Dövlət və hüquq nəzəriyyəsi
nunlar insan şüurunun deyil, ilahi şüurun məhsulu və ya bu şüurun
emanasiyanın bir təzahürü kimi qiymətləndirildiyindən belə hesab
edilirdi ki, qanunlar insanlara «yuxarıdan» və lap qədimlərdən
verilmişdir. Hökmdar və kahinlər isə onları insanlara çatdırmaq, izah
etmək və təmin etmək səlahiyyətinə malikdir. Bu cür təsəvvürlər
hökmdarın səlahiyyətlərinin məhdudlaşdırıl- masını istisna edirdi.
Belə hesab edilirdi ki, əgər o, ədaləti təmsil edirsə, demək, ədalətli
olmalı, insanları öz hakimiyyətinə tabe edərkən isə tabe etmənin üsul
və vasitələrini özü müəyyənləşdirməlidir. Bütün bunlardan belə bir
nəticə çıxarmaq olar ki, həmin təsəvvürə görə, hökmdarın hakimiyyəti
və səlahiyyətləri, onun ümumi qanunvericilik işində ifadə etdiyi iradə
təbəələrin maraq və mənafeləri, hüquqları ilə deyil, ilahi ədalətin
müəyyənləşdirdiyi
ədalət
düşüncəsi
və
duyğusu
ilə
məhdudlaşmalıdır.
Tədqiqatçıların fikrincə, şərq dövlətlərində mifoloji və teoloji
prinsiplər, dəyərlər və müvafiq düşüncə tərzi hüququ da özünə tabe
etdiyindən hakimiyyət və tabeçilik münasibətlərini, o cümlədən, digər
növ ictimai münasibətləri tənzimləyən hüquq normalarının əsasında
duran hüquqi şüur ictimai şüurun müstəqil forması kimi diferensiasiya
olunmadan mifoloji və teoloji dünyagörüşün tərkib hissəsi kimi çıxış
etmişdir. Misal üçün. Qədim Misirin yazılı mənbələrində ictimai
qaydanın, qanunların əsasında ilahi ədalətin durduğu göstərilir. Və
yaxud Babil hökmdarı Hammurapi öz ölkəsində ədaləti bərqərar
etmək məqsədi ilə gördüyü işləri tanrıların-Mardukun, Şamaşın
iradəsinə bağlayırdı. Qədim Çində isə «göy, səma antropomorfik ilahi
qüvvə kimi qəbul edildiyindən belə hesab edilirdi ki, yer üzərindəki
qaydalar Göyün xüsusi seçilmiş Qğluna, yəni imperatora çatdırılır və
bu yolla da insanların həyatı müvafiq şəkildə nizama salınır. Göy
Qğlunun özü də bu qaydalara tabe olduğu halda insanları idarə
etmək iqtidarında oiur».^
' Sinha Surya Prakaşh. Yurisprudence. Legal philosophy. West
publik company, 1991, s. 23.
117
ilqar Məmmədov
Ümumiyyətlə, istər Şərqdə olsun, istərsə də Qərbdə, siyasi-
hüquqi təsəvvürlər uzun müddət mifoloji və teoloji təsəvvürlərə bağlı
olmuşdur. Onların desakralizasiyası və rasionallaşması prosesi isə
müxtəlif cəmiyyətlərdə bir-birindən fərqli intensivlikdə inkişaf etmiş,
fərqli formalar doğurmuş və oxşar olmayan nəticələrə səbəb
olmuşdur. Qeyd olunan mənada, rasionallaşma tendensiyası m.ö. I
minillikdə, bu və ya digər dərəcədə, o dövrün bütün mədəni
mərkəzlərində açıqca özünü göstərməyə başlamışdır. Lakin
rasionallıq yalnız Qədim Yunanıstanda və Romada ictimai şüurun və
təfəkkürün, həmçinin də hüququn təməl əsasına çevrilə bilmişdir.
Şərqdə isə, hökmdarın hakimiyyəti sakral xarakterə malik
olmaqla yanaşı, mütləq monarxiyaya çevrilmiş və müəyyən istisnalar
olmaqla bu cür alternativsiz idarəetmə forması daha təkmil bir
formaya keçmədiyinə görə hüququn inkişafına da neqativ təsir
göstərmişdir. Bunun nəticəsində, hüquq normaları sosial və dini
normalardan tam şəkildə diferensiasiya olunmamış və sözün tam
mənasında müstəqil hüquqyaradıcılığı sahəsi təşəkkül tapmamışdır.
Dövlət tərəfindən müəyyənləşən normalar isə (pozitiv hüquq)
bilavasitə monarxın iradəsinə bağlı olmuşdur. Şərqdə əhali
hakimiyyətin həyata keçirilməsində iştirak etmədiyindən, xalqın
iştirakilə qanunyaradıcılığının həyata keçirilməsi mexanizmi
formalaşmamışdır. Hüquq normalarının müəyyənləşməsi və
rəsmiləşməsinin əsasında hökmdarın iradəsi dururudu. Mifoloji və
teoloji təsəvvürlərə əsaslanan hüququn, insanın zahiri azadlığının
ifadə olunma forması kimi qəbul edilməməsi və ictimai inkişafının
əsasında duran faktora çevrilməməsi Qədim Şərqin ənənəvi
sivilizasiyalarının ümumi cəhətlərindən biri olmuşdur.
Qədim Şərqdə və Qərbdə hüququn inkişafını A.Y.Maligin və
R.S.Mulukayev belə xarakterizə edirlər; «Hüququn inkişafının iki
əsas istiqamətini müəyyənləşdirmək olar. Harada ki, dövlət
mülkiyyəti hakim mövqedə idi, orada hüquq normalarının əsas
mənbəyini mənəvi-dini qaydalardan ibarət məcmuələr (Qədim
Misirdə Ptaxotepin nəsihətləri, Hindistanda Manu qanunları, müsəl
118
Dövlət və hüquq nəzəriyyəsi
man ölkələrində Quran və s.) təşkil edirdi. Bu məcmuələrdə
toplanmış normalar isə əsasən kazual xarakter daşıyırdı. Onlar,
yalnız, zərurət olduqda digər normalarla, yəni adətlərlə və monarxın
özünün və ya o səlahiyyət verdikdə dövlət aparatının məmurları
tərəfindən qəbul olunan konkret xarakterli qərarlarla tamamlanırdı.
Mülkiyyətçilər arasında hüquq bərabərliyinin olmasını şərtləndirən və
xüsusi mülkiyyətə əsaslanan cəmiyyətlərdə isə formallıq səviyyəsi
yüksək olan və dəqiqliyi ilə seçilən, ilk növbədə də əmlak xarakterli
mürəkkəb ictimai münasibətləri tənzimləyən daha geniş əhatəli
qanunvericilik inkişaf edirdi»."'
Hər bir sivilizasiya daxilində hüququn genezisinə təsir edən
mühüm amillərdən biri də hüququn fundamental həyat prinsipi kimi,
həmçinin ictimai təşkilatlanmanın vacib prinsipi kimi çxış
edib-etməməsi ilə bağlıdır. Müqayisələr göstərir ki, hüquq heç də
bütün sivilizasiyalarda eyni dərəcədə ictimai təşkilatlanmanın mühüm
prinsipi kimi qəbul olunmamışdır. Bəzi cəmiyyətlərdə o, ictimai
həyatda özünə müstəqil yer tutmaqla bərabər, həm də yüksək
əhəmiyyətə malik olan ictimai dəyərə çevrilməmiş, bir çoxunda isə
digər normativ tənzimləyicilərdən asılı olmuşdur. Hüquqi, fəlsəfi
ədəbiyyatda belə bir fikir geniş yayılmışdır ki, hüquq başqa
sivilizasiyalarda deyil, məhz Qərb sivilizasiyasında həyatın mühüm
bir prinsipinə çevrilmişdir. Təbii ki, bu fikir geniş və dərin
araşdırmalara əsaslanır və ümumilikdə tarixi həqiqətə zidd deyil. Bu
isə, hüquq ideyasının və hüquqla bağlı əksər nəzəriyyələrin Hind,
Çin, Yapon, Afrika mədəniyyətlərində deyil, məhz Qərb mədəniyyəti
daxilində yaradılmasının səbəblərini əsaslandırılmış şəkildə izah
etməyə imkan yaradır. Bununla bağlı K.Sveygert və H.Kets yazırlar ki,
Rudolf Yerinqin «hüquq uğrunda mübarizə» adlandırdığı hüquq
düşüncəsinə xas əlamət, ilk növbədə. Qərb mədəniyyətinə məxsus
olmuşdur. Yerinqin fikrincə, fərdin öz hüquqları uğrunda mübarizəsi
özünə və hüquq
' Общая теория права и государства.
Под редакцией док.
юридических паук, ироф. Лазарева В.В.
М., 1999, я. 70.
119
Dostları ilə paylaş: |