Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   2   3   4   5   6   7   8   9   ...   14

AZƏRBAYCAN XANLIQLARI (XVIII asrin II yansı)


9. Qarabağ xanlığı 
(1747-1822)
Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri Kür və Araz çayları arasında böyük
əraziyə malik olan Qarabağ xanlığı idi. Qarabağ xanlığının əsasını Cavanşirlər
sülaləsinin sancalı oymağından olan Pənahəli xan qoymuşdur. Mirzə Adıgözəl bəyin
məlumatına görə, Nadir şahın sarayında qalmaqdan ehtiyat edən Pənahəli bəy
Qarabağa gələrək orada yerləşdi. Pənahəli bəy Nadir şahın Qarabağdan Kəbirli
mahalında (indiki Ağcabədi rayonu ərazisində), Bayat qalasını tikdirib oranı öz
iqamətgahına çevirdi.
Qarabağ xanlığının
banisi Pənahəli xan
Cavanşir
Qarabağ xanlığının yaranmasında Qarabağ vilayətinin köklü elatlarından olan
otuzikilər, iyirmidördlər, kəbirli və digər tayfaların mühüm rolu var idi. Bu tayfalar
Nadir şah tərəfindən vaxtilə Xorasanın Sərəxs torpaqlarına sürgün olunmuşdular.
Qarabağın güclü tayfalarından biri olan otuzikilər Qarabağda otuz iki oymaqda
yerləşən tayfaların birləşməsi nəticəsində əmələ gəlmişdi. Həmin tayfa birləşməsi
içərisində Cavanşir tayfası böyük nüfuza malik idi. Həmin tayfaya aid kəndlərin bir
çoxu 18-ci yüzilliyin sonu - 20-ci yüzilliyin əvvəllərində hazırkı Bərdə, Ağdam, Kəlbəcər,
Tərtər, Goranboy və Yevlax ərazilərində yerləşirdi.
Pənahəli xan uzaq Səraxsdən qayıdıb gələn qarabağlıları öz ətrafına topladı. Qısa
müddətdə xalq arasında onun şöhrəti artdı. Qarabağ xanlığının banisi Pənahəli xan
Cavanşir yaratdığı xanlıq üçün mərkəz də təşkil etdi.
Xan iqamətgah kimi əvvəl Bayat qalasını, sonra Şahbulaq qalasını tikdirdi. Bu zaman
artıq Qarabağ xanlığı qüvvətlənmiş və siyasi arenada söz sahibi olmuşdu. Cənubda
İran tərəfdən


gələn qorxulu xəbərlər və Azərbaycanın özündə cərəyan edən hadisələr - qanlı feodal
ara vuruşmaları göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, gec-
tez nisbətən qüvvətli düşmənin qurbanı ola bilər.
QARABAĞ XANLIĞI (XVIII asrin II yarısı)


Pənahəli xan Şuşa-Pənahabad qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ
xanlığının yeni paytaxtı Şuşa- Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan,
Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks
etdirmişdir.


10. Qarabağ xanlığının daxili və xarici siyasəti
Salnamələrdəki məlumatlara görə Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala
bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbaşılar,
kəndxudalar tabe idilər. Darğa vəzifəsi şəhərdə də vardı. Onlar şəhərdə bir növ polis
vəzifəsini icra edirdilər, kəndlərdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və
kəndxudalar, eyni zamanda, kənd ağsaqqalı hesab olunurdular.
Başqa xanlıqlarda olduğu kimi, Qarabağ xanlığında da mülki və cinayət işlərinə
əsasən, şəriət qanunları və adət-ənənələri əsasında baxılırdı. Məhkəmələrdə müxtəlif
cəzalarla yanaşı, ağır işgəncələrə də yol verilirdi. Ən böyük hakim kimi ölüm hökmünü
xanın özü verirdi.
Qarabağ xanlığında 1 şəhər, 638 kənd olmuşdur. 90 minə çatan ümumi əhali 18.500
ocaqda birləşirdi.
Qarabağda 800-3000 metr hündürlükdə ərazilər çoxdur. Buna görə də əhalinin əsas
məşğuliyyəti heyvandarlıq idi. 19-cu yüzilliyin əvvəllərində Qarabağ xanlığı ərazisində
10.000 baş iribuynuzlu malqara, 300.000 qoyun və keçi, 20.000 at, 2200 ulaq qeydə
alınmışdır.
Qarabağ ərazisinin üçdə iki hissəsi ovalıqlardan ibarətdir ki, qədimdən bura Mil və
Qarabağ düzənlikləri adlanır. Burada çayların sulan kifayət etmədiyindən arxların
çəkilməsi təcrübəsi tətbiq edilmişdir.
Qarabağ xanlığının tarixini araşdıranlar Pənahəli xanın Şuşa- Pənahabadda
hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəltdirməsi və pul
kəsdirməsindən bəhs edirlər. Şuşa- Pənahabadda Pənahəli xan tərəfindən sikkəxana
tikilmişdi. Gümüşdən Pənahabadi adlı pul sikkəsi vurulurdu. Sikkənin bir tərəfində
Pənahabad, o biri tərəfində isə «La İlahə İllallah Muhəmmədun Rəsulillah» sözləri
yazılırdı.
Qarabağda sənətkarlıq da xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən, Şuşa-Pənahabad
şəhərində fəaliyyət göstərirdilər. İp əyi


rilməsi, xalça toxunması, xammalın ilkin təmizlənməsi kəndlərdə də məşğuliyyət
növlərindən idi. Uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan
kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Sənətkarlığın inkişafı,
əhalinin peşələr üzrə «ixtisaslaşması», başqa amillər pul dövriyyəsinin genişlənməsinə,
bazarlara məhsul çıxarmağa zəmin yaratmışdı. Xanlığın demək olar ki, hər bir
ailəsində xırda toxucu dəzgahı mövcud idi. Məhz buna görə də təsadüfi deyildir ki,
xanlıqda ən inkişaf etmiş sənətkarlıq və istehsal sahələrindən biri toxuculuq olmuşdur.
Xanlıqlar dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı.
Azərbaycanın
görkəmli şairi,
Qarabağ xanının
vəziri Molla Pənah
Vaqif
Qarabağ xanlığının mövcudluğu ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə
nisbətən irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik
mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir ki, xanlıq ərazisindəki bütün
torpaqlar xanın özü, ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü
Qurani- Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı.
Qarabağ xanlığının həm Pənahəli xan, həm də İbrahimxəlil xanın dövründə qonşu
xanlıqlar və digər dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdur.
“Qarabağnamələr”də bu barədə geniş məlumat verilir.
 


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə