.  Ancaq,  mülkiyyət  hüququ  satan  şəxsdə  qalır,  yəni  avtomobilin 

qeydiyyat şəhadətnaməsi (texniki pasportu) satan şəxsin adında qalır.  

 

Etibarnamənin müddəti ərzində avtomobili alan şəxs onun üzərində müstəqil olaraq sərəncam verə bilər. 



Onu öz adına rəsmləşdirə bilər, kiməsə bağışlaya bilər, sata bilər, girov qoya bilər və digər hərəkətlər edə 

bilər.  Amma  əgər  müəyyən  olunmuş  müddət  ərzində  avtomobili  alan  şəxs  heç  bir  hərəkət  etmirsə, 

etibarnamənin müddəti bitdikdən sonra həmin şəxs  avtomobil üzərində hüquqlarını itirmiş olur. Bu halda 

təkrar olaraq avtomobili satan şəxsdən yenidən etibarnamə alınmalıdır.  

 

3. Etibarnamə ilə bağlı xərclər nə qədərdir? 

Dövlət  Rüsumu  haqqında  AR-sı  qanunun  10.9-cu  maddəsinə  görə  Nəqliyyat  vasitələrinin 

özgəninkiləşdirilməsi  və  üzərində  sərəncam  verilməsi  ilə  bağlı  etibarnamələrə(generalnı)görə  dövlət 

rüsumu  10  manat  nəzərdə  tutulmuşdur.  Əgər  etibarnamə  ərə(arvada),  uşaqlara,  nənəyə,  babaya,  nəvəyə, 

bacıya, qardaşa verilərsə bu zaman 5 manat dövlət rüsumu ödənilməlidir.  Etibarnamələr Dövlət Notariat 

Konturlaraında  verilir.  Həmin  Etibarnamə  10  gün  müddətində  qeydiyyatda  olduğu  yer  üzrə  DYP-nin 

qeydiyyat şöbəsində 10 manat dövlət rüsumu ödənilməklə qeydiyyata alınmalıdır.  

 

4. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə necə verilməlidir və xərclər nə qədərdir? 

Avtomobilin istifadə edilməsi ilə bağlı etibarnamə isə yalnız sürücülük vəsiqəsi olan şəxslərə verilir. Bu 

halda Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.11-ci maddəsinə  görə Nəqliyyat vasitələrinin istifadə 

edilməsi  ilə bağlı etibarnamələrə görə dövlət rüsumu 5 manat nəzərdə tutulmuşdur. Əgər etibarnamə ərə 

(arvada), uşaqlara, nənəyə, babaya, nəvəyə, bacıya, qardaşa verilərsə bu  zaman 3 manat  dövlət  rüsumu 

ödənilməlidir. 

 

Avtomobilin alqı-satqı yolu ilə alınmasiının qaydaları nədir?    

5.  Avtomobilin  alqı-satqı  yolu  ilə  alınması  isə  ən  etibarlı  və  məqsədəmüvafiq  qaydadır.  Bu  zaman 

avtomobili  alan  şəxslə  satan  şəxs  arasında  alqı-satqı  müqaviləsi  bağlanılır.  Həmin  müqəvilə  əsasında 

avtomobil  tam  olaraq  alan  şəxsin  mülkiyyətinə  keçir.  Bu  halda  avtombilin  qeydiyyat 

şəhadətnaməsi(texniki  pasportu)  alan  şəxsin  adına  rəsmləşdirilir  və  həmin  şəxs  avtomobilin  tam 

mülkiyyətçisi sayılır.  

 

Avtomobilin alqı-satqı yolu ilə alınması üçün xərclər nə qədərdir? Avtomobilin alqı-satqı müqəviləsi üzrə 



xərclərə  gəlincə  isə  qeyd  edim  ki,  Dövlət  Rüsumu  haqqında  AR-sı  qanunun  10.2-cu  maddəsinə  görə 

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə görə dövlət rüsumu 50 manat nəzərdə 

tutulmuşdur. Əgər müqavilə ərə(arvada), uşaqlara, nənəyə, babaya, nəvəyə, bacıya, qardaşa verilərsə bu 

zaman 25 manat dövlət rüsumu ödənilməlidir.  

     



 

 

41 



6.Avtomobillər  texniki baxışdan hansı vaxtlarda  keçirilir və nə qədər rüsum ödənilməlidir? 

Azərbaycan  Respublikasında  qeydiyyatda  olan  bütün  nəqliyyat  vasitələrinə  "Yol  hərəkəti  haqqında" 

Qanunun  30-cu  maddəsinin  altıncı  hissəsində  qeyd  olunduğu  kimi  ildə  bir  dəfə  texniki  baxış  keçirilir. 

Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün: 

 

mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm  görə 1qəpik, 



2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin  həcminin 2000 kub sm-

dən  çox  hissəsi  üçün  hər  kub  sm-ə  görə  2  qəpik  yol  vergisi  tutulur,  əlavə  olaraq  avtonəqliyyat 

vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir. 

 

Texniki baxış üçün avtomobillərin markaları nəzərə alınmaqla aşağıdakı müddətlər müəyyən olunmuşdur: 



 

VAZ markalı avtomobillər üçün – yanvar ayının 1-dən may ayının 1-dək. 

 

QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər üçün – may ayının 1-dən iyul 



ayının 1-dək. 

 

Yük avtomobilləri və avtobuslar üçün – iyul ayının 1-dən sentyabr ayının 1-dək. 



 

Digər  xarici  dövlətlərdə  istehsal  olunmuş  minik  avtomobilləri  üçün  –  sentyabr  ayının  1-dən  noyabr 

ayının 1-dək. 

 

18. Dövlət qulluğuna qəbul  

 

Dövlət qulluğu dedikdə nə başa düşülür? 

Dövlət  qulluğu  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər  qanunvericilik  aktlarına  uyğun 

olaraq dövlətin  məqsədlərinin və funksiyalarının həyata keçirilməsi  sahəsində dövlət qulluqçularının öz 

vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 

 

 

Hansı orqanlar dövlət orqanları hesab edilirlər? 



Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  hüdudlarda  Azərbaycan 

Respublikasının  məqsəd  və  funksiyalarını  həyata  keçirən,  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və 

dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. 

 

Kimlər dövlət qulluqçuları hesab edilirlər? 

Dövlət  qulluqçuları  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununu  ilə  müəyyən 

edilmiş  qaydada  maaşlı  (maaş  yalnız  dövlət  büdcəsi  vəsaitindən  verilə  bilər)  dövlət  qulluğu  vəzifəsini 

tutan  və  Azərbaycan  Respublikasına  sadiq  olacağına  and  içən  Azərbaycan  Respublikasının 

vətəndaşlarıdır. 

 

Hansı şəxslərin dövlət qulluğuna girmək hüququ vardır? 

Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  27.1-ci  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  16  yaşına  çatmış,  irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  sosial  mənşəyindən, 

əmlak  vəziyyətindən,  yaşayış  yerindən,  dinə  münasibətindən,  əqidəsindən,  ictimai  və  digər  birliklərə 

mənsubiyyətindən  asılı  olmayaraq,  müvafiq  vəzifənin  tələblərinə  uyğun  peşə  hazırlığına  malik  olan 

vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  hansı 

vəzifələrin tutulması üzrə müsabiqə elan edir? 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  28.2-ci  maddəsinə  müvafiq  olaraq 

inzibati  vəzifələrin  altıncı-doqquzuncu  təsnifatlarına  uyğun  olan  vəzifələr  boşaldıqda,  müvafiq  icra 

hakimiyyəti  orqanı  (Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə 

Komissiya) həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir.

  

 




 

 

42 



Prokurorluq,  Ədeliyyə,  Milli  Təhlükəsizlik,  Müdafiə,  Fövqəladə  Hallar,  sərhəd  xidməti,  Miqrasiya 

xidməti, daxili işlər, gömrük, vergi xarici işlər və feldyeger rabitəsi orqanlarına qəbulla bağlı imtahanlar 

Dövlət Qulluğu komissiyası tərəfindən aparılmır.  

 

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin keçirilməsi 



ilə bağlı məlumatı haradan əldə etmək olar? 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  tərəfindən 

dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin keçirilməsi ilə bağlı 

elanlar  mütəmadi  olaraq  kütləvi  informasiya  vasitələrində  dərc  edilir,  o  cümlədən  Komissiyanın  rəsmi 

internet saytında (http://www.csc.gov.az/) yerləşdirilir. 

 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar hansı sənədləri təqdim etməlidirlər? 



 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri Azərbaycan Respublikası Prezidenti 

yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər:  

 

ərizə  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş)  

 

kadrlar uçotunun şəxsi vərəqəsi  



 

ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş)  

 

əmək kitabçasının surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən təsdiq edilmiş)  



 

ixtisas  dərəcəsini  təsdiq  edən  sənədlərin  surəti  (olduğu  təqdirdə,  notarial  qaydada  və  ya  işəgötürən 

tərəfindən təsdiq edilmiş)  

 

sağlamlıq haqqında arayış  



 

ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6) 

 

Sənədlərin  qəbulu  müsabiqə  elan  edilən  gündən  etibarən  30  gün  Azərbaycan  Respublikasının 



Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.  

 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  13.2-ci  maddəsinə  əsasən  inzibati 



vəzifə  iddiasında  olan  şəxsin  müvafiq  ali  təhsili  olmalıdır,  orta  təhsilli  vətəndaşlar  elan  edilən 

müsabiqələrdə iştirak edə bilməzlər.  

 

Müsabiqədə  iştirak  etmək  istəyən  vətəndaşların   təqdim  etməli  olduqları  ərizə  formasını  və  kadrlar 



uçotunun şəxsi vərəqəsini Komissiyanın rəsmi internet saytından (

http://www.csc.gov.az/

) yükləyə və ya 

inzibati binasından (AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) əldə edə etmək olar.  

 

Dövlət qulluğuna qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir? 

Qanunvericiliyə uyğun olaraq müsabiqə vahid test imtahanından və söhbətdən ibarətdir. Test İmtahanında 

mümkün olan baldan ən azı  80 faizini toplamış namizəd imtahanı  müvəffəqiyyətlə vermiş  hesab  edilir. 

Əlavə olaraq bildiririk ki, test imtahanında hər namizədə 100 sual təqdim edilir və hər düzgün cavab bir 

balla qiymətləndirilir. 

 

19. Vərəsəlik hüququnun ümumi müddəaləri 

 

1. Vərəsəlik nə deməkdir? 

Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməsidir.  

 

2. Miras qoyanın əmlakı vərəsələrə hansı əsaslarla keçir? 

Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. 

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə 

olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 



 

3. Vərəsələr kimlərdir? 


 

 

43 



1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras 

qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 

2.  Vəsiyyət  üzrə  vərəsəlik  zamanı  vərəsələr  miras  qoyanın  öldüyü  məqamda  sağ  olmuş  şəxslər,  habelə 

miras  qoyanın  sağlığında  mayası  bağlanmış  və  onun  ölümündən  sonra  doğulmuş  şəxslər,  bu  şəxslərin 

onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 

 

QANUN  ÜZRƏ VƏRƏSƏLİK 



 

4. Qanun üzrə vərəsələr kimlərdir? 

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 

1.  Birinci  növbədə  -  ölənin  uşaqları,  miras  qoyanın  ölümündən  sonra  doğulmuş  uşaq,  arvad  (ər), 

valideynlər (övladlığa götürənlər). 



(Övladlığa  götürülən  və  onun  övladları  övladlığa  götürənin  vərəsələri  və  ya  qohumları  kimi  övladlığa 

götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.) 

2.  İkinci  növbədə  -  ölənin  bacıları  və  qardaşları.  Miras  qoyanın  bacısı  uşaqları  və  qardaşı  uşaqları  və 

onların  uşaqları  o  halda  qanun  üzrə  vərəsə  sayılırlar  ki,  mirasın  açıldığı  vaxt  miras  qoyanın  vərəsəsi 

olacaq  valideynləri  sağ  olmasın.  Onlar  qanun  üzrə  vərəsəlik  zamanı  onların  ölmüş  valideyninə  çatası 

miras payını bərabər olaraq miras alırlar. 

3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın 

anası  və  atası.  Nənənin  anası  və  atası,  babanın  anası  və  atası  o  halda  qanun  üzrə  vərəsə  sayılırlar  ki, 

mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 

4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 

5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə 

onların uşaqları. 

 

VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK 



 

5. Vəsiyyət üzrə vərəsəlik nə deməkdir? 

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar 

adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün miras qoyan tərəfindən vəsiyyətnamə 

qoyulmalıdır. 

 

6. Vəsiyyətnamə necə tərtib olunur? 

Vəsiyyətnamə  yazılı  formada  tərtib  edilməlidir.  Həm  notariat    formasında  və  ya  bunsuz  yazılı 

vəsiyyətnaməyə yol verilir.  

 

Vəsiyyətnamənin    notariat  forması  tələb  edir  ki,  vəsiyyətnaməni  vəsiyyət  edən  özü  yazır  və  imzalayır, 

notarius    isə  təstiqləyir.  Vəsiyyətnaməni  vəsiyyət  edənin  sözlərindən  iki  şahid  olmaq  şərti  ilə  notarius 

yaza  bilər,  vəsiyyət  edən  isə  vəsiyyətnaməni  notariusun  və  şahidlərin  yanında  oxuyub  imzalayır.  Əgər 

vəsiyyət edən hər hansı  bir səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, başqa  fiziki şəxs imzalaya 

bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.  

 

Ev  vəsiyyətnaməsi-  vəsiyyət  edən  vəsiyyətnaməni  öz  əli  ilə  yazıb  imzalaya  bilər.  Bu  halda  o, 

vəsiyyətnaməni  zərfə  qoyub  bağlayaraq  üç  şəxsin  yanında  notariusa  (və  ya  digər  notariusa  bəbrabər 

tutulan şəxsə) verə bilər. 

 

Mirasda məcburi pay nə deməkdir? 

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı 



olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı  onlara çatası payın yarısını 

(məcburi pay) təşkil etməlidir.  

Məcburi pay almaq hüququ olanvərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər qanun 

üzrə vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 

 



 

 

44 



Mirasın qəbul edilməsi qaydası nədir? 

Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka 

sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz 

nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 

Vərəsə  mirasın  bir  hissəsinə  sahiblik  etməyə  faktik  başladıqda  hesab  edilir  ki,  mirasın  nədə  ifadə 

edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 

 

Miras hansı müddətə qəbul edilə bilər? 

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. 

Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.  

 

Mirasın qəbul edilməsinin xüsusi müddəti 

Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu 

üçün  müəyyənləşdirilmiş  müddətin  qalan  hissəsi  ərzində  qəbul  edilməli,  bu  müddət  altı  həftədən  az 

olduqda isə altı həftəyədək uzadılmalıdır. 

 

Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir? 

Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət: 

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. 

Əgər  notariat  orqanında  şəhadətnamə  tələb  edən  şəxslərdən  savayı,  başqa  vərəsələrin  olmadığı  barədə 

məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 

 

Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı? 

Vəsiyyət edən vəsiyyətnaməni həmişə dəyişdirə və ya ləğv edə bilər. Bunu aşağıdakı üsullarla etmək olar: 

-

 



əvvəlki  vəsiyyətnaməni  və  ya  onun  bir  hissəsini  ləğv  edən  yeni  vəsiyyətnamə  tərtib  etməklə 

(əvvəlki  vəsiyyətnamənin  göstərişləri  sonrakı  vəsiyyətnamə  ilə  dəyişdirilmədiyi  halda  qüvvədə 

qalır), 

-

 



notariat orqanına ərizə verməklə, 

-

 



vəsiyyətnaməni ləğv etmək üçün onun bütün nüsxələri vəsiyyət edənin özü və ya onun sərəncamı 

ilə notarius tərəfindən məhv edilməlidir.  

-

 

Notariat  vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. 




 

 

45 



 

                                                 



 

BAKI 

 

088 707 07 07 

 

GƏNCƏ 

 

088 202 02 02 

 

LƏNKƏRAN 

 

088 303 03 03 

 

QUBA 

 

088 404 04 04 

 

ŞƏKİ 

 

088 505 05 05

 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə