Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə55/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   51   52   53   54   55   56   57   58   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yaradan  və  siyasi  birlik  təşkil  edə  bilməyən  digər  etnik  qrupları  da 

özündə birləşdirir. 

V.M.Korelskinin  fikrincə  isə,  dövlət  cəmiyyətin  bütövlüyünü  və 

vahidliyini təmin edən, dövlət mexanizmi vasitəsilə cəmiyyətin idarə 

olumasını  və  cəmiyyətdə  suveren  hakimiyyəti  həyata  keçirən, 

hüquqa  ümumməcburilik  əhəmiyyəti  qazandıran,  vətəndaşların 

hüquq  və  azadlıqlarına,  qanunçuluğa  və  hüquqi  nizama  təminat 

verən  siyasi  təşkilatdır.'^  Bu  tərifdə  hüquqi  dövlətə  xas  olan 

əlamətlərdən  birinə  və  ən  vacibinə  -  hüquq  və  azadlıqların  təmin 

edilməsinə ayrıca yer ayrıldığını görürük. 

A.F.Çerdantsevin verdiyi tərif daha lakonikdir. O yazır: «Dövlət 

cəmiyyətdə dövlət hakimiyyətini, siyasi hakimiyyəti ifadə edən, lakin 

cəmiyyətin özü ilə üst-üstə düşməyən 

təşkilatdır».

Qərb hüquq elminin nümayəndələrindən olan C.Smit isə hesab 



edir  ki,  dövlət  öz  ərazisinə,  məcburetmə  aparatına  malik  olan,  öz 

funksiyalarını həyata keçirmək üçün vergi yığan və hüquq yaradan, 

insanların  normal  həyat  fəaliyyətini  təmin  etməyə  təyinatlanmış, 

siyasi hakimiyyətin suveren, universal təşkilatıdır. 

Beləliklə,  deyə  bilərik  ki,  müasir  dövlətşünaslıqda  dövlət 

müəyyən  əraziyə  malik  olan,  antrop  birliklərdən  təşkil  edilən  və 

antrop  birliklə  siyasi  hakimiyyətin  qarşılıqlı  əlaqəsi  nəticəsində 

yaranan  bütövlük,  sistem  kimi  izah  edilir.  Bu  ümumi  karkas  isə 

dövlətə xas olan digər cəhətləri və əlamətləri: suverenliyi, leqal- lığı, 

təşkilatlılığı,  məqsədyönlü  fəaliyyəti,  universallığı,  ümumiliyi  və  s. 

özündə ehtiva edir. Lakin dövlətin göstərilən faktorlar əsasında izah 

edilməsi onun həmin amillərlə, misal üçün ərazi ilə, və yaxud əhatə 

etdiyi antrop birliklərlə - əhali ilə, etnosla, millətlə eyniləşdirilməsi kimi 

başa düşülməməlidir. Onlar dövlətin mövcud olmasını mümkün edən 

zəruri şərtlər, əsaslardır. Dövlət keyfiyyətcə müstəqil hadisə olmaqla 

bütün o amilləri, təzahürləri inteqrasiya edən sistem kimi çıxış edir. 

Bu inteqrasiyanın əsasında isə siyasi hakimiyyət durur. 

’Теория  государства  и  права.  Под  ред.  проф.  В.М.Корелъского  и 

проф. В.Д.Перевалова, М., 2002, з.118. 

^Черданцев А.Ф. Теория государства и права. 8.86. 



165 


ilqar Məmmədov 

Sözsüz  ki,  dil,  ailə,  mədəniyyət  kimi  dövlət  də  insanın  həyat 

fəaliyyətinin  infrastrukturunu  təşkil  edən,  qaçınılmaz  fundamental 

institutlardan  biridir.  Bu  institutun  təməlində  həyatda  sabitliyə, 

təhlükəsiz  yaşayışa,  nizamlanmış  münasibətlərin  qurulmasına 

yönəlmiş bir intensiya durur ki, həmin intensiya da birbaşa insanın öz 

varlığını  qoruyub  saxlamaq  marağından  irəli  gəlir.  Məhz  bunu 

nəzərdə tutaraq Hegel yazır: «İnsanlar əmindirlər ki, dövlət mövcud 

olmalıdır  və  xüsusi  maraqlar  yalnız  onun  mövcud  olduğu  təqdirdə 

həyata keçə bilər, lakin vərdişlərimiz həyatımızın, bütünlüklə, nədən 

asılı  olduğumuzu  bizdən  gizlədir.  Gecə  vaxtı  insan  rahat  şəkildə 

küçəyə çıxarkən onun ağlına da gəlmir ki, hər şey başqa cür də ola 

bilərdi.  Çünki,  təhlükəsizliyə  bu  cür  vərdiş  insanın  ikinci  təbiətinə 

çevrilmiş  və  ona  görə  də,  heç  kəs  düşünmür  ki,  bu  yalnız  xüsusi 

qurumların fəaliyyətinin nəticəsidir. Əksər hallarda belə hesab edilir 

ki, güya dövlət güc üzərində qurulur. Həqiqətdə isə, onun əsasında 

hər bir kəsin nizam-intizama olan ehtiyacı durur».”' 

«Müasir  dövlət»  anlayışı  müəyyən  mənada  nisbi  və 

ümumiləşdirilmiş bir anlayışdır. Belə ki, müasir dövlət deyərkən bütün 

bəşəriyyətə  təsir  göstərmiş  Qərb  tipli  dövlət  başa  düşülür.  Burada 

irad  tutmaq  olar  ki,  «Qərb  tipli  dövlət»  anlayışının  özü  qeyri- 

müəyyənlik ifadə edir və konkret bir formanı əks etdirmir. Q mənada 

ki.  Qərbin  özündə  dövlətin  müxtəlif  formaları:  despotik,  avtoritar, 

totalitar, demokratik dövlətlər, monarxiyalar, respublikalar və onların 

özünün  də  müxtəlif  formaları  yaranmışdır.  Təbii  ki,  bu  inkar 

olunmazdır. Xatırladaq ki, həmin anlayışın məhz o cür adlandırılması 

demokratik  hüquqi  dövlətin  Qərb  sivilizasiyasının,  mədəniyyətinin 

inkişafının məhsulu, nəticəsi olması ilə bağlıdır. Bu izahdan sonra bir 

daha xatırladırıq ki, müasir dövlətdən danışarkən məhz insan hüquq 

və azadlıqlarının təminatçısı kimi çıxış edən demokratik hüquqi dövlət 

nəzərdə tutulur. 

Qayıdaq  müasir  dövlətin  ümumiləşdirici  anlayış  olması 

məsələsinə.  Müasir  dövrdə  dünyanın  əksər  yerində  bu  tip  dövlətin 

qurulması və inkişaf etdirilməsi tendensiyası güclənsə də, ayrı- 

Гегелъ. Философия права. S. 293. 

166 



Dövlət və hüquq nəzəriyyəsi 

ayrı cəmiyyətlərin, mədəniyyətlərin öz tarixi keçmişindən miras aldığı 

özünəməxsus  ənənələrin,  həmçinin  müxtəlif  sosio-  mədəni, 

tarixi-siyasi faktorların təsiri ilə indi də dövlətlər bir-birin- dən fərqlənir. 

Bunları  nəzərə  almaqla  müasir  dövrdə  mövcud  olan  dövlətləri 

bir-birindən  fərqləndirməyə  çalışan  ingilis  tədqiqatçısı  Martin  Şou 

(Martin Shaw) hesab edir ki, hal-hazırda dünya dövlətlərinin üç tipini 

fərqləndirmək  olar.  O,  müasir  dövrdə  mövcud  olan  dövlətləri  Qərb 

dövlətlərinə, kvazi-imperiya xarakterli milli-dövlətlərə, yeni dövlətlərə 

və yaxud proto-dövlətlərə bölür. 

Martin Şou yazır ki, Qərb dövlətlərinə dünyada güc mərkəzi olan 

Şimali  Amerika  və  Qərbi  Avropa  dövlətləri,  Yaponiya  və  Avstraliya 

aiddir.  Kvazi-imperiya  xarakterli  milli-dövlətlər  nəhəng  Qərb 

konqlomeratından kənarda mövcud olan və müəyyən dərəcədə güc 

mərkəzləri  kimi  çıxış  edən  dövlətlərdir.  Q,  bu  tip  dövlətlərə  Rusiya, 

Çin,  Hindistan,  Pakistan,  İndoneziya,  Braziliya,  Argentina,  İran, 

Şimali  və  Cənubi  Koreya,  İzrail,  Zimbabve  və  s.  aid  edir.  Yeni  və 

yaxud  proto-dövlətlər  isə  son  dövrlərə  qədər  mövcud  olmuş 

dövlətlərin  dağılması  və  ya  parçalanması,  dövlətlərin  bəzilərindən 

ayrılmalar hesabına meydana gələn dövlətlərdir. M.Şounun fikrincə, 

«bu  tip  dövlətlər  arasında  mövcud  olan  güc  münasibətləri  dünya 

nizamını başa düşmək üçün çox əhəmiyyətlidir və həlledicidir».”' O, 

bu  münasibətləri  hətta  hüquqi  cəhətdən  suveren  hesab  olunan 

dövlətlər  arasında  yaradılmış  beynəlxalq  münasibətlərdən  daha 

əhəmiyyətli hesab edir. 

Bu  cür  qarışıqlıq  və  mürəkkəblik  şəraitində  təbii  ki,  həmin 

dövlətlərin hamısını başa düşdüyümüz mənada müasir dövlət hesab 

etmək  olmaz.  Düzdür,  onların  hamısı  müasir  dövrdə  mövcud  olan 

dövlətlərdir.  Lakin  «müasir  dövlətin»  özü  başqadır.  Onun  əsas 

kriteriyası dövlətin hüquqi, demokratik, insan hüquq və azadlıqlarının 

təminatçısı kimi çıxış edə bilən dövlət olması ilə bağlıdır. 

Shaw Martin. Theori of the Qlobal State. Cambridge University 

Press, 2000, s. 213. 

167 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə