Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   14

22. Dağlıq Qarabağ 20-ci yüzilliyin 
90-cı illərinin sonu
1940-cı illərin sonlarından etibarən DQMV-nin dövlət idarə orqanlarında, təsərrüfat,
mədəni-maarif ocaqlarında çalışanların böyük əksəriyyəti ermənilər idi.
Erməni ideoloqları Azərbaycan SSR-in tərkibində yaşamağın siyasi, sosial-iqtisadi
cəhətdən problem olması iddiası ilə çıxış edirdilər. Halbuki DQMV-də 1940-cı illə
müqayisədə 1950- ci ildə ümumi məhsul istehsalı sənayedə 74 faiz, kənd
təsərrüfatında 32 faiz artmışdı. 20-ci yüzilliyin 46-70-cı illərində DQMV-də sənaye,
kənd təsərrüfatı, mədəniyyət inkişaf etmiş, əhalinin maddi rifah halı xeyli
yaxşılaşmışdır. Bu dövrdə elm, təhsil, əbədiyyat, incəsənət və kütləvi informasiya
vasitələri xeyli inkişaf etmişdir. 1946-1970-cı illər ərzində DQMV-də 19 yeni tipli
məktəb tikilmiş, kitabxanaların sayı 187-yə çatdırılmış, klubların sayı 190-ı,
kinoqurğularınkı 150-ni keçmişdir. 1960-cı illərdə Muxtar Vilayətdə 4 radio verilişləri
studiyası yaradılmış, qəzetlərin nəşri isə 2,7 dəfə artmışdır. DQMV-də 1946-1960-cı
illərdə yeddillik, səkkizillik və orta icbari təhsilə keçid baş vermiş, ali təhsilin şəbəkəsi
genişləndirilmişdir. Bu zaman müxtəlif ixtisaslı erməni, rus millətindən olan kadrların
sayı xeyli artmışdır. Bununla bərabər, DQMV ərazisində yaşayan azərbaycanlıların
dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarılması halları artırdı. Bunun əksinə olaraq
bölgədə ermənilərin sayının artmasına və onların daha firavan yaşamasına şərait
yaradılırdı.
Vilayət Partiya Komitəsinin, DQMV Xalq Deputatları Sovetinin 4 yanvar 1963-cü il
tarixli qərarı ilə Şuşa rayonu ləğv edildi. 289 kvadrat kilometrlik ərazi, 37 kənd, 1
qəsəbə və 1 şəhər Xankəndi rayonuna birləşdirildi. Şuşanın rayon statusu 6 yanvar
1965-ci ildə yenidən bərpa olundu.
Ümumiyyətlə, 1946-1960-cı illərdə SSRİ-də totalitar rejim daha da gücləndi. Mərkəzin
bilavasitə təhriki və təbliği ilə əvvəlki illərdə olduğu kimi 20-ci yüzilliyin 60-cı illərində
də Ermə-


nistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları davam etdirildi. Moskvanın köməyi
ilə Qarabağda erməni millətçiliyi dərin kök saldı. Burada yaşayan yüzlərlə
azərbaycanlının öz ata-baba torpaqlarından müxtəlif yollarla sıxışdınlaraq çıxarılması
başlandı. Onlarla azərbaycanlı erməni terrorunun qurbanı oldu. Hətta azğınlaşmış
erməni dəstələri qətllər törətməkdən belə çəkinmirdilər. DQMV ərazisində qədim tarixə
malik türk mənşəli toponimlər erməni adlan ilə əvəzləndi. Belə bir şəraitdə Respublika
rəhbərliyi seyrçi mövqe tutdu.
Sovetlər dövründə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli
işlər aparıldığı 1960-1970-ci illərdə ulu öndər Heydər Əliyev bunun qarşısının alınması
üçün bir sıra tədbirlərin görülməsinə nail oldu. Azərbaycan KP MK-nın Birinci Katibi
seçildikdən sonra Heydər Əliyev erməni separatçılanın mənfur niyyətlərinin qarşısını
almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq
üçün müəyyən tədbirlər həyata keçirdi. Onlara bəhanə yeri qoymadı. Bu da erməni
ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu. 1969-cu
ildən etibarən idarəçilik möhkəmləndirildi, işdə qanunlar öz yerini tutdu.
Qeyd etmək maraqlıdır ki, 1978 ildə Mardakertdə (Ağdərə) ermənilər Azərbaycanın bu
ərazisinə köçürülüb gəlmələrinin 150 illiyi şərəfinə abidə ucaltmışdılar. Lakin ermənilər
bu ərazilərə gəlmə olduqlarını gizlətmək, özlərini Qarabağın “yerli əhalisi” kimi qələmə
vermək üçün həmin abidəni dağıtdılar.


Ermənilər 1828-ci ildə İrandan Azərbaycana köçürüldülər. Qarabağda ən
yaxşı torpaqlarda yerləşdirildilər. Məskunlaşdıqları yerlərdən birini İranda
yaşadıqları yer kimi “Marağa” adlandırdılar. 1978-ci ildə köçüb gəldiklərinin
150 illiyi münasibətilə bayram etdilər, abidə qoyub, dövrəsində “Marağa-
150” yazdılar. “Qarabağ problemi” ərəfəsində isə bu abidəni ermənilər tez-
tələsik sökərək izi itirməyə çahşdılar.



23. XX əsrdə Qarabağda mədəniyyətin inkişafı
Azərbaycanın dahi
bəstəkarı Üzeyir
bəy Hacıbəyli
Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rolu olan regionlardan biridir.
Qarabağın zəngin mədəniyyətə malik Şuşa- Pənahabad şəhəri Azərbaycanda müstəsna
əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəri olmuşdur. İlk dünyəvi məktəb
1830-cu ildə Şuşada açılmışdır. Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik
biliyə malik şəxslər vermiş regiondur. Yüksək istedada malik olan və müsəlman
aləmində operanın banisi Üzeyir bəy Hacıbəyli kimi dahi, Zülfüqar bəy Hacıbəyli, Zakir
Bağırov, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələskərov və Əfrasiyab
Bədəlbəyli kimi böyük bəstəkarlar bəxş etmişdir.
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Qurban Pirimov, Xan Şuşinski, Rəşid
Behbudov, Firudin Şuşinski, Zülfü Adıgözəlov kimi görkəmli mədəniyyət xadimləri
Azərbaycan musiqi sənətinin inkişafında xüsusi rol oynamışlar.
 



Qarabağın məşhur sənətkarları


24. XX əsrin sonlarında Dağlıq Qarabağa 
erməni təcavüzünün başlanması
SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni
separatçıları yenidən fəallaşdılar.
1988-ci ildən etibarən erməni ideoloqları «dənizdən-dənizə böyük Ermənistan»
uydurmasını yenidən ortaya atmaqla münaqişənin dərinləşməsinə zəmin yaratdılar.
SSRİ rəhbərliyinin xeyir-duası ilə milli ədavətin qızışdınlması başlandı. Müxtəlif yollarla
DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və
Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi
meydanına çevrildi.
1987- ci ilin əvvəllərindən erməni millətçilərinin təhriki ilə Yuxarı (Dağlıq) Qarabağda
ermənilərin mitinq, nümayiş və küçə yürüşləri başladı. Bütün bunlar isə DQMV-nin
siyasi, sosial- iqtisadi və mədəni həyatında böhranlı vəziyyət yaratdı. SSRİ
rəhbərliyinin antiazərbaycan siyasəti nəticəsində münaqişə ocağı daha da alovlandı.
1988- ci il fevralın 20-də DQMV Xalq Deputatlan Sovetinin 20-ci növbədənkənar
sessiyasında «DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə
verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsadət
qaldırmaq barəsində» qərar qəbul edildi. Əslində bu qərar əsassız idi. Çünki Xalq
Deputatlan Sovetinin belə qərar qəbul etməyə ixtiyarı yox idi.
Yuxarıda göstərilən faktlara baxmayaraq ermənilər qanunsuz hərəkətlərini davam
etdirirdi. 1988-ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin
Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. 15
iyunda isə Ermənistan SSR Ali Soveti tərəfindən DQMV-nin Ermənistan SSR tərkibinə
daxil olması haqqında müraciət qəbul olundu.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi və


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə