Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə5/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
18
19
həyat tərzi keçirən  əhaliyə malik olan dövlətlər Baktriya
Margiana, Soqdiana və Xarəzm vardı. Bu dövlətlər köçəri 
həyat tərzi keçirən qəbilələr – daxlar, massagetlər, alanlar, 
aslar, parfiyalılarla sərhədlərə malik idilər. Həmin dövrün 
qədim abidələri bizə gəlib çatmasa da, qeyd olunan mər hələdə 
yazının sırf din və administrasiyaya xidmət etməsi qənaə tini 
ortaya qoyur. Eyni zamanda onu da söyləmək lazımdır ki, 
qədim yunan müəlliflərinin şərhində massaget və digər skif 
qəbilələri haqqında çoxsaylı əfsanə və rəvayətlər dövrümüzə 
gəlib çatmışdır. Məsələn, Herodotun (e.ə.V əsr) Persiya çarı 
Kirlə massaget çariçası Tomirisin mübarizə epizodunu əks 
etdirən hekayət bu gün də qaraqalpaqlar və azərbaycanlılar 
arasında kifayət qədər  məşhurdur. Farslar hərbi kələyə  əl 
atmaqla döyüşdə massagetləri və Tomirisin oğlu Sparqapisi 
əsir götürürlər. Oğlunu vəziyyətdən çıxarmaq üçün çariça 
Tomiris fars çarı Kirə Sparqapisi azad edib hər  şeyi sülhlə 
sonuclamağı  təklif edir. Çariçanın ultimatumu olduqca 
maraqlıdır: “Əgər bunu etməsən, sənin qandan doymağına 
baxmayaraq, massagetlərin günə şinə, allahına and olsun, 
mən sənin yangını qanda boğacam”.
5
  To mi risin  təklifini 
qəbul etmədiyindən o, doğrudan da qanlı döyüşdə öldürül-
müşdür. Çariça vəd etdiyi kimi kisəni insan qanı ilə doldurub 
Kirin başını da kisəyə qoyub deyir: “Baxmayaraq ki, sən 
döyüşdə qalib gəldin, mənə ağır kədər qismət etdin və məkrlə 
oğlumu əlimdən aldın, mən də buna görə səni hədələdiyim 
kimi, qanda boğdum”.
6
 Bu epizoddakı  xarakterik xüsusiyyət 
həm də Polienin “Hərbi kələklər” kitabında  Şirakın  
qəhrəmanlığından danışdıqda özünü əks etdirir. E.ə.513-cü 
ildə skiflər İran çarı I Dariyaya qarşı üsyanlar edərkən onların 
düşərgəsinə sak mehtəri Şirak qulaqları,  burnu kəsilmiş, pis 
hala salınmış  vəziyyəydə gəlir və deyir ki, onu bu günə öz 
qəbilədaşları saldığından o, onlardan qisas almaq üçün İran 
şahına xidmət etməyə hazır olduğunu söyləyir. Buna görə 
o,  İran ordusunun sakların arxasına keçirilməsinə kömək 
edəcəyinə söz verir. Fars ordusu yeddi gün yorğun-arğın 
yol gedir. Nəhayət, Şirak onları susuz səhraya gətirib çıxarır. 
Perslər  Şirakı  hədələməklə ondan düzgün yol  göstərməyi 
tələb edirlər. Belə olduqda Şirak cavab verir: “Mən 
qələbəni uddum, öz yerlilərimdən, saklardan bədbəxtliyi 
kənarlaşdırmaq üçün farsları aclığa və ölümə  məhkum 
etdim”. Demə, qəbilədaşlarını xilas etmək üçün mehtər bu 
yaraları özü-özünə vurmuşdur. Bu əfsanənin bəzi detalları 
türk xalqlarının qəhrəmanlıq eposu “Koroğlu”da özünü əks 
etdirməkdədir. X.Koroğlu “Özbək  ədəbiyyatı” kitabında 
yuxarıda adlarını çəkdiyimiz dövlətlərin (Baktriya, Margiana, 
Soqdiana və Xarəzm) mədəniyyətindən və dilindən söhbət 
açarkən e.ə.II-I  əsrlərdə yaşamış tarixçi – Si Ma-Tsyanyaya 
söykənərək Fərqanədən  Parfiyaya qədər (Aşqabad əraziləri) 
“insanların bir-birini anladıqlarını”, Strabon isə Baktriya, 
Soqdiana, Persiya və Midiya (Cənubi Azərbaycan) əhalisinin 
bir-birinin dilini başa düşdüklərini qeyd etmişdir.
7
     
Qaraqalpaqların tarixi və Qaraqalpaqstanın özü ilə bağlı 
SSRİ EA-nın Xarəzm Arxeoloji Etnoqrafiya Ekspedisiyasının 
professoru S.P.Tolstovun rəhbərliyi ilə aparılan tədqiqatlar 
qaraqalpaq xalqının tarixi simasının müəyyənləşdirilməsində 
son dərəcə böyük rol oynamışdır.
8
 
T.Jdankonun «Qaraqalpaqların tarixi etnoqrafiyasının 
oçerk ləri» kitabında qaraqalpaqların etnogenezi ilə bağlı 
müxtəlif alimlərin nəzər nöqtələri ümumiləşdirilir. XIX əsrdə 
qaraqalpaqların sosial quruluşu öyrənilir, onların tayfa-qəbilə 
strukturu ətraflı şəkildə şərh olunur. Bu müəllifin əsərlərində 
qaraqalpaq xalqının tarixi və etnoqrafiyası ilə bağlı bir sıra 
digər məsələlər də ətraflı şəkildə öz əksini tapmışdır.
9
  
Qaraqalpaq ların tarixi, etnoqrafiyası, məişəti və  həyat 
tərzi digər  material lar da,  monoqrafik  əsərlərdə, tədqiqat 
işlərində  və  məqa lə lərdə  də  nəzərdən keçirilmişdir.
10
 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
20
21
Qaraqalpaq alimi X.Yesbergenov qaraqalpaqların etnoq-
rafi yası ilə bağlı ayrıca bir əsər yazmışdır. Burada müəllif 
nəinki qaraqalpaq mədəniyyətinə  və  həyatına,  həm də 
Qaraqalpaqstan  ərazisində yaşa yan  digər xalqların mə-
dəniyyətinə  və  həyatına kifayət qədər yer ayırmışdır.
11
 
Bununla belə, bu sahədə ən sanballı əsərlərdən biri «Qaraqal-
paq ların qədim zamanlardan dövrümüzə  qədərki oçerki»
12
 
adlanan mənbə dir. Bu kitabda qaraqalpaqların tarixi daha 
obyektiv  şəkildə araşdırılmağa cəhd edilmişdir.
50-60-cı illərdə Qaraqalpaqstan və qaraqalpaqların folk-
loru, incəsənəti,  ədəbiyyatı  və  təhsillə bağlı çoxsaylı  əsərlər 
işıq üzü görmüşdür.
13
   
Sadaladığımız bu və digər mənbələr qaraqalpaqların 
ta rixi,  et noq  ra fiyası, folkloru, mədəniyyəti,  ədəbiyyatı, 
incəsənəti, mənəviy yatı haqqında geniş  mənzərə yaratmaq 
üçün müvafiq  şərait sərgiləyir. Təəssüf ki, belə  zəngin və 
orijinal qaraqal paq mədəniyyəti və ədə biyyatı Azərbaycanda 
indiyə  qədər diqqət mərkəzində dayan mamışdır. Bununla 
belə bu xalqın geniş mədəniyyəti ilə tanış olduqda biz türk 
xalqlarından özünə məxsusluğu ilə seçilən qaraqalpaqların 
mədəniy yətinin və  mənəviy yatının özəl xüsusiyyətlərinin 
şahidi olu 
ruq. Bu kitabın nəşrinə  qədər biz qaraqalpaq 
qəhrəmanlıq eposu «Qırx qız»ın ayrı-ayrı hissələrinin  nəşri, 
tərcüməsi, və s. haqqında bir sıra məqalələr çap etdirmişik ki, 
onlar qaraqalpaq mədəniyyəti və ədəbiy yatı haqqında az da 
olsa təsəvvürlər  yarada bilmişdir.
Azərbaycanda qaraqalpaqlar haqqında informasiyanın 
kifayət qədər qənaətbəxş olmaması ucbatından bu xalqın 
tarixinin müxtəlif dönəmləri haqqında bəzi məlumatlar 
verməyi məqsədəuyğun hesab edirik. Qeyd etmək lazımdır 
ki, qaraqalpaqların  daimi məskunlaşdığı torpaqlar kimi 
Sırdəryanın aşağı hissəsi, vaxtılə Noqay xanlığına daxil 
olan ərazilər İdil (Volqa), Yaik (Ural) və Krım göstərilir. Elə 
buradaca qeyd edək ki, Qaraqalpaq folklorunda «noğay qatı» 
daha güclüdür. Bu isə məhz burada yaşamış noğay xanları və 
mirzələri  (Yedigey, Orus-bəy, Ormambet-bəy) və digərlərinin 
adı ilə bağlıdır. 
Türk dillərinin məşhur bilicisi N.A.Baskakov qaraqalpaq 
və noğay dillərini müqayisə edib bir-biri ilə qarşılaşdırmaqla 
onların tayfa  tərkibini göstərib, etnik birliyini sübuta 
yetirmişdir. Bundan başqa XVII əsr rus tarixi sənədlərində 
qaraqalpaqların və noğayların Yaik çayı üzərində  hərbi 
döyüşlərdə birlikdə  iştirak etdikləri göstərilir. 
Bütün bunlar bir daha təsdiq edir ki, XV-XVI əsrlərdə 
qaraqalpaqlar Noğay Ordasının tərkibində olmuşlar. Bu 
siyasi birləşmənin çərçivələrində  hər ehtimala qarşı  məhz 
qaraqalpaqların etnogenezinin formalaşmasının  mürəkkəb 
prosesi getmiş, onların dili və qaraqalpaqların mədəniy-
yətinin əsas xüsusiyyətləri məhz bu mühitdə formalaşmışdır. 
Burada Orta Asiya siviliziasiyasının qədim mərkəzi olan 
Xarəzmə məxsus olan xarakterik əlaqələr  də öz əksini tapmış-
dır.  Eləcə  də onların Dəşti-Qıpçaqla və  aşağı – Sırdərya 
rayon ları (Qazaxıstan) və  şərqi Avropanın-Uralətrafının, 
Volqaətra fının və  Şimali Qafqaz ərazilərində yaşayan 
xalqların mədəniyyətləri ilə bir arealda formalaşması da 
tarixi etnoqrafik  ədəbiyyatda sübuta yetirilmişdir. 
Qaraqalpaqlarla noğayların etnik birliyini həm də bu iki 
xalqın içində olan qəbilə-tayfa adlarının eyniliyi də sübut 
edir. Qaraqalpaq etnoqrafları  və folklorşünasları  tərəfindən 
qələmə alınmış əfsanələr və lətifələr sırasında xüsusi maraq 
noğayların tarixi folklorlu ilə bağlı silsilə    əhəmiyyət kəsb 
edir. Rəvayət və əfsanələrdə qaraqalpaqların noğaylarla Ural 
ətrafında Volqaya, Urala və Krıma tərəf  birgə köç etməsi də 
əksini tapmışdır. Bununla belə, əfsanə və rəvayətlərdə həm 
də rus və  şərq mənbələrinə görə noğaylardan Ormambet 
bəyin, Orus bəyin və digər hökmdarların adı çəkilir.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə