Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



 

ananın ölümü haqqında şəhadətnamənin surəti;  

 

ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış; 



 

ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;  

 

ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun 



yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq 

sənəd.  


Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında 

bu sənədlər barədə məlumatlar qeyd olunur.  



 

Ölümün qeydə alınması qaydası 

 

Ölümün qeydə alınması qaydası nədir?  

Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  yaşamış  olduğu  yerdə  və  ya  ölümün  baş  verdiyi  yerdə 

Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən aparılır. Ölüm 

faktının  müəyyən  edilməsi  haqqında  və  ya  vətəndaşın  ölmüş  elan  edilməsi  haqqında  məhkəmənin 

qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.  

 

Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  qohumlarının,  onun  qonşularının,  mənzil-istismar  təşkilatları 



işçilərinin  məlumatı  üzrə,  habelə  ölümün  baş  vermiş  olduğu  təşkilatın  müdiriyyətinin  və  başqa 

şəxslərin məlumatı üzrə aparılır.  

 

Ölüm  haqqında  məlumat  Qeydiyyat  şöbəsi  (konsulluq  idarəsi  və  icra  hakimiyyətinin 



nümayəndəliyinə)  ölümün  baş  verdiyi  və  ya  meyitin  tapıldığı  vaxtdan  on  gündən  gec  olmayaraq 

verilməlidir.  

 

Ölüm  faktı  tibb  müəssisəsinin  müvafiq  sənədi  ilə  (ölüm  haqqında  həkim  arayışı,  ölüm  haqqında 



feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin 

ikinci  nüsxəsinə  əlavə  olunmalı  və  onun  üzərində  qeydlərin  nömrəsi,  ölümün  qeydiyyat  tarixi 

yazılmalıdır.  Ölüm  haqqında  həkim  şəhadətnaməsi  olmadıqda,  ölüm  faktı  məhkəmə  tərəfindən 

müəyyən edilir.  

 

Məhkəmə  qaydasında  ölmüş  elan  edilən  şəxslərin  ölümü  qeyd  edilərkən  ölüm  haqqında  akt 



qeydlərində  ölümün  vaxtı  məhkəmə  qətnaməsinin  qanuni  qüvvəyə  mindiyi  tarixlə  göstərilir.  Əgər 

ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün 

tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.  

 

Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. 



  

Nikahın qeydə alınması qaydası nədir 

 

Nikahın qeydə alınması qaydası nədir?  

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. 

Nikahın  qeydə  alınması  nikaha  daxil  olanlardan  və  ya  onların  valideynlərindən  birinin  seçdiyi  hər 

hansı bir Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən həyata 

keçirilir. Nikaha daxil olmağı  arzu edənlər bu barədə Qeydiyyat  şöbəsinə (konsulluq  idarəsi  və icra 

hakimiyyətinin nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər.  

 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin  üzürlü  səbəbə  görə (ağır xəstəlik, uzunmüddətli 



ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq 

idarəsinə  və  icra  hakimiyyətinin  nümayəndəliyinə)  gəlmək  imkanı  olmadıqda,  gəlmiş  ikinci  tərəf 

digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. 

Gəlməmiş  tərəfin  ərizədəki  imzasının  həqiqiliyi  onun  yaşadığı  yerin  Qeydiyyat  şöbəsi  (konsulluq 

idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.  



 

 

10 



 

Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha 

daxil  olanları  nikahın  qeyd  olunması  şərtləri  və  qaydası  ilə  tanış  etməli,  bu  şəxslərin  bir-birinin 

səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya 

valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının  günü və saatı 

nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.  

 

Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin  nümayəndəliyi  ərizəni  qəbul  etdikdən 



sonra  evlənənlərin  razılığı  ilə  istirahət  günü  də  nəzərə  alınmaqla  nikahın  bağlanması  günü  və  saatı 

təyin  edilir.  Nikah  Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin  nümayəndəliyi 

tərəfindən  nikaha  daxil  olmaq  istəyən  şəxslərin  bu  barədə  ərizə  verdikləri  gündən  1  aydan  tez 

olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat 

şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox 

olmayan müddətə uzadıla bilər.  

 

Müddəti  azaltmaq  və  uzatmaq  üçün  əsas  ola  bilən  üzrlü  səbəblərə  təcili  olaraq  uzunmüddətli 



ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil 

olmaq  istəyən  qadının  hamilə  olması,  evlənənlərin  və  ya  onların  yaxın  qohumlarının  ağır  xəstəliyi, 

hərbi  xidmətə  çağırılma  və  digər  hallar  aid  edilə  bilər.  Bu  hallar  müvafiq  sənədlərlə  (ezamiyyə 

vərəqəsi,  tibb  arayışı,  doğum  haqqında  şəhadətnamə  və  s)  təsdiq  edilməlidir.  Xüsusi  hallarda 

(hamiləlik,  birgə  uşağın  olması,  nikaha  daxil  olmaq  istəyən  şəxslərin  hər  ikisinin  yaşının  50-dən 

yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər.  

 

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər.  



 

Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.  

 

Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər. 



Nikahın  qeydiyyatı  günü  təyin  edilərkən  nikaha  daxil  olmağı  arzu  edən  şəxslər  Qeydiyyat  şöbəsinə 

(konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə) nikahın toy mərasimində qeydə alınmaq 

istəyi barədə məlumat verirlər.  

 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. 



 

Soyadı, adı və ata adını necə dəyişdirilməsi 

 

Soyadı, adı və ata adını necə dəyişdirilməlidir?  

Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra 

dəyişdirə  bilər.  Öz  adını  və  soyadını,  atasının  adını  dəyişmək  istəyən  şəxs  müvafiq  ərizə  ilə  daimi 

yaşayış  yerində  qeydiyyat  şöbəsinə  müraciət  etməlidir.Ərizə  verən  şəxsin  daimi  yaşayış  yerində 

qeydiyyat şöbələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti 

aktlarına dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya dəyişikliklər edilməsindən imtina edir. 

İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 

 

Əgər  şəxslə  qeydiyyat  şöbəsi  arasında  mübahisə  yaranmırsa  və  qeydiyyat  şöbəsi  dəyişiklik  etməyə 



etiraz  etmirsə  qeydiyyat  şöbədə  aparılır.  Qeydiyyat  şöbəsi  ilə  şəxslər  arasında  mübahisə  olduqda 

qeydiyyatda  düzəliş  məhkəmənin  qətnaməsi  əsasında  aparılır.  Qeydiyyat  şöbələri  tərəfindən 

vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydindəki  dəyişikliklər  edilməsi  məsələsinə  ərizənin  daxil  olduğu 

gündən bir  ay müddətində baxılır.Müstəsna hallarda qeydiyyat  şöbəsinin rəisi tərəfindən  ərizə verən 

şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər. 

 

Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydində  edilən  dəyişikliklər  ərizə  verən  şəxslərə  oxunur,  onlar 



tərəfindən  və  dəyişikliyi  aparan  vəzifəli  şəxs  tərəfindən  imzalanır,  möhürlə  təsdiq  edilir.  Bu  zaman 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə