Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə42/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   34   35   36   37   38   39   40   41   42

 
134 
çarpışdıqlarını    xatırladım.  Sonra  ,  yenə  də  Bobun  öldürdüyü 
ilan  gözümün  önündə  canlandı.  Axırda  belə  qərara  gəldim  ki, 
belə şeylər haqqında fikirləşmək mənim üçün  ağılsızlıqdır.  
   Bu  səhər  mən    atamla  çox  erkən  yataqdan  qalxdıq.  Atam 
deyir  ki,  hər  kim  yerindən  erkən  durursa,  o  qazanır,  həmin 
günün işlərini vaxtında  görmüş olur. 
    Biz bel, balta,  kərki, külüng və ölçü götürüb, çəpərlənməmiş 
tarlaya yola düşdük. Bob bu gün bizimlə getmədi. 
    Zəmi  şehli  idi.  Atam  çiynində  bel  arxadan  gəlirdi,  mən  isə 
qabaqda  gedirdim.  Həzin  səhər  mehi  əsirdi.  Səhərin  bu  təmiz 
mehini  ciyərlərə  çəkəndə  adamda  bir  yüngüllük  hiss  olunurdu 
və  istəyirdin  ki,  addımları  daha  da  yeyinlədəsən.    Mən  dünən 
günorta vaxtı olduğumuz  yerə  getdim.  Qarşıda  gözümə nə isə 
sataşdı. Bir az diqqətlə baxdım, gördüm ki, nə isə hərəkət edir. 
Onun hərəkəti bucurqadın kəndirinə oxşayırdı. 
-  Ehtiyatlı ol!-  Atamı xəbərdar etdim. 
-  Erkək, qara ilandır. 
  Atam  mənə  tərəf  bir  addım  atıb  dayandı.  Onun  gözləri 
təəccübdən böyümüşdü. 
-  Bunun haqqında nə deyə bilərsən? - atam soruşdu. 
-    Sən  indi  bu  erkək  ilanı  görürsən.  Ona  yaxşı  nəzər  sal!  O, 
ölmüş yoldaşının  yanında uzanıb. Ola bilsin ki, bu ilan dünən 
ölən yoldaşının iziylə buraya gəlib,- deyə atama izah etdim.  
    Bəli, bu ilan yoldaşının izi ilə gəlmişdir. O, buraya gecə, ay 
işığında,  buludlar  səmada  hərəkət  edən  zaman  gəlmişdi.  O, 
sevgilisini  burada  ölü  halda  tapmışdır.  İlan  ölmüş  sevgilisinin 
ətrafına  məftil  kimi  sarılmışdı.  O  bizi  görən  kimi  başını  dik 
qaldırdı. İndi o, ölənə qədər bizimlə vuruşmağa hazır idi. Bəli, 
indi  bu  ilan    son  nəfəsinə  kimi  ölmüş  sevgilisinin  uğrunda 
Bobla vuruşardı. 
-    Ağac  götür,-  atam  mənə  dedi,  -  onu  təpənin  üstünə  apar  ki, 
Bob görə bilməsin. 
-  Siz heç bundan da dəhşətlisini  görmüsünüzmü? 
    Eşitmişdim,  ancaq  birinci  dəfə  idi  ki,  bunu  gözlərimlə 
görürdüm. 


 
135 
    Mən bir ağac götürüb, erkək qara ilanı qayadakı  yaşıl, şehli 
otların arasına gətirdim. 
                                                                                                          
                                            
                                                                Alar kəndi,  1981 - ci il. 
                            
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                      


 
136 
                       
                                   Uilyam  Saroyan                                                                                                                           
                                                    
-------------------------------------------------                                                                                                                                                                                       
 
                                                       /Amerika/                             
          
                  Filippinli və sərxoş 
                   
 
    Oklanda  (
Kaliforniyanın  qərbində,  San-Fransiskonun  şərqində 
yerləşən  şəhərdir)
  gedən  gəmini  gözləyənlər  arasında  qırmızı 
rəngli  palto  geyinmiş,  səhərdən  bəri  ara  vermədən  çərənləyən, 
ətrafdakıları  fərqinə  varmadan  nəlayiq  söyüşlər  söyən, 
ucaboylu  bir  kişi  hamının  nəzər  diqqətini  cəlb  etmişdi.  Onun 
belə  yersiz  danışmasından  sərxoş  olduğu  aydınca  hiss 
olunurdu.  Buna  görə  də  adamların  heç  birisi  ona  əhəmiyyət 
vermək  istəmirdi.  Hamı  gəminin  gəlməsini  gözləyirdi.  Birdən 
sərxoşun gözü adamlar arasında səliqə ilə geyinmiş alçaqboylu 
filippinli  oğlana  sataşdı.  O,  oğlana  yaxınlaşdı  və  ona  bu 
adamlar arasında dayanmamağı əmr etdi. Sərxoş dedi ki, oğlan 
ağların  olduğu  yerdə  durmamalıdır.  İndiyə  kimi  adamların 
onların yanında dayanmış filippinlini elə bil ki, görmürmüşlər. 
Çünki  oğlan  hamı  kimi  sakit  bir  guşədə  dayanıb  gəminin 
gəlməsini  gözləyirdi.  O,  heç  bir  hərəkəti  ilə  başqalarından 
fərqlənmirdi.  Filippinli  oğlan  sərxoşun  bu  hərəkətindən 
qorxmuş kimi oldu.
 
    O,  sərxoşun  dediklərinə  əhəmiyyət  vermədən  adamların 
arasına girdi. Sərxoş ondan əl çəkmədi: 
-  Sənə  deyirəm,  rədd  ol  burdan!  Bura  sənin  kimilərin  yeri 
deyildir.  Mən  iyirmi  dörd  ay  Fransada  vuruşmuşam.  Mən  əsl 
Amerikalıyam.  Mən  istəmərəm  ki,  sən  ağların  içərisində 
gəzəsən, - deyə sərxoş lovğalandı. 
    Oğlan  əsəblərini  cilovlamağa  çalışdı  və  özünü  adamların 
arasına  saldı.  O,  sərxoşa  heç  bir  söz  demədi.  Sərxoş  bununla 
özünün  təhqir  olunduğunu  duydu  və  oğlanın  arxasınca  qaçdı. 
Hamı bu səhnədən zövq alırmış kimi dayanıb baxırdılar. 


 
137 
    Sərxoş: 
- Sənin belə gözəl paltarlar geyinməyinə ixtiyarın yoxdur. 
   O,  söyüşləri  ilə  elə  bil  ki,  oğlanı  nəyə  görəsə  müka-
fatlandırırdı.  Buradakı  qadınlar  isə  bu  söyüşləri  sanki 
eşitmirdilər. 
    Giriş  qapısı  açılan  kimi  gənc  oğlan  özünü  hamıdan  əvvəl 
gəmiyə  saldı.  O,  küncdə  qoyulmuş  skamyada  bir  anlıq  oturdu 
və  yenidən  ayağa  qalxdı,  gizlənmək  üçün  etibarlı  yer  axtardı. 
Oğlan artıq sərxoşun söyüşlərini eşitmək istəmirdi. O baxanda 
Sərxoşun  qabaq  tərəfdən  ona  tərəf  gəldiyini  gördü.  Onun 
əlindən qaçıb harada gizlənsin? 
    Oğlan yanındakı tualetin qapısını açdı. 
-  Bundan etibarlı yer ola bilməz, - deyə o, cəld qərara gəldi. O. 
içəri girib arxadan qapını bağladı. 
    Sərxoş  qarşısına  çıxan  hər  bir  adamdan  filippinli  oğlanı 
soruşurdu.  Hamıya  da  özünün  əsl  Amerikalı  olduğunu  sübut 
etməyə  çalışırdı.  O,  müharibədə  iki  dəfə  yaralandığını  da 
deməyi unutmurdu. 
    İndi  o,  əvvəlkindən  daha  artıq  söyməyə  başladı.  Birdən  o, 
bağlı qpını görüb ayaq saxladı. Necə oldusa, başqa birisi oraya 
girmək  istəyərkən  sərxoş  oğlanı  gördü.  O,  oğlanı  söyə-söyə 
dərhal oradan çıxmasını əmr etdi: 
-  Sən  mənim  əlimdən  qaça  bilməzsən.  –  Sərxoş  oğlanı 
hədələdi. - Sən ağların istifadə etdiyi yerlərdən istifadə etməyə 
səlahiyyətin çatmır, gəl çıx bayıra, yoxsa qapını sındıracağam! 
- deyə  sərxoş daha da qəzəbləndi. 
-   Çıxın, gedin! - oğlan dilləndi.  
    Sərxoş qapını silkələməyə başladı. 
-Onsuz 
da 
sən 
buradan  çıxacaqsan.  Səni  buradaca 
gözləyəcəyəm, - deyə sərxoş razı halda dedi. 
-  Deyin  görüm,  mən  sizə  nə  etmişəm?  Məni  niyə  sakit 
buraxmırsınız?  -  Oğlan  qapı  arxasından  yalvarıcı  tərzdə  
soruşdu.     


 
138 
    Oğlan  düşünürdü  ki,  bəlkə  başqaları  bunu  görüb  sərxoşu 
buradan apararlar. Amma deyəsən burada heç  kəs yox idi. 
-   Çıxın, gedin! -Oğlan yenidən təkrar etdi. 
    Sərxoş söyə-söyə qapını əvvəlkindən daha bərk silkələməyə 
başladı. Oğlan qapının arxasında qəzəbindən titrəməyə başladı. 
Artıq  onun  əsəbləri  gərilmişdi.  O,  nə  qədər  çalışdısa,  bu  dəfə 
əsəblərini cilovlaya bilmədi.  Daxili  iztirab oğlana üstün gəldi. 
O, cibindən iti tiyəli bıçağını çıxartdı. 
-  Çıxın, gedin! Məndə bıçaq var! Mən kiməsə xəsarət yetirmək 
istəmirəm! - Filippinli sərxoşu yenidən xəbərdar etdi. 
   Sərxoş özünün Amerikalı olduğunu bir də xatırlatdı: 
- İyirmi dörd ay Fransada vuruşmuşam. İki dəfə yaralanmışam. 
Bir  dəfə  qıçımdan,  bir  dəfə  də  ombamdan.  Əgər  qorxmursan, 
çıx bayıra, - deyə sərxoş oğlanı yenə hədələdi. 
-    Səni  öldürərəm.  Get  buradan!  Mən  heç  kəsi  öldürmək 
fikrində deyiləm. Sən sərxoşsan. Çıx get, yalvarıram sənə, get. 
Yoxsa, əlimdən xata çıxar, - deyə oğlan son dəfə xahiş etdi. 
    Oğlan gəminin mühərrikinin saldığı səsi eşitdikcə, elə bil bu 
səs onun əsəblərini daha da qıcıqlandırırdı. O bu səsdən istifadə 
edərək  yavaşca qapını açdı və iti addımlarla adamların arasına 
girmək  istədi.  Bu  sərxoşun  gözündən  yayınmadı.  O,  cəld  əlini 
arxadan  atıb  oğlanın  paltosundan  tutdu  və  özünə  tərəf  çəkdi. 
Sərxoş  paltonu  elə  bərk  dartdı  ki,  paltonun  cırılmış  qolu  onun 
əlində qaldı. Oğlan geri döndü və var gücü ilə əlindəki bıçağı 
onun  böyrünə  sancdı.  Sərxoş  qışqırdı  və  oğlanın  boğazından 
yapışdı. Oğlan isə bıçağı ara vermədən bir neçə dəfə sərxoşun 
böyrünə vurdu, elə bil ki, rinqdə boksçu əldən düşmüş rəqibinə 
zərbələr endirirdi. 
    Sərxoş  yerə  yıxılan  kimi  filippinli  onu  tərk  etdi.  O, 
adamların yanına gəldi. Tiyəsindən qan damcılayan bıçaq hələ 
də  onun  əlində  idi.  Onun  tükləri  qarışmış,  paltosunun  qolu 
cırılmış,  əvvəlki  səliqəsindən  heç  bir  əsər-əlamət  qalmamışdı. 
Hamı nə baş verdiyini dərhal anlamışdı. Buna görə də adamlar 
sakitcə  dayanıb  əlləri  titrəyən  oğlana  baxırdılar.  Oğlan  özünü 
itirmişdi. O əvvəlcə gəminin qarşı tərəfinə qaçdı, getməyə yer 


 
139 
axtarırdı.  Sonra  geri  dönüb  gəminin  bir  küncündə  dayandı. 
Ancaq  heç  cürə  bir  yerdə  qərar  tuta  bilmirdi.  Onun  cinayət 
işlətdiyini  görən  adamların  heç  birisi  onunla  danışmırdılar. 
Getməyə    bir  yeri  yox  idi  onun.  Qarşıda  “haqqı”,  “ədaləti” 
müdafiə  edən  polislər,  arxada  isə  hər  yerdə  özlərini  əsl 
“centlmen”  kimi  göstərməyə  çalışan  adamlar  dayanmışdılar. 
Oğlan üzünü adamlara tutub qışqırdı: 
-  Mən  onu  öldürmək  fikrində  deyildim.  Siz  onu  niyə 
saxlamadınız?  Niyə  ona  mane  olmadınız?  Adamı  da  siçovul 
kimi doğramaq olarmı? Axı, siz bilirdiniz ki, o, sərxoşdur. Mən 
onu vurmaq istəmirdim, amma o mənə getməyə yol vermədi. O 
məni  boğmaq  istəyirdi.  Mən  onu  xəbərdar  etmişdim  ki,  bir  də 
qarşımı  kəssə  öldürəcəyəm.  Bu  mənim  günahım  deyil.  Mən 
Oklanda  qardaşımı  görməyə  gedirəm.  O,  xəstədir.  Mən  onu 
görməliyəm!  Axı, siz onu niyə dayandırmadınız?!    
                                                                                
                                                         Alar kəndi, 1980 - ci il. 
                                                               
  
                   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
    
                                                                               


 
140 
                                                                
                                                                   
Villi  Bredel 
                                                               
     -------------------------------------
                                                                                            
                                                              /Almaniya/ 
 
                 
Qırmızı  general 
   
                                                                      
 
    Bu hekayənin qəhrəmanı Ernest Telmanın dostu və silahdaşı, 
Hamburq qırmızı cəbhəçilər ittifaqının rəhbəri Edqar Andredir. 
    1933-cü  ildə  Hitler  hakimiyyət  başına  gələn  kimi  Edqar 
Andre  həbc  edildi.  O,  1936-cı  il  noyabrın  4-də  faşistlər 
tərəfindən  güllələndi.  Aşağıdakı  epizoddda  siz  1933-  cü  ildə 
alman faşistlərinin hakimiyyət  başına gəlmələrindən ötrü necə 
canfəşanlıq  etdiklərinin  qısa  şahidi  olacaqsınız.  Belə  bir 
zamanda  kommunistlər  hər  yerdə  faşistlər  əleyhinə  böyük 
təbliğatlar  aparırdılar.  Onlar  mətbuatlarda,  yığıncaqlarda 
faşizmə  böyük  nifrət  bəslədiklərini  bildirir  və  xalqa  həqiqəti 
açıb  göstərməkdə  əllərindən  gələni  edirdilər.  Buna  görə 
milyonlarla kommunist alçaq niyyətli faşizmin qurbanı oldular. 
    Bir gün faşistlər Edqar Andreni görmək üçün yığıncaq təşkil 
etdilər.  Onlar  hər  yerdən  qışqırırdılar:  “  Qırmızı  kommuna 
generalı  gəlsin!”.  Amma  onlar  inanmırdılar  ki,  Edqar  bu 
yığıncaqda  iştirak  etsin.  Edqar  meydanda  görünəndə  faşistlər 
həyəcan 
içərisində  idilər.  Dənizçilər  Edqar  Andreni 
alqışladılar. 
    Andre  söz  alıb  danışmağa  başlayanda  faşistlər  stulları  ona 
tərəf  atmağa  başladılar.  Bu  vaxt  dənizçilər  Edqarı  dairəyə 
aldılar və bu qarmaqarışıqlıqdan küçəyə  çıxmaq üçün ona  yol 
verdilər. Buna görə faşistlər burada möhkəmcə əzişdirildi. 


 
141 
    Ertəsi  gün  onlar  Edqar  Andreyə  yeni  hücüm  etmək  üçün 
cəhd  göstərdilər.  Onlar  Edqarın  yaşadığı  binanı  mühasirəyə 
aldılar və giriş qapısında oturub onu gözləməyə başladılar. 
    Andre  mənzilinin  qapısını  möhkəmləndirirdi.  Bir  nəfər 
almanların evə girmək haqqındakı söhbətlərini eşitdi və dərhal 
kömək  üçün  yoldaşlarının  yanına  qaçdı.  Andrenin  silah 
yoldaşları bacardıqca tez ona kömək etməliydilər. 
    Bu  vaxt  Andre  özünü  müdafiə  etmək  üçün  yaxşı  bir  plan 
hazırladı.  Almanlar  qapını  sındırmaq  istəyəndə  Andre  otaqda 
öz-özünə  bərkdən  danışırdı  ki,  qapının  arxasında  onlar  da 
eşitsinlər:  “Nə  gözləyirsən?  İkinci  tapançanı  götür!  Dedim  ki, 
ikinci  tapançanı  da  götür!  Onları  stolun  üstünə  qoy!  Ora  yox, 
mənim əlimin altına. Onda daha tez götürə bilərəm!” 
    Faşistlər bu sözlərin hamısını eşidirdilər, buna görə də daha 
səslərini çıxartmadılar. 
    Andre  otaqdan  qışqırdı:  “Get  qapını  aç,  sevimli  qonaqları 
qarşıla, bir də belə hirslənməsinlər... ” 
    Bir  göz  qırpımında  qapı  yerindən  çıxdı.  Faşistlər  otaqda 
göründülər. 
    Edqar  Andre
 
pəncərənin  qarşısında  qoyulmuş  yazı  stolunun 
arxasında  oturmuşdu.  Koridordan  düşən  işıq  şüaları  qapını 
işıqlandırırdı, otaq isə qaranlıq idi. Andre sağ əlini qaldırdı, elə 
bil ki, tapançanı əlində yaxşı tutmaq istəyirdi.  
O, istehza ilə dedi:  
-  Sizi çox gözləməyəcəyəm! - Sonra o qışqırdı:- Bir addım da 
atsanız, atəş açacağam! 
    Faşistlər  hərəkətsiz  dayandılar.  Bu  vaxt  Andre  ucadan 
bağırdı: -  Rədd olun burdan! 
    Aşağıdan üç dəfə fit səsi eşidildi. Faşistlər bunu eşidən kimi 
cəld pilləkənlərlə aşağı düşüb küçəyə qaçdılar. 


 
142 
    Bir  neçə  dəqiqədən  sonra  Andrenin  yoldaşları  otağa  daxil 
oldular. Bu vaxt Andre divanda oturub qəlyanını tüstülədirdi. 
    Ertəsi  gün  bütün  Hamburq  bu  hadisə  haqqında  danışırdı. 
Faşistlər isə bu barədə susurdular... 
                                           
                                                       Alar kəndi,  1980 -ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
143 
                   Mündəricat 
 
 
1.Aqata Kristi. “Baş nazirin  oğurlanması”.........................5 
 
2.  Aqata Kristi. “Bir milyon dollarlıq istiqrazın  
oğurlanması”.........................................................................26 
 
3.  Aqata  Kristi. “Mavi kuzənin sirri”...............................37 
 
4.  A.K.Doyl.  “Brilyant tac” ...............................................60 
 
5.  A.K.Doyl.  “Göy yaqut” .................................................71 
 
6.  Oskar  Uayld. “Nümunəvi milyonçu” ...........................84 
 
7.  A.C. Kronin.  “İki veronalı” ..........................................94 
 
8.  Cek London.  “Meksikalı” .............................................99 
 
9.   Ernest Heminquey. “Qatillər” ....................................110 
 
10. S. Moem. “Muzdlu tərəfdaşlar”..................................123 
 
11. Cessi Stuart. “Məhəbbət” ...........................................130 
 
12. Uilyam Saroyan. “Filippinli və sərxoş”......................135 
 
13. Villi Bredel:  “Qırmızı general”..................................139 
 
 
 
 
 


 
144 
 
 
    
Aqata Kristi

“Baş nazirin oğurlanması”   
                                       (Tərcümələr toplusu kitabı)  
                    
   İngiliscədən çevirəni: Camal  Zeynaloğlu 
 
    
Bakı, “Yazıçı” nəşriyyatı – 2012, - 144  səh. 
 
 
              
Nəşriyyatın baş direktoru:  Şəmsi Mirzəyev 
             Rəssam:           Süleyman Mustafaoğlu 
             Operator:         Turan Camalqızı 
             Korrektorlar:    Nərmin Zeynalova, 
                                      Yeganə Balamədova 
 
             --------------------------------------------------------------- 
               Yığılmağa verilmişdir:  12.10.2012 
               Çapa imzalanmışdır:      05.11.2012 
                Kağız formatı:              60x84   1/16 
                Fiziki çap vərəqi:  9.3 
                Sayı:                  500 
                Sifariş:     № 39 
                Müqavilə qiyməti ilə 
             -----------------------------------------------------------------       
         “Uni Print
 mətbəəsində  çap edilmişdir. 
 
 
 
       
 
 
 
 
    


 
145 
 
 
 
        
  
 
 
 
 
 
 
 
 
 
    Zeynalov  Camal  Zeynal  oğlu  (Camal  Zeynaloğlu)  – 1958-
ci  ildə  Cəlilabad  rayonunda  anadan  olub.  O,  1975-ci  ildə 
Cəlilabad rayonunun Alar kənd orta məktəbini, 1980-ci ildə isə 
Azərbaycan  Pedaqoji  Xarici  Dillər  İnstitutunun  ingilis-alman 
dilləri fakültəsini bitirib. 
    C.Zeynaloğlu “Uğursuz  nikah” (1998), “Məni  qınamayın” 
(1998), “Qanlı fevral gecəsi” (1999), “Ölümlə üz-üzə” (2000), 
“Tanrı cəzası” (2010), “Həqiqət işığında” (2012)  kitablarının 
müəllifidir. 
    2000  -  ci  ildə  jurnalistika  sahəsində  və  ədəbi  fəaliyyətinə 
görə  Аз.KИВİЩИ  -  нин  «Нурлу  гялям  устасы»    дипломуна 
лайиг  эюрцлüb. 
    Bundan başqa, 2010-cu ildə “Qafqaz-Media” İctimai Birliyi 
tərəfindən  “Cəsarətli  Qələm”,  2011-ci  ildə  “Vicdanlı  Qələm” 
və 2012 –ci ildə isə, “Reytinqli jurnalist” media mükafatlarına 
layiq görülüb. 
    O, Azərbaycan Yazıçılar və JurnalistlərBirliyinin üzvüdür. 
 

Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə