ilqar Məmmədov
İkincisi,
sadə unitar dövlətin ərazisində yaşayan heç bir etnik
qrupun, milli azlığın statusca digər ərazi vahidlərindən fərqlənən öz
muxtar qurumu olmur.
Üçüncüsü,
sadə unitar dövlətdə bir konstitusiya və vahid
qanunvericilik sistemi mövcuddur. İnzibati-ərazi vahidlərində
qanunvericilik orqanı mövcud deyil və yerli hakimiyyət orqanları
dövlət hakimiyyətinin bütün mərkəzi orqanları tərəfindən qəbul
olunan normativ hüquqi aktları tətbiq etməlidir. Yerli hakimiyyət
orqanlarının norma müəyyənləşdirici fəaliyyəti tam şəkildə tabeii
xarakter daşıyır və lokal təsirə malikdir.
Dördüncüsü,
bütün dövlət ərazisində vahid məhkəmə sistemi
mövcuddur və məhkəmə orqanları da digər hüquq mühafizə orqanları
kimi ümumi bir sistemin tərkib hissələri kimi çıxış edir.
Beşincisi,
bütün dövlət ərazisində yalnız bir vətəndaşlıq
mövcuddur. Yəni dövlətin hər hansısa bir ərazi vahidinin öz
vətəndaşlığı olmur.
Aitıncısı,
dövlətdə yalnız bir vergi sistemi tətbiq olunur.
Yuxarıda qeyd etdiyimiz kimi, sadə unitar dövlətlərdən fərqli
olaraq mürəkkəb unitar dövlətlərdə muxtariyyətə malik olan, başqa
sözlə desək, daxili işlərində və bir sıra məsələlərdə müstəqilliyi olan
ərazi vahidləri mövcuddur.
Ümumiyyətlə, muxtariyyət deyərkən, dövlətin ərazi üzrə
təşkilində dövlət daxilində mövcud olan milli, mədəni, tarixi, coğrafi
özünəməxsusluqların nəzərə alınması və dövlətin ərazi vahidlərindən
bəzilərinə, hətta hamısına daxili özünüidarəetmə hüququnun və bir
sıra məsələlərdə müstəqilliyin verilməsi, həmçinin ölkə daxilində
yığcam deyil, dağınıq vəziyyətdə yaşayan etnik qrupların, millətlərin
əsasən dil və mədəniyyət problemləri ilə məşğul olan təşkilatların,
seçkili orqanların yaradılması başa düşülür. Dövlət ərazisinin
müəyyən bir hissəsində yaradılan muxtariyyətə ərazi muxtariyyəti,
ölkə daxilində yığcam deyil, dağınıq vəziyyətdə yaşayan etnik
qrupların, millətlərin əsasən dil və mədəniyyət problemləri ilə məşğul
olan təşkilatların, seçkili orqanların yaradılması yolu ilə təşkil olunan
muxtariyyətə isə milli-mədəni muxtariyyət deyilir. Birinci halda, yəni
müəyyən
270
Dövlət və hüquq nəzəriyyəsi
bir əraziyə muxtariyyət statusunun verilməsində tarixi, coğrafi
özünəməxsusluqlar, həmçinin müəyyən siyasi-inzibati ənənələr əsas
rol oynayır. Bu halda muxtariyyətin yaradıldığı ərazidə yaşayan
əhalinin mədəniyyətinə, məişətinə, tarixi ənənələrinə aid
xüsusiyyətlər də nəzərə alınır. Bir çox hallarda isə, ərazi muxta- riyəti
milli xarakterli olur, yəni muxtariyyət müəyyən ərazi daxilində
kompakt yaşayan etnik qrupa verilir. Belə muxtariyyətə hüquq
ədəbiyyatında milli-ərazi muxtariyyəti deyilir.
Ərazi muxtariyyəti səlahiyyətlərin həcmindən asılı olaraq iki
formada: siyasi muxtariyyət və inzibati muxtariyyət formasında olur.
Bu, milli-ərazi muxtariyyətinə də aiddir. Yəni ərazi muxtariyyəti kimi
milli-ərazi muxtariyyəti də həm siyasi muxtariyyət, həm də inzibati
muxtariyyət formasında ola bilər.
Hüquq ədəbiyyatında açıqlandığı kimi, siyasi muxtariyyət bəzi
dövlətçilik əlamətlərinə malikdir. Belə ki, siyasi muxtariyyətlərin
əksəriyyətinin nümayəndəli orqanları yerli məsələlər üzrə
qanunvericilik fəaliyyəti ilə məşğul olur. Siyasi muxtariyyətin
nümayəndəli orqanının qanun qəbul etmək səlahiyyətinə malik
olması isə həmin muxtar qurumun daha çox məsələlər üzrə müstəqil
olması, özünüidarəetmə imkanlarının daha geniş olması deməkdir.
Siyasi muxtariyyətin özünün yerli parlamenti, icra hakimiyyəti orqanı
yaradılır. İcra hakimiyyəti orqanı həm qanunvericilik səlahiyyətinə
malik olan nümayəndəli orqanın seçdiyi kollegiya, həm də həmin
orqanın sədri ola bilər. Bəzi hallarda isə siyasi muxtariyyətin
konstitusiyası da olur. Məsələn, Azərbaycan Respublikasının ərazi
vahidi olan Naxçıvan Muxtar Respublikası siyasi muxtariyyət
formasına malikdir və onun öz konstitusiyası var. Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit olunmuşdur ki, Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar
dövlətdir və onun ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik hakimiyyətini nümayəndəli orqan olan
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini isə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Naxçıvan Muxtar Respublikasında ayrıca məhkəmə hakimiyyəti
271
ilqar Məmmədov
də mövcuddur və bu hakimiyyəti Muxtar Respublikanın məhkəmələri
həyata keçirir. Bu isə demək olar ki, bütün dünyada nadir hadisədir.
Çünki, adətən, federasiya subyektiərindən fərqli olaraq, muxtar
qurumların məhkəmələri olmur. Naxçıvan Muxtar Respublikası
milli-ərazi muxtariyyəti deyil, o, ərazi muxtariyyətidir.
Siyasi muxtariyyət Azərbaycan Respublikasından başqa, bir sıra
digər unitar dövlətlərdə də mövcuddur. Məsələn, Özbəkistanda
Qaraqalpak
Respublikası,
Böyük
Britaniyada
Şotlandiya,
Portuqaliyada
Azor
adaları,
Finlandiyada
Aland
adaları,
Danimarkada Qrenlandiya, Fransada Korsika siyasi muxtariyyət
formasına malikdir. Bunlardan bəzilərinin səlahiyyətləri müqayisədə
daha genişdir və müstəqillikləri də daha çoxdur. Məsələn,
Portuqaliyada Azor adaları ona aid olan məsələlər üzrə beynəlxalq
danışıqlarda iştirak etmək hüququna malik olmaqla ümum- dövlət
məsələsinin həllinə təsir göstərə bilir. Azor adaları həm də
Portuqaliya parlamentində qanunvericilik təşəbbüsünə malikdir.
Danimarkanın Avropa Birliyinin üzvü olmasına baxmayaraq
Qrenlandiya öz ərazisində referendum keçirmək yolu ilə həmin
təşkilata qatılmaqdan imtina etmişdir.
Özbəkistanda isə Qaraqalpak Respublikasına bu dövlətdən
ayrılmaq hüququ verilmişdir. Lakin bu hüququn reallaşması üçün
mütləq parlamentin razılığı olmalıdır.
Qnu da əlavə edək ki, siyasi muxtariyyətlərin əksəriyyətinin
qanunverici orqanı olsa da (Ukraynada Krım Muxtar Respublikasının
parlamenti qanun qəbul etmək səlahiyyətində deyil), onların
qanunvericilik səlahiyyəti məhduddur. Belə ki, həmin orqanların
qanunvericilik fəaliyyəti yalnız yerli əhəmiyyətə malik olan məsələləri
əhatə edir. Digər tərəfdən isə, elə yerli əhəmiyyətli məsələlər var ki,
siyasi muxtariyyətin qanunverici orqanı o məsələlər üzrə qanun qəbul
etmək səlahiyyətində deyil.
İnzibati muxtariyyətin isə siyasi muxtariyyətdən fərqli olaraq yerli
qanunlar qəbul etmək səlahiyyəti yoxdur. Lakin inzibati- ərazi
vahidləri ilə müqayisədə inzibati muxtariyyət daha geniş
səlahiyyətlərə və əlavə hüquqlara malikdir. Məsələn, Çində inzi-
272
Dostları ilə paylaş: |