Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   ...   42

 
18 
    Biz  Mayor  Normanla  bir  az  ordan-burdan  çərənlədik.  Mən 
platformada bir qrup adamların arasında dayanıb  söhbət  edən, 
ucaboylu, xoş görkəmli xəfiyyəni dərhal tanıdım. O, Puaronun 
köhnə  tanışı,  Axtarış  İnspektoru  Çəp  idi.  Çəp,  Şotland  Yard 
zabitləri  arasında  ən  ağıllı  işçilərdən  biri  hesab  olunurdu.  O, 
bizə yaxınlşadı və dostumu gülərüzlə salamladı. 
-    Eşitdim  ki,  siz  də  bu  işlə  məşğulsunuz.  Üzücü  işdir.  Uzaq 
olmasına 
baxmayaraq,  yaxşı  məlumat  alıblar,  ancaq  
inanmıram ki, cinayətkarlar onu uzun müddət gizlədə bilsinlər. 
Adamlarımız Fransaya əliboş gedirlər. Bəs Fransızlar? Mən bu 
işdə  onların  bizə  nəsə  bir  kömək  edəcəklərinə  ümid 
bəsləmirəm. 
-    Əgər,  o  sağ  olarsa?  -  ucaboylu    xəfiyyə  tutqun  halda 
müdaxilə etdi. 
-   Bəli, ancaq mən hiss edirəm ki, o sağdır. - Puaro təsdiq etdi. 
-  Bəli, bəli. O sağdır, ancaq o vaxtında tapıla biləcəkmi? Mən 
sizin  fikrinizlə  tamamilə  şərikəm.  Onun  uzun  müddət 
gizlədilməsinə mən də inanmadım. 
    Fit verildi və biz hamımız Pulman*  /hər cür rahatlığı olan 
hərbi  maşın/  maşınına  doluşduq.  Sonra  maşın  asta-asta 
stansiyadan uzaqlaşdı. 
    Bu  çox  gülünc  səyahət  idi.  Şotland  Yard  işçiləri  bir  yerə 
yığışmışdılar.  Şimali  Fransanın  xəritəsi  onların  qarşısında 
açılmışdı.  Xəritədə  göstərilən  hər  yol,  hər  kənd  üzərində 
barmaqlar  gəzişirdi.  Hər  kəs  öz  nəzəriyyəsini  irəli  sürürdü. 
Puaro  isə  sakitcə  oturub  bu  mənzərəni  seyr  edirdi.  Onun 
üzünün  ifadəsi  qəzəbdən  tutulmuş  uşağın  sifətini  xatırlatdı 
mənə.  Mən  zarafatcıl  Normanla  həmsöhbət  olmuşdum.  Puaro 
Doverə  yola  düşəndən    bəri,  mən  də  özümə  həmsöhbət 
axtarmağa  məcbur  oldum,  çünki  o,  nə  dinir,  nə  də  danışırdı. 
İndi onun davranışı anasından ayrı düşmüş quşa bənzəyirdi. O, 
qayığa  minəndə  ümidsiz  halda  qolumdan  tutdu.  Güclü  külək 
əsirdi. 
-  Aman allah! - Puaro gileyləndi. – Bu dəhşətdir. 


 
19 
-  Özünü ələ al, Puaro, - mən ona təsəlli verdim. - Sən bu işdə 
uğur qazanacaqsan. Sən onu tapacaqsan. Mən buna əminəm. 
-  Ah,  dostum,  sən  mənim  emosiyamı  səhv  başa  düşürsən.  Bu 
yaramaz  dəniz  məni  incidir!  Mal  de-mer*(dəniz  xəstəliyi)  - 
Bu zəhrimara qalmış qorxulu şeydir! 
-  O-o! –  dedim.  
    Əvvəl  ürəyin  vurması  eşidildi,  Puaro  inildədi  və  gözlərini 
yumdu. 
-  Mayor  Normanda  Şimali  Fransanın  xəritəsi  var,  baxmaq 
istədrin? 
    Puaro narahat halda başını yırğaladı. 
-    Yox,  yox!  Məni  tək  burax,  dostum.  Sən  bax,  fikirləş,  mədə 
və beyin harmoniyada olmalıdır. 
-    Mal  de-merin  qarşısını  almaq  üçün  Laverquyern  əla  bir 
metodu  var.Əvvəlcə  nəfəs  alırsan,  sonra  yavaş-yavaş  nəfəsini 
buraxırsan,  başını  soldan  sağa  döndərirsən,  hər  nəfəs  alanda 
altıya kimi sayırsan. 
    Mən  Puaronu  gimnastika  ilə  məşğul  olduğu  halda  tərk  edib 
göyərtəyə getdim. 
    Biz asta-asta Buloyn  Harba daxil olanda Puaro göründü. O, 
gülərək  astadan  qulağıma  pıçıldadı  ki,  Laverquyerin  metodu 
onun üçün  uğurlu olmuşdur. 
    Çəpin  barmağı  hələ  də  xəritənin  üstündə  müxtəlif 
“marşrutlar” da hərəkət edirdi. 
-  Cəfəngiyyat!  Maşın  Buloyndan  yola  düşüb.  Burada  onlar 
ayrılıblar.  İndi,  mənə  elə  gəlir  ki,  onlar  Baş  Naziri  başqa 
maşına keçiriblər. Görürsən? 
-  Yaxşı,-  ucaboylu  xəfiyyə  dilləndi.  –  Mən  bütün  limanları 
axtaracağam.  Məlumata  görə  birə  on  dəqiqə  qalmış  onlar    bir 
gəmiyə kontrabanda şeyləri yığmışdılar. 
     Çəp başını silkələdi. 
-  Aydındır.  Dərhal  bütün  limanları  bağlamaq  üçün  əmr 
verilmişdir. 
     Səyahətimiz başa çatanda Mayor Norman Puaronun qoluna 
toxunaraq dedi: 


 
20 
-    Ser, sizi burada bir hərbi maşın gözləyir. 
-    Təşəkkür  edirəm,  müsye.  Ancaq  mən  Buloynu  tərk  etməyi 
məsləhət görmürəm. 
-    Nə?! 
-    Xeyr, biz sahildəki bu mehmanxanaya girəcəyik. 
     Onun 
sözü 
ilə 
hərəkəti 
bir-birini 
tamamlayırdı, 
mehmanxanada  ayrıca  bir  otaqda  qalmasını    tələb  edirdi.  Biz 
üçümüz  tutulmuş  və  çaşqın  halda  onun  arxasınca  getməyə 
məcbur olduq. 
     O, bizə  isindirici bir nəzərlə baxdı. 
-      Sizcə,  yaxşı  xəfiyyə  həmişə  belə  hərəkət  etməlidir?  Mən 
sizn  fikrinizi  başa  düşürəm  və  dərk  edirəm:  yaxşı  xəfiyyə 
enerjili,  yorulmaz  olmalıdır.  O,  özünü  tozlu  yollarda    əyilib 
təkər izlərinə baxmağa məcbur etməlidir. O, siqarət  kötüklərini 
yığmalıdır,  yerə  düşmüş  kibriti  qaldırmalıdır?  O  sizin 
fikrinizdir, elə deyilmi? 
   Onun gözləri bizi nəyəsə çağırırdı. 
-  Ancaq  mən  –  Herkuli  Puaro  –  sizə  deyirəm  ki,  bu  belə 
deyildir! Həqiqətin açarı buradadır! – deyə o, alnını döyəclədi. 
-  Görürsünüz,  mən  Londonu  tərk  etməyə  ehtiyac  duymuram. 
Mənim  üçün  oradakı  otağımda  oturmaq  da  kifayət  edirdi. 
Çünki bu işlərin həlli zamanı qarşıya çıxan çətinliklər yolunda 
çürük  sədd  ola  bilər.  Mən  qəflətən  xəritəni  tələb  edənə  kimi 
oğrular sakitcə və gizlicə öz işləri ilə məşğul olacaqlar. Və mən 
işarə  barmağımı  bir  nöqtəyə  qoyub  deyəcəyəm:  Baş  Nazir 
oradadır! Və bu belədir! Metod və məntiqlə bir şeyi həll etmək 
olar!  Fransaya    edilmiş  bu  yürüş  yalnış  idi.  Bu  uşaqların 
gizlənpaç  oyununa  bənzəyirdi.  Ancaq  indi,  çox  gec  olmasına 
baxmayaraq,  mən  bu  işi  daxildən  işıqlandıracağam,  dostlar 
məni bağışlayın. 
    Beş  saat  olardı  ki,  o,  hərəkətsiz  oturmuşdu,  gözləri  pişik 
gözlərini  xatırladırdı.  Onun  yaşıl  gözləri  get-gedə  parlayır, 
parladıqca  rəngi  daha  da  tünd  yaşıla  çevrilirdi.  Şotland  Yard 
işçisinin  nifrətli  baxışları,  Mayor  Normanın  narahatlığı  və  


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə