Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 
21 
çəkdiyi  daxili  əzablar  aydınca  hiss  olunurdu.  Mən  özüm  isə 
saatlar ötdükcə darıxmağa başladım. 
    Nəhayət,  ayağa  qalxdım,  bacardıqca  səssiz  pəncərəyə 
yaxınlaşdım  və  içərisində  Britaniya  əsgərləri  olan,  Fransadan 
İngiltərəyə üzən gəminin arxasınca baxdım. 
    Birdən Puaronun səsinə diksindim. 
-   Dostlar, gəlin yola düşək! 
    Mən  geri  döndüm.  Dostumu  qeyri-adi  vəziyyətdə  gördüm. 
Onun  gözləri  həyəcandan  od  tutub  yanırdı.  Sinəsi  körük  kimi 
qalxıb-enirdi. 
-  Mən yüngül ağıllı olmuşam, dostlar! Ancaq deyəsən, işıq ucu 
görürəm. 
    Mayor Norman qapıya tərəf tələsdi. 
-   Maşın çağırım. 
-  Lazım deyil, mən ondan istifadə etməyəcəyəm. Allaha şükür 
ki, külək dayanıb. 
-   Ser, piyada getmək fikrindəsiniz? 
-  Xeyr,  dostum,  mən  müqəddəs  Pyotr  deyiləm.  Mən  dənizi 
qayıqla üstün tuturam. 
-   Dənizi keçmək? 
-   Bəli, metodla işləmək üçün işi əvvəldən başlamaq lazımdır. 
Bu  işin  başlanğıcı  isə  İngiltərədədir.  Buna  görə  də  biz 
İngiltərəyə qayıdırıq. 
    Saat  üçdə  biz  yenidən  Çarinq  Kross  platformasında  dayan-
mışdıq.  Puaroya  göstərdiyimiz  öyüd-nəsihətlər  hamısı  boşa 
çıxmışdı.  Dediyimiz  sözləri,  o,  bu  qulağından  alıb,  o  biri 
qulağından  buraxırdı.  Puaro  öz  dediyindən  dönən  deyildi.  O, 
vaxtı itirmədən işin başlanğıcına  doğru tələsirdi. 
    Yolda  o,  Normana  yavaşcadan  bildirmişdi  ki,  Doverdən 
teleqram  göndərsin. Normana xüsusi tapşırıq veriləndən sonra 
biz  lazim  olan  yerə  vaxtında  çatdıq.  Londonda  bizi  böyük  bir 
polis maşını gözləyirdi. Onlardan biri dostuma bir vərəq yazılı 
teleqram verdi. O, mənim sualedici baxışlarımı dərhal sezdi və 
dedi: 


 
22 
-  Londonun  qərbində  eyni  bir  radiusda  yerləşən  kənd 
mehmanxanalarının  siyahısıdır.  Bunun  üçün  Doverdən  teleq-
ram vurmuşdum. 
    Bizim maşın London küçələrində sürətlə şütüyürdü. Biz Bas 
Roudun, Hammersmitin, Cizikin və Brenfordun yanından ötüb 
keçdik.  Əsas  obyektimizi  görməyə  başladım.  Biz  Uindsordan 
birbaş  Askota  tərəf  yollandıq.  Ürəyim  çırpınmağa  başladı. 
Askot  Daniyelin  xalasının  yaşadığı  yer  idi.  Deməli,  biz  onun 
arxasınca gedirdik, bəs onda O”Marfi?! 
    Biz  bir  villanın  darvazası  qarşısında  dayandıq.  Puaro 
maşından  hoppanıb  düşdü,  zəngi  basdı.  Mən  sifətinə  düşmüş 
işıq  şüasında  onun  avazımış  rəngini  gördüm.  Görünür  o,  hələ 
istədiyinə  lazimi  qədər  nail  olmamışdı.  Zəngə  cavab  verildi. 
Puaro  içəri  daxil  oldu.  Bir  az  keçəndən  sonra  o,  yenidən 
göründü. Puaro maşına minəndə kəskin şəkildə başını silkələdi. 
Ümidlərim məhv olmağa başladı. İndi  saat beşə işləyirdi. 
    Biz  Londona  tərəf  geri  qayıdanda,  bir  neçə  dəfə  baş  yoldan 
çıxmalı olduq. Hər dəfə tanış olmayan kənd mehmanxanasının 
qarşısında  dayanır,  bir  neçə  dəqiqəliyə  Puaronu  gözləməli 
olurduq.  O,  çox  ləngimirdi,  hər  dayananda  onun  çöhrəsində 
özünə inam qığılcımları bərpa olunurdu. 
    O, Normana nəsə pıçıldadı və sonra ucadan dilləndi: 
-  Bəli,  əgər  siz  sol  tərəfə  dönsəniz,  onları  körpünün  yanında 
gözləyən görəcəksiniz. 
    Biz  yolun  o  biri  tərəfinə  döndük,  orada  bir  maşın  göründü. 
Maşının  yanında  sadə  geyimli  iki  nəfər  dayanmışdı.  Puaro 
maşından  düşdü  və  onlara  nəsə  dedi.  Sonra  biz  şimal  tərəfə 
istiqamət  götürdük,  həmin  maşın  da  arxamızca  gəlirdi.  Biz 
xeyli  gedib  Londonun  şimal  rayonlarından  birinə  çatdıq. 
Nəhayət  hündür  bir  binanın  qapısı  qarşısında  dayandıq. 
Norman və mən maşında qaldıq, Puaro və başqaları isə qapıya 
tərəf  gedib  zəngi  basdılar.  Qapını  gözəl  görkəmli  bir  qız  açdı. 
Xəfiyyələrdən biri: 
-    Mən  polis  işçisiyəm,  bu  evi  axtarış  haqqında  göstərişim 
vardır – dedi. 


 
23 
    Qız  ona  kiçicik  bir  nəzər  saldı.  Bu  zaman  onun  arxasından 
hündürboylu, orta yaşlı, şux görkəmli bir qadın göründü. 
-  Qapını ört, Elis. Onlar oğrudular. 
    Ancaq  Puaro  cəld  hərəkətlə  ayağını  qapıya  söykəyərək  fit 
verdi.  Dərhal  onu  gözləyən  xəfiyyələr  içəri  doluşdular,  qapı 
onların arxasınca bağlandı.  
    Norman və mən beş dəqiqəyə  kimi gərgin vəziyyət keçirdik. 
Nəhayət,  qapı  açıldı  və  üç  məhbus-  bir  qadın  və  iki  kişi 
göründü.  Qadın  və  kişilərdən  birini  ikinci  maşına  mindirdilər. 
O biri kişini isə Puaro özü ilə bizim maşına gətirdi. 
-  Dostum,  mən  o  biri  maşınla  getməliyəm.  Ancaq  bu 
centlmendən muğayat ol. Sən onu tanımırsan? Yox? Yaxşı, onu 
sənə təqdim edərəm, Müsye O” Marfi!  
    O”Marfi! Heyrətdən ağzım açıla qalmışdı. Biz yenidən  yola 
düşdük. Onun əli qandallı deyildi, ancaq onun aradan çıxmağı 
möcüzə  olardı.  O  heyrətlənmiş  və  pörtmüş  halda,  gözünü 
çəkmədən bizə baxırdı. Hər halda Norman və mən onun üçün 
barıt çəlləyini odlayan kibritdən də artıq olardıq. 
    Bizim hələ şimala doğru getməyimiz məni təəccübləndirirdi. 
Bəs, biz Londona qayıtmırıq? Çox tutulmuşdum. Birdən maşın 
yavaşıdı, mən Hendon aerodromunu dərhal tanıdım. Dərhal da 
Puaronun  fikrini  anladım.  O,  Fransaya  təyyarə  ilə  uçmağa 
qərara almışdı. 
    Bu bir idmançı fikrini xatırladırdı, ancaq onun üzündən hiss 
olunurdu  ki,  bu  işin  hələ  tam  hissəsi  deyildir.  Teleqram  daha 
tez ola bilərdi.  Vaxt isə gözləmirdi. O, Baş Naziri xilas etmək 
üçün şəxsən özü getməlidir. 
    Biz  dayanan  kimi  Mayor  Norman  maşından  yerə  hoppandı, 
onun yerini sadə geyimli bir adam tutdu. O, Puaro ilə bir neçə 
dəqiqə  məşvərət  etdi,  sonra  cəld  çıxıb  getdi.  Mən  maşından 
yerə düşdüm və Puaronun qolundan tutdum. 
-  Səni  təbrik  edirəm,  qoca!  Onlar  sənə  gizlənmə  yerini 
söylədilər?  Ancaq,  bura  bax  ,  sən  dərhal  Fransaya  teleqram 
vurmalısan. Əgər sən özün getsən, gecikə bilərsən. 
    Puaro qəribə bir tərzdə, bir-iki dəqiqə mənə baxdı. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə