Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



İddia  ərizisi,  məhkəməyə  onun  daxil  olmasından  keçən  2  həftə  ərzində  qaytarmayıbsa  və  ya  onu  qəbul 

etməkdən  imtina  etməyibsə  qəbul  edilmiş  sayılır.  Ümumi  İddia  icraatında  məhkəməyə  Ərizə  təqdim 

edildikdən sonra 3 ay müddətində həmin işə məhkəmə tərəfindən baxılmalı, aiddiyyatı üzrə Qətnamə və 

ya  Qərardad  çıxarılmalıdır.  Qətnamə  açıq  məhkəmə  iclasında  tərəflərə  oxunur  və  Qətnamədən  Çıxarış 

təqdim olunur. 3 gün ərzində isə Qətnamə tam formada tərəflərə verilir. Qətnaməni almış tərəflər aldığı 

gündən  sonrakı  1  ay  müddətində  Apellyasiya  Məhkəməsinə  müraciət  etmək  hüquqları  vardır.  Əgər 

tərəflərdən  heç  biri  1  ay  müddətində  Apelyyasiya  Şikayəti  verməmişlərsə  onda  Qətnamə  Qanunu 

Qüvvəyə minir və İcraata yönəlir. 

 

7.  Apellyasiya  məhkəməsinin  fəaliyyəti  nədən  ibarətdir,  hansı  müddətdə  işə  baxılır  və  necə 

müraciət edilir

Birinci  İnstansiya  məhkəməsinin    Qətnaməsini  tərəf  rəsmi  şəkildə  aldıqdan  sonra  1  ay  müddətində, 

Qərardandan isə 10 gün müddətində Apellyasiya Şikayəti yazmaqla Apellyasiya məhkəməsinə müraciət 

etməlidir.  Apellyasiya  məhkəməsinin  daxil  olmuş  Şikayət  əsasında  Məhkəmə  işinə  baxma  müddəti  3 

aydır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Qətnaməsini Ləğv edə, Qismən Ləğv edə 

və  ya  Qüvvədə  saxlaya  bilər.    Apellyasiya  Qətnaməsi  qəbul  olunduqdan  sonra,  tərəflər  Apellyasiya 

Qətnaməsini aldıqdan sonra 2 ay müddətində Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali 

Məhkəməsinə  müraciət  etmək  hüquqları  vardır.  Əgər  bu  müddət  ərzində  Kassasiya  Şikayəti 

verilməmişdirsə,  o  zaman  Apellyasiya  məhkəməsinin  çıxardığı  Qətnamə  Qanunu  Qüvvəyə  minir  və 

İcraya yönəldilir.  

 

8. Kassasiya İnstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır? 

Apellyasiya  Məhkəməsinin  Qətnaməsindən  qanunla  göstərilmiş  müddət  ərzində  (  2  ay  )    Kassasiya 

şikayəti  verildikdə  Ali  Məhkəmə  işə  2  ay  ərzində  baxır  və  Yekun  Qərar  çıxarılır  və  bu  qərar  qəbul 

edildiyi  gündən  1  ay  müddətinə  məktub  vasitəsilə  tərəflərə  göndərilir.  Ali  Məhkəmə  Apellyasiya 

məhkəməsinin qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər. Əgər Apellyasiya 

məhkəməsinin  Qətnaməsi  Ali  Məhkəmə  tərəfindən  Ləğv  edilərsə  o  zaman  işə  yenidən  baxılması  üçün 

Apellyasiya məhkəməsinə  göndərilir. Ali  Məhkəmənin Yekun Qərarından Ali  Məhkəmənin  Plenumuna 

Şikayət, təqdimat və protest 2 ay müddətində verilə bilər.  



 

Qeyd:  Əgər  şəxs  ölkə  daxili  məhkəmələrdə  işinə  düzgün,  ədalətli  və  Qanunun  Aliliyi  prinsipinə  uyğun 

baxılmadığını,  o  cümlədən  əgər  şəxsin  İnsan  Hüquqları  Konvensiyasında  göstərilmiş  hüquqlarından 

birinin pozulduğunu hesab edərsə,  o zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Yekun Qərarını 

Rəsmi şəkildə əldə etdikdən 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə Müraciət edə bilər. 

 

2. Məhkəmə qərarlarının icrası 

 

1. Məhkəmə Qərarları Nə vaxt İcraya yönləndirilir? 

Azərbaycan  Respublikası  qanunları  ilə  müəyyən  edilmiş  qaydada  və  müəyyən  edilmiş  müddət  ərzində 

Məhkəmə  prosesi  yekunlaşdıqdan,  yəni  Məhkəmə  baxdığı  işlə  bağlı  Qərar  qəbul  etdikdən  sonra  həmin 

qərardan  yuxarı  Məhkəmə  orqanına  qanunvericliklə  müəyyən  edilmiş  vaxt  ərzində  şikayət  edilmədiyi 

təqdirdə Qərar Qüvvəyə minmiş hesab edilir və İcraya yönəldilir. Məhkəmə qərarlarının İcrası fəaliyyəti 

bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Belə 

ki, Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır.  

 

2. İcra Hansı Qaydada Həyata keçirilir? 

Ədliyyə  Nazirliyi    baş  idarəsinin  hər  bir  Rayon(şəhər)  məhkəmələrində  İcra  şöbələri  fəaliyyət 

göstərməkdədirlər.  Məhkəmə  Qərarlarının  icrası  həmin  şöbələrin  əməkdaşlarından  birinə,  daha  doğrusu 

İcra  Məmuruna  həvalə  edilir.  Azərbaycan  Respublikası  adından  çıxan  Qərarların  icrası  öhdələyini  İcra 

Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə Qərarın İcrası  Qərarda 

adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni Məhkəmə işinin mahiyyətindən 

asılı  olaraq  Qərar  ilə  edilməli  olan  hərəkət  həmin  funksiyanı  yerinə  yetirən  orqana  və  ya  təşkilata 



 

 



tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim İcra sənədi hazırlayıb aidiyyatı 

üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərməlidir.  

 

3.Məhkəmə Qərarı hansı müddətə həll olunmalıdır? 

İcra  sənədi  almış  İcra  məmuru  və  ya  Orqan  təşkilatlar  2  ay  ərzində  Qərarı  icra  etməlidirlər.  Müstəsna 

hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin təqdimatı əsasında 

icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla bilər. 

 

4. Məhkəmə Qərarlarının icrası qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilməsə hansı 

orqana müraciət etmək olar? 

 Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası  Ədliyyə 

Nazirliyi  İcraçılar  baş  idarəsinə,  habelə  İcranı  həyata  keçirməli  olan  orqan  və  ya  təşkilatın  Yuxarı 

qurumuna Qətnamənin İcrasının həyata keçirilməsi Tələbi ilə bağlı Şikayət Ərizəsi ilə müraciət edə bilər. 

Azərbaycan  Respublikasının  adından  çıxan  Qərarların  icrası  Məcburidir  və  bu  yalnız  Yuxarı  Məhkəmə 

orqanın  həmin  qərarı  ləğv  etməsi  ilə  dayandırıla  bilər.  Xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  Məhkəmə 

Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası 

Cinayət Məcəlləsinin müvafiq Maddələrinə əsasən Məsuliyyət nəzərdə tutulmuşdur. 



 

Qeyd: Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o 

zaman həmin maddi ziyan vurulmuş tərəf Məhkəmədə İcranı həyata keçirən orqana qarşı Maddi tələblə 

bağlı İddia qaldırmaq hüququna malikdir. 

 

3. Şəxsiyyət vəsiqəsinin alınması  

 

 

1 .   Şəxsiyyət vəsiqəsinin hansı növləri var? 

 

 



16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi

 

16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 



 

2. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur? 

Şəxsiyyət vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni 

nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın 2 ədəd 3X4 ölçüdə fotoşəkli, 

dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını 

təsdiq edən sənədlər tələb olunur. 

 

 4. Şəxsiyyət vəsiqəsi hansı müddətə verilir? 

 Şəxsiyyət  vəsiqəsi  Azərbaycan  Respublikasının  vətəndaşının  müraciətindən    ən  geci  10  gün  keçənədək 

verilir.  

 

5. Hansı hallarda şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir?  

 

Azərbaycan Respublikası vətəndaşı 25, 35, 50 yaşına çatdıqda,  



 

Azərbaycan Respublikası vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi 

dəyişildikdə, 

 

Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsində  olan  yazılar  təhrif  edildikdə,  şəxsiyyət 



vəsiqəsi yararsız hala düşdükdə

 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi  itdikdə,   



 

Şəxsiyyət vəsiqəsi bu hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. 

 

6.  Şəxsiyyət  vəsiqəsi  verilərkən  qanunla  hansı  məbləğdə  dövlət  rüsumu  ödənilməsi  nəzərdə 

tutulmuşdur? 

 

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün 



  -üç iş günü müddətində verildikdə 5 manat,  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə