Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.

səhifə10/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

17. Qarabağ regionunun I Dünya 
müharibəsi illərində ictimai-siyasi vəziyyəti
I Dünya müharibəsinin davam etdiyi bir zamanda Rusiyada Fevral burjua inqilabı baş
verdi (1917-ci il). Bu zaman Yelizavetapolda (Gəncə) və digər qəza şəhərlərində
ictimai təşkilatların icraiyyə komitələri yaradılmışdı. Quberniya və onun qəzalarına
Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetapolda
Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı. Eyni zamanda, qəza şəhərlərində
(Şuşa-Pənahabad, Nuxa, Karyagin və d.) də sovetlər təşkil edilmişdi. Yelizavetapol
quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905 ildən
başlayaraq milli-siyasi təşkilatlanma genişlənirdi. Milli azadlıq hərəkatının görkəmli
xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfi- bəyli,
Həsən bəy Ağayev və b. böyük iş aparırdılar. Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında
“Türk ədəmi-mərkəziyyət” partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı
mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatlan birləşərək, eyni
mövqedən mübarizə apanrdılar. Oktyabr çevrilişindən (1917-ci il) sonra Sovet
hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetapol
quberniyasının mövqeyini daha da möhkəmləndirdi.
«Qafqaz təqvimi»nin (1917-ci il) məlumatına görə Yelizavetapol quberniyasında 4
şəhər (Gorus, Şuşa, Yelizavetapol, Nuxa (Şəki)) və 8 qəza (Zəngəzur, Şuşa, Cavanşir,
Karyagin (Fizuli), Yelizavetapol, Nuxa, Ərəş, Qazax) var idi
Qarabağ ərazisi də daxil olmaqla Yelizavetapol quberniyasının ərazisi 38922,43 kv.
verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli
sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754
nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%)
qəzalarda yaşayırdı. Əhalinin 783065 nəfəri (61,41%) azərbaycanlılar, 36957 nəfəri
(2,90%) ruslar və s.


Yelizavetapol quberniyasında quberniya idarə sistemi mövcud idi. Quberniyanı hərbi
qubernator, 1872 ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin,
ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatin torpaq vardı. Əhali
müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq ipəkçilik, üzümçülük, heyvandarlıq və s.),
sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və
əlvan metallurgiya sənayesi müəssisələri (Yelizavetapol və Zəngəzur qəzaları)
yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) da burada idi.
Sözügedən dövrdə Yuxarı (Dağlıq) Qarabağ inzibati vahid deyildi. Ona görə də o
dövrün Rusiya statistikasında Yuxarı (Dağlıq) Qarabağ əhalisinin sayı və etnik tərkibi
haqqında konkret məlumat yoxdur.
«Qafqaz təqvimi» məcmuəsinə görə, 1917-ci ildə Qarabağda, yəni Yelizavetapol
quberniyasının Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında cəmi 339 min nəfər əhali
yaşamışdır.


18. AXC-nin yaradılması, Qarabağda ermənilərin 
azərbaycanlılara qarşı soyqırımı
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yeni yaradılmış
Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı
əsassız iddia irəli sürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Xalq
Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanm tərkib hissəsi sayır və
burada siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə
quberniyası, keçmiş Yelizavetapol qubemiyasma yeni əlavə edilmiş ərazilər hesabına
xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla,
qalan 10 qəza (Şuşa, Cəbrayıl, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Qazax,
Gəncə, Nuxa, Ərəş) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı
şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi.
1918-ci il 5 noyabrda Yelizavetapolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı
azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Müsəlman
süvari polku yaradıldı.
Azərbaycanın Qarabağ regionu tarixən Cənubi Qafqazda böyük strateji əhəmiyyət kəsb
edirdi. Rusiya, İran, Türkiyə, Ermənistan, həm də dünyanın aparıcı dövlətləri bu
bölgəyə xüsusi maraq göstərirdilər.
Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və
Zəngəzurun müharibə meydanına çevrilməsinə gətirib çıxarmışdı. Qarabağda erməni
separatizmi özünün tüğyan həddinə çatmışdı. Belə şəraitdə Azərbaycan hökuməti
Qarabağda və Ermənistanda sərhəd bölgələrində baş qaldıran erməni separatizminin
yatırılması üçün kompleks tədbirlər gördü.


Azərbaycan hökuməti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirdi. Azərbaycanın
bütün səlahiyyətlərinin qorunmasına doğru istiqamətlənmiş daxili və xarici siyasət
həyata keçirməyə başladı. Bütün bunların nəticəsində 1918-1920-ci illərdə Qarabağda
erməni separatizmi xeyli zəiflədildi və orada Azərbaycanın suveren hüquqları bərpa
edildi. O vaxt Azərbaycan milli hökumətinin qətiyyətli fəaliyyəti nəticəsində
Azərbaycanın torpaq bütövlüyü qorunub saxlanıldı.
I Dünya müharibəsi cəbhəsindən qayıdan rusların öz silahlarını ermənilərə verməsi ilə
əlaqədar olaraq erməni-daşnakların əlinə böyük miqdarda silahın keçməsi
azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinə səbəb oldu. Belə ki, Rusiyaının
himayəsindən istifadə edən ermənilər I Dünya müharibəsi bitdikdən sonra bəzi Avropa
dövlətlərinin siyasətindən yararlanaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
etdilər.
Qarabağın general
qubernatoru Xosrov
bəy Paşa bəy oglu
Sultanov
1918-ci ilin əvəllərində türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında “Ararat”
adlı dövlət yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı
ərazi iddiaları irəli sürdülər. Zəngəzurdan keçməklə Qarabağa girmək istəyən
Andranikin dəstəsinə Sultan bəy ağır zərbə vurdu. Lakin daşnak qüvvələri müxtəlif
yollarrla Qarabağa soxuldular. 1918-ci ildə ermənilər Qarabağda soyqırımı törətdilər.
Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə
azərbaycanlını öz doğma yurdlarından qovdular.
1919-cu il yanvarın 13-də X.P.Sultanovun rəhbərliyi ilə Cavanşir, Şuşa, Cəbrayıl və
Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubematorluğu yaradıldı.
Yuxarı Qarabağda ermənilərin silahlı dəstələrinin hücumları X.P.Sultanovun gorduyu
tədbirlər nəticəsində dəfələrlə dəf edildi.




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə