“Qanunçuluq”. 2009.№7. S. 24-26. Humanizm ideallarına söykənən xoşməramlı missiya



Yüklə 170,13 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü170,13 Kb.
#65341


“Qanunçuluq”.-2009.-№7.-S.24-26.

Humanizm ideallarına söykənən 

xoşməramlı missiya

Novruz bayramı münasibətilə elan edilmiş amnistiya aktı 

ədliyyə orqanları tərəfindən uğurla icra olunmuşdur

Malik ƏLƏKBƏROV,

Cəzaların icrasına nəzarət üzrə

müfəttişliyin rəisi, baş ədliyyə müşaviri

Ümummilli  liderimiz  Heydər  Əliyevin  humanizm  ideyaları  bu  gün  də  ölkəmizdə  uğurla  davam

etdirilməkdədir.  Bəşəri  ideyalara  sadiqlik  nümayiş  etdirən  dövlətimizin  başçısı  cənab  İlham  Əliyev  müxtəlif

əlamətdar  günlərdə  əfv  fərmanları  imzalamışdır.  Sonuncu  amnistiya  qərarı  isə  Heydər  Əliyev  Fondunun

Prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  Milli  Məclis  tərəfindən  qəbul

edilmişdir.

Ümumbəşəri  idealları,  insan  hüquq  və  azadlıqlarının  qorunması  kimi  yüksək  dəyərləri  rəhbər  tutaraq,

Heydər  Əliyev  siyasətinin  humanizm  və  mərhəmət  ənənələrini  davam  etdirərək,  Mehriban  xanım  Əliyevanın

xalqımızın  tarixi  adət-ənənələrinə  ehtiram  əlaməti  olaraq  Novruz  bayramı  münasibətilə  amnistiya  təşəbbüsü  ilə

çıxış etməsi səmimiyyətə söykənən xeyirxahlığın növbəti təcəssümüdür.

Yekdilliklə qəbul olunmuş  bu amnistiya aktı bir daha Heydər Əliyev Fondunun insanpərvərlik, humanizm

və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirir.

Xüsusi  vurğulanmalıdır  ki,  məhz  ulu  öndərimizin  1993-cü  ildə  xalqın  təkidli  tələbi  və  arzusu  ilə

hakimiyyətə  qayıdışından  sonra  Azərbaycanda  insan  hüquq  və  azadlıqlarının  təminatında  ciddi  dönüş  yaranmış,

mütərəqqi  məhkəmə-hüquq  islahatları  aparılmış,  penitensiar  xidmətin  səviyyəsi  ildən-ilə  yüksəldilmişdir.  Ölüm

hökmünün  tətbiqinə  moratorium  qoyulmuş,  1995-ci  ildə  Əfvetmə  komissiyası fəaliyyətə  başlamış, islah  olunaraq

azad  cəmiyyətə  qovuşmaq  istəyən  məhkumların  bağışlanması  müsbət  ənənəyə  çevrilmişdir.  1998-ci  ilin  10

fevralında  Azərbaycanda  ölüm  hökmü  cəzasının  birdəfəlik  ləğvi  də  məhz  ulu  öndərimizin  yüksək  humanizm  və

mərhəmətinin nəticəsində mümkün olmuşdur.

Demokratiya  və  sosial  ədalət  prinsiplərinin  bərqərar  olduğu,  insan  hüquqlarına,  şəxsiyyət  azadlığına

humanist  münasibətin  formalaşdığı  ölkəmizdə  1995-2008  -  ci  illərdə  Azərbaycan  Prezidentinin  45  Fərmanına

əsasən 4.858 şəxs əfv olunmuş, qəbul edilmiş 9 amnistiya aktı 100 minə yaxın şəxsə şamil edilmişdir.

Heydər  Əliyev  Fondunun  prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü

əsasında  gerçəkləşən  sonuncu  amnistiya  aktı  da  bu  müsbət  ənənənin  davamı  kimi  cəmiyyətdə  böyük  rezonans

doğurmuş, böyük  rəğbət  və  ehtiramla  qarşılanmışdır.  Amnistiya  aktı bir  çox  təbəqələrdən  olan  məhkumları əhatə

etməklə olduqca humanist səciyyə daşıyır.

Novruz  bayramı  münasibətilə  elan  edilmiş  həmin  amnistiya  aktının  ədliyyə  orqanları  tərəfindən  icrası

uğurla başa çatdırılmışdır.

İlk növbədə,  bu  humanist  aktın  icrasından  irəli  gələn  məsələlər  Ədliyyə  Nazirliyi  Kollegiyasının  19  mart

2009-cu il tarixli iclasında müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyən edilmiş, qərarın vaxtında, düzgün və

mütəşəkkil icrasını təmin etmək məqsədilə ədliyyə naziri tərəfindən Əmr imzalanmışdır.

Əmrin  müvafiq  bəndlərinə  uyğun  olaraq  amnistiya  aktının  ədliyyə,  o  cümlədən,  Penitensiar  xidmətin

işçiləri tərəfindən öyrənilməsi və əhali arasında geniş izahının təşkili məqsədilə aktın mətni və digər sənədlər toplu

şəkildə nəşr edilərək bütün tabe qurumlara göndərilmiş, nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi,

Cəzaların  icrasına  nəzarət  üzrə  Müfəttişlik,  Penitensiar  xidmət  və  Məhkəmə  icraçıları  Baş  idarəsi  ilə  birlikdə

amnistiya  aktının  mahiyyəti  barədə  məhkumlar  və  əhali  arasında  geniş  maarifləndirmə  işləri  aparılmış,  kütləvi

informasiya vasitələrində çıxışlar edilmişdir.

Eyni  zamanda,  həmin  dövrdə  Ədliyyə  Akademiyasında  Məhkumların  islah  olunmasında  iştirak  edən  və

penitensiar  müəssisələrin  fəaliyyətinə  ictimai  nəzarəti  həyata  keçirən  İctimai  Komitə  ilə  birgə  amnistiya  aktının

icrasını  və  bütövlükdə  penitensiar  sistemin  fəaliyyətini  işıqlandıran  jurnalistlər  üçün  seminar  təşkil  edilmiş,

interaktiv  dialoq  aparılmış,  media  nümayəndələrinin  çoxsaylı  sualları  cavablandırılmışdır.  Tədbirdə  ölkəmizin

aparıcı kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsi iştirak etmişdir.

Seminarda  jurnalistlərə  həmçinin,  penitensiar  sistemdə  aparılan  islahatlar,  cəzaların  icrası  məsələlərini

tənzimləyən qanunvericilik və beynəlxalq normalar haqqında ətraflı məlumat verilmişdir.

Qərarın  düzgün  və  dürüst  icrasını təmin  etmək  məqsədilə  penitensiar  müəssisələrdə  amnistiya  aktı tətbiq

ediləcək məhkumların dairəsi müəyyən edilmiş, onların şəxsi işləri öyrənilmiş, müvafiq materiallar hazırlanmış və

cəzadan azad edilməsi üzrə zəruri tədbirlər görülmüşdür. Penitensiar müəssisələrdə, məhkəmə icraçıları xidmətinin

yerli  qurumlarında  amnistiya  aktının  tətbiqi  vəziyyəti  nəzarətdə  saxlanılmaqla  onlara  lazımi  metodiki  köməklik

göstərilmiş,  bu  aktın  tətbiqində  süründürməçilik,  əsassız  imtina  və  amnistiya  aktının  qanunsuz  tətbiq  edilməsi




hallarının qarşısının alınması üzrə profilaktiki tədbirlər görülmüşdür.

Ədliyyə  Nazirliyinin  Penitensiar  xidməti  və  Məhkəmə  icraçıları  Baş  idarəsi  tərəfmdən  Azərbaycan

Respublikası  Baş  prokurorluğunun  müvafiq  qurumları  ilə  işgüzar  əlaqələr  yaradılmış,  amnistiya  aktının  tətbiq

edilməsi barədə qərar, təqdimat və digər sənədlər prokurorluq orqanları ilə razılaşdırılmışdır.

Qərarın icrası vəziyyətinin nəzarətdə saxlanılması, müraciətlərin hərtərəfli və obyektiv araşdırılması, habelə

yol  verilmiş  pozuntuların  təxirəsalınmadan  aradan  qaldırılması,  təqsirkar  şəxslərin  intizam  məsuliyyətinə  cəlb

olunması  üçün  ciddi  tədbirlərin  görülməsinin  təmin  olunması  məqsədilə  qurum  rəhbərləri  tərəfindən  nazirliyin

rəhbərliyinə məlumat verilməsi tapşırılmışdır.

Amnistiyanın  tətbiqi  ilə  bağlı  Müfəttişliyin  və  İnsan  hüquqları  və  ictimaiyyətlə  əlaqələr  idarəsinin

əməkdaşları  bir  sıra  penitensiar  müəssisələrə  baş  çəkmiş,  bu  qərara  əsasən  cəzaçəkmə  müəssisələrindən  azad

edilmiş məhkumlar barədə statistik məlumatlar toplanmışdır.

Amnistiya  aktının  icrası  Ədliyyə  Nazirliyinin  məsul  əməkdaşlarının,  Penitensiar  xidmət  rəhbərliyinin,

Ombudsman  aparatının,  İctimai  Komitə  üzvlərinin,  qeyri-hökumət  təşkilatların  habelə  kütləvi  informasiya

nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

Amnistiyanın  tətbiqi  müddəti  ərzində  dövlət  orqanlarından  və  vətəndaşlardan  daxil  olmuş  şikayət  və

müraciətlər  nazirliyin  müvafiq  qurumlarında  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  baxılaraq  onlara  ətraflı

cavablar verilmişdir.

Belə  ki,  amnistiyanın  tətbiqi  ilə  bağlı Ədliyyə  Nazirliyinə  dövlət  orqanlarından  vətəndaşların ümumilikdə

64 müraciəti  daxil olmuş, onların əksəriyyəti  ədliyyə naziri tərəfindən  nəzarətə  götürülmüş  və  dərhal  icrası təmin

edilmişdir. Həmin müraciətlərdə amnistiyanın tətbiqinin gecikdirilməsi göstərilsə də, bütün hallarda müvafiq qərar

vaxtında icra olunmuş və bu barədə ərizəçilərə ətraflı və dolğun məlumat verilmişdir.

Amnistiya aktı ilk növbədə böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra  cinayətlərə görə məhkum

olunmuş  qadınlara,  birinci  və  ikinci  qrup  əlillərə,  60  yaşına  çatmış  kişilərə,  cinayət  törədərkən  18  yaşına

çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan

kişilərə şamil edilmişdir.

Təqdirəlayiq  haldır  ki,  Azərbaycan  Respublikasının  suverenliyinin  və  ərazi  bütövlüyünün  qorunması

uğrunda döyüşlərdə iştirak etmiş  şəxslər, bu döyüşlərdə həlak olmuş  və ya xəbərsiz, itkin düşmüş  şəxslərin  yaxın

qohumları,  1948-1953  və  1988-ci  illərdə  etnik  təmizləmə,  terrorçuluq  və  soyqırımı  siyasəti  nəticəsində

Ermənistandan deportasiya olunmuş, 1988-1993 - cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində

doğma  torpaqlarından  məcburi  köçürülmüş, 1990-cı il  20  Yanvar  faciəsində  əlil  olmuş  şəxslər  və  ya  şəhid  olmuş

şəxslərin yaxın qohumları və bəzi digər kateqoriyalardan olan şəxslər də amnistiyanın təsir dairəsinə düşmüşlər.

Amnistiya  haqqında  Qərar  ümumilikdə  9.564  nəfərə  tətbiq  edilərək  qanun  pozuntusuna  və  digər  neqativ

hallara yol verilmədən 17.07.2009 - cu il tarixədək tam icra olunmuşdur.

Həmin  qərar  Penitensiar  Xidmət  üzrə  4.167  məhkuma  tətbiq  edilmiş,  onlardan  1.198  nəfər  cəzaçəkmə

müəssisələrindən,  830  nəfər  məntəqə  tipli  cəzaçəkmə  müəssisələrində,  1.594  nəfər  xüsusi  müəssisələrdən  azad

edilmiş və 545 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.

Amnistiya aktı Penitensiar xidmətin cəzaçəkmə müəssisələri üzrə aşağıdakı şəxslərə tətbiq edilmişdir:

-  1.1  -ci  bəndinə  əsasən  (həmin  qərar  qüvvəyə  mindiyi  günədək  azadlıqdan  məhrum  etmə  cəzasının

çəkilməmiş hissəsi bir ildən artıq olmayan qadınlar və altı aydan artıq olmayan kişilər) -1.614 nəfər;

- 2.1 -ci bəndinə əsasən (müddətindən asılı olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş

qadınlar) - 5 nəfər;

- 2.3 -cü bəndinə əsasən (müddətindən asılı olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş

60 yaşına çatmış kişilər) - 8 nəfər;

- 2.4 -cü bəndinə əsasən (bu qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər) -

15 nəfər;

- 2.5 -ci bəndinə əsasən (öhdəsində, himayəsində yetkinlik yaşına çatmayan və ya birinci və  уа ikinci qrup

əlil övladı olan kişilər, o cümlədən bu qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa  götürülməsi, qəyyumluğu

və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) - 368 nəfər;

-  2.6  -cı bəndinə  əsasən  (İkinci  Dünya  dövründə  faşizmə  qarşı  döyüşlərdə  iştirak  etmiş,  eləcə  də  həmin

dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikdə müəyyən edilmiş

qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz İtkin düşmüş şəxslərin

yaxın qohumları) - 2 nəfər ;

-  2.7  -ci  bəndinə  əsasən  (Azərbaycan  Respublikasının  suverenliyinin  və  ərazi  bütövlüyünün  qorunması

uğrunda  döyüşlərdə  iştirak  etmiş,  Azərbaycan  Respublikasının,  habelə  keçmiş  SSRİ-nin  Silahlı  Qüvvələri

tərkibində beynəl-millət borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin

düşmüş şəxslərin yaxın qohumları) - 3 nəfər;

-  2.10  -ci  bəndinə  əsasən  (1948-1953  -cü  və  1988-ci  illərdə  etnik  təmizləmə,  terrorçuluq  və  soyqırımı

siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər) - 3 nəfər;

-  2.11  -ci  bəndinə  əsasən  (1988-1993  -cü  illərdə  Azərbaycan  ərazisinin  bir  hissəsinin  erməni  silahlı

qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər) - 9 nəfər;




- 2.13 -cü bəndinə əsasən (1990-cı il 20 Yanvar faciəsində əlil  olmuş  şəxslər və  ya  şəhid  olmuş  şəxslərin

yaxın qohumları) - 1 nəfər cəzadan azad edilmişdir.

Amnistiya  Qərarının  4-cü  bəndinə  əsasən  bu  qərarın  1.1  və  2-ci  bəndlərində  nəzərdə  tutulan  şəxslərdən

başqa  3  ildən  artıq  olmayan  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  545  nəfərin  bu  qərar

qüvvəyə mindiyi günədək çəkilməmiş cəzası yarıyadək azaldılmışdır.

Amnistiya Qərarının icrası ilə bağlı Penitensiar xidmətin xüsusi müəssisələrindən:

-  1.3  -cü  bəndinə  əsasən  (azadlığın  məhdudlaşdırılması  cəzasının  bu  qərar  qüvvəyə  mindiyi  günədək

çəkilməmiş hissəsi iki ildən artıq olma-yan qadınlar və bir ildən artıq olmayan kişilər) -1.063 nəfər;

-  3.2  -ci  bəndinə  əsasən  (azadlığın  məhdudlaşdırılması  cəzasına  məhkum  edilmiş  şəxslər)  -531  nəfər

cəzadan azad edilmişdir.

Azad olunan məhkumlardan 82 qadın və 1 yetkinlik yaşına çatmayan şəxs olmuşdur.

Bu qərar həmçinin 3-ü qadın olmaqla 75 nəfər xarici ölkə vətəndaşlarına - 22 nəfər Rusiya Federasiyasının,

32 nəfər Gürcüstanın, 1 nəfər Mavritaniya Respublikasının, 5 nəfər İran İslam Respublikasının, 4 nəfər Əfqanıstan

Respublikasının, 1  nəfər  Pakistan  İslam Respublikasının, 2  nəfər  Türkiyə  Respublikasının, 2  nəfər  Ukraynanın,  2

nəfər Özbəkistan Respublikasının, 1 nəfər Qazaxıstan Respublikasının, 2 nəfər Türkmənistanın vətəndaşlarına və 1

nəfər vətəndaşlığı olmayan şəxsə şamil edilmişdir.

Nazirliyin  Məhkəmə  icraçıları xidməti  üzrə  bu  Qərar  5.205  məhkuma  tətbiq  edilmişdir.  Onlardan  2.853

nəfər  islah  işləri,  198  nəfər  ictimai  işlər,  1.860  nəfər  cərimə  cəzası,  174  nəfər  şərti  məhkum  edilmiş,  101  nəfər

cəzadan şərti olaraq vaxtından əvvəl  azad edilmiş  və 18 nəfər cəzası təxirə salınmış şəxslər və 1-i əsas cəza kimi

müəyyən  vəzifə  tutma  hüququndan  məhrumetmə  cəzası ilə  bağlı olmuşlar.  Amnistiya  aktının  tətbiqi  ilə  əlaqədar

623.483  manat  19  qəpik  dəyərində  cərimə  cəzasına  məhkum  edilmiş  şəxslər  həmin  məbləği  dövlət  büdcəsinə

ödəməsindən azad edilmişlər.

Cəzadan  azad  edilmiş  şəxslərə  azad  olunma  haqqında  müvafiq  arayışlar  təqdim  edilmiş,  onlara  yardımlar

göstərilmiş,  əvvəlki  daimi  yaşayış  yerləri  üzrə  icra  hakimiyyəti  və  polis  orqanlarına  rəsmi  məlumatlar

göndərilmişdir. Xarici ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycandakı səfirliklərinə və

Respublika Miqrasiya Xidmətinə təhvil verilmişlər.

Amnistiya  haqqında  Qərarın  icrasının  başa  çatdırılması ilə  əlaqədar  Heydər  Əliyev  Fondunun  prezidenti,

Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə məlumat verilmişdir.

Cəza  çəkməkdən  azad  olunmuş  şəxslər  Heydər  Əliyev  Fondunun  prezidenti,  Milli  Məclisin  deputatı

Mehriban  xanım  Əliyevanın  bu  humanist  addımını  yüksək  qiymətləndirməklə  böyük  minnətdarlıq  hissi  ilə

qarşılamış,  onlara  göstərilən  bu  etimadı özlərinin  gələcək  həyatlarında  doğruladacaqlarına,  həbsxana  həyatına  bir

daha qayıtmayacaqlarına və layiqli vətəndaş kimi cəmiyyətə fayda verəcəklərinə söz vermişlər.

Sonuncu  amnistiya  aktı onu  sübut  edir  ki,  ölkəmizdə  ulu  öndər  Heydər  Əliyev  tərəfmdən  əsası qoyulmuş



humanizm ideyaları yaşayır və daim yaşayacaq.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə