Qanun nə deyir? Bunu hamı bilməlidir!


 Nigahın pozulması qaydaları



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

 

15 



6. Nigahın pozulması qaydaları 

 

1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır? 

Ər-arvadın  ikisidə  boşanmağa  razıdırlarsa  və  onların  ümumi  uşaqalrı  yoxdursa,  və  yaxud  uşaqlar  18 

yaşına  çatıbsa,  o  halda  nikahı  pozmaq  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına,  yəni  Vətəndaşlıq 

Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır. 

 

Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa  



o halda məhkəməyə müraciət olunmalıdı. 

 

Ər-arvadın  razılığı  olduqa,  lakin  onlardan  biri  VVAQ  orqanında  nikahın  pozulmasından  yayınırsa 



(məsələn  ərizə  yazmaqdan  imtina  edirsə),  o  halda  nikahın  pozulması  məhkəmə  qaydasında  həyata 

keçirilir. 

 

 

Qeyd: Arvadın  hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra  1 il müddətində arvadın 



razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 

 

2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir?  

Ərlə  arvad  arasında  boşanma  haqqında  qarşılıqlı  razılıq  varsa,  onlar  nikahın  pozulması  haqda  VVAQ 

orqanına  ərizə  təqdim  edirlər.  Bu  ərizədə  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  olub-olmadığını  təstiq 

etməyə borcludurlar. 

 

Nikahın  pozulması  haqqında  ərizə  ər-arvadın  yaşadığı  və  ya  onlardan  birinin  yaşadığı  və  ya  nikahın 



qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir. 

 

Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun 



ödənilməsi barədə qəbz əlavə edilməlidir.  

 

Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama 



və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya 

ayrı-ayrı  ərizələrini  təqdim  edir.  Gəlməmiş  tərəfin  imzasının  həqiqiliyi  o\nun  yaşadığı  yerin  VVADQ 

otqanı və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təstiq edilməlidir. 

 

Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.  



Qeyd:  Azərbaycan  Respublikasının  hüdudlarından  kanarda  daimi  və  müvəqqəti  yaşayan  Azərbaycan 

vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. 



 

3.  Nikahın  məhkəmə  qaydasında  pozulması:  Məhkəməyə    nikahın  pozulması  üçün  necə  müraciət 

edilir? 

Boşanmaq istəyən insan məkəməyə iddia ərizəsi  yazaraq şəxsən və  ya nümayəndə vasitəsi  ilə müraciət 

edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir.  

 

Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir.  



Qeyd:  idddiaçının  yanında  yetkinlik  yaşına  çatmayan  uşaqlar  olduqda  və  ya  iddiaçı  səhhətinə  görə 

cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə  iddia  iddiaçının yaşadığı yerə görə verilə bilər. 

 

Ərizədə aşağıdakılar qöstərilməlidir: 

 

ərizənin verildiyi məhkəmənin adı, 



 

iddiaçı və cavabdehin adları, poçt ünvanları, 

 

iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və s.), 



 

ərizəyə əlavə edilən sənədlərin siyahısı. 




 

 

16 



Nikahın  pozulması  ilə bağlı tələbləri, məsələn uşaqların  kiminlə qalmağı məsələsi və  ya  aliment tələbi, 

ərizədə göstərilə bilər.  

 

Ərizəyə aşağıdaki sənədlər əlavə olunur: 



 

iddia ərizəsinin surəti, 

 

dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir), 



 

nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd

 

nikah haqqında şəhadətnamə



 

birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti. 



 

4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə pozulur? 

Nikahın  məhkəmə  qaydasında  pozulması  ər-arvadın  bu  barədə  ərizə  verdikləri  gündən  1  aydan  tez 

olmayaraq həyata keçirilir. 

 

Əgər  ər  və  arvad  ikisidə  boşanmağa  razıdılarsa,  məhkəmədə    boşanma  səbəbləri  araşdırılmadan  nikah 



pozulur. 

 

Onlardan biri boşanmağa razı  deyilsə, məhkəmə ər-arvadın  barışması üçün 3 ay vaxt  təyin edə bilər. 3 



aydan sonra barışıq olmadıqda nikah pozulur. 

 

5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır? 

Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə saziş 

təqdim edə bilərlər. 

 

Belə  razılıq  yoxdursa,  və  ya  saziş  uşaqların  və  ya  tərəflərdən  birinin  marağını  pozursa,  məhkəmə 



boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərdən  hansının  yanında  qalmasını 

uşaqların  hüquq  və  mənafelərini,  onların  rəyini  və  sair  halları  (uşaqların  qardaş  və  bacılarına, 

valideynlərdən  hər  birinə  olan  bağlılığı,  valideynlərin  əxlaqi  və  digər  şəxsi  keyfiyyətləri,  uşağın  yaşı, 

onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.  

 

Uşaqlardan  ayrı  yaşayan  valideyn  onlarla  ünsiyyət  hüququna,  uşaqların  tərbiyə  və  təhsili  ilə  bağlı 



məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.  

 

Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi sağlamlığına  zərər yetirməyən 



digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla ünsiyyətdə olmaq 

hüququnu  müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan valideynin uşaqla görüşmə 

qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.    

 

6. Aliment  necə ödənilir?  

Aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya     bilərlər. 

Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur. 

                                                 



                                                 Alimentin ödənilməsi barədə saziş  

          

Bu    saziş  alimenti  ödəməli  olan  şəxslə  alimenti  alan  şəxs  arasında  yazılı  formada  bağlanır  və  notariat 

qaydasında  təsdiq  olunur.  Notariat  qaydasında  təsdiq  edilmiş  saziş  icra  vərəqəsi  qüvvəsinə  malik  olur. 

Sazişdə  alimentin  miqdarı,  ödənilmə  qaydası  və  şərtləri  əksini  tapmalıdır.  Saziş  tərəflərin  qarşılıqlı 

razılığı  əsasında  istənilən  vaxt  dəyişdirilə  və  pozula  bilər-  yazılı  şəkildə  notariat  qaydasında  təsdiq 

edilməklə.  Aliment  ödənilməsi  barədə  sazişi  icra  etməkdən  birtərəfli  qaydada  imtina  etmək  və  onun 

şərtlərini  birtərəfli  qaydada  dəyişdirmək  olmaz.  Tərəflərin  maddi  və  ailə  vəziyyətində  əsaslı  dəyişiklik 

olduqda və sazişin dəyişdirilməsi və  ya pozulması barədə razılıq əldə edilmədikdə bu barədə məhkəmə 

qarşısında iddia qaldırmaq olar.   



 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə