Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə14/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
54
55
Adətən batırların oğulları qoçaq, igid doğulurlar. 
«Alpamıs»da Yadigar «Koblan»da Mirzə Saim, «Maspatşa»da 
Adilşah, «Yazgələn»də Baltakeyin oğlu Yazgələn belələrin-
dəndir.
Qaraqalpaq dastanlarında («Koblan», «Alpamıs», «Qırx 
qız» və s.) batırların dostluğuna da xüsusi diqqət yetirilir. 
«Koblan»da Polad, Qaraman, Yer Saim, «Alpamıs»da Həşim, 
Qaracan, «Qırx qız»da Arıslan, Altınay, Sərfinaz, Otbaskan 
və s. buna nümunə ola bilərlər. Batırın  ən yaxın yoldaşı 
onun atıdır. Gülayim də – Axtamker, Koblanda da Torışat, 
Alpamısda Bayşubar, Maspatsada Mənsun at, Goroğluda 
Qırat belələrindəndir. Bu atlardan hər biri az qala qəhrəmanın  
dilini bilir, insanlardan ağıllı davranır və quş kimi uçurlar. 
Atın belə səciyyəvi xarakterinə biz dünyanın digər xalqlarının 
dastanlarında da rast gəlirik.
Qaraqalpaq qəhrəmanlıq eposunda bədii təkrirlərdən ge-
niş istifadə olunur ki, onların sırasında çoxsaylı müxtəlif növ-
lü bədii təsvir vasitələri  - hiperbolalar, epitetlər, müqayisə lər 
və s vardır. Müqayisələrdə hiperbolalardan daha çox istifadə 
olunur. Məsələn, at bərkqaçan dovşanla, yaxud güllə ilə 
müqayisə olunur.
Qaraqalpaq eposunda qadın obrazına da xüsusi yer 
verilir. Bu obrazların yaranmasında çoxsaylı xalq müqayi-
sələrin dən, məsələn, «ondörd günlük aya bənzəyir», «karşığa 
(ov quşu) kimi fikirlidir», «boyu, qədd-qaməti qartal kimidir» 
və s. istifadə olunur. Müqayisələrin özü də müxtəlif  olur: 
hadisələrin, obrazların yaradılması  və  təsviri ilə bağlı (ay, 
günəş, çay, ağac, külək, buz, dağ, qar, dəmir, brilyant, qızıl, 
qamış, göl və s.); xalq həyatı  və istehsal alətləri ilə bağlı 
yurta, lampa, qarmaq, qapı, daş örtüyü və s.; heyvanlarla 
müqayisələr (məsələn, şir, pələng, ayı, canavar, dovşan, dəvə, 
xoruz, at, qartal, qaz, ilan, ceyran, qoyun və s.).
Qaraqalpaq eposunda ən geniş yayılmış  bədii ifadə 
vasitələrindən olan epitetlər daha çox diqqəti cəlb edir. 
Məsələn, söyləyicilər toyu, təntənəni təsvir edərkən «ən yaxşı 
heyvanları  kəsdilər», «dörd bucaq ocaq yeri düzəltdilər», 
qızı «hündür, qədd-qamətli», atı «qızıldan yəhərlənmiş» 
kimi və s. göstərirlər. Bundan başqa «ağappaq», «altın arşa» 
(«qızıl sandıq»), «tilla delment» («qızıl toqqa»), «tilla sedep» 
(«qızıl sədəf»), «tılla saz» («qızıl saz»), «ak üy» («ağ ev-
yurta»), «akşa yüz» («ağca üz»), «ağ bilək», «ağ  şatır» («ağ 
çadır») və s. kimi epitetlərə geniş yer verilir. Eyni zamanda bu 
epitetlərdən istifa də edən qaraqalpaq söyləyiciləri nəinki bir-
birini təkrar edir, həm də yerli ləhcəyə söykənərək öz fərdi 
dəst-xəttini ortaya qoyur, formalaşdırırdılar. K.Maksetovun 
şəhadətinə görə qazax, özbək, türkmən dastanlarında istifadə 
edilmiş epitetlər qaraqalpaq dastanlarındakı epitetlərlə üst-
üstə düşür.
4
 Türk xalq dastanlarında bədii formanın yaxınlığı 
həm də bu xalqlar arasındakı epik abidələrin geniş yayılması 
ilə bağlı olduğunu sübut edir.
Qaraqalpaq eposunda atalar sözü və  zərbi məsəllərdən 
də  qəhrəmanların nitqini  poetikləşdirmək,  rəngarəngləş-
dirmək üçün geniş istifadə olunur. Məsələn, «Qırx qız» da 
«кемликке кемал, мен менге зауал» («Ağıllıya kamal, mən-
mən deyənə zaval»), «Qurbanbəy» də  «Мен-мен  болсан 
казан урар гулине» («Mən-mən desən xəzan (boran) vurar 
gülünü», «Maspatşa»da  ərə gedən  qız haqqında «Тени 
келсе мегин бер» («Qız sevdiyinə gedirsə, pulsuz (kalımsız, 
başlıqsız) ver») və s.
Bu baxımdan «Alpamıs» dastanı daha fərqlidir. Məsələn, 
təkcə Yesemurad jıraunın bir variantında 200-dən çox atalar 
sözü və  zərbi məsəllər yer almışdır. Aforistiklik qaraqalpaq 
atalar sözü və  zərbi məsəllərin səciyyəvi xüsusiyyətidir. 
Qaraqalpaq  dastanlarında  bəzən feodal ideologiyasını  əks 
etdirən atalar sözü və zərbi məsəllər də yer almışdır. Məsələn, 
«Катыннын ташы узун, акылы кыска» («Qadının saçı uzun, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
56
57
ağılı qısa»), «Алтын алма, дууа ал» («Qızıl alma, dua al») və s. 
Atalar sözü və zərbi məsəllər digər bədii ifadə vasitələri 
ilə birgə qaraqalpaq dastanlarının dilini zənginləşdirməklə 
bəzəyir və eposu əsl xalq təfəkkürünün incisi  kimi ortaya 
qoyur.
Dastanlarda rast gəlinən  şəxs adları, yer, çay, göl, dağ, 
bitki, heyvan və s. epik planda verilir. Onlar öz fərdi, dar 
anlayışlarını itirib ümumi obrazlı tipik ada çevrilmişlər. 
Məsələn, Alpamıs, Koblan, Gülayim, Goroğlu, Maspatşa, 
Ayparça, Sərfinaz, Arıslan və b. şəxsində biz öz vətənini, xalq 
təəsübünü çəkib onun uğrunda döyüşən, ləyaqətini qoruyan 
insanların obrazını görürük.
Qaraqalpaqların epik repertuarında  əlliyə  qədər 
qəhrəmanlıq və  məhəbbət dastanları mövcuddur. Onların 
sırasında «Alpamıs», «Koblan», «Qırx qız», «Qurbanbəy», 
«Şəhriyar», «Şirin-Şəkər», «Bozaman», «Yer Kosay», «Yer Sa-
yım», «Hacı Girey», «Yer Ziuar», «Kanşayım», «Cahanşa», 
«Səlim can»,  «Hətəm-Tay», «Məngliqal», «Canadil», «Balta-
key-batır», «Güldursun haqqında rəvayət» və s. müxtəlif 
dövrlərdə yaradılmışdır. 
Bu dastanların məzmun və forma baxımından kamilləş-
məsində qaraqalpaq jırau  və baksılarının rolu danılmazdır. 
Jıraulıq sənəti və ifası Qaraqalpaqstanda xüsusi nüfuza 
malikdir. Bu sənətin qıpçaq türklərində  qədim və  zəngin 
ənənələri vardır.  XIV əsrdən üzü bəri Soppaslı Sıpıra jırau, 
Qazı Tuqan, Şalkiiz, Dosmambet, Həsən Qayğılı kimi jıraular 
«Yedige», «Yer Şora», «Alpamıs», «Yer Sayım», «Şəhriyar» 
və s. dastanları böyük məharətlə ifa etmişlər. Getdikcə  sənət 
inkişaf etmiş, Jien Jırau (XVIII-XIX əsrlər),  Şankay (1814-
1889), Yerpolad jırau (1861-1938), Yesemurad (1836-1908), 
Qurbanbəy (1876-1958), Nurabılla  (1888-1957), Qaibnəzər 
jırau (1887-1962), Qiyas jırau (1903-1974), Şahmurad jırau 
(1925-1998), Cüməbəy Bazarov (1927), Cüməbəy Seydullayev 
(1932), Yaxşılıq jırau (1934), Qazaxbəy, Xalmurad, Bəymurad, 
Oğuz jırau  kimi ifaçılar bu sənətin  yaşadılmasında yaxından 
fəaliyyət göstərmişlər.
Qurbanbəy jıraunın söyləyicilik məharəti daha fərqli 
olmuşdur. Onun dastan söyləyiciliyi repertuarı o qədər 
zəngin və çeşidli olmuşdur ki, o, nəinki Qaraqalpaqstanda, 
həm də onun hüdudlarından kənarda hamı tərəfindən sevil-
miş dir.  (Qurbanbəy ömrünün şüurlu dövrünü Qaraqal paq 
Dövlət Dram Tetarında,  filarmoniyada, radiokomitədə  və 
başqa yerlərdə  fəaliyyət göstərməklə, dastanlar və öz fərdi 
yaradıcılıq repertuarından  əsərlər ifa etməklə yaşamışdır). 
Qurbanbəyin repertuarında «Yer Kosay», «Bozaman», 
«Yazgələn», «Yer Sayım», «Şirin-Şəkər», «Qurbanbəy», 
«Hacı-Girey», «Kanşayım», «Məngliqal», «Qırx qız», 
«Alpamıs», «Yer Ziuar», «Cahanşa», «Səlimcan», «Hətəm-
Tay», «Canadil», «Güldursun haqqında rəvayət», «Baltakey-
batır» və başqa dastanlar böyük ustalıqla səsləndirilmişdir. 
Onun ifasından bu dastanların böyük bir qismi özbək, qazax, 
türkmən, qırğız, rus və s. dillərə tərcümə edilməklə qaraqalpaq 
epik poeziyasının digər xalqlar arasında yayılmasında 
nəzərəçarpacaq rol oynamışdır. Qurbanbəyin «Qırx qız» 
variantı  əsasında A.Tarkovski «Gözəl Gülayim haqqında 
povest»ini yazmış, Nəvai adına Akademik Opera və Balet 
Teatrında Feyginin «Qırx qız» baleti səhnəyə qoyulmuşdur.
5
 
«Yer Ziuar» dastanı. Bu əsər Qaraqalpaq dastanları 
içində öünəməxsusluğu ilə seçilən nümunələrindəndir. 
Onun mətni ilk dəfə Sahibnəzər Bəynəzərov tərəfindən 
Qurbanbəy Tajibəyovdan yazıya alınmışdır. Bu mətn sonralar 
Qaraqalpaqstan Elmi-Tədqiqat  İnstitutunun elmi əməkdaşı 
Gəncəmurad  Yesemu ra dov  tərəfindən  əlavələr edildikdən 
sonra 1958-ci ildə on bir min şeir sətri həcmində  nəşrə 
hazırlanmışdır. Dastan haqqında ilk məlumatı xalq ədəbiyyatı 
nümunələrinin toplayıcısı Kallı Aimbetov vermişdir.  Əsər 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə