Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.

səhifə4/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

On ildən artıq davam edən müqavimətdən sonra ərəblər Azərbaycan ərazilərini zəbt
etdilər.
Qarabağın tarixində 8-ci əsrdən etibarən mənəvi dəyişikliklər baş verdi. Azərbaycanın
hər yerində olduğu kimi Qarabağda da mütərəqqi din olan İslam bütün dinləri üstələdi.
Albaniya əhalisinin böyük hissəsi İslamı qəbul etdi, müsəlman oldu, az bir hissəsi isə
əvvəlki dinini (xristianlığı) saxladı.


5. Azərbaycanın Qarabağ 
regionu 9-14 - cü yüzilliklərdə
705-ci ildə Xilafət Albaniyanın paytaxtı Bərdəyə öz canişinlərini təyin edib, ölkənin
idarəçiliyini ona tapşırdı. Bərdə Xilafətin şimaldakı mərkəzinə çevrildi.
Albaniya görkəmli Azərbaycan sərkərdəsi, Albaniyanın dövlət başçısı Cavanşirin
yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini qoruyub
saxlamışdır. Xilafətə vergi verməklə 8-ci yüzilliyin əvvəllərinədək Albaniya yerli
hökmdarlar tərəfindən idarə olunmuşdur. Cavanşirin ölümündən sonra isə Albaniyada
dövlətçilik və siyasi hakimiyyət zəifləmişdir.
9-cu yüzillikdən etibarən Qarabağda «Bərdəyi» və «Qarabaği» təxəllüsü daşıyan,
əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış elm və sənət adamları yetişmişdir.
Onlar müsəlman dünyasının böyük elmi mərkəzlərində dini və dünyəvi təhsil alaraq
dünyanın bir çox ölkələrində fəaliyyət göstərmişlər. Onların arasında riyaziyyatçı,
mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, münəccim və siyasi
xadimlər var idi. Məsən, Əbu Səyid İbn Hüseyn Bərdəyi, Əbu Bəkr Əbdül Əziz İbn
Həsən Bərdəyi, Məhəmməd İbn Xalid Bərdəyi, Qarabaği təxəllüslü: Mir Mehdi Xəzani,
Rzaqulu Bəy Mirzəcamal oğlu, Mirzə Rəhim Fəna, Baharlı və başqaları.
9- cu yüzilliyin sonlarında Xilafətin şimal ərazilərində və digər ucqarlarında müstəqil
feodal dövlətləri yaranmağa başladı. 9-cu yüzillik -10-cu yüzilliyin əvvəllərində
ərəblərin etnik zəmində etdikləri təzyiqlər Qarabağ ərazisində də etiraz hərəkatlarının
və çıxışların baş verməsinə səbəb olmuşdur. Bu zaman Qarabağ ərazisi türk sülaləsinin
hökmranlıq etdiyi Sacilər dövlətinin tərkibində böyük bir regionu təşkil edirdi.
10- cu yüzilliyin ortalarında (942-ci ildə) Deyləmilər Sacilərdən hakimiyyəti alaraq
Salarilər dövlətinin əsasını qoydular.


Salarilərin hakimiyyətinin ilk illərində mərkəzi bölgələrdən biri kimi Qarabağın iqtisadi,
sosial və mədəni inkişafı yüksək səviyyəyə qalxdı.
Salarilər dövlətinin yenicə yaranıb hakimiyyəti möhkəmləndirməyə başladığı zaman
möhkəm silahlanmış rus dəstələri Xəzər dənizi ilə cənuba doğru hərəkət edərək
943/944-cü ildə Xəzər-Kür su yolu ilə Qarabağ ərazisinə hücum etdi. Ruslar Qarabağın
mərkəzi şəhəri Bərdəni qarət etdilər, xalqın müqaviməti ilə şəhəri tərk etməyə məcbur
olduqda şəhəri dağıtdılar və yandırdılar.
11- ci yüzilliyin 50-ci illərində (1055-ci il) Azərbaycana gələn Səlcuqlar Şəddadiləri
özlərindən asılı vəziyyətə salırlar. Qarabağ bölgəsi də bu zaman Səlcuqların
hakimiyyəti altına düşdü.
12- ci yüzilliyin 1-ci rübündə Böyük Səlcuq imperatorluğu parçalandı. İraq, indiki İran, o
cümlədən Güney Azərbaycan torpaqları və Cənubi Qafqazın bir hissəsi daxil olmaqla
İraq Səlcuq Sultanlığı (1118-1194) yarandı.
Böyük Səlcuq imperatorluğunun tənəzzülü dövründə meydana gələn müstəqil
Azərbaycan dövlətlərindən biri də Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər
dövləti idi. 12-ci yüzilliyin 1-ci rübündən etibarən Qarabağ ərazisi Atabəylər dövlətinin
tərkibinə daxil oldu.
Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin 13-cü yüzilliyin
əvvəllərində qonşu ərazilərə yürüşü başlandı. Qonşu ölkələrdə mövcud olan
vəziyyətdən istifadə edən Çingiz xan 1219-cu ildən etibarən öz işğalçılıq yürüşlərini
genişləndirdi. Bu dövrdə Azərbaycanda hakimiyyətdə olan Eldənizlər sülaləsi ölkəni
xarici təhlükədən qorumaq iqtidarında deyildi. Dövlətin tərkibində feodallar arasında
gedən müharibələr dövləti zəiflətmişdi.
1225-ci ildə Azərbaycan Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Əmir
Urxanın rəhbərliyi altında Azərbaycana


gəlmiş qoşun Qarabağın iri şəhərləri Bərdəni, Beyləqanı, həmçinin Gəncəni və Şəmkiri
istila etdilər. Müqavimət nəticəsində istilaçılar geri çəkildilər.
QARABAĞ (XIII—XIV əsrlar)


1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana soxuldular. Hülaku xan 1256-cı
ildə Azərbaycam istila etdi. 1295- ci ildə oğuz Qazan xan Hülakulər səltənətinə sahib
oldu. O, Hülakulər dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün islahatlar
apardı.
Azərbaycanın tərkib hissəsi kimi Qarabağ 13-14 yüzilliklərdə baş vermiş ictimai-siyasi
hadisələrin mərkəzlərindən biri idi. Elxani (Hülaku) hökmdarlarından üçü - Qazan xan,
Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi isə Arqun xan və Əbu
Səid Qarabağda vəfat etmişlər.
1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin
tənəzzülü, parçalanması və nəhayət süqutu Qarabağa da öz təsirini göstərdi. Qarabağ
hakimləri Elxanilər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal
iştirakçılarına çevrildilər.
1386-cı ildən Teymurun Azərbaycan ərazisinə yürüşləri baş vermişdir. 14-cu yüzilliyin
sonlarında, Karsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdur.
Qaynaqların verdiyi məlumata görə Teymur Qarabağda xeyli abadlıq işləri
gördürmüşdür.


6. Qarabağ Azərbaycan Qaraqoyunlu 
və Ağqoyunlu dövlətlərinin tərkibində
1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub
edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan
Qaraqoyunlu dövlətini yaratdı. Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən
Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı.
1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə
şərait yaratdı. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə
teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı.
1467-ci ildə Qaraqoyunlular və Ağqoyunlular arasında baş vermiş döyüşdən sonra
Qaraqoyunlu dövləti süqut etdi və Ağqoyunlu dövlətinin əsası qoyuldu.
15-ci yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə
Qarabağda yaşayan qacarlar yaxından iştirak edirdi. Şeyx Heydərin ətrafında
toplanmış qızılbaş tayfaları arasında Qarabağ qacarları da xüsusi yer tuturdu.
1500-cü ildə Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşdi
və dövlət Ağqoyunlu əmirləri arasında parçalandı. Cənubi Azərbaycan, Naxçıvan,
Diyarbəkr və Qarabağ Sultan Əlvəndin əlində qaldı.
Beləliklə, Qarabağ əhalisinin əsas hissəsini 15-ci yüzillikdə Azərbaycan Qaraqoyunlu və
Ağqoyunlu tayfa birliklərinə daxil olan Azərbaycan-türk tayfaları və onun oymaqları
təşkil etmişdir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə