ilqar Məmmədov
nasibətlərini, cinayət hüququ elmi cinayət hüquq münasibətlərini,
konstitusiya hüququ elmi konstitusiya hüquq münasibətlərini öyrənir.
Bu qayda digər sahəvi hüquq elmlərinə də aiddir. Sa- həvi hüquq
elmləri öz həcminin böyüklüyünə görə hüquq elmlərinin əsas blokunu
təşkil edir.
2.
Yardımçı (tətbiqi) hüquq elmləri və ya tədris sahələri
(kriminalistika, kriminologiya, məhkəmə təbabəti, məhkəmə
psixiatriyası, hüquqi statistika və s.). Hüquqi məsələlərin həlli üçün
bu sahələrin vasitəsi ilə texniki elmlərin, dəqiq elmlərin, təbabət
elminin,
hüquqla
bağlı
olmayan
digər
elm
sahələrinin
nailiyyətlərindən istifadə olunur.
3.
Tarixi-hüquqi elmlər (xarici ölkələrin dövlət və hüquq tarixi,
Azərbaycanın dövlət və hüquq tarixi, dövlət və hüquq haqqında
təlimlər və ya siyasi-hüquqi təlimlər tarixi). Siyasi-hüquqi təlimlər
tarixi həm də tarixilik aspektinə malik olan nəzəri sahə kimi qəbul
olunduğundan hüquq elmlərinin qruplaşdırılması zamanı o,
tarixi-nəzəri elm kimi də xarakterizə edilir.
4.
Nəzəri hüquqi elmlər. Nəzəri hüquqi elmlər ən ümumi dövlət
və hüquq hadisələrini öyrənən elmlərdir. Onlardan biri də dövlət və
hüquq nəzəriyyəsidir. Daha çox Qərb ölkələrində İnkişaf etmiş
«müasir hüquqşünaslıq» da nəzəri-hüquqi elmlərdən biridir. Bununla
yanaşı, «Hüququn fəlsəfəsi» də ümumnəzəri hüquqi bilikləri əhatə
etməklə hüququn dərk olunmasının «ən üst qatı, daha dəqiq desək,
ümumiləşdirilmiş hüquqi biliklər zirvəsi kimi çıxış edir»."'
Sahəvi və yardımçı hüquq elmləri bir qayda olaraq dövlət
həyatının və hüququn müəyyən bir sahəsi, İstiqaməti, elementi ilə
məşğul olur. Dövlət və hüquq nəzəriyyəsi İsə onlardan fərqli olaraq,
ictimai-siyasi, hüquqi hadisələrin tədqiq edilməsi nəticəsində əldə
olunmuş biliklərə əsaslanmaqla dövlətin və hüququn genezisinin
ümumi
qanunauyğunluqlarını,
dinamikasını,
mahiyyətini,
funksiyalarını, formalarını, hakimiyyətin, hüququn realizəsi
' Алексеев C.C.
Право: азбука-теория-философия: Опыт
комплексного исследования. М., 1999, s. 394.
24
Dövlət və hüquq nəzəriyyəsi
məsələlərini və s. öyrənir. Dövlət və hüquq nəzəriyyəsinin digər
hüquq elmlərindən fərqlənməsi ilə bağlı M.Məlikova yazır ki, dövlət və
hüquq nəzəriyyəsi dövlət və hüququn ayrı-ayrı sahələrini deyil, siyasi
və hüquqi təsisatlar kimi onların bütövlükdə spesifik inkişaf
qanunauyğunluqlarını, sinfi mahiyyətini, tarixi tiplərini, funksiyalarını,
formalarını, qanunun qəbulu, şərhi, realizə edilməsi məsələlərini və s.
öyrənir. «Dövlət və hüquq nəzəriyyəsinin öyrəndiyi dövlət və
hüququn spesifik qanunauyğunluqları xüsusi hüquq elmləri üçün
rəhbər və başlanğıcdır. Onlar xüsusi elmlər tərəfindən dövlət və
hüququn bu və ya digər tərəfinin öyrənilməsinin əsasını təşkil edir.
Onun formula etdiyi ümum- nəzəri müddəalar xüsusi elmlərin
predmetinin tədqiqində müəy- yənedici, metodoloji əhəmiyyətə
malikdir. Məsələn, dövlət və hüquq nəzəriyyəsinin, ümumiyyətlə,
hüquq münasibətlərinə verdiyi anlayış mülki hüquq münasibətlərinin
şərhində mülki hüquq elmi üçün metodoloji əsasdır. Dövlət və hüquq
nəzəriyyəsinin qanunun təfsirinə dair işləyib hazırladığı nəzəri
məsələlər cinayət qanununun təfsirində cinayət hüququ elmi üçün
əsas kimi qəbul olunur və s.».’'
Dövlət və hüquq nəzəriyyəsi özünəməxsus qaydada dövlət və
hüquq tarixinin əldə etdiyi biliklərdən faydalanmaqla onları
ümumiləşdirir,
sistemləşdirmələr
aparır,
qanunauyğunluqları
aşkarlayır. Belə ki, ümumi dövlət və hüquq tarixi konkret dövlət-
hüquq hadisələrini, proseslərini öyrənərkən ayrı-ayrı dövlətləri,
sivilizasiyaları, superetnosları nəzərə alır və xronoloji ardıcıllığa riayət
edir. Dövlət və hüquq nəzəriyyəsi isə həmin bilikləri keyfiyyətcə
başqa məzmunda, yəni nəzəri səviyyədə təhlil etməklə ümumi
olanları, əsas əlamətləri və xüsusiyyətləri müəyyənləşdirir, dövlət və
hüququn tarixi inkişafının qanunauyğunluqlarına əsaslanaraq onların
mahiyyətini açır, tarixən sabit, dəyişilməz olan əlamətlərini aşkar edir.
Hər bir hüquq elmi dövlət həyatının və hüququn obyektiv
gerçəkliklərini, təzahürlərini öyrənən nisbətən müstəqil elmi
1
Məlikova M.F.
Dövlət və hüquq nəzəriyyəsi. S.17.
25
ilqar Məmmədov
quruluş kimi çıxış edir. Beləliklə də, hüquqi reallığın müəyyən
elementləri həmin sahələrin predmetini təşkil edir. Bu, o deməkdir ki,
ayrıca bir hüquq elminin predmeti obyektiv gerçəkliyin əsas
xüsusiyyətlərinin hüquqi anlayışlar baxımından dərk edilməsinin və
elmi cəhətdən ifadəsinin müəyyən bir aspektidir.
Pozitiv konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq və s.
hüquq sahələri empirik reallıq kontekstində təzahür olunan
sahələrdir. Bütün bu empirik reallıq ümumilikdə hüquq kimi, yəni
hüquqi reallıq kimi öyrənilərkən müvafiq anlayışlardan çıxış edilir.
Ayrı-ayrı hüquq elmləri tərəfindən istifadə olunan hüquqi anlayışların
bir çoxu, məhz nəzəri fikirin məhsuludur.
Dövlət və hüquq nəzəriyyəsinin müstəqil hüquq elminə
çevrilməsinin zəruriliyi həm də onunla bağlıdır kl, real həyatda
təzahür olunan dövlət və hüquq hadisələrinin obyektiv
qanunauyğunluqlarını dərk etmədən sahəvi hüquq elmlərinin
predmetini dərindən öyrənmək mümkün deyil. Misal üçün, dövlətin
ümumi tərifi olmadan dövlətin müxtəlif tarixi tiplərinin bir-birindən
fərqlənən xüsusiyyətlərini müəyyənləşdirmək olmur və ya hüququn
mahiyyəti, məzmunu və forması, sahələri və institutları, sistemi,
hüquq norması və hüquq münasibətləri haqqında ümumi elmi izahlar
olmadan ayrı-ayrı hüquq elmləri tərəfindən əhatələnən xüsusi biliklər
sahəsinə aid məsələlər təkmilləşdirilmiş qaydada hüquqi-elmi biliyə
çevrilə bilməz.
Dövlət və hüquq nəzəriyyəsinin vəzifəsi də, məhz dövlət və
hüquq hadisələrinin inkişafındakı tendensiyaları, daxili əlaqəliliyi,
insanlararası münasibətlərdə, cəmiyyətin həyatında onların rolunu
açıqlamaqdan, hüququn adekvat dərk edilərək mahiyyətinə uyğun
obyektivləşməslnə, pozitlvləşməslnə yardımçı olmaqdan ibarətdir. Bu
isə onu göstərir ki, dövlət və hüquq nəzəriyyəsi həm nəzəri, həm də
praktiki əhəmiyyətə malikdir. Odur ki, dövlət və hüquq nəzəriyyəsinin
verdiyi anlayışların, kateqoriyalarin, bu sahədə əldə olunan
nəticələrin dövlət və hüquq hadisələrinin inkişafındakı əsas
tendensiyaların xarakterizə olunmasında mühüm əhəmiyyəti var.
Bunlarla bərabər, dövlət və hüquq nəzəriyyəsi sahəvi hüquq
elmlərinin nailiyyətlərindən faydalanır, onlar
26
Dostları ilə paylaş: |