Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   14

Münaqişə başlanandan indiyədək keçən dövr ərzində münaqişənin həllinə səy
göstərilsə də, Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi nəticəsində heç
bir nəticə əldə edilməmişdir. Azərbaycan Respublikasının torpaqları hələ də
Ermənistan Respublikasının işğalı altındadır.
Erməni vandalizminin nəticələri


27. Ulu öndər Heydər Əliyevin Azərbaycanda 
siyasi hakimiyyətə qayıdışı ilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində 
yeni mərhələnin başlanması
1993-cü ilin may-iyununda Azərbaycanda siyasi, ictimai, hərbi vəziyyət dövlət böhranı
həddinə çatmışdı. Azərbaycan Respublikası vətəndaş müharibəsi və müstəqilliyini
itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vəziyyətdə Ümummilli lider Heydər
Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. İyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-dən isə Azərbaycan
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü ilin oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildi.
1993-cü ilin sonunda Heydər Əliyevin göstərişi ilə Azərbaycanın hərbi rəhbərliyində bir
sıra vacib tədbirlər həyata keçirildi. Mərkəzləşmiş komandanlıq və idarəetmə sistemi
təkmilləşdirildi. Təlim mərkəzləri və poliqonlarda döyüş hazırlığının səviyyəsi


yüksəldildi. MDB ölkələrindən azərbaycanlı zabitlərin Azərbaycan Respublikasının Milli
Orduya cəlb olunması prosesi intensivləşdirildi. Həmçinin, Milli Orduya könüllülərin
geniş şəkildə cəlb olunmasına başlanıldı.
1993- cü ilin oktyabrından 1994-cü ilin mayına qədər Silahlı Qüvvələrə 4 çağırış həyata
keçirildi. Xaricdən silah və texnika alındı. Bir sıra xarici dövlətlərlə hərbi əməkdaşlığı
genişləndirildi. Bütün bunlar Milli Ordunun döyüş qabiliyyətini xeyli yüksəltdi.
İki aylıq əməliyyatların gedişində bir sıra nəticələrə nail oldu. Bir sıra yaşayış
məntəqəsi düşməndən təmizləndi.
Azərbaycan ordusunun 1993-cü il dekabr-1994-cü il fevral hücumu Dağlıq Qarabağ
müharibəsi prosesində mühüm hadisə olu. Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan Heydər Əliyevin hərbi-siyasi rəhbərliyi altında bu hücum əməliyyatı ilə
düşmənə qarşı qətiyyət nümayiş etdirildi. Ordumuzun hücum əməliyyatı keçirmək
qabiliyyəti və döyüş əzmi özünü bütün gücü ilə göstərdi. Orduda döyüş əhval-ruhiyyəsi
bərpa edildi, işğal edilmiş ərazilərin bir hissəsi azad olundu.
1994- cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası
Assambleyasının iclası çərçivəsində atəşkəslə bağlı danışıqlar başlandı
1994-cü ilin may ayında Minsk qrupunun fəaliyyəti nəticəsində Brüsseldə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən NATO-nun «Sülh naminə
tərəfdaşlıq» çərçivə sənədi imzalandı və Rusiya Federasiyasının vasitəçiliyi ilə
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında atəşkəs barədə
razılaşma əldə olundu. 1994-cü il mayın 12-də Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında müvəqqəti atəşkəs elan olundu və həmin gündən qüvvəyə
mindi.


28. Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin həlli ilə bağlı genişmiqyaslı fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş və çıxışlarında
dəfələrlə qeyd etmişdir ki, «Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsidir». Dövlətimizin başçısının konseptual səciyyə daşıyan
bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması birmənalı şəkildə
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Cənab Prezident qətiyyətlə bildirir ki,
«Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol
verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi,
iqtisadi, hərbi imkanlardan istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir».
«Azərbaycan torpaqları danışıq predmeti ola bilməz».
Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi kursa əsaslanan ölkəmizin diplomatik
korpusu Azərbaycan


həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz işlər aparır. Bunun
sayəsində Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan
işğalçı dövlət olması faktı artıq əksər dünya dövlətləri tərəfindən qəbul edilmişdir. Bu
da Ermənistanın siyasi mövqelərinə ciddi zərbə deməkdir. Hazırda beynəlxalq
təşkilatlar münaqişənin həlli ilə bağlı fəaliyyətini xeyli dərəcədə gücləndirmiş,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə daha obyektiv mövqedən
diqqət ayırmağa başlamışlar. BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu
beynəlxalq qurumlar problemin ərazi toxunulmazlığı prinsipi əsasinda həllini
dəstəkləyirlər.
Prezident İlham Əliyev bütün çıxışlarında Dağlıq Qarabağ probleminin ədalətli
həllindən bir an belə kənarlaşmayacağını, Qarabağ torpaqlarının azad edilməsi üçün
bütün vasitələrdən istifadə ediləcəyini birmənalı şəkildə bəyan edir. Təsadüfi deyil ki,
nifuzlu beynəlxalq qurumlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
Azərbaycan tərəfinin fikirlərini daha prioritet hesab edirlər.
Prezident ilham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan
Respublikasının milli maraqlarına tam cavab verməklə respublikanın beynəlxalq
aləmdə daha geniş miqyasda tanınmasına xidmət edir. Azərbaycanın sürətli inkişaf
yolunda olması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu
nəticə əldə ediləcəyinə böyük inam yaradır.
Prezident İlham Əliyev ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə dəfələrlə beynəlxalq səviyyəli
görüşlər keçirmiş, danışıqlar aparmışdır. O, davamlı olaraq ATƏT-in Minsk qrupunun
ABŞ, Fransa və Rusiya Federasiyasıdan olan həmsədrlərini qəbul edir və münaqişənin
həlli ilə bağlı konstruktiv ədalətli təkliflər irəli sürür.


29. Qarabağ müharibəsində Azərbaycan torpaqlarının
müdafiəsi uğrunda əsgərlərimizin qəhrəmanlıqları
Ermənistanın və onun havadarlarının hərbi birləşmələrinin Azərbaycan Respublikasının
ərazilərinə, onun əzəli və əbədi bir parçası olan Dağlıq Qarabağa, həmçinin ona bitişik
bölgələrə hərbi təcavüzü zamanı Azərbaycanın qəhrəman oğulları göstərdikləri
igidliklərə görə ölkə rəhbərliyi tərəfindən Vətənin yüksək mükafatlarına layiq görülmüş,
onların adları əbədiləşdirilmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti və
Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahasəndə həyata
keçirdikləri böyük tədbirlər, ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəldilməsinə
yönəldilmiş beynəlxalq layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycanın
dünya dövlətləri birliyinə inamlı inteqrasiyası, uğurla apanlan daxili və xarici siyasət
gələcək qələbələrimizə böyük zəmin yaratmışdır.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu inamla və ardıcıl olaraq həyata keçirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq görüşlərində və
çıxışlarında Dağlıq Qarabağla bağlı Azərbaycan xalqının arzu və istəklərinin həyata
keçirilməsini birmənalı şəkildə bəyan edir. Azərbaycan xalqı əmindir ki, onun hörmətli
Prezidenti ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin edilməsi üçün bütün qüvvələri
səfərbər edəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu layiqincə davam
etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Respublikasının müstəqilliyi və tərəqqisi naminə müstəsna xidmətləri olan xalqımızın
qəhrəman oğullarının ali dövlət mükafatlarına layiq görməsi ölkədə böyük ruh
yüksəkliyi doğurmuş, tezliklə Qarabağ torpaqlarına qayıdacağımıza inamı
gücləndirmişdir.



ƏDƏBİYYAT
1.  Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 46 kitab. B., 1997-2003.
2.  Azərbaycan beynəlxalq aləmdə. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 1993-1998-ci illərdə xarici ölkələrə səfərlərinə dair materiallar. I-IV
cildlər. B., 1996-1999.
3.  İlham Əliyev. İnkişaf - məqsədimizdir. 16 kitab. B., 2008- 2014.
4.  Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq tarixindən. B., 1995.
5.  AXC və Qafqaz İslam ordusu. B., 2008.
6.  Axundov A. Torpağın köksündə tarixin izləri. B., 1983
7.  Aşurbəyli S. Bakı şəhərinin tarixi. B., 1998.
8.  Arzumanlı V., Mustafa N.Tarixin qara səhifələri. B., 1998.
Deportasiya. Soyqırımı. Qaçqınlıq. B., 1998.
9.  Azərbaycan Respublikası 1991-2001. B., 2001
10.  Azərbaycan SSR-in inzibati-ərazi bölgüsü. B., 1979.
11.  Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989.
12.  Azərbaycan tarixi. B., 1993.
13.  Azərbaycan tarixi. B., 1994.
14.  Azərbaycan tarixi. B., 1996.
15.  Azərbaycan tarixi, I c. 1998.
16.  Azərbaycan tarixi, II c. 1998.
17.  Azərbaycan tarixi, III c. 1999.
18.  Azərbaycan 2003: İnkişaf strategiyasın yeni mərhələdə. B., 2005.
19.  Azərbaycan Respublikası 1991-2001. B., 2001.
20.  Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyası I-II c. B., 2004-2005.
21.  Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament, I-II cildlər. Stenoqrafik
hesabatlar. B., 1998.


22.  Azərbaycan SSR-in xalq təsərrüfatı Böyük Vətən müharibəsi illərində. B., 1985.
23.  Balayev A.M. Azərbaycanda ictimai-iqtisadi, siyasi vəziyyət (1985-1995-ci illər).
B., 2005.
24.  Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136-1225- ci illər). B., 1984.
25.  Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. B., 1989.
26.  Bünyadov.T. Azərbaycan arxeologiyası. B.,1965
27.  Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. B.,
2008
28.  Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı - I minilliyin əvvəllərində. B., 2000.
29.  Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. B., 2004.
30.  Cəfərov Y. Qədim Azərbaycan: nə bilirik? B., 1983
31.  Cəfərzadə Ə. Hər budaqdan bir yarpaq. B., 1983.
32.  Çingizoğlu Ə. Şuşa şəhəri (1750-1850). B., 2009.
33.  Dağlıq Qarabağ: Zəka qalib gələcək. Sənədlər və materiallar. B., 1999.
34.  Dağlıq Qarabağ: Hadisələrin xronikası (1988-1994-cü illər). B., 2005.
35.  Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. B.,
1998.
36.  Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü: tarixi xronika (1987-2011). B.,
2012.
37.  Əliyev İ. Dağlıq Qarabağ : tarix, faktlar, hadisələr. B., 1989.
38.  Əliyev İlham. Mən istənilən səviyyədə istənilən mübarizəyə hazıram. B., 2001.
39.  Əliyev M.M. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı. B.,
2001.
40.  Əliyev R.H.Azərbaycan VII-XIX əsrlərdə. B., 1980.
41.  Əliyarlı İ., Behbudov T. istiqlal fədailəri - Azərbaycan xalq cümhuriyyətinin daxili
işlər nazirləri və slahdaşlan (1918- 1920). B., 2013


42.  Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. B., 1997.
43.  Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, (ön söz, tərcümə qeyd və şərhlərin
müəllifi H.Məmmədovundur (Qaramanlı). B., 2000.
44.  Göyüşov R.B. Qarabağın keçmişinə səyahət. B., 1993.
45.  Hacıyev Q.Ə. Bərdə şəhərinin tarixi (b.e.ə. III b.e.ə. XVIII əsri). B., 2000.
46.  Hacıyev Q.Ə. Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. B., 2008,
47.  Hacıyev Q.Ə.Qarabağın maddi və mənəvi mədəniyyəti (Azərbaycan, ingilis, fransız
dillərində). B., 2010.
48.  Hacıyev Q.Ə., Çingizoğlu Ə. Qarabağlı hərbiçilər. B., 2011.
49.  Hacıyev Q.Ə.,Nuriyev S.Ş. Vladimir Kazimirovun “Qarabağa sülh” arzusu və əsl
niyyəti. B., 2011.
50.  Hacıyev Q.Ə., Heydər Əliyevin Dağlıq Qarabağda erməni iddialarına qarşı
mübarizəsi. B., 2014.
51.  Hacıyev Q.Ə., Qarabağ tarixi. Dərs vəsaiti, (bakalavr və magistrlər üçün). B.,
2014.
52.  Heydər Əliyev Fondunun nəşr etdirdiyi «Qarabağ həqiqətləri» bukletlər toplusu.
B., 2009
53.  Həsənov Ə. Azərbaycan və ATƏT : Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq
Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda. B., 1997.
54.  Həsənov Ə. ATƏT və Azərbaycan: Helsinkidən Lissabona qədər. Lissabon Sammiti
- 96. B., 1997
55.  Həsənovun Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
(Dərslik). B., 2005.
56.  Hüseynov M.M. Azıx. B., 1984.
57.  Hacıyev Q.Ə. Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi (Konfrans
materialı). B., 2006
58.  Xocalı soyqırımının qurbanları. B., 1999.
59.  Xəlilov X.D. Qarabağ: etnomədəni inkişaf tarixi. B., 2006.


60.  İbayev V. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi insan hüquqları
kontekstində. B., 2001.
61.  Köçərli T.Q. Qarabağ: yalan və həqiqət. B., 1998.
62.  Qarabağ: suallar və faktlar. B., 2005.
63.  Qarabağ abidələri. B.,2009.
64.  Qarabağ yaddaş. B., 2010
65.  Qarabağlı A. Qarabağ, onun qədim tayfaları və toponimləri. B., 2008.
66.  Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair). B., 1990.
67.  Qarabağ müzakirə olunur. B., 2006.
68.  Quliyev V. X. “Pənahəli xan Cavanşir” // “Şuşa” qəzeti, B., 2011.
69.  Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. B., 2005.
70.  Mehdiyev R.Ə. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. B., 2000.
71.  Mehdiyev R.Ə. Gorus-2010: absurd teatrı mövsümü. B., 2010.
72.  Məmmədov X., Məmmədov N. Türkiyə və Azərbaycanda erməni millətçilərinin
cinayətləri. B., 2006.
73.  Məmmədov N.R. Azərbaycan Şuşa qəzası (1900-1917-ci illər). B., 2005.
74.  Məmmədov N. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti (1923-1991).
B., 2008.
75.  Məmmədov N.R. Azərbaycanın Ağdərə rayonunun tarixi. B., 2014.
76.  Məmmədov T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə. B., 2006.
77.  Məmmədli A. Ermənilərin gerçək tarixi. B., 2005.
78.  Məmmədova H.İ. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda
siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi (1918-1920). B., 2006.


79.  Məmmədova H.İ. Qarabağ general-qubematorluğunun erməni təcavüzünə qarşı
mübarizəsi tarixindən səhifələr. B., 1999.
80.  Məmmədova H.İ. Xocalı: şəhidlər, şahidlər. B., 2000.
81.  Məmmədova H.İ. Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. B., 2009
82.  Mir Möhsün Nəwab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993.
83.  Mirzəzadə A. Qarabağ düyünü. B., 2012
84.  Mustafazadə T.T. Qarabağ xanlığı. B., 2010.
85.  Muradov V. Azərbaycan xalçaları Qarabağ qrupu. B., 2010
86.  Nəcəfli T.H. Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. -B., 2012.
87.  Nəcəfli G.C. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması
cəhdləri. B., 2007.
88.  Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. B., 2005.
89.  Şükürov İ. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. B., 1994.
90.  Şırlanlı Ə. (Əbdüləzimov) Qarabağın harayları... B., 2009.
91.  Şırlanlı Ə. (Əbdüləzimov) Erməni vəhşilikləri. B., 2003.
92.  Şırlanlı Ə. (Əbdüləzimov) Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən
təhsil mərkəzi və ziyalılar şəhəridir. B., 2010.
93.  Şırlanlı Ə. (Əbdüləzimov) Vətən yaralan, Vətən harayı. B., 2003.
94.  Şırlanlı Ə. (Əbdüləzimov) “Şuşa Qarabağın zümrüd tacıdır” //“Respublika” qəzeti.
B., 29 dekabr 2010.
95.  Şırlanlı Ə. (Əbdüləzimov) “Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır” //
“Respublika” qəzeti. B., 10 aprel 2011.
96.  Şükürov K.K. Türkmənçay - 1828: tarixi xronika. B., 2006.
97.  Şükürov M. Xocalı daş yaddaşım, qan yaddaşım. B., 2011.


98.  Umudlu V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləçilik
əleyhinə mübarizə (1801-1828). B., 2004.
99.  Veliçko V.V. Rus işi və tayfalararası məsələlər. B., 1995.
100.  Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. B.,
1974.
101.  Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. B., 1993.
102.  Yaqublu N. Xocalı qırğını. B., 1992.




Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə