Qanunlara uyğunluq Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit



Yüklə 26,45 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü26,45 Kb.
#7979


 

Qanunlara uyğunluq

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit

Rüşvətxorluq və korrupsiya, çirkli pulların yuyulması,  

maraqların toqquşması və rəqabətə mənfi təsir göstərən davranış 

Beynəlxalq ticarət qanunu

İnsan hüquqları və müasir quldarlıq

Məxfi məlumatların qorunması 

Qeyri ayrı-seçkilik, şikayət prosesləri və birləşmək azadlığı

Etik qaydalar və tələblərə uyğunluq

Məlumatvermə

BP-nin təchizatçılardan 

gözləntiləri

© BP 2017




BP-nin Davranış Kodeksi (“

kodeks”) subpodratçılar, 

satıcılar, xidmət təchizatçıları və şərti əmək də daxil 

olmaqla bizim təchizatçıların (“

təchizatçılar”), onların 

işçilərinin və təchizatçılarının gözləntilərini dəstəkləyir.  

Bu gözləntilər kodeksin və ya müvafiq qanunvericiliyin 

yerini almaz və ya onu əvəz etməz, nə də onlar müqavilə 

üzrə öhdəlikləri dəyişməz.

Təchizatçılarımızdan təchizat zəncirlərində davamlılıq, 

çatdırılmada isə innovasiya və mükəmməllik təmin etmək 

naminə səylə çalışmalarını istəyirik. Bir BP təchizatçısı 

kimi sizdən həmçinin kodeksə əməl etməyinizi və ona 

uyğun davranmağınızı gözləyirik.

Sizdən bu gözləntiləri BP-yə mal və xidmətlər təchiz edən 

işçilərinizə, təchizatçılarınıza və biznes tərəfdaşlarınıza 

bildirməyinizi xahiş edir və eyni zamanda sizin:

Qanunlara uyğunluq

1.  Təchiz olunan mal və xidmətlər ilə bağlı bütün 

qanunlara və nizamnamələrə əməl  

etməyinizi istəyirik.



Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf 

mühit (“SƏTƏM”)

2.  Fəaliyyətlər və SƏTƏM risklərinin idarəedilməsi, 

SƏTƏM qanunlarına və qaydalarına əməl edilməsi  

ilə bağlı sistematik yanaşma tətbiq etməklə və 

sağlamlığın, əməyin təhlükəsizliyinin və ətraf mühitin 

davamlı yaxşılaşdırılmasına cəhd etməklə BP-nin 

qəzasız, insanlara və ətraf mühitə zərər verməyən 

SƏTƏM məqsədlərini təcəssüm etdirən davranış 

prinsipləri. İşçi qüvvənizi və təchizatçılarınızı hər 

hansı qəza, xəsarət, xəstəlik və ya təhlükəli vəziyyət 

barədə dərhal xəbər verməsi və belə təhlükəli 

şəraitdə işi dayandırması barədə məlumatlandırın  

ki, bu halda müvafiq tədbir görülə bilsin.

Rüşvətxorluq və korrupsiya, çirkli pulların 

yuyulması, maraqların toqquşması və 

rəqabətə mənfi təsir göstərən davranış 

3.  Fəal şəkildə qarşısını almaq üçün qanuni qüvvəyə 

malik proseslərin və prosedurların həyata keçirilməsi 

də daxil olmaqla işin aparılması və idarə olunmasında 

şəffaflıq və məsuliyyətin təşviq edilməsi:

a)  İş əldə etmək, əldə saxlamaq və ya işə 

rəhbərlik etmək, qeyri-müvafiq üstünlük təmin 

etmək və ya dövlət işçilərinin öz vəzifələrini 

qeyri-düzgün icra etməsi də daxil olmaqla hər 

hansı şəxsə təsir etmək üçün dəyərli bir şeyin 

birbaşa və ya dolayı yolla verilməsinin, 

ödənilməsinin, vəd verilməsinin və ya qəbul 

edilməsinin açıq şəkildə qadağan edilməsi, 

rüşvətxorluq və korrupsiya.

b)  Qeyri-qanuni vəsaitlərin gizlədilməsi  

(xüsusilə terrorizm və ya cinayət fəaliyyəti ilə 

bağlı olduqda) və ya belə vəsaitlərə qanunilik 

qazandırılması kimi fəaliyyətləri əhatə edən 

çirkli pulların yuyulması.

c)  BP məlumatlarından və resurslarından  

düzgün olmayan qazanclar əldə etmək üçün 

istifadə olunması da daxil olmaqla şəxsi və 

biznes maraqlarının faktiki və ya aydın  

şəkildə toqquşması.

d)  Rəqiblərlə qiymətlərin düzəldilməsi, təkliflərin 

verilməsi, müştərilərin bölüşdürülməsi və ya 

təchizatın məhdudlaşdırılmasına əsaslanan 

istənilən formada razılıq və anlaşma xarakterli 

rəqabətə mənfi təsir göstərən davranış.

e)  BP heyətinə və ya BP-ni təmsil edən üçüncü 

tərəflərə uyğunsuz şəkildə hədiyyələr, əyləncə 

imkanı və ya yeməklərin verilməsi. Nadir 

hallarda qanuni olaraq tələb olunduqda onlar 

çox yüksək dəyərə sahib olmamalı və uyğun 

zamanda verilməlidir.

Beynəlxalq ticarət qanunu

4.  Müvafiq beynəlxalq ticarət qanununa əməl edilməsi. 

Məhdudlaşdırılmış proqram təminatının, texniki 

məlumatların və ya texnologiyanın ötürülməsi və ya 

paylaşılması daxil olmaqla idxal və ixrac məqsədilə 

hazırlanmış bütün məhsulları qabaqcadan müvafiq 

etiketləmə, sənədləşdirmə, lisenziyalar və əldə 

olunmuş razılıqlara əsasən təsnif edin.



İnsan hüquqları və müasir quldarlıq

5.  Bütün insanların insan hüquqlarına və ləyaqətinə 

hörmətlə yanaşın, Biznes və İnsan Hüquqları üzrə 

BMT-nin Rəhbər Prinsiplərində müəyyən olunan 

öhdəlikləri yerinə yetirin:

a)  Məcburi və ya icbari əməyə, insan alverinə, uşaq 

əməyinə, quldarlıq və ya köləliyə yol verilməməsi 

və bütün işlərin cəza və ya sanksiya tətbiq 

edilmədən və yalana əl atmadan könüllü  

şəkildə görülməsi.

b)  Hər hansı insan hüququnun cəmiyyət üzərində 

təsirinin müəyyən edilməsi, aradan qaldırılması, 

minimallaşdırılması və ya azaldılması.

BP-nin təchizatçılardan gözləntiləri

BP-nin təchizatçılardan gözləntiləri

1



Məxfi məlumatların qorunması 

6.  Aşağıdakılar da daxil olmaqla BP-nin məlumatlarının 

qorunması və mühafizəsi üçün qanuni qüvvəyə malik 

protokolların tətbiq olunması:

a)  BP-nin xüsusi və əqli mülkiyyət hüquqlarına 

hörmət etmə.

b)  Məlumatların paylaşılması, qorunması  

və mühafizəsi üzrə məlumatların təsnifatı 

protokollarına sahib olma və sektorda ən  

yaxşı təcrübədən yararlanma.

c)  BP-nin şəxsi məlumatlarının toplanması,  

emalı və ötürülməsi ilə bağlı bütün 

məlumatların məxfiliyi üzrə hüquqi  

tələblərin nəzərdən keçirilməsi.

d)  BP məlumatlarına və ya sistemlərinə təsir 

edən hər hansı şübhəli və ya real təhlükəsizlik 

hadisələri barədə BP-yə mümkün qədər tez 

məlumat verilməsi.



Qeyri ayrı-seçkilik, şikayət prosesləri və 

birləşmək azadlığı 

7.  Aşağıdakı şərtlərə cavab verən iş mühiti təmin edin: 

a)  İrqi, etnik, dini, milli mənşəli, əlillik, yaş, cinsi 

oriyentasiya, gender və ya ailə vəziyyətinə 

əsaslanan təcavüz, təhdid, qeyri-insani rəftar 

və ayrı-seçkiliyə yol verilmədiyi.

b)  İşçilərin cəza almaq qorxusu yaşamadan 

danışmasına və ya öz şikayətlərini 

bildirməsinə şərait yaradıldığı.

c)  Müvafiq yerli hüquqi normalar çərçivəsində 

həmkarlar ittifaqı və ya iş yerində məclis 

üzvlüyü üzrə edilən fərdi seçimlərə  

hörmətlə yanaşıldığı.

Etik qaydalar və tələblərə uyğunluq

8.  Maarifləndirmənin təşviq edilməsi və biznes 

təcrübəsində etik qaydalar və qanunlara uyğunluğu 

təmin edən proqramın tətbiq olunması.



Məlumatvermə

9.  Cəza tətbiq etmədən “məlumatvermə” 

mədəniyyətinin təşviq edilməsi. İşçiləriniz, 

təchizatçılarınız və biznes tərəfdaşlarınızın BP-nin 

işinə və fəaliyyətinə potensial olaraq zərər  

vuracaq, təhlükəli və ya qeyri-etik hadisə barədə 

məlumatverməsini təmin etmək. Onlar BP-nin idarə 

heyəti üzvünə məlumat verə və ya BP-nin məxfi 

OpenTalk yardım xəttindən istifadə edə bilərlər. 

BP-nin təchizatçılardan gözləntiləri

2

İstinadlar: 

Daha ətraflı məlumat üçün aşağıdakılara müraciət edin:

• 

BP-nin Davranış Kodeksi http://code.bp.com



• 

Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər 

Prinsipləri http://www.ohchr.org/Documents/

Publications/GuidingPrinciplesBusinessHR_EN.pdf 

• 

OpenTalk xətti: 



OpenTalk xəttinə aşağıdakılar 

vasitəsilə bağlanın: 

• 

BK-da 



+44 (0) 800 917 3604 

• 

ABŞ-da 



+1 800 225 6141 

• 

+1 704 540 2242 “ödənişsiz” nömrəsi 

zənginizi sizdən ödəniş tutumadan  

qəbul edəcək.

• 

opentalkweb.com ünvanında yerlinömrələrin 

tam siyahısını tapa və şikayət hesabat təqdim 



edə bilərsiniz. 

Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə