Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə3/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
10
11
muna əsaslanaraq Özbəkistan Respublikasının tərkibindən çıxmaq 
hüququna malikdir.  Özbəkistan Respublikası ilə Qaraqalpaq-
stan  Res pub likası arasındakı qarşılıqlı münasibətlər Özbəkistan 
Respublikası Konstitusiyası çərçivəsində müvafiq  müqavilələr və 
razılaşmalar yolu ilə  həll edilir və imzalanır. 
Qaraqalpaqstan Respublikasının Konstitusiyası 1993-cü il 9 ap-
rel də qəbul edilmişdir. Respublika dövlət gerbinə, dövlət bayrağına, 
dövlət himninə malikdir. 
Qaraqalpaqstan Respublikasında qanunvericilik hakimiy yətini 
Yuxarı Palata (Jukarqu-Kenges) həyata keçirir. O yüksək nümayən-
dəli dövlət orqanı olmaqla yanaşı, ərazi dairələrinə görə çoxpartiyalı 
əsasda beş illiyə seçilmiş deputatlardan ibarətdir. 
Qaraqalpaqstan Respublikasının Yuxarı Palatısının (Jukarqu 
Kengesinin) sədri Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin 
deputatı və sədr müavini seçilir. Qaraqalpaqstan Respublikasının 
Yuxarı Palatasından (Jukarqu Kengesə) bir namizəd Özbəkistan  
Respublikasının Ali (Oliy) Məclisinə deputat təklif etmək hüququna 
malikdir ki, o da Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin 
sessiyalarındakı iclaslarda qanunverici təşəbbüsə malikdir. 
Qaraqalpaqstan Respublikasının Ali İcra Hakimiyyəti orqanı 
Qaraqal paqstan  Respublikasının Yuxarı Palatası (Jukarqu Kengesi) 
tərəfindən təsdiq olunmuş Nazirlər Sovetidir. Qaraqalpaqstanın 
Nazirlər Sovetinin tərkibinə  sədr, sədrin müavinləri, nazirlər, 
dövlət komitələrinin sədrləri, iri konsern və birliklərin rəhbərləri 
daxildir. Qaraqalpaqstan Respublikasının  Nazirlər Sovetinin sədri 
vəzifə  səla hiy yətlərinə görə Özbəkistan Respublikasının Nazirlər 
Kabinetinin tərkibinə daxildir. Qaraqalpaqstan Respublikasının 
məhkəmə hakimiyyəti beşillik müddətə seçilmiş qanunverici və icra 
hakimiyyətindən, siyasi partiyalar və digər ictimai birliklərdən asılı 
olmadan Qaraqalpaqstan Respubli 
kasının Ali Məhkəməsindən 
və Qaraqalpaqstan Respublika 
sının Təsərrüfat Məhkəməsindən 
ibarətdir. Bundan başqa o, həm də beş il müddətinə seçilmiş 
şəhər, rayon, şəhər hərbi və təsərrüfat məhkəmə sindən ibarətdir. 
Qaraqalpaqstan Respublikası  Məhkəməsinin sədri Özbəkistan 
Respublikası  Məhkəmə sinin  tərkibinə  daxildir.       
Qaraqalpaqstan  ərazisində insanların məskunlaşması e.ə. 
IV-II minilliyin əvvəllərinə  təsadüf edir. Ayin tikililərinin Qoy-
Qrılqanqala  ərazilərində qazıntıları aparılan zaman qədim yazılı 
abidələr tapıl mışdır(e.ə.IV əsr). Onların sırasında Topraqqala sarayı 
(bizim eranın III-IV əsrləri), Govur və başqa abidələri göstərmək 
mümkündür. Qaraqalpaqların Janıdərya hövzəsində yayılması 
ilə bağ lı məlumatlar da məhz qaraqalpaqlarda həm də irriqasiya 
obeykt lərinin, evlərin xarabalıqlarının və malikanələrinin qalıq la rı-
nın saxlanmasını göstərir. Qaraqalpaq adı ilk dəfə XVI əsrin son la-
rın da Orta Asiya mənbələrində  çəkilir. 
Coğrafi nöqteyi-nəzərdən Qaraqalpaqstan ərazisi Qızılqumun 
şimal-qərb hissəsini Üstyurt yaylasının cənub-şərq hissəsini və bir 
də Amudərya çayının deltasını  əhatə edir. Respublikanın cənub 
hissəsini  Aral dənizi tuturdu (Hazırda bu dəniz qurumuşdur) 
Burada bəzi yerlərdə dağ massivlərinə rast gəlinir ki, onlardan ən 
böyüyü Sultan-Üveys massividir. Amudəryanın deltasında çoxlu 
xırda qollar, kiçik göllər, tuğay bitkiləri, qamışlıqlar və nohurlar 
vardır. Deltanın sağ sahilində  əsasən qaraqalpaqların suvarılan 
torpaqları  və su kanalları sistemləri mövcuddur.
Qaraqalpaqstan Respublikasının iqlimi sərt kontinentaldır. Yayı 
son dərəcə quru və isti, qışı isə qarsız, lakin son dərəcə soyuq olur. 
Yağış əsasən qış və yaz dövründə daha çox yağır.
Qaraqalpaqstanın yeganə başlıca çayı Amudəryadır. Onun 
geniş deltasında zəngin tuğay bitkiləri vardır.
Sultan-Üveys dağ massivinin hissələrində Baday-Tuğay qoruğu 
yerləşmişdir. Qaraqalpaqlar Orta Asiya irqi qrupuna daxil olmaqla
güclü monqoloid qarışığına malikdirlər. Qaraqalpaqlar türk dilinin 
altay ailəsindən olan qıpçaq yarımqrupundan olan qaraqalpaq 
dilində danışırlar. Qaraqalpaqlar müsəlmandırlar.
Qaraqalpaqların etnogenezi Sırdərya və Aralətrafı düzən-
lik və deltalara yayılmış qəbilələrin bu ərazilərdə məskun laş-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
12
13
ma sı ilə bağlı dır. XVI əsr və XVII əsrin ortalarında qara qal-
paq ların böyük bir his səsi Sırdəryanın orta və aşağı axarında 
yer ləş mişdir. Onlar əsasən bu dövrdə yarımköçəri həyat tərzi 
ke çi rir,  əkinçiliklə, heyvandarlıqla, balıqçı lıqla məşğul olur-
du lar.  XVIII  əsrin  ortalarında qaraqal paqların  əsas hissəsi 
Sır dər ya dan  Janıdərya deltasının qərb qolu hissəsində  
yerləş məyə başlamış, XIX əsrin əvvəllərində qaraqalpaqların 
Amudər ya  deltasında yerləşməsi sona yetmişdir.
XIX əsrin II yarısında isə Amudəryanın sağ sahilində olan 
ərazi lər Rusiya tərəfindən işğal olunmuşdur. Burada Türküs-
tan general qubernatorluğunun Sırdərya vilayətinin tərkibinə 
daxil olan Amudərya şöbəsi yaradılmışdı. Amudərya şöbəsi 
1920-ci ildə Türküstan Muxtar Sovet Sosialist Respublikasının 
Amudərya vilayətinə çevrilmişdir. 1924-cü ildə burada 
Qazaxstan Sovet Sosialist Respublikasının tərkibinə daxil 
olan Qaraqalpaq Muxtar vilayəti yaradılmışdır. Sonra Muxtar 
Vila yət 1930-cu ildə RSFSR-in tərkibinə daxil edilmişdir. 1932-
ci ildə bu Muxtar vilayət Qaraqalpaqstan Muxtar Respub li-
ka sına çevilmişdir. Qaraqalpaqstan 1936-cı ildə Özbəkistanın 
tərki binə verilmiş, 1993-cü ildə isə Qaraqalpaqstan Respubli-
kası na  çevrilmişdir. 
Qaraqalpaqların  ənənəvi məşğuliyyəti yarımköçəri hey-
van  darlıq, əkinçilik və balıqçılıqla birgə aparılmışdır.
Qaraqlapqalar  əvvəllər aullarda yaşamaqla hər bir aul 
ayrı-ayrı tayfalara məxsus olmuşdur.Bu aullar əsasən suvarı-
lan kanallar ətrafında yerləşdirilirdi. 
Qaraqalpaqların  ənənəvi yaşayış yeri – yurtadır. Lakin 
bununla belə Qaraqalpaqstanda qamış konstruksiyadan 
ibarət evlər də vardır. Qamışdan tikilmiş bu evlərin divarını 
və damını  əsasən gil ilə suvayırdılar.
Uzun illər ərzində qaraqalpaq aulunun siması dəyişmişdi.  
Müasir qaraqalpaq aulu iri işıqlı  pəncərəli evlər, taxta 
döşəmələr, elektrik,  təbii və yanar qaz, su sistemləri ilə təchiz 
olunmuşdur.  Yur ta lar  əsasən yay dövrü üçün əlverişli yaşayış 
yeri kimi qiymətlən diril məkdədir. 
Evlərin daxili görüntüsü üçün şəhər  şəraitinə uyğun 
milli məi şət  əşyalarının qoyulması, yerləşdirilməsi və 
qaydaya salınması  möv cud dur.  Döşəmə xalçalar, palazlar, 
evin quruluşuna, onun təchizatına xüsusi görüntü gətirir. 
Üstü zövqlə  işlənmiş piyalələr, qab-qacaqlar, keramika və 
fosfordan olmaqla bu əşyalara xüsusi gözəllik verir. 
Qaraqalpaqların  ənənəvi qidası  əkinçilik, heyvan darlıq, 
balıq çılıq məhsulları olmuşdur.  Əlbəttə, sadaladığımız bu 
məhsullar həm də digər xalqlardan əxz edilmiş yeməklərlə, 
mətbəxlə zənginləş diril mişdir ki, bu yeni yemək növləri də 
zövqə uyğun olaraq dəyişdirilir və milli mətbəxin ruhuna 
uyğun hazırlanır.
Qaraqalpaqların ənənəvi kostyumları yalnız əhalinin ahıl 
his səsində,  qoca nəslin nümayəndələrində saxlanılmaq dadır. 
Qaraqal paq  ların milli geyimində qadınlar başa bağladığı 
yaylıqlar  kifayət   qədər koloritlidir. Müasir geyim üslubu 
əsasən Avropa üslubudur. Milli geyim forması sabit şəkildə 
əsasən və yalnız qadın geyimində özünü büruzə verir.
Qədim zamanlarda qaraqalpaqlarda ağac üzərində oyma 
(yurtanın qapıları,  şkaflar, qab-qacaq üçün şkaflar və s.), 
dəri üzərində tikmələr, müxtəlif ilmələr özünəməxsusluqla 
işlənmişdir. Yurtanın qaydaya salınmasında,  əlbəttə, xalça, 
palazlardan, keçələrdən, orna ment li toxunmalardan istifadə 
olunmuşdur. Onlar ya qızılı rəngdə, ya sarı, ya yaşıl, ya da 
başqa rənglərdə olur. Qaraqalpaqların tətbiqi sənə tinin 
ənənələri, demək olar ki, bizim dövrdə də saxlanmaqdadır.
Qaraqalpaq xalqı olduqca qədim və  zəngin tarixə 
malikdir. Onun milli mədəniyyəti, folkloru, özünəməxsus 
incəsənəti, klassik ədəbiyyatı, adət-ənənələri respublikanın  
hüdudlarından çox-çox uzaq 
lar 
da tanınmaqdadır. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə