Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 
27 
 
       
Bir milyon dollarlıq istiqrazın                           
                      oğurlanması
                                                                  
 
 
-  Görün,  bir  nə  qədər  istiqraz  oğurlanıbdır!-  deyə  bir  səhər 
qəzetdə  çıxmış  yazını  dostuma  göstərdim.  –  Puaro,  gəl, 
təhqiqat elminin xatirinə bu cinayət işini açaq! 
 - Siz, onu necə deyirlər,- bir əldə iki qarpız tutmaq istəyirsiniz, 
dostum? 
 - Yaxşı, siz bir buna baxın. London və Şotland Bankının Nyu -
Yorka  göndərdiyi  bir  milyon  dollar  Liberti  İstiqrazı*, 
təəccüblü də olsa, “Olimpiya” gəmisində yoxa çıxmışdır. 
 -  Əgər  dəniz  xəstəliyi  və  Laverquyerin  uzun  müddət  apardığı 
təcrübənin  çətinliyi  olmasaydı,  mən  də  bu  böyük  laynerdə 
Kanalı**  keçib,  həvəslə  səyahətə  çıxardım,-  deyə  Puaro 
dodaqaltı  mızıldadı. 
-  Bəli,  doğrudur,  -  dedim.  –  Bu  cür  təmtəraqlara  ancaq 
saraylarda  rast  gəlmək  olar;  üzmək  üçün  hovuz,  restoranlar, 
barlar,  palma  ağacları,  -  həqiqətən  də  bütün  bunların  dənizdə 
olmasına inanmaq çətindir. 
-    Mən  dənizdə  nə  vaxt  səyahətə  çıxmağın  lazım  olduğunu 
yaxşı bilirəm, - deyə Puaro təəccüblə dilləndi. – Və saydığınız 
bu  oyun-  oyuncaqlar  mənə  heç  bir  şey  demir,  ancaq,  dostum, 
bir anlığa  hesab et ki, səyahətə çıxan dahilər bəzən, başqasının 
adı  altında hərəkət  edirlər! Suda üzən bu təmtəraqlı saraylara, 
indicə  adlarını  sadaladığınız  o  şeylərə,  yalnız  cinayət 
dünyasının  ən  yüksək  aristokrat  təbəqəsində  rast  gəlmək 
mümükündür! 
 
------------------------------------------------------ 
   *  Bu,  “Qızıl  İstiqrazları”  Birləşmiş  Ştatlar  hökuməti  Konqresinin 
qərarı  ilə  1917-ci  il  aprelin  24-də  və  1919-cu  il  martın  3-də 
buraxılmışdı. 
 **  La-Manş kanalı nəzərdə tutulur.
 


 
28 
   Mən güldüm. 
-  Elə  buna  görə  də  siz  entuziazist  deyilsiniz!  Siz  Liberti 
İstiqrazlarını oğurlayan adamı şpaqaya keçirərdinizmi? 
    Bu vaxt ev sahibəsi bizə mane oldu: 
-  Mister Puaro, sizi bir xanım görmək istəyir. Buyurun, bu da 
onun görüş vərəqəsidir. 
    Vərəqədə qeyd edilmişdi: Miss Esmi Farkuhar. 
    Puaro  yeməkdən  sonra  stolun  altına  tökülən  çörək 
qırıntılarını    yığdı,  ehtiyatla  onu  kağız  parçaları  atılmış  zibil 
səbətinə  qoyaraq,  başı  ilə  ev  sahibəsinə  Miss  Farkuharı  içəri 
buraxmasına işarə etdi. 
    Bir  neçə  dəqiqədən  sonra  otağa  adamı  ilk  baxışda  özünə 
əfsunlayan,  adam  üzünə  baxmağa belə cəsarət  etməyə utanan, 
füsünkar  bir  gözəl  daxil  old.  O,  təxminən  iyirmi  beş  yaşlı,  iri 
qəhvəyi  gözləri  olan  bir  qız  idi.  Onun  səliqəli  geyimi 
görkəminə xüsusi gözəllik verirdi. 
-  Buyurun,  əyləşin  xanım.  Bu  mənim  dostum  kapitan 
Hastinqsdir. O, mənə kiçik məsələlərdə kömək edir,- deyə mən 
dostum kapitan Hastinqsi qıza təqdim etdim. 
-  Məncə,  bu  gün  sizə  gətirdiyim  xəbər  böyük  əhəmiyyətli 
məsələdir,  Mister  Puaro,-  qız  oturaraq  sözə  başladı.  Cəsarətlə 
deyə  bilərəm  ki,  siz  artıq  bu  barədə  qəzetlərdə  oxumusunuz. 
Mən  “Olimpiya”dan  oğurlanmış  Liberti  İstiqrazlarını  nəzərdə 
tuturam. 
    O,  Puaronun  üzündə  bir  neçə  dəfə  təəccüb  ifadəsi  gördü  və 
söhbətini tez davam etdirməyə başladı: 
-   Şübhəsiz, özünüzdən soruşa bilərsiniz ki, mən bu London və 
Şotland Bankı birliyi ilə niyə belə ciddi maraqlanıram. 
Bunun bir tərəfdən heç bir şey üçün, digər tərəfdən isə hər şey 
üçün əhəmiyyəti vardır. 
- A!... Mister Filip Ricvey... Onlar istiqrazların oğurlanmasında 
ittiham olunmuşdur. Əlbəttə, onun müqəddəs olmasına heç bir 
sübut yoxdur, o heç vaxt belə iş tutmaz, bu işdə o, günahsızdır. 
    
 
 


 
29 
Bununla belə, o, bu iş üstündə ağlını itiribdir, sərsəm olubdur. 
Mən bilirəm, onun dayısı ona təkid edirdi ki, gələcəkdə o, özü 
üçün  müəyyən  mülkə  sahib  olmalıdır.  Bu  mülkü  yaratmaqda 
isə  nişanlım  çox  aciz  idi.  Ümumiyyətlə,  bu  onun  karyerasına 
tamamilə zidd olan bir amil idi.. 
-   Onun dayısı kimdir? 
-  Mister  Vavasour,  London  və  Şotland  Bank  Birliyinin  baş 
müdiri. 
-    Miss  Farkuhar,  ümid  edirəm  ki,  siz  bu  hekayənin  hamısını 
əvvəldən axıra kimi nəql edəcəksiniz, eləmi? 
-Yaxşı.Bildiyiniz 
kimi 
Bank 
Amerikada 
kreditləri 
genişləndirmək  arzusunda  idi.  Bu  səbəbdən  də  ora  bir  milyon 
dollarlıq  Liberti  İstiqrazları  göndərməyi  qərara  aldı.  Mister 
Vavasour,  bu    işdə  uzun  müddət  etibarlı  mövqe tutmuş,  Nyu-
Yorkda bank işlərindən yaxşı baş çıxara bilən öz bacısı oğlunu 
seçmişdir.  Ayın  23-də  “Olimpiya”  gəmisi  Liverpuldan  yola 
düşdü.  İstiqrazları  Filipə  Mister  Vavasour,  Mister  Şou  və  iki 
nəfər  də  London  və  Şotland  Bank  birliyinin  baş  müdirləri 
vermişdilər.Onlar  əvvəlcə  istiqrazları  saymış,  bir  bağlama 
düzəldib möhürləmişdilər. Filip də bağlamanı dərhal çamadana 
qoyub ağzını kilidləmişdi. 
-  Çamadanın kilidi adi kilid idi? 
-    Xeyr,  Mister  Şou  bu  xüsusi  kilidi  Habsda  sifariş  etmişdi. 
Filip  bağlamanı  sandığın  dibində  yerləşdirmişdi.  Bağlama  
Nyu-Yorka çatmamışdan  əvvəl  oğurlanıbdır.  İstiqrazlar elə  bil 
ki, bütünlüklə havaya buxarlanmışdır. 
-  Puaro üz-gözünü büzüşdürdü. 
-  Ancaq  onlar  tamamilə  yoxa  çıxmayıbdır.  Mən  belə  qərara 
gəlirəm  ki,  “Olimpiya”nı  doka  qoyana  qədər,  yarım  saat 
içərisində    istiqrazları  kiçik  bağlamalarda  satmışdılar!  Yaxşı, 
şübhəsiz, növbəti işim Mister Ricveyi görmək olacaqdır. 
-  Mən  sizi  lanç  yeməyinə,  “Çeşire  Çize”  restoranına  dəvət 
edirəm.  Filip  də  məni  orada  gözləyəcək.  Amma  Filip  mənim 
onun tərəfindən sizinlə məsləhətləşməyimi bilmir.  


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə