Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.

səhifə2/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14


GİRİŞ
Azərbaycan Respublikasının Qarabağ regionu dünyanın ən qədim insan
məskənlərindən biridir. Azərbaycanın tarixində, onun ayrılmaz tərkib hissəsi olan
Qarabağ regionunun özünəməxsus rolu və yeri vardır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Qarabağ tarixinin tədqiqinə
xüsusi diqqət yetirilir. Vaxtilə nəinki Qarabağ regionunun, hətta bütövlükdə
Azərbaycanın tarixi səthi öyrədilirdi. Həmin dövrdən çox-çox fərqli olaraq bu gün
müstəqil dövlətimizin təhsil siyasətində Qarabağ tarixinin gənc nəslə öyrədilməsi
prioritet təşkil edir.
Ermənistanın Azərbaycan Respublikasının 20 % ərazisini işğal altında saxladığı bir
zamanda Qarabağ tarixinin öyrənilməsi xüsusi siyasi və strateji əhəmiyyətə malikdir.
Qarabağ - türk mənşəli sözdür. Qarabağ ifadəsi türk dilində «qara» və «bağ»dan
əmələ gəlmişdir. «Qara» «böyük», «qalın», «sıx» mənalarında işlədilir. «Qarabağ»
istilahı mənbələrdə ilk dəfə 7-ci yüzillikdə xatırlanır. 14-cü yüzilliyin sonu - 15-ci
yüzilliyin əvvəllərində «Arran» termini ilə yanaşı işlənmiş «Qarabağ» istilahı, bəzən
onu əvəz etmiş və inzibati ərazi baxımından isə Azərbaycanın mərkəzi sahələrini əhatə
etmişdir. Qarabağ coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid
ərazidən ibarət olmuşdur.


I BÖLMƏ
QƏDİM DÖVRDƏN 20-Cİ YÜZİLLİYİN 
ƏVVƏLLƏRİNƏDƏK
1. Azərbaycan Respublikasının Qarabağ 
regionunun maddi-mədəniyyət abidələri
Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim
insan məskənlərindən biridir. Azıx mağarası (Azıx-qədim türk dillərində ayı deməkdir) -
Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır. Mağara Füzuli şəhərindən
14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz
səviyyəsindən 900 m hündürlükdədir.
 
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildə öyrənilmişdir. Mağara Paleolit (qədim
daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında tapılmış Aşel
dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi Azərbaycanm ən qədim
insan məskənlərindən biri olduğunu sübut etməyə imkan vermişdir.


DAŞ VƏ ENEOLİT DÖVRÜ ABİDƏLƏRİ


Mağarada qalınlığı 10-14 metr olan 10 mədəni təbəqə yerləşir. Mağaradan 15 mindən
çox daş məmulat aşkar edilmişdir.
Azərbaycan ərazisində təqribən 2 milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən
Azıx mağarası ən qədim insanlardan birinin - azıxantropların məskəni olmuşdur.
Tağlar mağarası - paleolit dövrünə aid arxeoloji abidədir. Abidə Azərbaycan
Respublikasının Xocavənd rayonu ərazisində Quruçayın sol sahilindədir. Tağlar
mağarası Mustye abidələri içərisində çoxtəbəqəli nadir düşərgələrdəndir. Tağlar
mağarası bir-birinə bağlı təbii salonlardan ibarətdir. İbtidai insanlar bu salonda
yaşamışlar. Tağlar mağarasmda altı mədəni təbəqə aşkar edilmişdir. Mədəni
təbəqələrdən beş minə yaxın daş məmulat və altı mindən çox fauna qalığı tapılmışdır.
Şuşa “mağarası” - Azərbaycan Respublikasının Şuşa- Pənahabad şəhəri yaxınlığında
Daş dövrünə aid abidədir. Mağara Zanslı (Daşaltı) çayının dərəsində dəniz
səviyyəsindən 1400 m yüksəklikdədir. “Cıdır düzü”nün altında yerləşir. Mağaranın
uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir.
Kəlbəcərin qayaüstü təsvirləri - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun
Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqılı və Pəriçınqılı dağlarında qayalara həkk
edilmiş təsvirlərdir.
Şortəpə - Azərbaycan Respublikasının Bərdə şəhərinin 5-6 km-də Şatırlı kəndi
yaxınlığında qədim şəhər yeridir.
Kültəpə - Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kəndi
yaxınlığında çoxtəbəqəli qədim yaşayış yeridir.
Uzuntəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin 8- 10 km şimal-şərqində
Köndələnçayın sağ sahilində ilk tunc dövrünə (e.ə. 3-cü minillik) aid abidədir.
Xantəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin cənub-şərqində e.ə. 5-ci-2-ci
minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir.


TUNC DÖVRÜ ABİDƏLƏRİ
Yedditəpə - Azərbaycan Respublikasının Füzuli şəhərindən 6 km şimal-şərqdə,
Mirzəcamallı kəndi yaxınlığında tunc dövrünə aid arxeoloji abidədir.


Qaraköpəktəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin yaxınlığında
Köndələnçayın sağ sahilində çoxtəbəqəli qədim yaşayış yeridir.
Çardaqlı abidələri - Azərbaycan Respublikasının Beyləqan rayonunun Aşağı Çəmənli
kəndindən 1,5 km qərbdə qədim yaşayış yeridir.
Çalağantəpə - Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində qədim yaşayış
yeridir.
Xocalı qəbiristanlığı - Azərbaycan Respublikasının Xocalı şəhəri ərazisində son tunc
və ilk dəmir dövrünə (e.ə. 13-7-ci yüzilliklər) aid arxeoloji abidə kompleksidir.
Üzərliktəpə - Azərbaycan Respublikasının Ağdam şəhərində orta tunc dövrünə (e.ə.
2-ci minilliyin birinci yarısı və ortaları) aid arxeoloji abidədir.
 


Təzəkənd abidələri - Azərbaycan Respublikasının Beyləqan rayonunun Təzəkənd
ərazisindədir.
Kiçik kurqan - Azərbaycan Respublikasının Ağcabədi rayonunda e.ə. 7-ci yüzilliyin
ikinci yarısına aid abidədir.
Sarıtəpə abidəsi - Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı
kəndi yaxınlığında e.ə. 7-5-ci yüzilliklərə aid qəbiristanlıqdır.
Üçtəpə - Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndinin
yaxınlığında, Üçtəpə kurqanları olan ərazidə e.ə. 10-9-cu yüzilliyə aid yaşaış yeridir.
Qalatəpə - Azərbaycan Respublikasının Ağcabədi rayonunda erkən orta əsrlərə aid
şəhər tipli yaşayış yeridir.
Töyrətəpə - Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şənlik kəndinin
yaxınlığında orta əsrlərə aid abidədir.
Təzəkənd abidəsi - Ağcabədi ərazisindədir.
Çələbürd qalası - Ağdərə (Mardakert) ərazisindədir.
Govurqala məbədi - Ağdamın Sofulu kəndindədir.
Amaras-Ağoğlan - Kəlbəcər rayonu ərazisində Ağdərə (Mardakert) yaxınlığındadır.
Gəncəsər (Qanzasar), Ağdərə (Mardakert) ərazisindədir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə