Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   ...   42

 
12 
-  Mən  bildim  ki,bunu  məndən  soruşacaqsınız.  Biz  onun 
haqqında  o  qədər  də  çox  bilmirik,  şəxsən  tanış  deyildir.  O, 
İngilis  ordusunda  xidmət  edib,  bacarıqlı  katib  olmasından 
savayı,  həm  də  gözəl  dilçidir.  Mən  onun  yeddi  dildə  danış-
masına inanıram.  Buna görə də Baş Naziri Fransaya müşayiət 
etmək üçün o seçilmişdi. 
-   Onun İngiltərədə qohumları varmı? 
-  İki xalası var. Misis Everard Hampstiddə, Miss Daniyelz isə 
Askotda yaşayır. 
-   Askot? O ki, Uindsorun yaxınlığındadır, elə deyilmi? 
-   Bunu nəzərə almaq da heç bir nəticə verməyibdir. 
-  Görürəm ki, siz kapitan Daniyelə hörmət bəsləyirsiniz, ondan 
heç şübhələnmirsiniz? 
    Lord  Esteyr  bu  suala  cavab  verərkən,  səsində  kəskin 
dəyişiklik hiss olundu. 
-  Xeyr,  Cənab  Puaro.  Bu  günlərdə,  mən  hər  hansı  adam 
barəsində şübhələnməyi özümdən kənar etməyə çalışacağam. 
- Çox yaxşı. Milord, mən başa düşürəm ki,  güclü polis nəzarəti 
altında  Baş  Nazirə  hücum  etmək  mümkün  olan  iş  deyil.  Bu 
elədirmi? 
    Lord Esteyr başını yırğaladı. 
-  Elədir.  Baş  Nazirin  maşınını  sadə  geyimli  polis  nəfərlərinin 
maşını  onun  arxasınca  izləyirdi.  Mister  Mak  Adam  isə  bu 
barədə  heç  bir  şey  bilmirdi.  Bu  bir  növ  onun  xəbəri  olmadan 
Nazirin  təhlükəsizliyini  təmin  etmək  idi.  Mak  Adam  özü 
qorxunun  nə  olduğunu  bilmirdi,  ona  görə  çox  vaxt  yavərsiz 
hərəkət  edirdi.  Ancaq  bundan  asılı  olmayaraq  polis  öz 
vəzfələrini yerinə yetirirdi. Nazirin sürücüsü, O”Marfi, Cinayət 
Axtarışı İdarəsinin işçisidir. 
-  O”Marfi? Bu ki, irlandiyalı adıdır, elə deyilmi? 
-   Bəli, O”Marfi özü irlandiyalıdır. 
-   Məncə, Klare qraflığındandır. 
 Görürsünüz, milord! Davam edin. 
-  Nazir  Londona  yola  düşmüşdü.  Maşında  sürücüdən  başqa 
kapitan Daniyel  də  əyləşmişdi.  İkinci maşın adəti üzrə  onların 


 
13 
arxasınca  gedirmiş.  Ancaq  nə  səbəbdənsə  Baş  Nazirin  maşını 
enişdə əsas yoldan çıxmışdı... 
-   Yolun burulduğu yerdə?- deyə Puaro mane oldu. 
-   Bəli. Ancaq siz bunu necə bildiniz? 
-   Bu aydındır ki! Davam edin! 
-    Naməlum  səbəbdən,-  Lord  Esteyr  sözünə  davam  etdi.- 
Nazirin  maşını  əsas  yoldan  çıxmışdır.  Polis  maşını  isə  əsas 
yolda  davam  etmiş,  qısa  bir  məsafə  getdikdən  sonra  Baş 
Nazirin  maşını  maskalı  adamlar  tərəfindən  dayandırılmışdır. 
Sürücü... 
-   Hə, o cəsur O”Marfi!- Puaro fikirli halda dilləndi. 
-    Sürücü  geri  dönərək  dərhal  əyləci  basmışdır.  Baş  Nazir 
başını  maşının  pəncərəsindən  bayıra  çıxarmış,  bu  zaman 
birinci,  daha  sonra  ikinci  atəş  açılmışdır.  Birici  güllə  Nazirin 
yanağını yalamış, ikinci güllə isə xoşbəxtlikdən yan keçmişdir. 
Sürücü  təhlükəni  bu  anda  başa  düşərək,  maşını  birbaş  irəli, 
quldurları dağıtmaq üçün düz onların üstünə  sürmüş və aradan 
çıxmağa nail olmuşdu. 
-  Aradan  çıxmağa  lap  az  qalıbmış,-  titrək  səslə  ucadan 
dilləndim. 
-  Mister  MakAdam  isə  aldığı  yüngül  yara  haqqında  təlaş 
keçirməyin  əhəmiyyətsiz  olduğunu  bildirmişdi.  O,  üzünün 
sadəcə 
olaraq  cızıldığını  söyləmiş,  yerli  bir  kənd 
xəstəxanasının  qarşısında  dayanmış,  kimliyini  bildirmədən, 
yalnız  paltarını  dəyişmişdir.  Sonra  Dover  limanına  getmək 
üçün,  Çarinq  Kross  stansiyasında  onu  gözləyən  xüsusi  qatara 
əyləşmişdir.  Daha  sonra    nə  baş  verdiyini  kapitan  Daniyel  
polisə  bildirib.  Onlar  Fransaya  ikilikdə  yola  düşüblər.  Dover 
limanında  onu  gözləyən  eskadra  minonosuna  minmişlər. 
Bildiyiniz  kimi  Buloyn  limanında  isə  onu  “qondarma”  maşın 
gözləyirdi, hər şey planlı şəkildə gedirmiş. 
-  Siz mənə hamısını danışdınız? 
-  Bəli. 
-  Yaddan çıxan bir şey qalmadı ki, milord? 
-  Yaxşı yadıma düşdü, bir dənə də qəribə bir şey vardır. 


 
14 
-   Doğrudan? 
-  Baş Nazir Çarinq Krossdan yola düşəndən sonra onun maşını 
geri  qayıtmayıb.  Polis  O”Marfinin  axtarışı  haqqında  dərhal 
məlumat  vermişdi.  Maşın  alman  agentlərinin  həmişə 
keçirdikləri  iclas  yeri  olan  “Soho”  restoranının  qarşısında 
tapılıb. 
-   Bəs sürücü? 
-   Sürücü isə heç yerdə tapılmayıb. O, da yoxa çıxıb. 
-  Deməli, - Puaro fikirli halda dilləndi- yoxa çıxmış iki nəfər: 
Fransada  Baş  Nazir,  Londonda  isə  O”Marfi.  Sonra  Puaro 
ümidsiz halda əlini yellədən  Lord Esteyrə nəzər saldı. 
-  Cənab  Puaro,  mən  ancaq  onu  deyə  bilərəm  ki,  əgər  dünən 
desəydilər ki, O”Marfi satqındır, mən onu deyən adamın üzünə 
sadəcə, gülümsərdim. 
-   Bəs bu gün? 
-   Bu gün isə nə düşündüyümü bilmirəm. 
    Puaro  ciddi  görkəmdə  başını  tərpətdi.  O,  yenidən  saatına 
baxdı. 
-    Cənablar,  bu  işdə  mən  sərbəst  hərəkət    etməliyəm.  Mən 
lazım gələn yerə necə olursa-olsun getməliyəm.  
-  Tamamilə,  sərbəst  hərəkət  edə  bilərsiniz.Bir  saatdan  sonra 
Doverə  xüsusi  qatar  yola  düşür.  Qatarda  Şotland  Yard 
idarəsinin  bir  qrup  işçiləri  də  gedəcək.  Sizi  müşayiət  etmək 
üçün  bir  hərbi  zabit  və  bir  Cinayət  Axtarışı  İdarəsi  işçisi 
veriləcək.  Onlar  tamamilə  sizin  sərəncamınızda  olacaq.  Bu 
kifayətdirmi? 
-  Tamamilə.  Bağışlayın,  getməmişdən  əvvəl  bir  sualıma  da 
cavab verin, cənablar. Sizi mənim yanıma gəlməyə nə məcbur 
etdi?  Axı,  sizin  bu  böyük  Londonda  mən  naməlum  bir 
adamam. 
-  Biz,  ancaq  sizi  axtardıq,  çünki  siz  öz  ölkənizin  böyük 
oğlusunuz, bizə sizin haqqınızda belə zəmanət vermişdilər. 
-  Nə?  Çox  güman  ki,  köhnə  dostum  polis  komissarı  mənim 
haqqımda sizə məlumat vermişdir. 
     Lord Esteyr başını silkələdi. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə