Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə1/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
  1   2   3   4   5   6   7   8   9   ...   205


 

 

 



 

 

 



 


 

 

 



 

 



Qarabağda həlak olmuş şə

hidl

ə

rin 

xatir

ə

sin

ə

 v

ə

 m

ə

'sum körp

ə

l

ə

rin 

ruhuna ithaf edir

ə



Ön söz 

Dövlət  və  hüquq  nəzəriyyəsi  digər  hüquq  elmlərindən 

fundamental  siyasi-hüquqi  elm,  dövlət  və  hüquq  haqqında 

ümumnəzəri  biliklər  sistemi  olması,  dövlət  və  hüququ  bir  tam  kimi 

öyrənməsi ilə fərqlənir. Dövlət və hüquq nəzəriyyəsi hüququn ayrıca 

bir  sahəsinə  aid  elm  deyil,  o,  bütövlükdə  hüququ,  özü  də  dövlətlə 

vəhdətdə  öyrənir.  Dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət  və  hüququ 

vəhdətdə götürməklə yanaşı, bu hadisələrin inkişafına yaxından təsir 

göstərən  ictimai-iqtisadi,  sosial-mədəni  və  geosiyasi  amilləri  də 

öyrənir. Buna görə də, dövlət və hüquq nəzəriyyəsi ilə digər ictimai 

elmlər (tarix, politologiya, sosiologiya, sosial-psixologiya, etnologiya 

və  s.),  həmçinin  fəlsəfə  və  hüquq  fəlsəfəsi  arasında  müəyyən 

əlaqələr yaranır. Beləliklə, dövlət və hüquq nəzəriyyəsi digər hüquq 

elmlərinə  münasibətdə  həm  nəzəri,  həm  də  umumiləşdirici, 

sintezləşdi- rici elm kimi çıxış edir. 

Oxuculara təqdim olunan vəsait dövlət və hüquq nəzəriyyəsinin 

birinci, yəni dövlət nəzəriyyəsi hissəsini əhatə edir. Vəsait dövlət və 

hüquq nəzəriyyəsinin birinci hissəsinə aid proqram tələblərinə cavab 

verir. 

Müəllif bu vəsait üzərində işləməyə başlayarkən dövlət və hüquq 



nəzəriyyəsinin  hər  iki  hissəsini  bir  kitabda  əhatə  etməyi  nəzərdə 

tuturdu.  Lakin  iş  prosesində  dövlət  nəzəriyyəsinə  aid  hər  bir 

mövzunun  əhatəli  şəkildə  açıqlanmasını  zəruri  bilib  onu  iki  cilddə 

hazırlamaq qənaətinə gəlmişdir. Bunun əsas səbəblərindən biri də, 

Azərbaycanın  müstəqillik  qazandığı  dövrdən  indiyə  kimi  dövlət  və 

hüquq  nəzəriyyəsinə  aid  dərslik  və  geniş  həcmli  dərs  vəsaitlərinin 

hazırlanmaması, əvvəlki dərsliyin dövlət nəzəriyyəsinə aid hissəsinin 

isə müasir tələblərə cavab verməməsidir. Belə ki, əvvəlki dərslikdə 

dövlət nəzəriyyəsinin birinci hissəsi daha çox sosialist 



dövlətinin nəzəriyyəsinə və marksizmin ehkamlarından çıxış edərək 

burjua dövlətinin tənqid olunmasına həsr olunmuşdur. Bundan əlavə, 

müəllif  dövlət  nəzəriyyəsinin  problemlərinin  obyektiv  elmi  biliklərə 

uyğun səviyyədə və ehkamçılıqdan azad bir yanaşma əsasında təhlil 

edilməsinə olan ehtiyacı da nəzərə almışdır. 

Ümumiyyətlə, dövlət və hüquq nəzəriyyəsinə aid dərsliklərin və 

dərs  vəsaitlərinin  çoxunda  dövlət  və  hüquq  nəzəriyyəsinin  bir  elm 

kimi  formalaşması  tarixinə  toxunulmur.  Müəllif  isə  bu  boşluğu 

müəyyən  dərəcədə  doldurmaq  məqsədi  ilə  dövlət  və  hüquq 

nəzəriyyəsinin  elm  sahəsi  kimi  formalaşması  tarixinə  ayrıca  bir 

paraqraf ayırmışdır. 

Dövlət  nəzəriyyəsinə  aid  olan  mövzuların  bir  çoxu  həm  də 

fəlsəfəyə,  hüquq  fəlsəfəsinə,  bir  sıra  ictimai  elmlərə  yaxın  olan 

mövzulardır. Bu səbəbdən müəllif vəsait üzərində işləyərkən həmin 

sahələrə  aid  çoxlu  materiallara  müraciət  etmişdir.  Bunlar,  həm 

Azərbaycan, həm də rus və ingilis dilində olan materiallardır. 

Müəllif  vəsaitdə  hər  bir  problemi  geniş  və  dolğun  şəkildə 

açıqlamaqla yanaşı, həm də bir növ müxtəlif yanaşmaların dialoqunu 

qurmuş, müxtəlif alimlərin bir-birindən fərqlənən fikirlərini müqayisə 

etmiş, oxucuların həmin məsələlər üzərində müstəqil düşünə bilməsi 

üçün çalışmışdır. 

Sizə  təqdim  olunan  bu  kitab  müəllifin  ali  məktəb  tələbələrinə 

«dövlət və hüquq nəzəriyyəsi» fənni üzrə mühazirələr dediyi dövrün 

məhsuludur  və  ali  məktəb  tələbələri  və  dövlət  və  hüquq 

nəzəriyyəsinin  problemlərini  öyrənənlər  üçün  nəzərdə  tutulmuşdur. 

Vəsaitdən,  həm  də  magistr,  aspirant  və  ali  məktəb  müəllimləri 

istifadə edə bilər. 

Sözsüz ki, vəsait müəyyən qüsurlardan xali deyil. Ona görə də, 

müəllif  oxuculardan  qüsurlarla  bağlı  haqlı  irad  və  təkliflərini  ona 

çatdırmağı  xahiş  edir  və  buna  görə  əvvəlcədən  öz  təşəkkürünü 

bildirir.  Həmin  irad  və  təkliflər  vəsaitin  növbəti  nəşrlərində  mütləq 

nəzərə alınacaqdır. 





ə

llif 


Dövlət və hüquq nəzəriyyəsi 

MÖVZU:

 DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ÜMUMİ 

XARAKTERİSTİKASI 

§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ANLAYIŞI VƏ 

FUNKSİYALARI 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  anlayışı.  Dövlət  və  hüquq 

nəzəriyyəsi  hüquq  elmlərinin  ümumi  təsnifatına  əsasən  nəzəri- 

hüquqi elmlər qrupuna aiddir. Dövlət və hüququ bütöv bir tam kimi 

öyrənən  dövlət  və  hüquq  nəzəriyyəsi  onların  ən  ümumi 

qanunauyğunluqlarını  üzə  çıxarır  və  həmin  hadisələr  barəsində 

ümumiləşdirici  biliklər  yaradır.  Buna  görə  də,  dövlət  və  hüquq 

nəzəriyyəsi  tərəfindən  yaradılan  biliklər  sahəvi  hüquq  elmlərinin 

xüsusi problemlərinin öyrənilməsi üçün nəzəri baza rolunu oynayır. 

M.N.Marçenkonun  yazdığı  kimi,  hər  bir  elm  sahəsinin,  tədris 

fənninin  adı  onun  özünəməxsus  predmeti  ilə  yanaşı,  xarakterini  və 

məzmununu  da  əks  etdirir.  Bu,  dövlət  və  hüquq  nəzəriyyəsinə  də 

aiddir. Həmin elmin və tədris fənninin xarakteri müəyyən dərəcədə 

onun adında öz əksini tapır. «Dövlət və hüquq nəzəriyyəsi» ifadəsi, 

birinci növbədə, həmin elm sahəsinin nəzəri elm olduğunu göstərir. 

Bundan  əlavə,  həmin  nəzəriyyənin  dövlət  və  hüquqa  aid  olduğu 

müəyyən olunur. Həmçinin başa düşmək olur ki, bu elm sahəsi dövlət 

və hüququ vəhdətdə götürür və onları birlikdə öyrənir. 

«Dövlət  və  hüquq  nəzəriyyəsi»  elminin  nəzəriliyi  onunla  ifadə 

olunur ki, o, dövlət və hüquq haqqında ümumiləşdirici biliklər yaradır, 

onların  daxili,  dərin,  nisbətən  ümumi  qanunauyğunluqlarını  açır  və 

həmin  hadisələr  arasındakı  əlaqəliliyin  mahiyyətini  üzə  çıxarır. 

«Nəzəriyyə»  deyərkən  də  müəyyən  hadisənin  və  ya  gerçəkliyin 

qanunauyğunluqları haqqında ən ümumi, elmi. 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə