Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular


əsərlərilə  birgə  seyfə  qoyduğu  vəsiyyətnaməsində  idi



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   ...   42

 

əsərlərilə  birgə  seyfə  qoyduğu  vəsiyyətnaməsində  idi. 
Müharibə  illərində  Aqata  müəllif  hüququ  və  yaxınlarının 
taleyini  düşünürdü.  Ölümündən  sonra  «Pərdə»  əsərindən 
gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinə qalmalı  idi.  
    1955-ci  ildə  Amerika  detektiv  yazarları  assosiasiyası 
Aqataya  tarixdə  ilk  olaraq  detektiv  ədəbiyyatının  Qrand-
masteri  adını  verdi.  60-cı  illərdə  Kristi  ən  çox  nəşr  olunan 
ingilisdilli  müəllif  oldu.  1975-ci  ildə  oxucular  məşhur 
belçikalı  xəfiyyənin  dünyasını  dəyişdiyi  "Pərdə"  əsərini 
oxudular.  Erkül  Puaronun  yaradıcısı  öz  qəhrəmanından  bir 
neçə ay sonra vəfat etdi.      
    Həmin ilin qışında o, xəstələndi və 1976-ci il yanvarın 12-
də  86  yaşlı  yazıçı  vəfat  etdi.  Onun  "Miss  Marplın  son 
təhqiqatı" əsəri ölümündən sonra işıq üzü gördü.  
        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

         Baş nazirin oğurlanması 
 
    İndi  müharibə  və  onunla  bağlı  bütün  məsələlər  keçmişdə 
qalıb;  mən  risk  edərək  milli  böhran  zamanı  baş  vermiş  bir 
hadisədə  dostum  Puaronun  oynadığı  mühüm  rolu  dünya 
ictimaiyyətinə  çatdırmaq  istəyirəm.  Bu  sirr  çox  möhkəm 
qorunub saxlanmışdı. Heç bir mətbuat üzü görməmişdi. Ancaq 
indi bunun sirr olmasına o qədər də ehtiyac yoxdur; düşünürəm 
ki,  biz  İngiltərəni  böyük  bir  fəlakətdən  xilas  etmiş  dostum 
Puaronun  heyrətləndirici  ağlına  bu  ölkənin  borclu  olduğunu 
açıq-aşkar görəcəyik. 
    Bir  axşam  yeməkdən  sonra  -  tarixi  göstərməyəcəyəm:  bu 
“sülh danışıqları” keçirilən müddətdə olmuşdu - mən dostumla 
onun otağında oturmuşdum. Əlil olduğum üçün ordudan tərxis 
olunmuşdum,  dostum  Puaronun  yanında  özümçün  kiçicik  bir  
məşğuliyyət tapmışdım. Hər axşam  yeməkdən sonra Puaronun 
apardığı    hər  hansı  maraqlı  işlərdən  danışmaq,  onu    dinləmək 
mənimçün artıq adət halını almışdı. Dostumla İngiltərənin  Baş 
Naziri-  Mister David  Mak Adamın həyatına qəsd etmək cəhdi 
haqqındakı  sensasiyanı  aydınlaşdırmağa  cəhd  göstərirdim.  Bu 
məlumat  qəzetlərdə  dərc edilmişdi;   Baş Nazirin  qəribə  tərzdə 
aradan  çıxması,  güllənin  onun  yanağını  yalayıb  keçməsi 
haqqında isə heç bir təfərrüat verilməmişdi. 
    Mən hesab edirəm ki, bizim polis qaydanın belə kobudcasına 
pozulmasına yol verdiyi üçün xəcalət çəkməlidir. 
    Mən  başa  düşdüm  ki,  alman  agentləri  İngiltərədə  belə  bir 
“naliyyətə” risk etmək arzusunda olacaq. “Mübariz    Mak” – 
öz  partiyası  da  onu  belə  adlandırırdı,  Sakit  Okean  təsirinin 
genişləndirilməsinə  qarşı  gərgin  və  açıq-aydın  mübarizə 
aparmışdı. 
    O,  təkcə  İngiltərənin  Baş  Naziri  deyil,  elə  İngiltərənin  özü 
demək  idi.  Danışıqlarda  əsas  məqsəd  Britaniyanı  təsir 


 

dairəsindən  çıxarmaq  və  ağır  zərbə  endirib  onu  iflic  etmək 
olacaqdı. 
    Puaro boz kostyumunu təmizləməklə məşğul  idi. O, həmişə 
şıq  geyinərdi.Otağın  havası  benzin  iyi  ilə  dolmuşdu,  Herkuli 
Puaronun başı şalvarı təmizləməyə qarışdığından mənə bir elə 
diqqət vermirdi. 
-  Dostum, düzü, sənə qulaq asıram. Bircə dəqiqə, əlimdəki işi 
qurtarıram.  Paltarda  yağ  ləkəsinin  olması  yaxşı  deyil.  Onu 
benzin daha yaxşı təmizləyir. 
    
O, dodaqlarını  tərpətdi. 
    Mən gülümsəyərək başqa bir siqaret alışdırdım. 
-  Maraqlı  bir  şey  yoxdur?-  bir-iki  dəqiqə  keçəndən  sonra 
soruşdum. 
-  Mən - necə deyərlər- “xadiməyə” öz  “ərini” tapmağa kömək 
etməliyəm.Çətin  işdir,  bunun  üçün  fakt  lazımdır.  Ağlıma  belə 
bir  fikir  gəlir  ki,  onu  tapanda  “ər”,  o  qədər  də  məmnun 
olmayacaq.  Sən  nə  düşünürsən?  Mən  isə  ona  rəğbət 
bəsləyirəm. O, elə bir adamdır ki, təcrid olunduğu üçün özünü 
gizlətmişdir. 
    Mən güldüm. 
-  Nəhayət! Yağ ləkəsi artıq çoxdan gedibdir! Mənə indi sənin 
vəziyyətin aydındır. 
-  Mən səndən soruşurdum ki,  Mak Adama qarşı edilmiş qəsd 
barədə nə düşünürsən? 
 -    Uşaqlıqdır!-  Puaro  cavab  verdi.-  Bunun  ciddi  olduğunu 
qəbul etmək kimin üçünsə çətin ola bilər. Axı necə ola bilər ki, 
güllə hədəfə dəyməyib? Bu əvvəlcədən düşünülmüş plandır. 
-  Bu, əldə olunacaq müvəffəqiyyətə çox yaxın olmuşdu, - deyə 
dostuma xatırlatdım. 
    Puaro  narahat  halda  əlləri  ilə  başını  tutdu.  O,  nəsə  demək 
istəyirdi,  bu  zaman  ev  sahibəsi  başını  qapıdan  çıxararaq,  iki 
centlmenin Puaronu görmək istədiyini bildirdi. 
-    Ser,  onlar  adlarını  demədilər,  sadəcə,  dedilər  ki,  bu  çox 
mühüm məsələdir. 


 

-  Qoy gəlsinlər, - deyə Puaro əlindəki boz şalvarını qatlayaraq 
kənara qoydu. 
    Bir  azdan  Puaronu  görmək  istəyənlər  otağa  daxil  oldular. 
Mən  onları  görən  kimi  tanıdım.  Onlardan  biri  Lord  Esteyr  - 
Ümumi  palatanın  rəhbəri,  ikincisi  isə  Mister  Bernard  Doc- 
hərbi katibliyin üzvü, Baş Nazirin ən yaxın dostu idi. 
-    Cənab  Puaro,-  Lord  Esteyr  mənə  baxaraq  tərəddüd  etdi,- 
mənim işim şəxsidir. 
-    Siz  kapitan  Hastinqs  qarşısında  sərbəst  danışa  bilərsiniz,-  
Puaro  başı  ilə  onlarla  qalmağıma  işarə  etdi,  -  ancaq  onun  bu 
sahədə dərin səriştəsi olmamasına baxmayaraq, mən Hastinqsin 
fikri ilə razılaşıram. 
    Lord  Esteyr  hələ  də  tərəddüd  içərisində  idi.  Ancaq  Mister 
Doc sakitliyi pozdu: 
-    Yaxşı,  gəlin  davam  edək!  Onsuz  da  gec-tez  İngiltərə  bu 
barədə biləcək. Vaxt isə gözləmir. 
-  Buyurun,  əyləşin,  cənablar!-  Puaro  nəzakətlə  onlara  yer 
göstərdi, - Siz bu böyük stulda əyləşin, Milord?! 
    Lord Esteyr astaca sözə başladı: 
-   Siz məni tanıyırsınız? 
 Əlbəttə, mən kiçik şəkilli qəzetləri oxumağı xoşlayıram.Mən 
sizi necə tanıya bilmərəm? 
-  Cənab  Puaro,  mən  bura  çox  əhəmiyyətli  bir  iş  haqqında 
məsləhət  almağa  gəlmişəm.  Ancaq  bunu  tamamilə  gizlicə 
soruşmalıyam. 
-     Siz Herkuli  Puaro ilə  danışmaq istəyirsiniz? Mən daha heç 
bir şey deyə bilmərəm,- ibarəli tərzdə dilləndim. 
-    Bu,  Baş  Nazirin  işi ilə  əlaqədardır.  Biz çıxılmaz vəziyyətdə 
qalmışıq. 
-   Lap başımızı itirmişik!- Mister Doc əlavə etdi. 
-   Onda yara ciddidir?- Mən soruşdum. 
-   Hansı yara? 
-   Güllə yarası. 
-      A,  onu  deyirsiniz!-    Mister  Doc  əsəbi  halda  dedi,-  O, 
çoxdankı məsələdir. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə