Qar dənəcəkləri (bir DƏLİnin gundəLİYİ Seriyasindan)



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.07.2018
ölçüsü0,92 Mb.
#52535
1   2   3   4   5   6   7

Mən  bildiyimiz  qaranlıqda  və  ya  xristianların  kilsədə  yandırdıqları  şam  dənəsindən  danışaram...  Diqqətlə 

düşünün, sanki, bir şamsınız. Qutudan çıxardıldığınızda başqa əllərdən keçib bir şamdana qoyarlar sizi və sakit 

nə vaxt yandıracaqları anı gözləyirsiniz. Fitili bükülmüş və sadəcə donaraq dayanmış bir şam dənəsi. Çaxmaq 

yandırılaraq  sənə  doğru  gəlir.  Içindəki  qorxu  onun  isti  olması  deyil,  içindəki  qorxu  sənin  yanaraq  damla  – 

damla  bitməndir...  Yandıqca  yanından  keçənlər  süni  bir  külək  yaradar.  Və  sən  sönəcəyindən  qorxub  əsərsən. 

Əsdikcə  içini  qorxu  bürüyər,  ölümlə  salamlaşar,  işıq  saçan  həyata  vida  edər  kimi  olarsan.  Əllərin  olmasa  da 

ayaqların üstə durarsan və beləcə yandığın hər anın qarşısında sən ətrafa işıq saçar, ətraf isə sənə verdiyi qəpik 

–  quruşa  görə    başqsının  ətini  çeynər.  Heç  bir  adiyyatı  yoxdur  ki,  səni  harda  yandırırlar:  məzar  üstündə,  xaç 

önündə  ya  səməni  ətrafında  və  ya  romantik  adlanan  yemək  zamanı...  Onlar  üçün  əsas  odur  ki  ,səni 

yandırırlar...Və  sən  yanıb  bitdiyində  tərəddüd  içində  qalmayaraq  yeni  bir  şam  yandıracaqlar...  Bax,  insanlar 

belədir...Daha doğrusu, BİZ beləyik... 

 

   Qaraltdığım  bu  sətirlərə  dönsək,  qara  və  gözlə  görünən  cızmaya  rastlayarıq.  Hər  cümlənin    üç  nöqtə  ilə 



bitməsi,  əslində  bitmədən  üç  nöqtə  ilə  davam  etməsi    hər  şeydə  bir  səhv  axtaran  varlıqlara  inad  demək 

istədiyimdir.  Bu  bizim  şam  əslində  bir  az  gizli  və  gizli  olduğu  qədər  də  önəmli  bir  fikiraltı  məna  idi... 

Düşünmədən qazılan torpaq məzar da ola bilər, su quyusu da. Məzar həyat sonu, su isə həyat cövhəridir... Hər 

şey  sudan  başlar.  “Dama  –  dama  göl  olar”  misalı  yox,  damladan  yaradılan  başlanğıcdır  mənim  demək 

istədiyim...  

         Bəzən  yağış  yağar...  Fərqi  yoxdur  necə  yağar.  Əsas  odur  ki,  sən  yağan  yağışın  sənə  doğru  pıçıltı  ilə  səslənən 

sözlərini  duya  biləsən.  Bunu  bilmək  şərtdir.  Necə  ki,  səhərlər  insanlara  “sabahın  xeyir”  kəlməsini  deməyə 

borclusan.  Onda  bunu  da  bilməyin  borcdur.  Bu  həyatda  heç  nə,  yəni  hər  bir  şey  boş  deyildir.  Göylərə  ucalan 

tüstüdən  yerə  damlayan  göz  yaşlarınadək  hər  şeyin  mənası  var...  Bizdən  tələb  olunan  daşın  yaşını  və  ya 

pəhrizin  düzgün  bilinib  əməl  olunması  deyil.  Bizdən  tələb  olunan  tələbkarın  sevgisinə  qarşılıq  verib  tələb 

olunan hər zərrəciyə görə ömrünü fəda etməkdir. Bir şam dənəsi kimi səni qabdan çıxarıb şamdana taxarlar. Bu 

şamdan  dünyaya  doğulmuş  körpənin  bələyə  sarılmasına  bənzər...  Və  sakit  səni  nə  vaxt  yandıracaqlarını 

gözləyərsən.  Bu  gözləmə  mərasimi  isə  bizim  böyümə  mərhələmizdir...  Acı  günlərə,  soyuq  illərə  və  süni 

gülüşlərə doğru atdığımız addımların nəhayətində səni yandırırlar. Və sən əriyərək yerə yapışırsan. Axan damla 

qanından, keçən dəqiqə isə canından gedər və sən məhv olarsan. Səndən üç şey qalacaq: adın daşa yazılacaq, 

rəsmin divardan asılacaq və əgər arxanca ağlayan olarsa, bir damla yaş axacaq... 

         Heç  əllərinizə  diqqətlə  baxmısınız???  Fərqi  yoxdur  kişi,  ya  qadın  əli...  Əsas  odur  ki,  içində  niyəsini 

bilmədiyimiz xətlər olan, cəld hərəkət edən, bükülüb açılan varlıqdır onlar... Ayaqlarımız bizi yerdə saxlayırsa, 

əllərimiz həyatda saxlayır... İçində, sanki, əyri – üyrü xətlərdə bir gizli mesaj var! Düşünək. Belə yazılıb o ülvi 

mesajda:  “Heç  nəyə  toxunma,  yanarsan”.  Qorxulu  gələ  bilər,  amma  biz  gözlə  görmədiyimizdən  çox  da 

qorxmarıq. 

         Boş  bir  otağın    bir  divarı...  Ora  bir  mismar  vurmaqla  hər  hansı  bir  asqı  asaraq  bəzək  halına  gətirə  və  ürək 

oxşaya  bilərik...  Həyatda  bəzi  baxıb  doymadıqlarımız  var.  Kimi  vitrinlərdən  doymaz,  kimi  bitkinlərdən 

yorulmaz...  Amma  hər  nə  olsa  da,  hər  aşiqin  bir  dövranı,  hər  küləyin  əsmə  meydanı  var.  Varlardan  yoxlara, 




olanlardan  olacaqlara,  bitmişlərdən  davama, məndən  sənə  və  səndən  də böyük  cahana  kimi    hər gün  hər  şey 

başqa cür olacaq...İnandınızmı??? İnanmazsınız.... 

    Sizə küləkdən danışım... Qoxusu və hardan gəldiyi bilinməyən sevdamdan danışım... Sizə vurğunu olduğum 

dəryadan, dəryalararası əlaqədən danışım... Bu dünyada iki şeyə heyranam: durmadan əsən küləyə və yoluma, 

həyatıma  görkəmi və yoldaşlığı ilə işıq saçan “ay” adlanandırılan məfhuma... Küləyə elə aşiqəm ki, danışsam, 

ömür bəs etməz. Ikisi də yalqız gecələrimə şahiddir. Nə ay, nə də külək  elə hey durmadan  tabe olan tərəfindən 

bizə pulsuz xidmət göstərir...Küləyə bəzən “dəli külək”, aya isə “Ağ varlıq” deyirlər. Hara getdiyini, niyə əsdiyini 

və nədən var olduğunu belə anlamayan varlıqdır külək. Bizlə bərabər neçə insan həyatına əsər, hər həyatda bir 

iz  qoyar,  neçə  dənizdə  tüğyan  edər,  neçə  yeri  viran  edər  külək.  Küləklə  ilk  sevdam,  ilk  dostluğum  bir  xeyli 

zamandır  ki,  başladı.  Görüşə  gəlməyən  sevgilimin  zəng  edib:  “Bitdi  hər  şey”-  deməsi  oturduğum  oturacağa 

əsəbiləşərək  vurduğum  yumruğa  səbəb  oldu.  Əlimi  dizimə  qoyub  dərin  bir  ah  çəkdim  və  içimdə  dedim:  “Bu 

qədər asan???”. Elə bu anda, sanki, yel oynadı. Qarşımdakı bir, iki zibil parçası küləyə qovuşaraq getdi. Güclü 

külək  əsməyə  başladı.  Bunu  görüb,  sanki,  içimdə  demək  istədiklərimi  küləyə  danışdım.  Parkda  tək  idim:  bir 

külək,  bir  də  mən...  Mən  qışqıraraq  danışır  o,  səs  salaraq  əsirdi.  Və  birdən  mən  sözümü  bitirincə  külək  də, 

sanki,  susdu.  Küləklə  o  anda    dostluğumuz  başladı  və  elə  həmin  gün  ilk  dəfə  evin  pəncərəsindən  aya  tərəf 

boylandım.  Bu  qədər  gözəl  və  şəffaf,  bu  qədər  incə  və  möhtəşəm varlıq...  Sanki,  dura  bilmədim  və  danışdım. 

Mən danışdım, o dinlədi. Bilirəm ki, heç nəyim də olmasa bir qucaq xatirəm, bitməsinə az qalan siqaret və məni 

sevə - sevə dinləyən iki sirdaşım var: külək və ay. 

         Bəzən  gecənin  səssizliyini  həzin  musiqi  ilə  pozmaq  istərəm...  Amma  əlim  gəlməz...  Dinləməyə  çalışaram, 

səbrim çatmaz və içim danışmağa başlar... Gizli gələn zənglər və ya görüb də tanımadıqlarımız günün sonunda 

bizi  düşündürər.  Amma  biz  gecəyə  boylanaraq  onun  qaranlığındakı  zənginliyini  görsək...  Hər  gecə  ulduzlara 

baxdıqda  onlar,  sanki,  bir  söz  deməyə  çalışır,  amma  məsafə  uzaqdır  deyə  işıldayaraq  gizli  sözcüklər 

söyləyərlər...  Yolunu  itirmisənsə,  dan  ulduzunu  tap  və  yoluna  davam  et...  Bəs  həyatını  itirmisənsə???  Bax  o 

zaman özünə bir rahat yer seç və rahatlan bir az. Hekayəm başlayır.  Sadəcə nəfəs alma... Bəzən də qışqır, səsin 

üçün geniş alan tap... Düşün ki, onu duymaq istəyən var...  

            Küləkli  bir  axşam  idi.  Bakını  küləksiz  təsəvvür  etmək  olmaz.  Küləyin  təsirindən  əyilən  ağaclar, 

dayanacaqda  duran  insanlar  bu  halla  tez-tez  qarşılaşırdılar.  Çiskin  yağışda  şütüyən  maşınlara,  yol  boyu  

sarmaş-dolaş gəzən sevgililərə və yem üçün dolanan balaca sərçələrə rast gəlmək olar. Açıq səmaya tay olan uca 

bəzəkli binalar, binaların kölgəsində qaralan tarixi saraylarla yanaşı beş mərtəbələr, köhnə evlər, dar məhələlər 

çox şeyə şahid idi. Bakı...Küləklər şəhəri... Kim üçün əl çatmaz, kim üçün isə hər günü lənətə bərabər olan bir 

şəhər.  Bəyaz  olduğu  qədər  çirkli,  çirkli  olduğu  qədər  də  şöhrətli  bir  diyardır  Bakı.  Bir  rəsim  tablosunda  Bakı 

bulvarı eycaskar təsvir olunub. Xəzərə bir açılışdır Bakı...Dünyaya çağırışdır Bakı... 

            Nağıllar  belə  başlar.  Biri  vardı-biri  yox...Varlar  yoxlardan  bixəbər,  yoxlar  varlarsız  həyat  sürər...Külək 

fırtınasının ahənginə qoşulub Bakı küçələrini dolaşmaq istədim. Çox mənzil başı seçdim, neçə oturacaq gəzdim, 

neçə  dalanda  durdum.  Yol  yoldaşım  küçə  pişikləri,  ac  sərçələr  oldu.  Çox  insanla  qarşılaşdım.  Payız  küləyinin 

sevincindən çərpələng uçurdan uşaqları seyr etmək dayandığım dayanacaqlarda sevimli məşğuliyyətim idi. Yol 

boyu rastlaşdığım (xüsusən də gecələr)  insanlar çox müxtəlif idi. Lüks maşınlardan səslənən musiqilər gecənin 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə