Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   ...   42

 
15 
-  Ondan da böyük birisi.Bir dəfə, Belçikada dediyiniz, o sözü 
yenidən  işlədəcəksiniz  -  Qanun!  Bu  söz  İngiltərə  üçün  də  ən 
müqəddəs sözdür! 
     Puaronun  əli  havada  yelləndi  və  dramatik  tərzdə  onlarla 
xudahafizləşdi. 
-  Arxayın olun, cənablar! Ancaq müəllimim unutmur ki, mən, 
Herkuli  Puaro  ona  sədaqətlə  xidmət  edəcəyəm.  Bu  iş  isə  çox 
qaranlıqdır, hələlik işıq ucu görünmür. 
-    Yaxşı,  Puaro,  -  nazirlər  otağı  tərk  edəndən  sonra  mən 
səbirsizliklə ucadan dilləndim. - Nə düşünürsən? 
     Dostum  cəld  hərəkətlərlə  çamadanını  qablaşdırmaqla 
məşğul idi. O, fikirli halda başını yırğaladı. 
-  Nə  düşündüyümü  bilmirəm.  Hələlik  düşüncülərim  çox 
qarmaqarışıqdır. 
 Nə üçün, əvvəl dediyin kimi, bu, uşaq-muşaq işinə bənzəyir. 
Başını  bir  balaca  silkələsən,  hər  şey  düzələr,-  deyə  fikrə 
getdim. 
-  Bağışla,  dostum,  mən  heç  də  elə  demədim.  Bu  uşaq 
oğurlanması işinə daha yaxındır. 
 -   Nə üçün? 
 -  Çünki qeyri-adi hay-küy yaranır. Nazir yenidən üzə çıxacaq, 
yoxsa  yox?  O,  öldürülüb,  yoxsa  sağdır?  Bunu  heç  kəs  bilmir. 
Müəyyən  bir  iş  görməyincə,  bu  haqda    heç  bir  şey  söyləyə 
bilməyəcəyəm. Sənə dediyim kimi, naməlum hay- küylər buna 
mane olur. Bu hay- küylərin əsas iştirakçıları almanlardır. Əgər 
Naziri  haradasa,  gizli  yerdə  saxlayırlarsa,  onda  hər  iki  tərəf  
konfransda  öz  istəklərinə  nail  olmağa  çalışacaqdır.  Alman 
hökuməti  liberal  kassir  deyildir.  O,  bu  işdə  şübhəsiz  ki, 
istənilən  qədər  pul  buraxa  bilər.  Onlar  Naziri  öldürməyə  risk 
etməzlər,onu sadəcə, oğurlamaq qərarlaşdırılıb. 
-  Onda,  əgər  belədirsə,  nə  üçün  əvvəlcə  ona  atəş  açmağa 
çalışıblar? 
     Puaro əsəbi halda əl-qolunu atdı. 
 -  A,  indi  mənim  də  başa  düşmədiyim  budur.  Bu 
anlaşılamazlıqdır,  alçaqlıqdır.  Onlar  Naziri  oğurlamaq  üçün 


 
16 
bütün  imkanlardan  istifadə  ediblər.  Kinoda  olduğu  kimi  hələ 
onlar  melodramik  hücum  təhlükəsinə  tamamilə  məruz 
qalmayıblar.  Buna  inanmaq  qeyri  mümkündür.  Necə  ola  bilər 
ki,  Londonun  iyirmi  mil  yaxınlığında  maskalı  quldurlar  öz 
istəklərinə belə asanlıqla nail ola bilsinlər! 
 -  Ola  bilsin  ki,  onlar  ayrı-ayrılıqda  tamamilə  başqa  iki  qrup 
olublar,  bir  -  birlərinə  qarşı  hörmətsizlik  ediblər,  -  deyə  mən 
təklif etdim. 
-    Xeyr,  bu  həddindən  artıq  uyğunsuzluq  olardı!  Onda  bəs 
satqın  kimdir?  İlk  cəhd  göstəriləndə,  orada  kimsə  satqın 
olubdur. Ancaq o, kim olmuşdur:- Daniyel, yoxsa O”Marfi? Bu 
iki  nəfərdən  biri  olmalı  idi.  Maşın  nə  üçün  əsas  yoldan 
çıxıbdır? Biz ona şübhə edə bilmərik ki, Baş Nazir öz qəsdinə 
imkan  yaratsın!  Bunu    O”Marfi  özü  edib,  yoxsa  Daniyel  ona 
belə etməyi tapşırıbdır? 
-  Yəqin ki, bu O”Marfinin işidir. 
-  Bəli,  əgər  Daniyel  olsaydı,  Baş  Nazir  onun  verdiyi  əmri 
eşidərdi və bu halda o, da əsas yoldan çıxmağın səbəbini soruşa 
bilərdi.  Ancaq  bu  işdə  bir-birinə  zidd  olan  həddindən  çox  “nə 
üçün”lər  vardır.  Əgər  O”Marfi  vicdanlı  adamdırsa,  nə  üçün 
əsas yoldan çıxıbdır? Yox əgər vicdansızdırsa, nə üçün iki atəş 
açılan kimi  maşını dərhal  yenidən işə salıbdır, şübhəsiz bu da 
Baş Nazirin həyatını xilas edibdir? Bəs, əgər o, vicdanlı adam 
idisə,  nə  üçün  Çarinq  Krossu  dərhal  tərk  edərək  maşını  birbaş 
alman casuslarının yığışdığı yerə sürmüşdür? 
-   Bu bir az yaxşı çıxmır,-  dedim. 
 -  Gəl,  bu  işə  metodik  baxımdan  yanaşaq.  Bu  iki  adama  qarşı 
bizdə hansı bəraətləndirici əsas vardır? Gəl, əvvəlcə O”Marfini 
götürək.  Ona  qarşı  mənfi  əsaslar:  onun  əsas  yolu  tərk  etməsi, 
İrlandiyanın  Kral  Qraflığından  olması;  naməlum  vəziyyətdə 
yox olması. Bəraətləndirici faktlar: onun  Baş Nazirin həyatını 
xilas etməyə cəhd göstərməsi; Şotland Yard işçisi olması; həm 
də  ona  inanıb  belə  bir  postu  tutmağa  zəmanət  verilməsi.  İndi 
isə Daniyelə  qarşı  göstərilən mənfi  faktorlara nəzər salaq:  ona 
əks  olan  o  qədər  də  mənfi  fakt  yoxdur.  Yeganə  fakt  onun  əsl 


 
17 
İngilisə  məxsus  çoxlu  dil  bilməsidir!  /Bağışla,  mon  ami*
ancaq  siz  bir  dilçi  kimi  fərsizsiniz!/    İnandırıcı  fakt  isə  onun 
ağzı  bağlı halda sərhəd  yaxınlığında tapılmasıdır, baxmayaraq 
ki, bu işdə onun əlindən heç şey gəlməmişdi. 
-  O, şübhəni özündən kənar etmək üçün özü, öz ağzını bağlaya 
bilərdi.- Puaro başını yellədi.  
-  Bu cəhətdən Fransa polisi səhv etməzdi. Bundan başqa, o, bir 
dəfə  də  öz  vəzifəsini  yerinə  yetirmişdi;  Baş  Nazirin  həyatını 
xilas  etmişdi.  Mən  düşünürəm  ki,  Daniyelin  ağzının 
xloroformlu əski ilə bağlanması ilə onlar hansı məqsədi yerinə 
yetirməyə ümid bəsləyiblər. İndi Baş Nazir üzə çıxana kimi, o, 
hər nə desə, inandırıcı görsənə bilər. 
 Ola bilsin ki, o, polisin yalnış izə düşdüyünə ümid edib? 
-  Onda bəs, o, nə üçün belə etməyib? O, deyir ki, nəsə bir şey 
mənim  ağzımı  və  burnumu  tutdu,  daha  sonra  heç  bir  şey 
xatırlaya bilmirəm. Onda heç bir yalnış iz yoxdur. Bu həqiqətə 
tamamilə uyğun gəlir. 
-  Yaxşı,-  deyə  divardakı  saata  nəzər  saldım.  –  Mən  güman 
edirəm  ki,  vağzala  yola  düşsək, daha  yaxşı  olar. Sən Fransada 
bu tapmacaya daha çoxlu cavablar tapa bilərsən. 
-    Mümkündür,  dostum,  ancaq  mən  buna  şübhə  edirəm.  Mən 
Baş  Nazirin  göstərilən o  ərazidə tapılmasına hələlik inanıram. 
Onun  orada  gizlədilməsi  qorxulu  olmalı  idi.  Əgər  hər  iki 
ölkənin  hərbiçiləri  və  polisləri  onu  tapa    bilməsələr,  onda  bəs 
mən nə edəcəyəm? 
    Bizi Çarinq Krossda Mister Doc qarşıladı. 
-    Bu,  Şotland  Yard  təhqiqatçısı  Barnes,  bu  isə  mayor 
Normandır.  
      Onlar  sizin  sərəncamınızda  olacaqlar.Sizə  yaxşı  yol!  Bu 
çox çətin işdir, ancaq mən buna o qədər də ümid bəsləmirəm. 
İndi yola düşülməlidir,- deyə Nazir sürətlə onlardan uzaqlaşdı. 
 
 
---------------------------------- 
*Mon ami - əziz dostum 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə