Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 
24 
-  Tərslikdən,  dostum,  bir  neçə  şey  vardır  ki,  onu  teleqramla 
göndərə bilmərik. 
    Bu zaman Mayor Norman mülki geyimli bir təyyarəçi zabiti 
ilə geri qayıtdı. 
-  Bu  sizi  Fransaya  aparan  kapitan  Lyaldır.  O,  dərhal  yola 
düşməlidir.  
-  Yun şal isti olar, ser, - deyə gənc təyyarəçi Puaroya müraciət 
etdi. – Əgər istəyirsinizsə, sizə bir palto da verə bilərəm. 
    Puaro saatını çıxarıb ona baxırdı. O, öz-özünə mızıldadı: 
-   Bəli, vaxtdır. Düz vaxtdır!  
    Sonra o, başını qaldırıb nəzakətlə gənc zabitə baxdı. 
-  Mən sizə təşəkkür edirəm, müsye. Ancaq sizin sərnişin mən 
olmayacağam. Sizinlə bu centlmen uçacaq. 
    Puaro  sözünü  deyib,  bir  az  yana  çəkildi.  Qaranlıqdan  bir 
nəfər  çıxıb  irəli  gəldi.  O,  həbs  edilən  ikinci  kişi  idi.  Onun 
sifətinə işıq düşəndə, az qala heyrətdən yerimdə donacaqdım. 
    Bu, Baş Nazir idi. 
-    Allah  xatirinə,  bütün  bunlar  haqqında  mənə  danış,-  deyə 
Puaro,  Norman  və  mən  Londona  qayıdanda  səbirsizcəsinə 
ucadan dilləndim. 
-  Onlar Baş Naziri İngiltərəyə necə qaytarıb gətiriblər? 
-    Onu  İngiltərəyə  gətirməyə  ehityac  yox  idi,  -  Puaro  cavab 
verdi.  –  Baş  Nazir  İngiltərəni  heç  vaxt  tərk  etməyib.  O, 
Uindsordan Londona gedərkən yolda oğurlanmışdır. 
-  Nə?! 
-  Hamısını  aydınlaşdıracağam.  Baş  Nazir  öz  maşınında  imiş, 
yanında  da  onun  katibi.  Birdən  Nazirin  sifətinə  xloroformlu 
yaylığı çəkiblər. 
-   Bəs kim? 
-    Fərasətli  dilçi,  Kapitan  Daniyel.  Tezliklə  Baş  Nazir  huşunu 
itirir.Daniyel  cəld  mikrofonu  götürür,  O”Marfinin  sağa 
dönməsinə istiqamət verir. Sürücü də buna şübhələmədən əməl 
edir.  Bir  az  keçdikdən  sonra  narahat  yolda  böyük  maşının 
dayandığını  görürlər.  Həmin  maşının  sürücüsü  O”Marfini 
saxlatdırmaq  üçün  bir  neçə  dəfə  siqnal  verir.  O”Marfi  maşını 


 
25 
əyləyir,  yol  adamı  ona  yaxınlaşır,  Daniyel  başını  pəncərədən 
çıxarır, ola bilsin  ki, bu kömək etmək üçün bir işarə imiş.  Bu 
zaman  xloroform  oyunu  yenidən  təkrar  olunur.  Huşlarını 
itirmiş iki nəfər köməksiz adamı onlar başqa maşına aparırlar. 
Onların yerini isə iki nəfər yad adam tutur. 
-   Bu ola bilməz! 
-  Hələ, bu hamısı deyil! Sən myüzik- holda tanınmış şəxslərin 
necə  ustalıqla  təqlid  olunmasını  görməmisənmi?    İctimai 
xarakterli rol oynamqdan asan heç bir şey  yoxdur. Mister Con 
Smit üçün də İngiltərənin Baş Naziri rolunu oynamaq o qədər 
də  çətin  deyildir.  O”Marfinin  əvəzedicisi  isə  Baş  Nazirdən 
ayrılandan  sonra  maşını  birbaşa  Çarinq  Krossdan  dostlarının 
toplaşdıqları  yerə  sürmüşdü.  O,  içəri  O”Marfi  kimi  girmiş, 
çıxanda  isə  tamamilə  başqa  bir  adam  kimi  çıxmışdı.  O”Marfi 
isə şübhəli tərzdə qeyb olmuşdu. 
-  Ancaq Baş Nazir rolunu oynayan adamı hamı görmüşdü?! 
-  Onu  heç  kim  görməmişdi.  Daniyel  onu  başqaları  ilə  əlaqədə 
olmaqdan  bacardıqca  qoruyurdu.  Hər  ehtimala  qarşı  üzünü 
sarımışdılar  ki,  həyatına  edilmiş  qəsddən  qorxu  hissi  
keçirməsini hamı  görsün. Mister MakAdamın zəif boğazı  var. 
O, həmişə hər hansı nitqində səsinə bacardıqca çox sərf etməyi 
xoşlayır. Baş Nazirin orada yoxa çıxması heç cür mümkün ola 
bilməzdi.  Fransa  polisləri  İngilis  kanalını  üzüb  keçməyə 
tələsirlər, ancaq onların heç biri  ilk hücumun  təfərrüatına vara 
bilmirlər.  Xəyalən  belə  düşünürlər  ki,  sui-qəsd  Fransada  baş 
verib, Daniyelin ağzı bağlı halda tapılması və xloroform Fransa 
polisinə bunu sübuta yetirməyə imkan verməmişdir. 
-  Bəs Baş Nazir rolunu oynayan kim olub? 
-  Həmin  adam  özü  bu  maskanı  çıxarmağa  məcbur  olub.  O  və 
sürücü  naməlum  şəxslər  kimi  həbs  oluna  bilərdi.  Onlar 
tamaşanın  bu  hissəsini  oynamağı  arzu  etməmiş  və  açıq-aydın 
ifşa olunmağa məruz qalıblar. 
 -   Bəs həqiqi Baş Nazir? 
 -  Baş  Nazir  və  O”Marfini  birbaşa  Hampstiddə,  Daniyelin 
“xala”sı,  missis  Everardın  evinə  gətiriblər.  Həqiqətən  də,  o, 


 
26 
Frau  Berta  Ebentaldır,  polis  onu  bir  neçə  müddətdir  ki, 
axtarırdı.Bu  mənim  onlara  xırda  bir  qiymətli  hədiyyəm 
oldu.Daniyel  bunun  yanında  boş  şeydir.Çox  ağıllı  plan  idi, 
ancaq bu plan Herkuli Puaronun ağılı qarşısında məğlub oldu. 
 -  Siz bu işdə həqiqəti əvvəlcə nə vaxt duymağa başladınız? 
 -  Mən  işin  düzgün  tərəfinə  müdaxilə  edən  zaman  həqiqəti 
anlamağa  başladım.  Nazirə  atəş  açılmasına  şübhə  etmirdim, 
ancaq nəticədə Baş Nazirin Fransaya sifəti yaralı halda getməsi 
məni  dərindən  düşünməyə  məcbur  etdi!  Mən  Uindsor  və 
London  arasında  yerləşən  bütün  kənd  mehmanxanalarına  baş 
çəkəndə,  oraya  belə  bir  adamın  gəlməməsini  eşidəndə, 
düşüncələrimin  düzgünlüyünə    bir  daha  əmin  oldum!  Bundan 
sonra isə hər şey mənim üçün uşaq oyununa çevrildi! 
    Səhərisi  Puaro  mənə  yenicə  aldığı  bir  teleqramı  göstərdi. 
Orada yalnız bircə söz yazılmışdı: “Vaxtında!” 
    Sonra  axşam  qəzetləri  müttəfiqlərin  konfransının  hesabatını 
geniş  şəkildə  şərh  etmişdi.  Onlar  Mister  MakAdamın  alovlu 
çıxışının  sürəkli  alqışlarla  qarşılanmasını,  onun  hamıya  dərin 
təsir bağışlamasını xüsusi qeyd etmişdilər. 
                         
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə