Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

 
42 
    Sonra  isə,  elə  bil  onun  başına  bir  vedrə  soyuq  su  tökdülər. 
Ağlına dəhşətli bir fikir gəldi. Bəlkə, qız haqlıdır? Bəlkə, onu 
doğurdan da  qara basır? Cekin canına qorxu düşdü. 
    O, dinməz- söyləməz geriyə döndü və ağır addımlarla qızdan 
uzaqlaşdı.  Qız  onun  arxasınca  baxdı,  köksünü  ötürdü,  başını 
buladı və sonra aşağı əyilib yenidən alaq eləməyə başladı. 
    Cek  hadisələri  özlüyündə  götür-qoy  eləməyə  çalışdı,  öz-
özünə dedi: 
 -  Əgər  mən  bu  lənətə  gəlmiş  səsi  yenidən  iyirmi  beş  dəqiqə 
işləmiş  eşitsəm,  demək,  məni  doğrudan  da,  qara  basır.  Yox, 
mən bu səsi bir daha eşitməyəcəyəm!  
    Bütün  günü  əsəbi  olduğundan  yatağına  çox  tez  uzandı  və 
qərara aldı ki, ertəsi gün səhər hər şeyi bir də yoxlasın. 
    Ağır  düşüncələr  Ceki  gecə  yarıyadək  yuxuya  getməyə 
qoymadı.  Yuxudan  oyananda  səkkizə  iyirmi  dəqiqə  işləmişdi. 
Tələsik  mehmanxanadan  çıxıb  qolf  meydançasına  yüyürdü. 
Lakin    o  anladı  ki,  lənətə  gəlmiş  meydançaya  səkkizə  iyirmi 
beş  dəqiqə  işləmiş  çata  bilməyəcək.  Əgər  onu  doğrudan  da, 
qara  basırsa,  səsi  başqa  yerdə  də  eşidə  bilər.  Cek  gözünü 
çəkmədən saatına baxa-baxa qaçırdı. 
    Səkkizə  iyirmi  beş  dəqiqə  işləyib.  Uzaqdan  qadın  səsinin 
əks-sədası gəlib ona çatdı. Sözləri ayırd eləmək çətin idi, ancaq  
Cek qəti əmin oldu ki, bu onun əvvəl eşitdiyi həmin səsdir, özü 
də  səs  yenə  həmin  yerdən,  hardansa  kottecin  yaxınlığından 
gəlir. 
    Bu Ceki bir az sakitləşdirdi. Doğrudan, kimsə onunla zarafat 
da  edə  bilərdi.  Ola  bilsin  ki,  onunla  zarafat  edən  elə  qızın 
özüdür.  O,  qamətini  düzəltdi  və  çantasından  qolf  çubuğunu 
çıxartdı. Kottecə getməzdən əvvəl bir az qolf  oynamaq istədi. 
    Qız  həmişəki  kimi  bağçada  idi;  o,  başını  qaldırıb  Cekə 
baxdı.  Cek  papağını  çıxarıb,  onunla  salamlaşdıqda,  qız  utana-
utana  salamı  aldı.  Bu  gün  qız  həmişəkindən  daha  gözəl 
görünürdü. 
    Cek sevincək dedi: 
-   Gözəl havadır, elə deyilmi? 


 
43 
     Amma  söhbətə  çeynənmiş  sözlərlə  başladığı  üçün  özünə 
acığı tutdu.  -  Bəli, hava doğurdan da, çox gözəldir. 
 Yəqin ki, güllər üçün məhz belə hava yaxşıdır? 
-  Təəssüf ki, yox! Mənim güllərimə yağış lazımdır. Bir baxın, 
hamısı saralıb-solub. 
    Qız ona işarə etdi ki, yaxına gəlsin. Cek bağçanı düzənlikdən 
ayıran  alçaq çəpərə yaxınlaşdı və içəri boylandı: 
-  Güllər qaydasındadır, solmayıb,- dedi. 
    Qızın baxışından hiss edilirdi ki, Cekə yazığı gəlir. O dedi: 
-   Belə günəşli havada  gərək gülləri tez-tez sulayasan. Günəş 
hər  şeyə  həyat  verir,  insanın  səhhəti    üçün  də  çox  xeyirlidir... 
Görürəm ki, cənab bu gün özünü əla hiss edir. 
    Hiss  olunurdu  ki,  qız  ona  ürək-dirək  verir.  Bu,  Ceki 
hövsələdən  çıxarırdı.  O  öz-özünə:  “  Lənət  şeytana,-  dedi,-  bu 
qız mənə təskinlik verir, nədir?” 
    Cek əsəbi halda: 
-   Mən tamamilə sağlamam. 
-   Lap yaxşı,- deyə qız tez onu sakitləşdirdi. 
    Cek qızın ona inanmadığını  sezib bərk əsəbləşdi. 
    O,  bir  az  da  qolf  oynayıb  səhər  yeməyi  üçün  evə  qayıtdı. 
Artıq bir neçə dəfə idi ki, nahar zamanı qonşu stolun arxasında 
əyləşən  ortayaşlı  kişinin  onu  diqqətlə  müşahidə  etdiyini 
sezmişdi.  Üzündən  cəsur  və    iradəli  adam  olması  duyulurdu.  
Azca qara saqqalı vardı. Sərbəst  və ağır davranışı  onun ziyalı 
olduğunu  göstərirdi.  Cek  bircə  onu  bilirdi  ki,  kişinin  adı 
Lavinqtondur, deyilənə görə, guya məşhur həkimdir. Əgər Cek 
Harli  Stritdə  olsaydı,  bəlkə  də  onu  tanıyardı.  Hər  halda,  o, 
Lavinqton haqda heç nə bilmirdi. 
    Bu səhər isə Lavinqton Cekə xüsusi bir maraqla baxırdı. Cek 
təşvişə düşdü. Bəlkə, onun ürəyindən keçənlər üzündən bilinir? 
Bəlkə də bu adam bir mütəxəssiz kimi onun beynində nəsə bir 
çaşqınlıq olduğunu hiss edib? 
    Ceki  soyuq  tər  basdı.  Doğrudanmı  o,  dəli  olur?  Onu  qara 
basır, yoxsa kimsə onu aldadır? 


 
44 
    Qəfildən başına bir fikir girdi: bax, indiyədək səs  gələndə  o 
tək olurdu. Güman edək ki, onunla birlikdə kimsə var. Onda üç 
şeydən  biri  baş  verməlidir.  Ya  səs  eşidilməyəcək,  ya  da  səsi 
onların hər ikisi də eşidəcək. Yaxud səsi ancaq o özü eşidəcək. 
    Həmin  axşam  Cek  planını  həyata  keçirməyə  başladı. 
Lavinqton  məhz  ona  lazım  olan  adam  idi.  Onlar  söhbətə  çox 
asanca  başladılar.  Sən  demə,  Lavinqtonun  özü  də  onunla  
söhbət  eləmək  üçün  fürsət  axtarırmış.  Deməli,  Cek  onu  çox 
maraqlandırır. Onlar söhbət zamanı səhər yeməyindən əvvəl bir 
qədər  qolf  oynamağı  qərara  aldılar.  Görüşü  ertəsi  günün 
səhərinə təyin etdilər. 
    Saat  yeddi  tamam  olmamış  oyuna  başladılar.  Sakit, 
buludsuz,  sərin,  gözəl  bir  hava  idi.  Həkim  Cekdən  yaxşı 
oynayırdı. Ceki yalnız nəyin baş verəcəyi maraqlandırırdı. Tez- 
tez  gözucu  saatına  baxırdı.  Onlar  yeddinci  nişangaha  çatanda 
artıq saat səkkizə iyirmi dəqiqə işləyirdi. Kottec bu nişangahın 
tuşunda idi. 
    Qız adəti üzrə yenə bağçada idi. Onlar çəpərin yanından ötüb 
gedəndə, qız onlara məhəl qoymadı. 
    Çəmənlikdə  iki  top  vardı,  nişangaha  yaxın  olan  Cekin,  bir 
qədər aralıdakı isə həkimin idi. 
    Lavinqton: 
 - Güman edirəm ki, zərbəm sərrast olacaq,- dedi. 
    O,  aşağı  əyildi  və  topun  gedəcəyi  yeri  gözəyarı  ölçməyə 
çalışdı.  Cek  gözlərini  saatından  ayırmayaraq,  hərəkətsiz 
dayanmışdı. Səkkizə düz iyirmi beş dəqiqə işləyirdi. 
    Top  sürətlə  diyirlənib,  deşikli    nişangahın  lap  qırağında 
dayandı və içəri düşdü. 
 - Yaxşı zərbə idi,- Cek dedi. 
    Səsi  özünə  yad  və  xırıltılı  gəldi.  O,  qol  saatını  biləyindən 
qoluna  çəkdi  və  rahat  nəfəs  aldı.  Heç  bir  şey  baş  vermədi. 
Tilsim qırılmışdı. 
    Cek: 
-    Etiraz    etmirsinizsə,  bircə  dəqiqə  oyuna  ara  verək,-  dedi.  – 
Mən qəlyan çəkmək istəyirəm. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə