Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   ...   42

 

-  Həmkarımın  dediyi  kimi,-  Lord  Esteyr  davam  etdi,- 
xoşbəxtlikdən    o  iş    yaxşı  qurtarıb,  güllə  yan  keçibdir.  Məni 
daha çox ikinci cəhd narahat edir.  
-   Onda bu işdə ikinci cəhd də olub? 
-      Bəli,  baxmayaraq  ki,  eyni  işdir,  ancaq  Mister  Puaro,  Baş 
Nazir yoxa çıxıb. 
-   Nə?! 
-   Onu oğurlayıblar! 
-   Ola bilməz! – Mən həyəcanlı halda qışqırdım. 
     Puaro  mənə  çəpəki  bir  nəzər  saldı.  Bu,  o  demək  idi  ki, 
ağzımı yumum. 
-    Adama  elə  gəlir  ki,  bu  heç  cür  ola  bilməz,  ancaq  təəssüflə 
bildirirəm ki, bu doğrudur, -  Mister Doc davam etdi.  
     Puaro Mister Doca baxdı. 
-    Siz  indicə  dediniz  ki,  vaxt  gözləmir.  Siz  bununla  nə  demək 
istəyirsiniz? 
    Onlar bir-birlərinə baxdılar, sonra Lord Esteyr dedi: 
 -  Mister  Puaro,  siz  Müttəfiqlərin  Konfransının  keçirilməsi 
gününün yaxınlaşması haqqında eşitmisinizmi? 
     Dostum başını yırğaladı. 
 -  Bu konfrasın harada və nə vaxt keçirilməsi haqqında hələlik 
heç bir məlumat verilməyibdir. Ancaq bunu mətbuatdan gizlin 
saxlanılmasına baxmayaraq, diplomatik idarələrdə hamı bilir.. 
     Konfrans  sabah  -  cümə  axşamı  -  Versalda  keçirilməlidir. 
İndi  siz  bilirsiniz  ki,  necə  çətin  vəziyyət  yaranmışdır.  Mən 
sizdən  gizlətmirəm.Baş  Nazirin  bu  konfransda  iştirakı  həyati 
bir  zərurətdir.  Sakit  Okean  təbliğatı  ölkəmizdəki  alman 
casusları tərəfindən xeyli gücləndirilmişdir. Bunu hamı bilir ki, 
konfransdakı  fikir  dəyişkənliyi  yalnız  Baş  Nazirin  güclü 
şəxsiyyəti  altında  mümkün  ola  bilər.  Onun  bu  konfransda 
iştirak  etməməsi  isə  ən  böyük  ciddi  nəticəyə  ,  yəni  sülh  üçün 
çətin  təhlükə  yaranmasına  gətirib  çıxara  bilər.  Onun  yerinə 
göndəriləsi isə heç kimimiz yoxdur. İngiltərəni yalnız o, təmsil 
edə bilər. 
    Puaronun sifəti ciddi görkəm almışdı. 


 
10 
-    Sizcə,  Baş  Nazirin  oğurlanmasına    əsas  səbəb  onun 
konfransda iştirakına mane olmaqdır? 
-  Mən  buna  daha  çox  əminəm.  O,  Fransaya  gedərkən  yoxa 
çıxıbdır. 
-  Konfrans keçirilmişdir? 
-  Sabah gecə saat 9-da. 
    Puaro  cibindən saatını çıxarıb baxdı. 
-   İndi doqquza on beş dəqiqə qalır. 
-      İyirmi  dörd  saatdan  sonra...  –  Mister  Doc  fikirli  halda 
dilləndi. 
-  On beş dəqiqəni də yaddan çıxarmayın, bu da əhəmiyyətlidir. 
İndi bunu bilmək lazımdır. – Nazir İngiltərədə, yoxsa Fransada 
oğurlanıbdır? – Puaro əlavə etdi. 
-  Fransada. Mister Mak Adam Fransaya bu səhər keçibdir. O, 
axşam  Baş  komandanın  qonağı  olmalı,  sabah  isə  Parisə  yola 
düşməli idi.  Baş Nazir Kanalı eskadra minonosunun  müşayiəti 
altında  keçmişdi.  Onu  Buloyn  limanında  Baş  Qərargahın 
göndərdiyi şəxsi yavəri qarşılaşmışdı. 
-  Yaxşı, bəs sonra? 
-  Sonra  onlar  Buloyndan  yola  düşüblər,  ancaq  gəlib  mənzil 
başına çatmayıblar. 
-   Nə? 
-    Mister  Puaro,  Naziri  qarşılayan  qondarma  maşın  olmuşdur, 
həmçinin  yavəri  də.  Əsl  maşın  yolun  kənarında  tapılmışdır.  
Sürücünün və yavərin ağzını bağlayaraq  aparıblar. 
-   Bəs, o saxta maşın? 
-   Hələlik məlum deyil. 
     Puaro narahatcasına əl-qolunu yellədi. 
-   İnanılası şey deyil! Bunun nəzərdən  yayınmasına doğrudan 
da əminsinizmi? 
-  Fransanın  həmin  hissəsi  hərbçilərin  ixtiyarındadır.  Biz  belə 
aydınlaşdırdıq  ki,  maşın  bu  ərazidə  uzun  müddət  nəzarətsiz 
gedə  bilməzdi,  çünki  bu,  Fransa  polisi,  bizim  Şotland  Yardın 
işçiləri və hərbçilərin nəzərindən heç cürə yayına bilməzdi. Bu 


 
11 
sizin  dediyiniz  kimi,  inanılası  deyil,  ancaq  hələlik  heç  bir  şey 
aydınlaşdırılmamışdır! 
    Bu  zaman  cavan  bir  zabit  əlində  möhkəm  surğuclanmış 
məktubla otağa daxil oldu və onu Lord Esteyrə tərəf uzatdı. 
-  İndicə  Fransadan  gəlib,  ser.  Siz  idarədən  çıxan  kimi  birbaş 
ardınızca gəlmişəm. 
    Nazir  məktubu  səliqə  ilə  cırdı  və  həyəcanlı  halda  oxudu. 
Zabit geri çəkildi. 
-  Burada sonuncu xəbər verilmişdir. Bu teleqram indicə qəbul 
edilib.  İkinci  maşın  da  tapılıb.  Maşının  yanından  xloroformlu 
əski  tapıblar.  Daniyel  isə  heç  bir  şey    xatırlamır.  O,  ancaq 
arxadan  qəflətən  ağzının  dəsmalla  bərk  tutulduğunu  hiss  edib. 
Nə  qədər  çalışıbsa,  xilas  ola  bilməyib.  Polis  onun  bu 
məlumatının yalan olduğunu qənaətbəxş hesab etmişdir. 
-   Bəs daha heç bir şey tapılımayıb? 
-   Xeyr. 
-      Baş  Nazirin  meyidi  də?  Onda  buradan  işıq  ucu  görünür, 
ancaq çox qəribədir, əgər ona bu səhər atəş açmağa çalışıblarsa, 
bəs nə üçün indiyə kimi diri saxlayıblar, yəni Baş Nazirlə niyə 
qurtarmayıblar? 
   Mister Doc başını tərpətdi. 
-  Bir  şey  tamamilə  aydındır.  Onlar  Baş  Nazirin  konfransda 
iştirak etməsinə mane olmuşlar. 
-  Əgər  insanpərvərlik  mümkünsə,  onda  Baş  Nazir  konfransda 
hökmən  iştirak  edəcək.  Allah  eləsin  ki,  bu  çox  gec  olmasın. 
İndi,  cənablar,  hər  şeyi  əvvəldən  axıradək  yenidən  nəql  edin. 
Mən bu atışma barəsində ətraflı bilməliyəm. 
-      Keçən  gecə,  Baş  Nazir,  onun  katibi  kapitan  Daniyel 
tərəfindən müşayiət olunmuşdur. 
-   Naiziri Fransaya müşayiət edən adam? 
-      Bəli,  dediyim  kimi,  onlar  maşınla  Uindsora  gediblər.  Bu 
səhər, tezdən şəhərə qayıdanda, yolda bu qəsd baş vermişdir. 
-  Bağışlayın,  bir  dəqiqə.  Bu  kapitan  Daniyel  kimdir?  Onun 
haqqında nə deyə bilərsiniz? 
   Lord Esteyr gülümsündü. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə