Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   14

15. 19-cu yüzilliyin 2-ci yarısında Qarabağda 
mədəniyyətin inkişafı
Qarabağ regionunda orta əsrlər və yeni dövrə aid çoxlu sayda maddi mədəniyyət
abidələri qeydə alınmışdır. Bunların sırasına Füzulidə Əhməd Sultan türbəsi, Cəlal
türbəsi (h.t.1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində
Əsgəran qalası, Cəbrayılda
“Qız qalası”, Şıxlar kəndindəki türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın -
Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr,
Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın
Şahbulaq məscidi, Bərdə şəhərində Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş qoşa
minarəli “İmamzadə“ məscid kompleksi (1868-ci il), “Bəhmən Mirzə” türbəsi, Şuşa
şəhərində səkkiz bucaqlı türbə, 
 
Xurşudbanu Natəvanın evi,
Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarası, Culfalar
məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı


Gövhərağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal
türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Cicimli kəndindəki türbələr -
tariximizin qızıl səhifələrindəndir. Gördüyünüz bu qoşa minarəli əzəmətli məscidlər
müsəlman şərqinin nadir inciləridir.
Qarabağda Xan qızı adı ilə tanınan şairə Xurşudbanu


Qasım bəy Zakir
Natəvan (1830-1897) 1872-ci ildə “Məclisi-Üns” (“Dostluq məclisi”) adlı ədəbi məclis
yaratmaqla bərabər, o, həm də xeyriyyəçi olmuşdur. 1873-cü ildə öz vəsaiti hesabına
8-10 km. məsafədən Şuşa şəhərinə su çəkdirmişdir.
Qarabağlı Mir Möhsün Nəvvab (1833-1918) öz dövrünün qabaqcıl, elmi və ədəbi-bədii
yaradıcılığın müxtəlif sahələrində geniş fəaliyyət göstərən ziyalılarından idi. O, həm
şair və ədəbiyyatçı, rəssam və xəttat, həm də dövrünün görkəmli maarifçisi, alimi və
sənətkarı olmuşdur. O, “Məclisi Fəramuşan” (“Unudulmuşların məclisi”) (1872) şairlər
məclisinin təşkilatçısı və rəhbəri olmuş, Qarabağ şairlərinə həsr etdiyi “Təskireyi-
Nəvvab”, klassik Şərq musiqisi haqqında “Vüzuhul-ərqam”, astronomiya elminə aid
“Kifayət-ül-Ətfal” və s. elmi və ədəbi-bədii əsərlər yazmışdır.
“Şükümameyi-Şahənşah“ və “Təzkireyi- Məhəmmədşah“ əsərlərinin müəllifi Bəhmən
Mirzə Qacar ömrünün son dövrlərində Qarabağda (Bərdə və Şuşada) yaşayıb
yaratmışdır.
Şuşanın Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov,


Əbürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Səfərəli bəy
Vəlibəyov, Əhməd bəy Ağayev, Həmidə xanım Cavanşir, Süleyman Sani Axundov,
Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətləri olmuşdur,
Şuşa şəhəri Azərbaycan təhsilinin, musiqisinin beşiyi, həmçinin saz-söz sənətinin
ocaqlarından biri olmuşdur. Şuşa şəhəri Azərbaycanın konservatoriyası adlandırılmışdır.
Qarabağda aşıq-şairlər - Xəstə Qasım, Valeh, Haq- verdi, Məmmədağa, Şamil,
Qəmbər, Nəcəfqulu, Abbasqulu, həmçinin hikmətli söz ustası, hazırcavablığı ilə
tanınmış Abdal Qasım kimi yaradıcı şəxslər olmuşdur. Məşhur müğənnilər- Hacı Hüsü,
Kərbəlayi Hüsü, Abdulbagi Hilalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi
oğlu Məhəmməd, Malıbəyli Həmid, Qarabağın, həmçinin Azərbaycanın musiqi
mədəniyyəti tarixində xüsusi yeri vardır. Qarabağda XIX əsrdə muğam və mahnıların
Zabul Qasım, Seygah İslam kimi məşhur ifaçıları olmuşdur.


II BÖLMƏ
20-Cİ YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏN 
MÜASİR DÖVRƏDƏK
16. Qarabağda 1905-1906-ci illərdə ermənilər 
tərəfindən azərbaycanlılara qarşı 
törədilmiş kütləvi qırğınlar
20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionu Yelizavetapol
quberniyasının tərkibində idi (Çar Rusiyası dövründə Gəncənin adı dəyişdirilib rus
çariçəsi Yelizavetanın şərəfinə Yelizavetapol adlandırılmışdı). 19-cu yüzilliyin
sonlarında meydana çıxan erməni təşkilatlan yarandığı andan azərbaycanlı-türk
əhalinin dincliyini kəskin şəkildə pozurdular. Gəlmə ermənilərin Qarabağda
möhkəmləndirilməsi üçün Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə
siyasəti 20-ci yüzilliyin əvvəllərində daha geniş vüsət almışdı.
Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatlan 1905-ci
ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar
törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam
etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə
yaşayış məntəqəsi dağıdıldı. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd
yandırılıb məhv edilmişdi. Bu kəndlərin yandan çoxu sonralar da dağılmış vəziyyətdə
qaldı, az bir hissəsinə azərbaycanlılar qayıda bildilər, qalanlarında isə ermənilər
məskunlaşdılar.
Ermənilərin Dağlıq Qarabağ ərazisinə əsassız iddialan 1905- 1906-ci illərdə
silahlandırılmış ermənilər tərəfindən türk-azərbaycanlıların qırğını ilə nəticələndi.
Həmin dövrdə silahlı erməni qul


dur dəstələri Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş, yüzlərlə kəndi,
qəsəbəni və şəhəri dağıtmış, yandırmışlar.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1906-cı
illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirən
ermənilər İrəvan və Gəncə quberniyalarının 200, Şuşa-Pənahabad, Cəbrayıl və
Zəngəzurun isə 75 kəndini talan etdilər.
Rusiyanın geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün çox
məqsədəuyğun idi. Qanlı aksiyalarda məqsəd yerli əhalini - azərbacanlıları Şuşa-
Pənahabadı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək
idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə,
demoqrafik vəziyyəti dəyişə bilməmişdi.
Beləliklə, ermənilər çar Rusiyasının hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait
nəticəsində Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər. Ermənilər
sonrakı dövrlərdə də - mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və ərazi
bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirdilər.
Erməni vəhşiliyinin nəticələri


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə