Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə6/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
22
23
Tarixi sənədlərdə qaraqalpaq adı ilk dəfə 1598-ci ildə 
əksini tapmışdır. Bununla bağlı Şeybanilər sülaləsindən olan 
Buxaralı Abdulla xan (1583-1598) tərəfindən yazılmış bir 
sənəddə məlumat vardır. Bu haqda Abdulla xan tərəfindən 
Sığnaqda Ziyaəddin müqəd dəs məqbərəsinə verilmiş sənəddə 
qeydlər vardır.  Şəhərin adı  çəkilən bu yerinə yaxın olan 
ərazilərdə yaşayan yarımoturaq, yarıköçəri qrup ların adını 
sadalayan müəllif sənəddə digər tayfa və qəbilələr  arasında, 
həm də qaraqalpaqların adını  çəkir. Sənəddə  gətirilən bu 
fikirlərə söykənərək tanınmış alim P.P.İvanov hesab edir ki, 
qaraqal paqlar  yarımoturaq həyat tərzi keçirirdilər. 
Sonrakı dövrlərdə  ortaya çıxan mənbələr qaraqalpaqların 
lap XIII əsrdə həm də digər ərazilərdə yayılmasını göstərir. 
Məsələn, qaraqal paqların bir hissəsi qazaxlarla və noğaylarla 
birlikdə Volqa, Ural, Emba və Ürgenc ətrafına köç etmiş və 
Cənubi Şərqi Avropa xalqları ilə əlaqələrdə olmuş, digər bir 
hissəsi isə Orta Asiyaya tərəf hərəkət  etməklə, Buxaranın 
təsiri altına düşərək Buxara xanlığının daxilində yaşamışdır.
Qaraqalpaqların mənşəyi ilə bağlı məsələ uzun müddət 
ərzində heç də dürüst konsepsiyaya malik deyildir
14
. XX 
əsrin 20-ci illərinə  qədər qaraqalpaqlar haqqında elmi 
ədəbiyyat son dərəcə az idi. Qaraqalpaqların etnogenezi ilə 
bağlı  əsasən  «qapaqalpaq» sözü məlum idi ki, bunun da 
«qara papaq» mənasına gəldiyi vurğulanırdı. Uzun müddət 
ərzində alimlər bu etnonimi digər orta əsrlər etnonimi ilə 
eyniləşdirmək  fikrində olmuş, eyni zamanda bu etnonimi 
həm də «çyorniye klobukı» - oğuz-peçeneq qəbilələrinin bir 
hissəsi ilə eyniləşdirir dilər. Hələ XIX əsrin 30-cu illərində 
tarixçi-etnoqraflar «çyornıye  klobukı» Rəsidəddin tərəfindən 
adı  çəkilmiş «çyornıye klobuku» «qara papaq xalqı» daha 
dəqiq – «kaum-i-kul-sia»  ilə müqayisə etmə yə başlamışlar. 
İlk dəfə bu iki etnonimi bir-biri ilə  əlaqələndirən tanınmış 
şərqşünas alim Dosson olmuşdur. O, bu barədə özünün 
«Monqolların tarixi» adlı kitabında məlumat vermişdir. Rəsi-
dəddinin «Salnamələr məcmuəsi»ni dərindən təhlil edən 
Dosson belə bir nəticəyə gəlmişdir ki, qaraqalpaqlar elə rus 
salnamələrində adı çəkilən “çyornıye klobuk”lardır. Demək 
olar ki, elə bu istiqamətdə qaraqal paq adını digər bir alim, 
professor N.İ.Berezin özünün «Batının hücumu» əsərində 
göstərir.
15
 Digər bir XIV əsr  ərəb tarixçisi Ən-Nüveyrinin 
məsələ ilə bağlı fikri isə xeyli mübahisələrə səbəb olmuşdur. 
O, yazırdı ki, Qızıl Ordada olan 11 qıpçaq qəbilələrindən biri 
«qara börklü»  yəni «qara papaqlı» adlanırdı.
16
 Alimlərin 
əksəriy yəti belə hesab edir ki, bu adlar rus salnamələrində 
olan «çyornıye klobuki»yə uyğundur. Lakin etnonim bu 
günə  qədər hələ  də  dəqiqləşdirilməmişdir.
Elmi  ədəbiyyatda qaraqalpaqların öz mənşəyini 
peçeneqlərdən götürdüyü faktı birmənalı  şəkildə müdafiə 
və təsdiq olunur. Bununla bağlı macar türkoloqu A.Vamberi 
yazır dı: «Əgər onların (qaraqalpaq 
ların – N.T.) ən yaxın 
qohum ları kimi  peçeneqləri hesab etmiş olsaq, səhv etmə-
rik».
17
Təxminən analoji fikri XIX əsrin dördüncü rübündə 
ingilis tarixçisi Xovoros da söyləmişdi. Qaraqalpaqların 
peçeneqlərlə qohum 
luğun dan 
və onların mənşəyinin 
Rəşidəddinin söylədiyi kimi «qara papaq xalqı» ilə əlaqələn-
dirməsi ilə bağlı danışarkən o, hesab edirdi ki, onların birbaşa 
sələfi elə peçeneqlərdir ki, onlardan da noğaylar törəmişlər. 
Noğayların bir hissəsi sonralar Aral dənizi yaxınlığındakı 
səhralara səpələnmişdi. Məhz bu ərazilərdə yaşayan noğaylar 
sonralar qaraqalpaq adını almışlar ki, bu da qaraqalpaqların 
başlarında gəzdirdikləri qara papaqla əlaqələndirilmişdir.
 18
  
Qaraqalpaqların etnogenezi, onların tarixi kökləri ilə bağlı 
məsə ləni tanınmış şərqşünas alim V.V.Bartold da özünə məx-
sus şəkildə qoyurdu. O yazırdı: «Müasir qaraqalpaqları orta 
əsrlər rus salnamə lərində adı çəkilən «çyornıye klobuki»lərlə 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
24
25
əlaqələndirməyin özü də tamamilə məlum deyildir».
19
 Məsə-
ləyə bir qədər başqa yöndə isə  N.Aris tov yanaş mışdır: «Qa-
raqalpaqların peçeneqlərdən törəməsi konsepsiyasını irəli 
sürən alimlər bəlkə daha doğru fikirdədirlər».
20
 Alim lərin bir hissəsi isə  Ən-Nüveyrinin məlumalarını 
əldə rəhbər tutaraq qaraqalpaqların əsli-nəsli kimi peçeneqləri 
deyil, qıp çaq ları nəzərdə tuturlar.
Mənbələrlə, materiallarla, tənqidi əsərlərlə hərtərəfli tanış 
olduqda qaraqalpaqların etnogenezi və formalaşması ilə 
bağlı məsələ lər qaraqalpaqların qaqauzlarla, qarapapaqlarla 
və eyni zamanda xəzərlərlə  əlaqələrini qeyd etməyə  əsas 
verir. Belə ki, həm  qaraqal paqların, həm də qaqauzların 
etnoge nezin də qıpçaq-oğuz  kom po nentləri özünü əks etdir-
məkdədir. Bunun üçün  bizə tayfa və qəbi lələrin, coğrafi yer 
adlarının, yaşayış məntəqələrinin adlarında eyni etnonimlərin 
saxlanılması da kifayət qədər  əsas verir. Məsələn, buna 
Azərbaycanda və Gürcüstanda qıpçaq, tatar, qarapapax, 
qazax, qa zaxlı, borçalı;  Qaqauziyada-qazaxlı, qıpçaq, tatar 
və s., Qaraqal paq standa – qıpçaq, qaza yaqlı, tatar adları bariz 
nümunə ola bilər. Məhz bu səbəbdən də adlarını çəkdiyimiz 
qaraqalpaq, qarapapaq, qaqauz etnonimlərinin tarixi-etnik 
yaxınlığından danışmaq daha doğru olardı.
21
 
Sonrakı dövrlərdə ortaya çıxmış  tədqiqatlar göstərdi 
ki, qaraqalpaqların etnogenezinin formalaşmasında oğuz-
peçeneq qəbilə ləri ilə yanaşı, həm də qıpçaqlar və noğaylar 
mühüm rol oynamışlar. Bununla belə, adlarını  çəkdiyimiz 
qəbilələrdən heç birini qaraqalpaq xalqının yeganə və birbaşa 
sələfi adlandırmaq da düzgün olmazdı. Məsələn, müasir 
tarixi və etnoqrafik ədəbiyyatda belə bir fikir təsdiqlənir ki, 
qaraqalpaqların etnik tərkibinin formalaşmasında həm avtox-
ton, həm də qeyri-avtoxton komponentlər iştirak etmişdir. Bu 
komponentlərin bir-biriylə münasibətləri müxtəlif olmaqla, 
həm də xalqın tarixi taleyindən asılı olmuşdur. Mənbələrin 
birində qaraqal paqların aparıcı qəbilələrini onların  on dörd 
uruğu təşkil edir ki, bunların içində anna, kuyın, boklı-xıtay, 
manculi, kerk, çeruçi, ayteke, aralbay, beşsarı, qayçılı, iki-
şeyx, qazayaqlı, kanqlı, qıpçaq, keneqes, manqıt adlarını qeyd 
etmək olar.
22
  Adını çəkdiyimiz  mənbədə  biz digər qəbilələrlə 
də tanış oluruq ki, onların arasında qırx börkli,  qazayaqlı, 
qayçılı, mayme-balta, sitek, sanqburun, kanqlı  və daha 
sonra  tiyəkli, baymaklı, qazayaqlı, irqaklı, uyğur, açamaylı, 
koldaulı, qoşa-damqalı, xəndəkli, kıyat, balqalı, qaramayın, 
müyten, teris damqalı, çeuceyli-bakanlı  qəbilələrinin 
adlarına rast gəlirik.
23
 Bu siya hıya görə  təxmin etmək olar 
ki, müasir qaraqalpaqların başlıca sələfləri on dörd uruq və 
kunqradlardır ki, onlardan da hər birinin daxilində müvafiq 
olaraq 18 və 15 tayfanın adı çəkilməkdədir. Bu tayfaların hər 
biri qaraqalpaq ların etnik tərkibinin kifayət qədər  rəngarəng 
olduğunu göstərir.
24
        
Müraciət etdiyimiz mənbələrdən görünür ki, qaraqal-
paq ların  etnogene 
zinin formalaşmasında çoxsaylı 
qəbilələrin rolu olmuşdur. Bu mənada qaraqalpaqların 
etnogenezinin  for ma laşması problemi də olduqca rəngarəng 
və mürək kəbdir. Məhz buna görə  də qaraqalpaq xalqının 
etnogenezinin formalaşmasının nə  dərəcədə  dəqiq-dürüst 
olmasıyla bağlı  fikri kompleks şəklində öyrənməyə  də 
ehtiyac duyulur. Problemə  dərindən nüfuz edildikdə  həm 
də tarix, arxeologiya, etnoq rafiya, linqvistika, antropologiya 
və digər elmlərin köməyindən istifadə etməyə böyük ehtiyac 
olduğu meydana çıxır.  Qaraqalpaqların  etnoge ne zi  və 
folklor tarixi üzrə çoxsaylı əsərlər müəllifi S.P.Tolstov hesab 
edir ki, onların formalaşmasında daha qədim komponentlər 
sak-sarmat-massaqet qəbilələrindən olan apasiaklar (e.ə.VII-
III əsrlər) olmuşlar. Sonrakı dövrlərdə isə gələcək qaraqalpaq 
xalqının formalaş masında hun, xionit və türk qəbilələrinin, 
xüsusilə VI-VIII əsrlərdə isə oğuzların böyük rolu olmuşdur. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə