Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin
2009-cu il 1 oktyabr tarixli 251 nömrəli əmri ilə
təsdiq edilmişdir
Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə
test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin
aparılması və inzibati
vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi
QAYDALARI
I. Ümumi müddəalar
1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 28-ci maddəsinə və Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət
qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci bəndinə
əsasən hazırlanmışdır və dövlət orqanlarında inzibati vəzifələrin
altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə
dövlət qulluğuna qəbul məqsədi ilə test imtahanının təşkili,
keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarını və
inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarını müəyyən edir.
2. Test imtahanının (bundan sonra - imtahan) məqsədi dövlət
qulluğuna qəbul edilmək üçün Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada
(bundan sonra – Komissiya) namizəd kimi qeydiyyatdan keçmiş
Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra –
namizədlər) dünyagörüşü, o cümlədən Azərbaycan haqqında
ümumi biliklərinin, Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi və informasiya texnologiyalarından istifadə üzrə
biliklərinin və
məntiqi düşünmə qabiliyyətlərinin
yoxlanılmasıdır.
3. İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatları üzrə
imtahanda toplanılması mümkün olan balın 50 faizindən,
səkkizinci-doqquzuncu təsnifatları üzrə isə imtahanda
toplanılması mümkün olan balın 40 faizindən az bal toplamış və
ya imtahan nəticəsi ləğv edilmiş namizəd imtahan verdiyi
gündən altı ay müddətində elan edilən müsabiqələr üzrə
namizəd kimi qeydiyyatdan keçə və müsabiqələrdə iştirak edə
bilməz.
4. İmtahan Komissiya tərəfindən qanunçuluq, obyektivlik,
bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
II. Test imtahanının təşkili və keçirilməsi
5. İmtahanın yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir
və imtahanın keçirilməsinə azı 3 gün qalmış namizədlərə bu
barədə məlumat verilir.
6. İmtahan informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə
xüsusi proqram təminatı vasitəsi ilə keçirilir.
7. İmtahanın təşkilinə və keçirilməsinə məsul olan imtahan
personalı, onun tərkibi və vəzifələri Komissiya tərəfindən
müəyyən edilir.
8. İmtahanda namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim
etməklə qeydiyyatdan keçir və imtahan zalında müəyyən edilmiş
qaydada yerləşdirilir.
9. Namizədlərin imtahan zalında yerləşdirilməsi prosesi başa
çatdıqdan sonra onlar imtahan personalı tərəfindən imtahanın
keçirilməsi qaydaları, namizədlərin hüquq və vəzifələri,
müəyyən edilmiş qadağalar haqqında məlumatlandırılır.
Namizədlərin hüquq və vəzifələri, imtahanın təşkili və
keçirilməsi ilə bağlı qadağalar Komissiya tərəfindən müəyyən
edilir.
10. İmtahanın keçirildiyi müddətdə müəyyən edilmiş qaydalara
riayət etməyən namizədlər imtahan zalından kənarlaşdırılır və
onların imtahanda əldə etdiyi nəticələr ləğv edilir.
11. İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının
(bundan sonra - imtahan testinin) yerinə yetirilməsi nəzərdə
tutulur.
12. İmtahan testi aşağıdakı test bloklarından ibarət olur:
12.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi
biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test
bloku;
12.2. qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40 test
tapşırığından ibarət test bloku;
12.3. informasiya texnologiyalarından istifadə üzrə biliklərin
yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku;
12.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test
tapşırığından ibarət test bloku;
12.5. zərurət olduqda Komissiya tərəfindən imtahan testinin
müəyyən hissəsi peşə-ixtisas üzrə bilikləri yoxlayan test
tapşırıqları ilə əvəz edilə bilər.
13. Namizədlərə imtahan testinin yerinə yetirilməsi üçün 2 saat
30 dəqiqə vaxt ayrılır. Ayrılmış vaxt qurtardıqda imtahan başa
çatmış hesab edilir. Namizəd imtahanı müəyyən edilmiş vaxtdan
tez başa çatdıra bilər və bu zaman başa çatdırılmış imtahanın
yenidən davam etdirilməsinə yol verilmir.
14. Texniki səbəblərdən imtahanın davam etdirilməsi mümkün
olmadıqda imtahan təxirə salınır və müəyyən edilmiş vaxtda
davam etdirilə bilər.
15. Namizədə imtahanın nəticəsinə dair arayış verilir. Arayışda
namizəd, onun iddia etdiyi vakant vəzifə, səhv və düzgün yerinə
yetirilmiş test tapşırıqları haqqında məlumat, test imtahanından
toplanmış yekun bal, nəticə və digər məlumatlar göstərilir.
III. Qiymətləndirilmənin aparılması və inzibati
vəzifələrin təsnifatı üzrə keçid balları
16. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına
verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
17. İnzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun
olan vəzifələr üzrə təqdim olunan 100 test tapşırığından ibarət
imtahan testinin 80 faizini, eyni zamanda məntiqi düşünmə
qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test
tapşırığından ibarət test blokunun 50 faizini düzgün
cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab
edilir.
18. İnzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına
uyğun olan vəzifələr üzrə təqdim olunan 100 test tapşırığından
ibarət imtahan testinin 70 faizini, eyni zamanda məntiqi
düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim olunan 30 test
tapşırığından ibarət test blokunun 40 faizini düzgün
cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab
edilir. İnzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun
olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin
inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun
olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün
müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin
tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci
- doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması
üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə
bilər.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar
aşağıdakı sənədləri təqdim etməlidirlər:
•
ərizə
•
şəxsiyyəti təsdiq edən sənədin surəti
•
kadrlar uçotunun şəxsi vərəqəsi
•
ali təhsil haqqında sənədin surəti
•
əmək kitabçasının surəti
•
ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu təqdirdə)
•
sağlamlıq haqqında arayış
•
ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6)
Qeydlər:
•
Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında
sənədin surəti notarial qaydada və ya bu sənədi təqdim edən ali təhsil
müəssisəsi tərəfindən, əmək kitabçasının surəti notarial qaydada və ya
şəxsin işlədiyi sonuncu təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən
sənədlərin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq
edilməlidir.
•
1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri
tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil
sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
•
Ali təhsilini başa vurmuş, lakin ali təhsil haqqında sənədini əldə etməmiş
vətəndaşlar bitirdikləri ali təhsil müəssisəsinin müvafiq arayışını (ixtisas
istiqaməti və ixtisas göstərilməklə) təqdim etməklə müsabiqədə iştirak edə
bilərlər.
•
Yalnız son 6 ay ərzində əldə edilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
•
Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və
hazırkı dövrü əhatə etməlidir.
•
Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əhatə etməlidir.
Müsabiqə test imtahanı və söhbətdən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və
test imtahanı sualları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında yerləşdiriləcəkdir.
Test imtahanında mümkün baldan ən azı 80 faizini toplamış namizəd imtahanı
müvəffəqiyyətlə vermiş hesab edilir və söhbətə buraxılır. Söhbət namizədin bilik
səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və zəruri olan digər keyfiyyət-
lərini yoxlamaqla vəzifəyə uyğunluğuinun müəyyən edilməsi məqsədi daşıyır.
Söhbətin nəticələri balla qiymətləndirilir. Müsabiqəyə dair ətraflı məlumat almaq
üçün Komissiyanın internet saytını izləyə bilərsiniz:
csc@csc.gov.az
Əlaqə telefonları:
465-87-93, 465-87-94,
QANUNVERİCİLİK ÜZRӘ PROQRAM
(8-9-ci tәsnifat inzibati vәzifәlәr üzrә)
1. Azərbaycan Respublikasının Konstitusiyası
Xalq hakimiyyəti
Hakimiyyətin mənbəyi. Xalqın suverenliyi. Ümumxalq səsverməsi —
referendum yolu ilə həll edilən məsələlər. Xalqı təmsil etmək hüququ.
Xalqın vahidliyi. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.
Dövlətin əsasları
Azərbaycan dövləti: Azərbaycan dövlətinin səciyyəvi xüsusiyyəti,
dövlət hakimiyyəti məhdudlaşır. Azərbaycan dövlətinin başçısı. Silahlı
Qüvvələr. Beynəlxalq münasibətlərin prinsipləri. Ərazi. Dövlətin ali
məqsədi. Mülkiyyət. Təbii ehtiyatlar. İqtisadi inkişaf və dövlət. Sosial
inkişaf və dövlət. Ailə, uşaqlar və dövlət. Din və dövlət. Pul vahidi.
Dövlətin borclarına qoyulan məhdudiyyətlər. Dövlət dili. Paytaxt.
Azərbaycan dövlətinin rəmzləri
Əsas insan və vətəndaş hüquqları və azadlıqları
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi.
Bərabərlik hüququ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
müdafiəsi. Yaşamaq hüququ. Azadlıq hüququ. Mülkiyyət hüququ. Əqli
mülkiyyət hüququ. Təhlükəsiz yaşamaq hüququ. Şəxsi toxunulmazlıq
hüququ. Mənzil toxunulmazlığı hüququ. Nikah hüququ. Əmək hüququ.
Tətil hüququ. İstirahət hüququ. Sosial təminat hüququ. Sağlam ətraf
mühitdə yaşamaq hüququ. Mədəniyyət hüququ. Sağlamlığın qorunması
hüququ. Təhsil hüququ. Mənzil hüququ. Milli mənsubiyyət hüququ. Ana
dilindən istifadə hüququ. Şərəf və ləyaqətin müdafiəsi hüququ. Fikir və
söz azadlığı. Vicdan azadlığı. Sərbəst toplaşmaq azadlığı. Məlumat
azadlığı. Yaradıcılıq azadlığı. Vətəndaşlıq hüququ. Vətəndaşlıq
hüququnun təminatı. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak
hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Seçki
hüququ. Müraciət etmək hüququ. Birləşmək hüququ. Azad sahibkarlıq
hüququ. Hüquq və azadlıqların məhkəmə təminatı. Hüquqi yardım
almaq hüququ. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi.
Təqsirsizlik prezumpsiyası. Bir cinayətə görə təkrarən məhkum etməyə
yol verilməməsi. Məhkəməyə təkrar müraciət hüququ. Qohumların
əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Tutulan, həbsə
alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları. Zərərin
ödənilməsini tələb etmək hüququ. Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqları. Siyasi sığınacaq hüququ. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı.
Vətəndaşların əsas vəzifələri
Vətəndaşların vəzifələrinin əsası. Vergilər və başqa dövlət ödənişləri.
Vətənə sədaqət. Dövlət rəmzlərinə hörmət. Vətəni müdafiə. Tarix və
mədəniyyət abidələrinin qorunması. Ətraf mühitin qorunması. Qanuna
zidd vəzifələrin icrasına yol verilməməsi. Məsuliyyət.
Qanunvericilik hakimiyyəti.
Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi. Azərbaycan
Respublikası Milli Məclisinin say tərkibi. Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının seçkilərinin əsasları. Azərbaycan
Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər.
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin
nəticələrinin yoxlanılması və təsdiqi. Azərbaycan Respublikası Milli
Məclisi deputatlarının səlahiyyətinin bitməsi. Azərbaycan Respublikası
Milli Məclisinin sessiyaları: Milli Məclisin sessiyaları, ilk iclasının
çağırılması, növbədənkənar sessiyaları, sessiyaların iclaslarının
keçirilmə forması. Azərbaycan Respublikası Milli Məclisi
deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı.
Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb
olunmasına qoyulan qadağanlar. Azərbaycan Respublikası Milli
Məclisinin işinin təşkili. Azərbaycan Respublikası Milli Məclisinin
aktları. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi
ümumi qaydalar: Milli Məclis tərəfindən müəyyən edilən ümumi
qaydalara dair 83 və 63 səs çoxluğu ilə qəbul edilən qanunlar, müəyyən
edilən ümumi qaydalara əlavələr edilməsi. Azərbaycan Respublikası
Milli Məclisinin həll etdiyi məsələlər: Milli Məclisin həll etdiyi
məsələlərə dair qəbul edilən qanunlar və qərarlar, həll etdiyi məsələlərə
əlavələr edilməsi. Qanunvericilik təşəbbüsü hüququ: qanunvericilik
təşəbbüsü hüququnun mənsubiyyəti və həyata keçirilməsi, qanun və
qərar layihələrinin müzakirəyə çıxarılması və səsə qoyulması müddəti,
layihələrdə dəyişikliklər. Qanunların imzalanmaq üçün təqdim olunması
müddəti. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə
minməsi.
İcra hakimiyyəti
İcra hakimiyyətinin mənsubiyyəti. Azərbaycan Respublikasının
Prezidentliyinə namizədlərə aid tələblər. Azərbaycan Respublikası
Prezidenti seçkilərinin əsasları və yekunları: Prezidentin seçilməsi,
səlahiyyət müddətinin uzadılması, seçkilərin yekunlarının elan edilməsi.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı.
Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra
edə bilməməsi. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə
onun səlahiyyətlərinin icrası: növbədənkənar Prezident seçkiləri,
Prezidentin səlahiyyətlərinin icrası. Azərbaycan Respublikası
Prezidentinin toxunulmazlığı. Azərbaycan Respublikası Prezidentinin
vəzifədən kənarlaşdırılması. Azərbaycan Respublikası Prezidentinin
təminatı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri.
Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunların imzalanması.
Hərbi vəziyyət elan edilməsi. Fövqəladə vəziyyət tətbiq edilməsi.
Azərbaycan Respublikası Prezidentinin aktları. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin statusu. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin tərkibi. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin istefası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
iclasları. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər.
Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı. Yerlərdə icra
hakimiyyəti.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Hakimliyə namizədlərə aid
tələblər. Hakimlərin müstəqilliyi. Ədalət mühakiməsinin həyata
keçirilməsinin əsas prinsipləri və şərtləri. Hakimlərin toxunulmazlığı.
Məhkəmə qərarları və onların icrası. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi: Konstitusiya Məhkəməsi hakimlərinin sayı,
təyin edilməsi, Konstitusiya Məhkəməsinin həll etdiyi məsələlər,
Konstitusiya və qanunların şərhi, Konstitusiya Məhkəməsinə şikayət,
müraciət, sorğu verilməsi, qanunlar, digər aktlar və onların ayrı-ayrı
müddəalarının və hökumətlərarası müqavilələrin qüvvədən düşməsi,
dövlətlərarası müqavilələrin qüvvəyə minməməsi. Azərbaycan
Respublikasının Ali Məhkəməsi. Azərbaycan Respublikasının
apellyasiya məhkəmələri. Azərbaycan Respublikasının Prokurorluğu.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikasının statusu. Naxçıvan Muxtar
Respublikasında hakimiyyətlərin bölünməsi. Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi. Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi
ümumi qaydalar və həll etdiyi məsələlər: Ali Məclisin müəyyən etdiyi
ümumi qaydalar və həll etdiyi məsələlər, bu məsələlərə dair qanunlar və
qərarların qəbul edilməsi. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti: Nazirlər Kabinetinin tərkibi, Baş nazirin təyin edilməsi,
Nazirlər Kabinetinin həll etdiyi məsələlər və qəbul etdiyi aktlar.
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti.
Bələdiyyələr
Yerlərdə özünüidarənin təşkili. Bələdiyyələrin işinin təşkili.
Bələdiyyələrin səlahiyyətləri. Bələdiyyələrin qərarları. Bələdiyyələrin
müstəqilliyinin təminatı.
Qanunvericilik sistemi
Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi.
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar.
Normativ hüquqi aktlar. Bələdiyyə aktları. Beynəlxalq aktların hüquqi
qüvvəsi.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul
edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasının mətnində
dəyişikliklərin təklif edilməsi qaydası. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif
edilməsi təşəbbüsünün məhdudlaşdırılması.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi
qaydası. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif
edilməsi təşəbbüsü. Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması.
Ədəbiyyat
Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.
2. Dövlət qulluğuna dair qanunvericilik
2.1. Dövlət qulluğu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Qanunun məqsədi. Dövlət qulluğu: anlayışı, kimlərə şamil olunur,
dövlət qulluğunun xüsusi növü. Dövlət qulluğunun əsas vəzifələri.
Dövlət qulluğunun prinsipləri. Dövlət qulluğunu idarəetmə orqanları.
Dövlət qulluğu haqqında qanunvericilik.
Dövlət orqanları
Dövlət orqanı anlayışı. Dövlət orqanlarının təsnifatı.
Dövlət qulluğu vəzifəsi
Dövlət qulluğu vəzifəsinin anlayışı. Dövlət orqanlarında vəzifələrin
təsnifatı. İnzibati və yardımçı vəzifələrin təsnifatı. İnzibati və yardımçı
vəzifələrin təsnifat toplusu. İnzibati və yardımçı vəzifələrə aid ixtisas
tələbləri.
Dövlət qulluqçusu
Dövlət qulluqçusu. Dövlət qulluqçusunun andı. Dövlət qulluqçularının
ixtisas dərəcələri. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum
edilmə. Dövlət qulluqçusunun əsas vəzifələri. Dövlət qulluqçusunun
əsas hüquqları. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər. Dövlət
qulluqçuları üçün təminatlar: təminatlar, dövlət qulluqçusunun aşağı
maaşlı vəzifəyə keçirilməsi, dövlət hakimiyyəti orqanlarının, habelə
dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsinin nəticəsi. Dövlət
məvacibi. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və
ixtisasartırma keçməsi: əlavə peşə təhsili, onun qulluq stajına daxil
edilməsi, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə üçün
əsaslar. Dövlət qulluqçularının pensiya təminatı: pensiya təminatı üçün
əsas və onun qaydası, pensiyanın məbləği və xidmət illərinin minimum
həddi, ömürlük müavinət, dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən
sonra pensiyanın ödənilməsi məsələsi. Dövlət qulluqçularının
mükafatlandırılması. Dövlət qulluqçusunun məsuliyyəti: məsuliyyətin
səbəbləri, tənbeh tədbirlərinin növü və tətbiqi, araşdırma və xidməti
yoxlama, tənbeh tədbirinin verilməsi müddəti, tənbeh tədbirinin tətbiq
edilməsi barədə əmrdən şikayət. Qanunsuz göstərişin yerinə yetirilməsi
üstündə dövlət qulluqçusunun məsuliyyəti.
Dövlət qulluğu keçmə
Dövlət qulluğuna qəbul edilmək hüququ. Dövlət qulluğuna qəbul: dövlət
qulluğuna qəbulun əsasları, müsabiqə, namizədlərin təqdimatı və
vəzifəyə təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi
dövlət qulluğu. İnzibati vəzifələrin tutulması: inzibati vəzifələrin
tutulması yolları. Dövlət qulluğunun şərtləri: iş vaxtı, məzuniyyət,
xidməti ezamiyyətə göndərilən və ya müvəqqəti olaraq başqa yerə
qulluğa keçirilən dövlət qulluqçusunun təminatları. Dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi: müddəti, məqsədi,
nəticələrinin nəzərə alınması, həyata keçirilməsi, qiymətləndirilmə
meyarları və verilən qiymətlər, qiymətləndirmənin nəticələrinin
rəsmiləşdirilməsi və saxlanılması, qiymətləndirilmə qaydalarına dair
normativ hüquqi aktların qəbulu. Dövlət qulluqçusunun attestasiyası.
Dövlət qulluğunda irəli çəkilmək hüququ. Dövlət qulluğuna xitam
verilməsi: dövlət qulluğuna xitam verilmə üçün əsaslar, dövlət
qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına
çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda təminatı,
dövlət qulluğundan çıxma barədə ərizə verildikdə dövlət qulluğunun
davam etdirilməsi məsələsi.
Yekun müddəalar
Dövlət qulluğu keçmənin digər məsələləri. Qanunun qüvvəyə minməsi.
Ədəbiyyat
1.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21
iyul 2000-ci il, № 926-IQ
2.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 22 dekabr tarixli 497 nömrəli Fərmanı
– 2-ci bənd.
3.
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 3
mart tarixli, 78-III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 407
nömrəli Fərmanı
–2-ci bənd.
4.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli
830 nömrəli Fərmanı
– 2-ci bənd.
2.2 Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul
Qaydaları
Dövlət qulluğuna qəbulun əsasları, müsabiqə, vakant vəzifələrin
tutulmasının ümumi şərtləri, müsabiqədə iştirak üçün sənədlərin qəbulu,
sənədlərin yoxlanılması, müsabiqədən kənarlaşdırılma, test imtahanının
təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və
inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi,
namizədin müsahibəyə buraxılması, müsahibə komissiyası, müsahibənin
keçirilməsi qaydaları və keçid ballarının müəyyən edilməsi,
müsabiqənin yekununa dair qərar, namizədlərin təqdimatı və vəzifəyə
təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət
qulluğu, ehtiyat kadr, apellyasiya şikayəti və onun araşdırılması.
Ədəbiyyat
1.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət
qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”
.
3. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Qanunun əhatə dairəsi. Qanunun məqsədləri. Xidməti davranışın hüquqi
tənzimlənməsi.
Etik davranış qaydaları
Vicdanlı davranış. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması. Loyallıq.
İctimai etimad. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf
və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar
nüfuzuna hörmət. Mədəni davranış. Əmr, sərəncam və ya tapşırıqların
yerinə yetirilməsi. Qərəzsizlik. Maddi və qeyri-maddi nemətlərin,
imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi.
Korrupsiyanın qarşısının alınması. Hədiyyə alma ilə əlaqədar
məhdudiyyətlər. Maraqlar toqquşmasının qarşısının alınması. Əmlakdan
istifadə. Məlumatlardan istifadə. İctimai və ya siyasi fəaliyyət.
Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
Təminatlar sistemi. Etik davranış qaydalarına əməl olunmasına nəzarət.
Dövlət orqanının rəhbəri tərəfindən nəzarət. Nəzarət orqanının
səlahiyyətləri. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət.
Ədəbiyyat
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ
4. Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Korrupsiyanın anlayışı. Korrupsiya ilə əlaqədar hüquqpozmaların
subyektləri. Qanunun tətbiq dairəsi. Korrupsiyaya qarşı mübarizəni
həyata keçirən orqanlar.
Korrupsiyanın qarşısının alınması
Maliyyə xarakterli tələblər. Maliyyə xarakterli tələblərin pozulmasına
görə məsuliyyət. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi.
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara
görə məsuliyyət
Korrupsiya ilə əlaqədar hüquqpozmalar. Korrupsiya ilə əlaqədar
hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti. Korrupsiya
hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan
qaldırılması
Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş
imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi.
Ədəbiyyat
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ
5. Məlumat azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Məlumat azadlığı. Məlumat azadlığının təminatı. Qanunun təyinatı.
Məlumat münasibətlərinin subyektləri. Məlumat azadlığının həyata
keçirilməsinin əsas prinsipləri. Məlumatın əldə edilməsi üçün təminatlar.
Məlumat mənbələri. Məlumatın əldə edilməsi. Açıq məlumatın əldə
edilməsi. Alınması məhdudlaşdırılan məlumat. Məlumatın əldə edilməsi
barədə müraciət. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək
hüququ. Şəxsiyyət haqqında məlumat. Şəxsiyyətin onun haqqında
toplanmış məlumatla tanış olmaq hüququ. Bu Qanunun tələblərinin
pozulmasına görə məsuliyyət.
Ədəbiyyat
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19
iyun 1998-ci il, № 505-IQ
6. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Müraciət еtmək hüququ. Vətəndaşların müraciətlərinə baхılması qaydası
haqqında qanunvеricilik. Əsas anlayışlar. Qanuna aid оlmayan sahələr.
Dövlət hakimiyyəti оrqanlarının, idarələrin, təşkilatların, müəssisələrin
vəzifələri. Vətəndaşların qəbul еdilmə qaydası. Müraciətə baхılması
qaydası. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası. Qərardan
şikayət еtmək hüququ. Müraciətə baхılma müddət. Qanunun
pоzulmasına görə məsuliyyət. Əcnəbilərin və vətəndaşlığı оlmayan
şəхslərin müraciətlərinə baхılması qaydası.
Ədəbiyyat
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan
Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 314-IQ
7. Azərbaycan Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Dövlət dilinin hüquqi statusu. Azərbaycan Respublikasında dövlət dili
haqqında qanunvericilik. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
sahəsində dövlətin əsas vəzifələri
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi. Dövlət dilinin təhsil
sahəsində işlənməsi. Dövlət dilinin televiziya və radio yayımlarında
işlənməsi. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda
işlənməsi. Dövlət dilinin xüsusi adlarda işlənməsi. İnzibati ərazi bölgüsü
ilə əlaqədar dövlət dilindən istifadə. Coğrafi obyektlərin adlarında dövlət
dilinin işlədilməsi. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı
Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında
və inzibati xətalar üzrə icraatda işlənməsi. Dövlət dilinin beynəlxalq
yazışmalarda işlənməsi. Dövlət dilinin normaları. Dövlət dilinin əlifbası.
Dövlət dilinin nəşriyyat işində işlənməsi. Dövlət dilinin vətəndaşların
şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi.
Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının,
hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin
adında işlədilməsi. Dövlət dilinin qorunması və inkişafı.
Yekun müddəaları
Qanunun pozulmasına görə məsuliyyət.
Ədəbiyyat
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ
8. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat
(Bu proqramda “Təlimat” müəyyən ixtisarlarla verilmişdir və test
imtahanında
yalnız aşağıda göstərilmiş mövzular (bəndlər) üzrə namizədlərin
bilikləri yoxlanılacaq)
Təlimatın tələblərinə riayət olunmasına nəzarət.
Ümumi müddəalar
Kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət,
kargüzarlıq xidmətinin vəzifələri, mərkəzləşdirilmiş
və
mərkəzləşdirilməmiş kargüzarlıq sistemi.
Sənədlərin hazırlanması üçün ümumi tələblər
Göndərilən sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində sənədin
razılaşdırılması və viza.
Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər
Rəsmiləşdirmənin həyata keçirilməsi, sənədin imzalanması, iki və ya
daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlərin rəsmiləşdirilməsi,
sənədlərin təsdiq edilməsi, sənədlərə möhür vurulması.
Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər
Təşkilatın adının və onun struktur bölməsinin adının yazılışı, böyük
hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələr,
vəzifə adlarının yazılışı.
Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası
Sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma.
Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya
işləri
Sənədlərin surətlərinin çıxarılması və onların aidiyyəti tərəflərə
verilməsi.
Qərarların hazırlanması və tərtib edilməsi
Qərarın qəbul edilməsi və onun mətni, qərarın şərh və sərəncam hissəsi,
qəbul edilmiş qərarların imzası.
Sərəncamların hazırlanması və tərtib edilməsi
Sərəncamı mətni, sərəncamın imzalanması.
Əmrlərin hazırlanması və tərtib edilməsi
Əmrin şərh və sərəncam hissəsi.
Protokolların hazırlanması və tərtib edilməsi
Protokolun yazılması və onun giriş və əsas hissəsi, protokolun
imzalanması.
Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib
edilməsi
Arayışın hissələri, arayışın imzalanması, vətəndaşların xahişi ilə arayışın
tərtib olunması.
Aktın hazırlanması və tərtib edilməsi
Aktın hissələri, aktın giriş və əsas hissəsi, aktın imzalanması.
Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi
Məktubların tərtib edilməsi, məktubun hissələri, teleqram.
Sənədlərin dövriyyəsinin təşkili
Sənədlərdə dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən
baxılması, sənədin əsas icraçısı, daxili sənədlərin hazırlanması,
sərəncam mahiyyətli sənədlərin layihələrinin imzalanması.
Sənədlərin icrasına nəzarətin təşkili
Sənədlərin icrasına nəzarət, sənədlərin icrasına nəzarətin həyata
keçirilməsi, sənədlərin xüsusi nəzarətə götürülməsi, sənədlərdə xüsusi
icra müddətinin müəyyən olunması.
Ədəbiyyat
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli
935 №-li Fərmanı ilə ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın
aparılmasına dair Təlimat”.
9. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair
qanunvericilik
9.1. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə
bağlı vəzifələr. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı
olduğu yerlər. Azərbaycan Respublikası Dövlət bayrağının
yerləşdirilməli olduğu yerlər. Azərbaycan Respublikası Dövlət
bayrağının təsvirinin istifadəsi. Azərbaycan Respublikası Dövlət bayra-
ğının digər yerlərdə istifadəsi. Azərbaycan Respublikası Dövlət
bayrağının rəsmi tədbirlər zamanı istifadəsi. Azərbaycan Respublikası
Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində
istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla
birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi. Azərbaycan
Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər. Azərbaycan
Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər.
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət. Yekun müddəaları.
Ədəbiyyat
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il №
683-IIQ
9.2.
Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli
Qanun ilə təsdiq edilmiş “Dövlət gerbi haqqında Əsasnamə”
.
9.3.
Azərbaycan Respublikasının 1991-ci il 5 fevral tarixli 17—XII
nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət bayrağı haqqında
Əsasnamə”
.
9.4.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli
525 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət himni haqqında Əsasnamə”
.
Proqramla bağlı sual və təkliflərinizi
v.askerov@csc.gov.az
ünvanına göndərməyinizi xahiş edirik
DÜNYANIN, ƏSASƏN DƏ AZƏRBAYCANIN TARİXİ,
COĞRAFİYASI, MƏDƏNİYYƏTİ, MÜASİR BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİ ÜZRƏ PROQRAM
(8 və 9-cu təsnifat inzibati vəzifələr üzrə)
İbtidai icma cəmiyyəti
Daş dövrü. Azərbaycanda tunc və dəmir dövrləri.
Azərbaycan qədim dövrdə
Manna dövləti: Manna dövlətinin yaranması və yüksəlişi; Mannanın
mədəniyyəti. Albaniya dövləti: Albaniya dövlətinin yaranması; Albaniya
mədəniyyəti.
Azərbaycan orta əsrlərdə
Azərbaycan III-VII əsrlərdə: Girdiman (Aqvan) knyazlığı; III-VII əsrlər
Azərbaycan mədəniyyəti. Azərbaycan ərəb xilafətinin tərkibində:
Cavanşirin Albaniyanın müstəqilliyini qoruyub saxlamaq uğrunda
mübarizəsi; Azərbaycanda islam dininin yayılması; Babəkin başçılığı ilə
xalq azadlıq hərəkatı; Azərbaycan xalqının təşəkkülü; Kitabi-Dədə
Qorqud. Azərbaycan dövlətçiliyinin bərpası (IX-XI əsrlər): Sacilər
dövləti. Azərbaycan Atabəylər (Eldənizlər) dövləti: Atabəylər dövlətinin
yaranması; Atabəylər dövlətinin zəifləməsi. XI-XII əsrlərdə Azərbaycan
mədəniyyəti: Azərbaycan intibah mədəniyyəti; XI-XII əsrlərdə
Azərbaycan memarlığı. Şirvanşahlar dövləti. Şəki hakimliyi (XIII-XIV
əsrlər). XIII-XIV əsrlər Azərbaycan mədəniyyəti: Təbriz universiteti;
elmin inkişafı; memarlıq, incəsənət. Qaraqoyunlu dövləti: Qaraqoyunlu
dövlətinin yaranması; Qaraqoyunluların Şirvanşahlarla və Teymurilərlə
münasibətləri. Ağqoyunlu dövləti: Ağqoyunlu dövlətinin yaranması;
Ağqoyunlu dövlətinin xarici siyasəti; Avropa ölkələri ilə münasibətlər.
XV əsr Azərbaycan mədəniyyəti. Azərbaycan Səfəvi dövləti XVI əsrin
birinci yarısında: Səfəvi dövlətinin yaranması; Səfəvi dövlətinin
imperiyaya çevrilməsi; Çaldıran döyüşü; Azərbaycanın birləşdirilməsi
prosesinin başa çatması. Azərbaycan XVI əsr – XVII əsrin birinci
yarısında Azərbaycan mədəniyyəti.
Azərbaycan yeni dövrdə
Azərbaycan XVIII əsrdə. Xanlıqlar: I Pyotrun Xəzəryanı bölgələrə
yürüşü; 1724-cü il İstanbul müqaviləsi; ermənilərin ilk dəfə
Azərbaycana köçürülməsi; Şəki xanlığı; “Qızılqaya xəyanəti”; Qarabağ
xanlığı; İrəvan xanlığı; Gəncə xanlığı. Azərbaycanın bölüşdürülməsi:
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və
beynəlxalq vəziyyəti; Birinci Rusiya - İran müharibəsi; Azərbaycanın
Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi; İkinci
Rusiya-İran müharibəsi. Azərbaycan XIX əsrin 30-50-ci illərində:
Şimali Azərbaycana ermənilərin kütləvi şəkildə köçürülməsi; rusların
məskunlaşması; alman koloniyalarının yaradılması; Rusiya
müstəmləkəçiliyi əleyhinə üsyanlar; Quba üsyanı. Azərbaycan XIX əsrin
ikinci yarısında: millətin təşəkkülü. Azərbaycan XX əsrin əvvəllərində:
çarizmin Şimali Azərbaycanda milli qırğın siyasəti; Şimali
Azərbaycanda milli-demokratik hərəkat; Cənubi Azərbaycan İran
inqilabının mərkəzi kimi. XVII əsrin ikinci yarısı – XX əsrin əvvəllə-
rində Azərbaycan mədəniyyəti: XVII əsrin ikinci yarısı Azərbaycan
memarlığı; XVIII əsr Azərbaycan mədəniyyəti; XIX əsrdə Azərbaycan
elminin inkişafı, milli mətbuatın təşəkkülü, teatr, musiqi memarlıq; XX
əsrin əvvəllərində Azərbaycanda mətbuat, incəsənətin inkişafı.
Azərbaycan Birinci dünya müharibəsi illərində: Qafqaz cəbhəsində hərbi
əməliyyatlar; erməni quldurlarının azərbaycanlılara qarşı vəhşilikləri;
Şimali Azərbaycanda milli-azadlıq hərəkatı.
Azərbaycan ən yeni dövrdə
Azərbaycan iki dünya müharibəsi arasındakı dövrdə
Azərbaycan Xalq Cümhuriyyəti: 1918-ci il mart soyqırımı; Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması; Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət quruculuğu; sosial-iqtisadi tədbirlər; ordu quruculuğu; mədəni
quruculuq; erməni təcavüzünə qarşı mübarizə; İrəvanın ermənilərə
verilməsi; xarici siyasət; beynəlxalq aləmdə tanınmaq uğrunda
mübarizə; aprel istilası. Şimali Azərbaycanda sovet rejiminin bərqərar
olması: Şimali Azərbaycanda sovet rejiminin qurulması; sovet rejiminə
qarşı müqavimət hərəkatı və üsyanlar; Gəncə üsyanı; Azərbaycanın ərazi
bütövlüyünə qarşı yeni qəsdlər; Azərbaycanda sovet milli siyasəti;
DQMV və Naxçıvan MSSR-in yaradılması; ədəbiyyat və incəsənət;
dinin təqib olunması. Azərbaycan SSR İkinci dünya müharibəsi
illərində: Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist müqavimət
hərəkatında; partizan hərəkatı; Azərbaycan SSR-in mədəniyyəti
müharibə illərində.
Azərbaycan ikinci dünya müharibəsindən sonrakı dövrdə
Azərbaycan 1940-cı illərin ikinci yarısı - 60-cı illərdə: azərbaycanlıların
Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR ərazisindən)
deportasiyası; 1950-ci illərin ortaları - 1960-cı illərdə siyasi sistemin
təkmilləşdirilməsi; 1940-1960-cı illərdə mədəniyyət. Azərbaycan SSR
1960-cı illərin sonu - 1980-ci illərdə: Heydər Əliyevin Azərbaycan KP
MK-nın Birinci katibi təyin edilməsi; respublikada idarəçiliyin
gücləndirilməsi, iqtisadi və sosial yüksəliş. iqtisadi və sosial dirçəliş;
1960-cı illərin sonu - 1980-ci illərdə mədəniyyət. Cənubi Azərbaycan
İkinci dünya müharibəsi və ondan sonrakı dövrdə: Cənubi Azərbaycanda
Milli hökumətin yaranması və fəaliyyəti; milli hökümətin yaranması ilə
Cənubi Azərbaycanda demokratik hərəkatın üçüncü mərhələsi başlandı;
mədəniyyət. Azərbaycan SSR “Yenidənqurma” dövründə (1980-ci
illərin ikinci yarısı - 90-cı illərin əvvəlləri): sovet sisteminin iflası; milli
zəmində qarşıdurma; qondarma Dağlıq Qarabağ problemi; xalq hərəkatı.
Azərbaycan dövlətçiliyinin bərpası. Müstəqilliyin möhkəmləndirilməsi
uğrunda mübarizə: Azərbaycan dövlət müstəqilliyinin bərpası; Qarabağ
müharibəsi; siyasi böhranın dərinləşməsi; müstəqilliyin
möhkəmləndirilməsinə qarşı törədilən maneələr; milli qurtuluş -
ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Ali
Sovetinin sədri seçilməsi; siyasi sabitlik və milli dövlətçiliyi
möhkəmləndirmək uğrunda mübarizə; bazar iqtisadiyyatına doğru;
xarici siyasətdə uğurlar; milli-mədəni dirçəliş.
Əsas ədəbiyyat:
1. «Tarix» Abituriyentlər üçün vəsait. TQDK. Bakı – 2007, 2008.
2. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik. Bakı, 2009.
Əlavə ədəbiyyat:
1. Azərbaycan tarixi. 6-cı sinif üçün dərslik. Bakı, 2005-2008.
2. Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. Bakı, 2005-2009.
3. Azərbaycan tarixi. 8-ci sinif üçün dərslik. Bakı, 2005-2009.
4. Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. Bakı, 2005-2009.
5. Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. Bakı, 2005-2009.
Azərbaycan Respublikasının fiziki coğrafiyası
Azərbaycan Respublikasının təbii şəraiti: Azərbaycan Respublikasının
coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları. Daxili suları: Kür, Araz və
Samur çayları. Xəzər dənizi, onun canlılar aləmi və problemləri.
Təbiətin mühafizəsi. Azərbaycan Respublikasının fiziki-coğrafi
rayonlaşdırılması: Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz,
Lənkəran, Orta Araz (Naxçıvan) təbii vilayətləri və fiziki-coğrafi
rayonları.
Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası
Təsərrüfatın ərazi təşkilinə təbii şəraitin təsiri: Azərbaycan
Respublikasının iqtisadi coğrafi mövqeyi, təbii şəraiti, təbii ehtiyatları,
əhalisi və əmək ehtiyatları. Təsərrüfat sahələrinin coğrafiyası:
təsərrüfatın ümumi səciyyəsi, xarici iqtisadi əlaqələr. Azərbaycan
Respublikasının iqtisadi-coğrafi rayonları: iqtisadi-coğrafi
rayonlaşdırma.
Dünyanın iqtisadi və sosial coğrafiyası
Dünyanın müasir siyasi xəritəsi. Beynəlxalq təşkilatlar. Təbii resurslar
və onların təsnifatı. Dünya əhalisinin tərkibi, yerləşməsi, məskunlaşma
formaları və miqrasiyası.
Türk dünyası ölkələrinin coğrafiyası
Müasir türk dünyası: türk dünyası anlayışı, dünya elm və
mədəniyyətində türk xalqlarının yeri. Türk dövlət və qurumları. Türk
dünyası ölkələrinin əhalisi və əmək ehtiyatları.
Əsas ədəbiyyat:
1. «Coğrafiya» Abituriyentlər üçün vəsait. TQDK. Bakı – 2008
Əlavə ədəbiyyat:
1. B.Ə.Budaqov, Y.Ə.Qəribli. Azərbaycan Respublikasının fiziki
coğrafiyası VIII sinif. Bakı, 2007.
2. N.N.Allahverdiyev, Ş.Y.Göyçaylı, Ş.Q.Dəmirqayayev, N.H.Əyyubov.
Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası VIII sinif.
Bakı, 2007.
3. T.P.Gərayzadə. Coğrafiya (Dünyanın iqtisadi və sosial coğrafiyası)
IX sinif. Bakı, 2007.
4. M.A.Müseyibov, V.Ə.Əfəndiyev, N.S.Seyfullayeva. Türk dünyasının
coğrafiyası XI sinif. Bakı, 2007.
Proqramla bağlı sual və təkliflərinizi
a.aliyev@csc.gov.az
ünvanına
göndərməyinizi xahiş edirik.
Dostları ilə paylaş: |